Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-862/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması, torpaq sahəsinin qeyri-qanuni sahiblikdən qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin sənədləşdirilməsinə edilən qanunsuz maneələrə son qoyulması və torpaq sahəsinin qeyri-qanuni sahiblikdən qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 7)1168/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Qəbələ Rayon Nic Bələdiyyəsinin 16 oktyabr 2007-ci il tarixli 13 saylı qərarına əsasən, Bələdiyyənin ehtiyat fondundan 1.53 ha torpaq sahəsi bağ salmaq məqsədi ilə alqı-satqı qaydasında Nic qəsəbə sakini İddiaçı satılmışdır.
2. Qəbələ Rayon Nic qəsəbəsində 15300.00 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına xx.xx.2007-ci il tarixdə, A 121898 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» yerləşən məxsus tərtib edilmişdir. 3. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-318A (Kod: ********) nömrəli Şəha dətnaməyə əsasən Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli, 04 nömrəli qərarı ilə Cavabdeh Arşaviroviç və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə fərdi ev tikintisi üçün 0.54 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (sonradan tələbin həcminin artıtlması barədə ərizə ) ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında Qəbələ rayonu, Nic qəsəbəsində xüsusi mülkiyyətinə verilmiş 1.53 ha həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən edilən qanunsuz meneələrə son qoyulması, torpaq sahəsinin 0.8708 ha hissəsinin cavabdehin istifadəsindən geri alınaraq ona qaytarılma sı, 100 manat məbləğində dövlət rüsumunun, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 385 (üç yüz səksən beş) manat məbləğində xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti iddia ərizə üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırıb ki, 2007-ci il tarixində Qəbələ rayonu Nic Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarı ilə Qəbələ rayonu, Nic qəsəbə ərazisindən 1.53 ha torpaq sahəsini bağ salmaq məqsədilə 5508 (beş min b eş yüz səkkiz) manata almış, bələdiyyə ilə torpağın alqı-satqısına dair AKT bağlamışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən isə adına həmin torpaq sahəsi üzrə A 121898 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X1 kitabında 22 dekabr 2008-ci il tarixdə 854 nömrə ilə uçota alınmışdır.
7. Torpaq sahəsi alqı-satqı olunduqdan sonra iddiaçı həmin sahədə fındıq bağı salınmışdır. Fındıq ağaclarını cavabdehlə birlikdə əkmiş və iddiaçıya məxsus bağ cavabdehin bağı ilə yanaşı olduğundan aralarında olan razılaşmaya əsasən bağa cavabdeh baxmalı və bir müddət əldə olunan meyvə də cavabdehə çatmalı idi. 180 topa fındıq ağaclarından 7-8 ildir meyvə yığılır və yığılan meyvə cavabdeh şəxs tərəfindən satılır.
8. Bir neçə ildir ki, iddiaçı cavabdehə meyv ə bağını tərk etməsini və fındıq meyvəsini özü yığacağını bildirmişdir. Lakin cavabdeh qanunsuz əməllərindən əl çəkmir. Bu barədə bir neçə dəfə mübahisələri düşmüş və Qəbələ RPŞ-də araşdırma da aparılmışdır. Həmçinin, DƏDRX-ə müraciət edərək torpaq sahəsinə görə çıxarış almaq istəsə də bu, baş tutmamışdır, səbəb kimi isə cavabdehin yerində baxış keçirərək ölçmə işlərini aparan əməkdaşlara maneçilik yaratması olmuşdur.
9. Sonucu dəfə xx.xx.2021-ci il tarixində müraciəti əsasında Şəki LTİ-nin əməkdaşları A 121898-**********1898 nömrəli plan ölçü sənədində qeyd olunmuş 1.53 ha torpaq sahəsinin naturada tanıdılması üçün kameral qaydada araşdırma aparmış, torpaq sahəsi cavabdeh şəxsin istifadəsində olduğundan və ölçmə işlərinin aparılmasına imkan vermədiyinə görə imtina olunmuş və iddiaçıya m əhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 170.1, 170.2-ci, Torpaq Məcəlləsinin 84, 110 və 111-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh iddiaya etiraz edərək göstərib ki, mübahisəli torpaq sahəsində ağacları o əkməmişdir. Həmin sahə bağ sahəsi olduğundan ağaclar orda çoxdan əkilən yaşlı ağaclardı. Həmçinin həmin torpaq sahəsinin 0.54 ha hissəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona JN-318A (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə də verilmişdir.
12. Birinci instansiya məhkəməsi torpaq sahələrinin koordinatlarını müəyyən edilməsi və zəbt faktının olub-olmamasını aydınlaşdırmaq məqsədilə 03 mart 2022-ci il tarixli qərardadla mütəxəssis cəlb etmiş və mütəxəs sis rəyinin verilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə etmişdir.
13. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********86 saylı mütəxəssis rəyinə əsasən: - əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı xx.xx.2007-ci il tarixli A 121898 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Qəbələ rayonu Nic qəsəbəsində yerləşən iddiaçıya məxsus 1,53 ha torpaq sahəsinin və JN-318A (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şə hadətnaməyə əsasən cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.54 ha torpaq sahəsinin hüdudları müəyyən edildi; - həmin torpaq sahələri 0,3641 ha hissədə üst-üstə düşür, iddiaçının adına tərