Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-861/2024 16.04.2024 ALİ MƏHKƏMƏ azərbaycan Respublikası adından azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbə qarşı (azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi yanında X11 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi-işə bərpa tələbi (işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi-AR ƏM-nin 7-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla), məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, sübutetmə vəzifəsi. azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki k ollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba və Hüseynov Abiddin Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbə qarşı (azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi yanında X11 üçüncü şəxs qismində cəlb edilməklə) əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6277/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) xx.xx. 2008-ci il tarixli 23 №-li əmrlə azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbdə (bundan sonra – Klub) V-İX siniflərdə 30 saat dərs yükü ilə fiziki tərbiyə müəllimi işinə qəbul olunmuşdur.
2. Məktəb direktorunun xx.xx.2015-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləisnin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə sonuncunun iddiası əsasında həmin əmr ləğv olunmuş, o, işə bərpa edilmiş, qətnamə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, apellyasiya məhkəməsinin qətnaməsi isə kassasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışd ır. 3. xx.xx.2019-cu il tarixdə 424 nömrəli əmrlə iddiaçıya əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və X9 qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tarixli, 2(008)-747/2020 nömrəli qətnaməsi ilə iddiaçının intizam tənbehi barədə xx.xx.2019-cu il tarixdə 424 nömrəli əmrinin ləğv edilməsi, mənəvi ziyan barədə iddia tələbi qismən təmin olunması, mənəvi ziyanın əvəzi olaraq 500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5674/2021 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 5. xx.xx.2022-ci il tarixdə 698 nömrəli əmrlə əmək kitabçasında saxtakarlıq etməsinə görə iddiaçıya xəbərdarıq edilmişdir. 6. xx.xx.2023-cü il tarixdə 704 №-li əmrlə iddiaçıya əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə və X9 qaydalarını pozduğuna görə töhmət verilmişdir. 7. xx.xx.2023-cü il tarixli 713 №-li əmrlə iddiaçıya (xx.xx.2023-cü il tarixdə üzrsüz səbəbdən iş yerini tərk etdiyinə görə xəbərdarıq edilmişdir. 8. xx.xx.2023-cü il tarixli 721 №-li əmrlə məktəbin 29 №-li sinif otağının divarında məktəbin direktoru Nümayəndə haqqında qeyri-etik, nalayiq ifadələrdən və təhqirdən ibarət olan yazıları icra etdiyinə görə sonuncu xəbərdarlıqla iddiaçıya şiddətli töhmət verilmişdir.
9. Məktəb direktorunun xx.xx.2023-cü il tarixli, 726 №-li əmri ilə əmək fəaliyyəti ndə yol verdiyi kobud nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, məktəbin işgüzar nüfuzuna və müəllim adına müntəzəm xələl gətirdiyinə, edilmiş xəbərdarlıqlardan və intizam tənbeh tədbirlərindən heç bir nəticə çıxarmadığına, azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının tələblərinin, müəssisədaxili intizam qaydalarının, azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 1/2 №-li Qərarı ilə təsdiq edilmiş “X9 qaydaları”nın tələblərini kobud sürətdə pozduğuna, xx.xx.2023-cü il tarixində “Xəzər” TV kanalının “Xəzər Xəbər” proqramının saat 21:00-dakı buraxılışına videogörüntü göndərib müsahibə verərək, guya 9 f sinfinin şagirdi X3 direktorun sifarişi ilə “2” qiymətin yazılması və bu səbəbdən şagirdin ö zünü 2-ci mərtəbədən atması kimi böhtanın kütləvi informasiya vasitələrində yaydığına görə, “X9 qaydalarının 2.1.1; 2.1.2; 2.1.3; 2.1.4; 2.1.7; 2.1.8; 3.8; 3.9; 3.10; 3.11 və 3.12-ci bəndlərini əsas götürərək, Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin X7 razılığını nəzərə alınaraq Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi iddiaçı ilə əmək müqaviləsi azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məktəb direktorunun xx.xx.2023-cü il tarixli, 726 №-li Əmək müqaviləsinin pozulması barəsində əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, işə bərpa müddətinin xx. xx.2023-cü il tarixdən hesablanması və əmək haqqının həmin tarixdən hesablanaraq xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi müddətdə heç bir məhkumluğu olmamış, heç bir inzibati məsuliyyətə cəlb edilməmiş, işinin öhdəsindən vicdanla, yüsək keyfiyyətlə gəlmişdir. Məktəbin direktoru Nümayəndə məktəbdə bir çox ciddi qanun pozuntularına yol verməsi barəsində dəfələrlə onun hüquqlarının, şərəf və ləyaqətinin alçaldılmasını sübut edən faktlarla aidiyyəti orqanlara müraciət etmişdir. Onun bu əməllərinin qarşısı aidiyyəti orqanlar tərəfindən alınmadığı üçün direktor qanunsuz hərəkətlərini daha da artırmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qətnaməsinə əsasən ondan 1000 manat məbləğində olan pulunu və 424 №-li int izam tənbehi haqqında əmrin ləğvini tələb etdiyinə görə məktəbdə tələsik olaraq saxta, əvvəlcədən rəsmi xəbərdarlıq etmədən həmkarlar təşkilatının iclasını təşkil edərək iddiaçı ilə əmək müqaviləsini azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən pozmuşdur. Həmin əmrdə iddiaçıya qarşı olan aqressiyasını göstərərək heç bir həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən, heç bir vaxt olmayan hadisələrlə bərabər iddiaçının keçmişində olan və olmayan, aralarında olan pozulmuş münasibətləri, iddiaçının hüququndan irəli gələn əməlləri əsas gətirərək Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə əsaslandırmışdır. Adıçəkilən əmrdə və əmək kitabçasında iddiaçının keçmişiylə bağlı şərəf və ləyaqətini alçaldan 3 vərəqədən ibarət yazı yazmışdır. Bütün bunlarla bərabər h əmin əmrdən iddiaçıya məlum olmuşdur ki, ona əvvəllər də direktor tərəfindən xəbərdarlıq və şiddətli töhmət verilmişdir. Əmrdə qeyd olunan saxta töhmətlər barəsində iddiaçının xx.xx.2023-cü il tarixədək xəbəri olmamışdır, həmin əmrlər saxta və həqiqətə, reallığa uyğun olmayan formal əmrlərdir. İntizam tənbehi kimi verilmiş töhmət və şiddətli töhmət barədə əmrlər barədə məlumatı mübahisə etdiyi əmri aldıqdan sonra olmuş, həmin əmrlər verilən zaman ondan hər-hansı izahatların alınmamışdır. Əmrlərin verilməsi üçün əsas kimi göstərilən hallar həqiqətə uyğun olmamışdır.
12. Cavabdehin nümayəndəsi, məktəbin direktoru iddiaya qarşı etiraz edərək, göstərmişdir ki, məktəbin “9 f’ sinif şagirdi X5 fiziki tərbiyə dərsində topla oynadığı zaman zərbə almış, dərhal təcili yardım çağırılmış, sonradan məl um olmuşdur ki, hadisə baş verən gün iddiaçı “Tik-Tok” sosial şəbəkəsində kameraya çəkərək yanlış şərh etmiş, eyni zamanda “Xəzər” televiziyasına müsahibə vermiş, həqiqəti əks etdirməyən bir şəkildə məktəb direktorunun Məhəmməd Bəhlulova “2” qiyməti yazılmasını tapşırdığını və uşağın bu səbəbdən uşağın intihara cəhd etdiyini vurğulamışdır. İddiaçı dəfələrlə şifahi qaydada etik davranış qaydalarını pozması ilə əlaqədar xəbərdarlıq edilməsinə baxmayaraq o, buna məhəl qoymamışdır. Son hadisədən sonra Həmkarlar Təşkilatına müraciət etmiş, hətta ilk iclasda iddiaçı iştirak etməmişdir. İclasın vaxtı barədə məktəbin “Whatsapp” 'qrupunda, məktəbin lövhələrində elan olunmuş, Vüsalə müəllimə iddiaçının iclasa yaxın görmüş, yenidən bu barədə məlumat vermişdir. O isə bütün bunları bilərək iclasda işti rak etməmişdir. Yenidən ikinci dəfə iclas barədə Həmkarlar Təşkilatına məlumat vermiş və şəxsən müəllimi dəvət etmişdir. Məktəbdə ən çox dərs saatı olan müəllim də iddiaçıdır.
13. Cavabdehin nümayəndəsi əlavə olaraq qeyd edilmişdir ki, müəllim, pedaqoq vəzifəsini daşıyan və sanki məktəbdə hər hansı hadisənin olmasını arzulayan və gözləyən iddiaçı danışdığının yalan olduğunu bilə-bilə, X1 dərsdə idman mübarizəsi nəticəsində zədə aldığını görə-görə, şagirdə ilk tibbi yardım göstərmək əvəzinə, mobil telefonunu əlinə alaraq videoçəkiliş etmiş, şər və böhtanları kütləvi media resurslarında yaymış, məktəbin işgüzar nüfuzuna xələl gətirən böhtanı və uydurma ittihamları kütləvi çıxışında səsləndirmişdir. Bu hərəkətin qanunvericiliyə və X9 qaydalarına zidd olması azmış kimi, fiziki tərbiyə müəlli mi iddiaçı özü tədris etdiyi fiziki tərbiyə fənnindən şagirdlərə, ələlxüsus buraxılış siniflərin (İX, Xİ) şagirdlərinə kütləvi şəkildə “2” qiyməti yazır və bu barədə valideynlər kütləvi şəkildə durmadan şikayət edirlər. İddiaçı xx.xx.2019-cu il tarixində 424 nömrəli əmrlə verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmətdən, xx.xx.2023-cü il tarixində 704 nömrəli əmrlə verilən töhmətdən, xx.xx.2022-ci il tarixdə 698 nömrəli və xx.xx.2023-cü il tarixdə 713 nömrəli əmrlərlə verilən xəbərdarlıqlardan, xx.xx.2023-cü il tarixində 721 nömrəli əmrlə verilən sonuncu xəbərdarlıqla şiddətli töhmətdən heç bir nəticə çıxarmamışdır. Beləliklə, artıq neçənci dəfədir ki, İddiaçı bütün etik və qanuni çərçivələri aşmış, verilmiş intizam tənbeh tədbirlərindən, tərcümeyi-halında iki dəfə AR ƏM-in 70 “ç” maddəsi ilə işdən azad olunmasından, dəfələrlə cinayət məsuliyyətinə cəlb olunmasından, Ağır cinayətlərə dair işlər üzrə azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(101)-299 nömrəli hökmü ilə AR Cinayət Məcəlləsinin 221.1 və 127.2.3 maddələri ilə təqsirləndirilərək 1 (bir) il müddətinə azadlıqdan məhrum edilməsindən heç bir nəticə çıxarmamış, əksinə, getdikcə, daha da pozucu mövqe tutaraq, ətraf insanlara, kollektiv üzvlərinə, şagird və valideyn heyətinə deqradasiyaya uğramış münasibət bəsləməkdə davam etmişdir. İddiaçı barəsində xəbərdarlıq, töhmət və şiddətli töhmət əmrlər barədə iddiaçıya məlumat əmrlərin məktəbin ictimai lövhəsinə yerləşdirilməsi vasitəsilə verilmişdir.
14. Məhkəmə icraatı gedişində azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi yanında X11 üç üncü şəxs qismində işə cəlb edilmişdir.
15. Məhkəmə iclasında şahid kimi dindirilən X6 göstərmişdir ki, ayın 19-da iclas olan gün məktəbin həyətində iddiaçıya yaxınlaşmış, iddiaçı Həmukarlar təşkilatının iclası barədə soruşmuş o, iddiaçını iclasın vaxtı və yeri barədə məlumatlandırmışdır. İddiaçı iclas barədə məlumatının olmadığını demişdir, ancaq müəllimələrdən bir xanım şəxsən idman zalına gedərək ona bu barədə məlumat vermişdir.
16. X2 göstərmişdir ki, iddiaçı ümumiyyətlə məktəbin heç bir iclasında iştirak etməmişdir. Məktəbin ictimai lövhəsində iclas barədə məlumat məlumat var idi. Özü şəxsən məlumat verməsə də orada məlumat olmuşdur.
17. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22(008)-4310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia təmin olunmuş, iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 726 №-li Əmək müqaviləsinin pozulması barəsində əmr ləğv edilmiş, iddiaçı işinə bərpa edilmiş, işinə bərpa müddəti 20 aprel 2023-cü il tarixdən hesablanması, vəzifə maaşı xx.xx.2023-cü il tarixdən hesablanaraq iddiaçının xeyrinə tutulması qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məktəbin X7 xx.xx.2023-cü il tarixli 4 №-li iclas protokolu məhkəməyə cavabdeh tərəfindən təqdim olunmuşdur. Həmin iclasa iddiaçı “whatsapp” vasitəsilə dəvət olunmuş, lakin həmin mesaj «bir ox» işarəsi ilə qalmış, yəni mesaj iddiaçıya çatmamışdır.
19. Məhkəmə iclasında ifadə verən şahidlər X6 (məktəbin X7 sədri) və X10 (məktəbin X7 katibi) iddiaçının iclas barədə lazımi qaydada xəbərdar edilməsinə dair məlumat verə bilməmişlər.
20. Cavabdeh iddiaçı tərəfindən yerinə yetirilməyən öhdəliklər və bunun nəticəsində məktəbin normal ahənginin pozulması, əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ziyanın dəyməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir.
21. Mübahisə predmeti olan əmrdə 72-ci maddənin konkret bəndinə istinad edilməmiş, lakin işin yuxarıda sadalanan hallarından əmrin 72-ci maddənin «ə» bəndinə uyğunluğu müəyyən edilir (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması), çünki mübahisəli əmrin verilməsindən əvvəl iddiaçı barəsində xx.xx.2023 il və xx.xx.2023-cü il tarixlərində intizam tənbehi tətbiq edilmişdir.
22. Cavabdeh xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində tətbiq etdiyi intizam tənbehlərinin qanuni əsaslarına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçıdan yazılı izahatın verilməsinin tələb edilməsinə, tənbehlərin verilməsi hallarının araşdırılmasına, qəbul edilmiş əmrlərin məktəbin ictimai lövhəsində yerləşdirilməklə məlumatın çatdırılmış hesab olunması barədə hər-hansı bir daxili təlimatın olmasına, həmin əmrlərlə iddiaçının tanış olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə həmin əmrlərin qanuniliyini yoxlamamış və iş üçün əhəmiyyət kəsb etməyən hal kimi qiymətləndirmişdir.
23. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, həmin intizam tənbehləri hətta qanuni əsaslarla qanuni qaydada verilmiş olsaydı da belə, iddiaçı tərəfindən əmək fun ksiyasının təkrarən pozması halı mövcud olmalı idi. Belə bir hal olmamışdır.
24. Belə ki, cavabdeh iddiaçının «Xəzər xəbər” proqramında və digər sosial şəbəkələrdə məktəbdə baş verən hadisələrə yanlış şərh verməsi, şər və böhtanların kütləvi media resurslarında yayması, məktəbin işgüzar nüfuzuna xələl gətirən böhtanı və uydurma ittihamları kütləvi çıxışında səsləndirməsini onun tərəfindən əmək funksiyasının təkrarən pozması kimi qiymətləndirmişdir. Həmin hal əmək funksiyasının pozulması kimi qiymətləndirilə bilməz.
25. Məhkəmə öz mövqeyini azərbaycan Respublikası Konstitusiyasının 47 və 63-cü maddələrinə, Əmək Məcələsinin 42-ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin «ç» bəndinə, 80-ci maddəsinin birinci hissəsinə, 72-ci maddəsinə, Əmək Məcəlləsinin 186cı maddəsinin 1-ci hissəsinə, 187 -ci maddəsinin 1-ci hissəsinə, 300-cü maddəsini birinci hissəsinə, Mülki Məcəlləsinin 23.1, 23.2, 23.3, 23.4 və 23.5-ci maddəsinə və azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Cavabdeh şikayətini iddiaya etirazla və əmrdə qeyd olunanlarla ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, rəy və izahatlarında birinci instansiya məhkəməsinə bildirmişlər ki, F.Bayramov adına 22 nömrəli tam orta məktəbin kollektivi, şagird və valideyn heyəti iddiaçının təhqirlərindən, fiziki zorakıl ıqlarından, küçə söyüşlərindən, azyaşlı şagirdlərə qarşı əxlaqsız hərəkətlərindən, şantaj və ölümlə hədələmələrindən boğaza gələrək Təhsil və Elm Nazirliyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, məktəb rəhbərliyinə kütləvi şəkildə şikayət edərək bu kimi insanın müəllim adına uyğun olmadığını, pedaqoji etikanın, müəllimlərin etiki davranışın nə olduğunu bilmədiyini, dəfələrlə cinayət tərkibli xuliqanlıq əməllərinin etməsini vurğulayaraq onunla əmək müqaviləsinə xitam verilməsini tələb etmişdir. Həmin müraciətlərə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini X16 rayon Həmkarlar Təşkilatının sədri Alı Məmmədovla məktəbə gəlmiş, şəxsən iddiaçı ilə söhbət etmiş, lakin heç bir nəticə əldə olunmamış, həmin gün də öz iş yerini icazəsiz tərk edərək məktəbdən getmiş, mülləim etikasına zid d hərəkətlərini davam etdirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının ciddi pozuntuları ilə qəbul edildiyindən, yalnız idldiaçı tərəfin mülahizələrinə əsaslandığından ləğv edilməli və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır.
28. İddiaçı apelyasiya şikayətinə etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini xahiş etmiş, etirazını iddia ərizəsi və məhkəmədə verdiyi izahatlarla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin gedişatına təsir etmək üçün şəhid ailələrini, qaziləri məhkəmə iclasına dəvət etmiş, 120 nəfərin adından imza təqdim etmişdir. 2015-ci ildə işdən çıxarıldıqdan sonra yenidən işə bərpa olunub, cavabdehin dedikləri məhkəmədə öz təsdiqini tapmayıb. Əmək kitabçası, oradakı möhür araşdırılıb. 2019-cu ildə 424 saylı Əmrdə məhkəmələr tərəfindən qarşı tərəfin dediyi halların hamısı ləğv edilib. Töhmətlərdən onun xəbəri yoxdur. Onun xahişi ilə məhkəmədə hakim ona təqdim edib. Ona rüşvət aldığını deyib, bu məsələlər araşdırılıb. Qarşı tərəf onun kiminsə bıçaqladığını deyib, o heç kəsi bıçaqlamayıb. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunidir, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir, çünki o işdən qanunsuz çıxarılıb. Həmkarlar Təşkilatına ünvanladığı sorğu iclasın keçirilməsindən bir neçə gün öncə olub. ********** nömrə onundur, amma mesaj ona çatmayıb.”Whatsap”-da mesaj olaraq göndərmək rəsmi xəbərdarlıq sayılmır. Hökmdə bıçaqlama yoxdur. Hökm onu döydüklərinə görə çıxıb, onu şüşə ilə döyüblər. Hökmdə zərərçəkmiş kimi qe yd edilib. Əgər o hökmdə bıçaqlama varsa, o iddianı geri götürər. 2008-ci ildə müqavilə ilə 30 saat dərs saatı ilə işə qəbul olub. Bu barədə Əmr və məktub da var. Peşəkar müəllimlərə həmişə yüksək dərs saatı verilir.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6277/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir.
30. Apellyasiya instansiyası qeyd etmişdir ki, İddiaçı davranışının X9 qaydalarına uyğun olmaması, onun əmək qanunvericiliyinin tələblərinə əməl etməməklə iş yerində işin, əmək intizamının normal ahəngini pozmas ı hallarını işə baxan rayon məhkəməsi düzgün qiymətləndirməyərək səhv nəticəyə gəlmişdir. Məhkəmə, gəldiyi nəticəni işə əlavə edilmiş aşağıdakı bir sıra sənədlərlə əsaslandırmışdır. 31. 30 mart 2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, qeyd edilən hadisənin təhrif olunmuş şəkildə kütləvi informasiya vasitələrinə ötürülməsini məktəbin direktoru, müəllimi, xadimə və gözətçi imzaları ilə təsdiq etmişdir. (i.v.141) 32. xx.xx.2023-cü il tarixli ərizədə 9 “f” sinif şagirdi M.Bəhlulovun valideyni etiraz edərək qeyd edir ki, övladı futbol oynadığı zaman yıxılmış, İddiaçı icazə almadan bu hadisəni ictimailəşdirmiş və şagirdin 2 aldığına görə özünü ikinci mərtəbədən atması barədə yalan məlumat vermişdir.(i.v. 138) 33. 8 “c” sinfinin 24 nəfər valideyni direktora ərizə ünvanlayaraq iddiaçıya sinif rəhbəri və müəllimi olaraq etiraz etdiklərini qeyd etmişlər. (i.v.147) 34. 8 “c” sinif şagirdi S.İsmayılova tərəfindən yazılmış izahatda qeyd edilmişdir ki, iddiaçı ona və digər iki nəfərə qarşı əxlaqsızlıq edərək əllərinə toxunmuş, nömrə istəmiş, idman forması geyinməyin, sizə 5 yazacam demiş, sonda 2 qiyməti yazmışdır (i.v.149) 35. xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, Açıq qapı günündə iştirak etməmiş, izahat yazmaqdan imtina etmişdir.(i.v.160) 36. xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, iddiaçı onunla əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə izahat verməkdən imtina etmişdir (i.v.159).
37. İddiaçı sosial şəbəkədə “hörmətli Ceyhun Bayramov sizə kənd təsərrüfatı naziri vəzifəsi çox yaraşar” yazısını paylaşmışdır.
38. X4 28 fevr al 2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş A4 formatlı vərəqdə azərin adına yazılmış etik normativ qaydalara uyğun olmayan əlyazma mətnli sözlər və qiymətləndirmələr cədvəlində icra edilmiş əlyazma mətnli sözlər eyni bir şəxs tərəfindən yazılmışdır. (i.v.164-165)
39. İddiaçı məhkəməyə Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışını təqdim edərək qeyd edir ki, onun işdən azad edilməsi barədə əmrdə əsassız olaraq onun məhkum olunduğu qeyd edilmişdir.
40. Lakin işdə olan Ağır Cinayətlərə dair işlər üzrə azərbaycan Respublikası Məhkəməsinin 05 yanvar 2008-ci il tarixli hökmün surətindən müəyyən olunur ki, 17 sentyabr 2007-ci il tarixdə Xətai rayonu 221 saylı orta məktəbin fiziki tərbiyə müəllimləri Rövşən Məmmədov və İddiaçı arasında dərs saatlarının bölgüsü ilə əlaqədar baş vermiş mübahisə zəminində məktəbin idman müəllimləri otağında sonuncular bir-birlərinə xəsarət yetirmiş və nəticədə məsuliyyətə cəlb edilmişlər. İddiaçı törətdiyi cinayət əməlinə görə azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bundan əlavə, iddiaçı azərbaycan Təhsil İşçiləri X8 rayon komitəsinin 10 aprel 2023-cü il tarixli məktubuna istinad edərək qeyd edir ki, onun işdən azad edilməsi ilə bağlı razılıq verilməmişdir. Lakin iddiaçının istinad etdiyi məktub 10 aprel 2023-cü il tarixlidir. 22 saylı tam orta məktəbin X7 19 aprel 2023-cü il tarixli iclasında İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsin in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir.
42. Apellyasiya məhkəməsi işə birinci instansiyada baxan məhkəmənin iddiaçının həmkarlar təşkilatının iclasının vaxtı barədə məlumatlandırılmaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının istifadəsində olan ********** saylı əlaqə nömrəsinə həmkarlar təşkilatının 12 aprel 2023-cü il tarixli və 19 aprel 2023-cü il tarixli iclasları barədə lazımı məlumat verilmişdir. Belə ki, məlumatın göndərildiyi nömrə işlək nömrə olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, 12 aprel 2023-cü il tarixli məktub iki oxla işarələndiyi halda ondan qısa müddət sonra göndərilən məktubun iddiaçıya çatmadığı qənaətinə gələn məhkəmənin sadəcə onun bir oxla işarələnməsinə istinad etməsi əsassız olmuşdur. 4
3. Bununla yanaşı, məhkəmə iclas protokolundan müəyyən olunur ki, məktəbin ilk həmklarlar təşkilatının sədri vəzifəsinə əvəz edən Vüsalə Hüseynova şahid olaraq ifadəsində təsdiq etmişdir ki, iddiaçıya iclasın vaxtı barədə məlumat verilmişdir. O cümlədən, digər şahid Mehparə Rzayeva da iclas barədə məlumatın məktəbin ictimai lövhəsində yerləşdıyini qeyd etmişdir (i.v.233-234).
44. İşdə olan fotoşəkillərdən müəllimlər otağının qapısından sol tərəfdəki divarda ictimai lövhənin yerləşdiyi müəyyən olunur. (i.v. 196-199). xx.xx.2023-cü il tarixli aktdan da müəyyən olunur ki, ilk həmklarlar təşkilatının xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə sayca 4 iclası keçirilmiş və iclaslar barədə İddiaçı şəxsən, şəxsi mobil telefonuna, məktəbin Wotsapp qrupuna məlumat göndərməklə, habelə ictimai lövhədə yerləşdirməklə məlumat verilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, sosial şəbəkədə və TV kanalında məktəb barədə sirr olmayan məlumatların yayılması cavabdeh tərəfindən əmək funksiyalarının pozulması kimi qiymətləndirmişdir. Bununla da söz azadlığının pozulmasına və əmək münasibətlərində ayrı-seçkiliyə yol verilmişdir. İddiaçıya qarşı xəbərdarlıq bərədə xx.xx.2022 il tarixli 698 saylı və xx.xx.2023 il tarixli 713 saylı əmrləri cavabdeh və məhkəmə inzibati tənbeh kimi qiymətləndirmişdir. Halbuki xəbərdarl ıq inzibati tənbeh sayılmır. Əmək Məcəlləsinin 190-cı maddəsinin qaydalarını pozaraq cavabdeh və məhkəmə qüvvədən düşmüş tənbehləri nəzərə almışdır. Cavabdeh bütün intizam tənbehləri üzrə işçidən izahatları almamış, xəbərdarlıq edilməsi və inzibati tənbehin tətbiqi barədə işçiyə rəsmi məlumat çatdırılmamışdır. Cavabdeh öz əmrində və məhkəmə öz qərarında iddiaçının ödənilmiş məhkumluğunu da əsas gətirmişdilər. Lakin iş materiallarında iddiaçının məhkumluğun olmaması barədə müvafiq arayış var. Məhkəmə hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi kobud pozmuşdur. Belə ki, apellyasiya məhkəməsi iclasda daha çox cavabdeh tərəfə izahat vermək imkanı yaratmışdır, iddiaçıya öz mövqeyini və iş üzrə məlumatlarını bildirmək hüququnu kəskin məhdudlaşdırmışdır. Məhkəmə işin hərtərəfli, tam və obyektiv baxılmasını tələbini yerinə yetirməmişdir. Qeyd etdiyim kimi, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən iddiaçının əmək müqaviləsini tədqiq etməmişdi, əmək müqaviləsinin şərtlərini nəzərə almamışdır, iddiaçı tərəfindən müqavilə üzrə hansı vəzifələrinin icra etməməsi müəyyən olunmamışdır. İddiaçı proses zamanı işə baxan hakimə xanım Günay Axundovaya yazılı etiraz vermişdir. Məhkəmə tərəfin hakimə etiraz etmə hüququnu pozaraq bu ərizəyə əhəmiyyət vermədi və müvafiq prosessual hərəkət etməmişdir. Yəni hüquqi cəhətdən etiraz ərizəsinə qiymət verməmişdir. Cavabdeh məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən əmək vəzifələrinin pozulmasını sübut etməmişdir. Məktəbin əmrində ancaq iddiaçıya qarşı əmək funksiyaları ilə bağlı olmayan şikayətlər göstərilmişdir və ümumiyyətlə mübahisələndirilə n əmr azərbaycan Respublikası Əmək Məcəlləsində əmrlər üçün nəzərdə tutulmuş tələblərinə cavab vermir. Məhkəmə iddiaçının prosessual hüquqlarını pozaraq iş üzrə sübutları qeyri obyektiv, qərəzli, natamam araşdırma aparmaqla qiymətləndirmişdir. Məhkəmə proses zamanı iddiaçıdan əlavə sübutlar qəbul etməmişdir, lakin cavabdehə bu imkan yaradıb cavabdehin yeni sübutlarını iş materiallarına əlavə etmişdir. Ancaq azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə əsasən sübutların birinci instansiya məhkəməsində təqdim edilməsini mümkün olmadığı halda apellyasiya məhkəməsi həmin sübutları qəbul edə bilər. Cavabdeh həmin sübutların birinci instansiya məhkəməsinə təqdim etməməsinin mümkün olmadığını göstərə bilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassa siya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq azərbaycan Respublikasının Əmək Məcəlləsi
48. Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
49. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
50. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
51. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
52. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: 53. e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; 54. ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
55. Maddə 80 (1-2-ci hissələr). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqav iləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
56. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, o nda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
57. Maddə 186 (2-ci hissə) İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək h aqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; 58. ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
59. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi b arədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş X9 Qaydaları
60. Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi 61..Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62..Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 63..Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 65..Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 66..Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
70. İddiaçının kassasiya şikayətlərinin dəlilləri iddia ərizəsində və işə məhkəmədə baxılan zaman verdiyi izahatlarda da irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
71. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd e dir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
72. Beləliklə də, məhkə mə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı A pellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6277/2023 nömrəli iş üzrə 30 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.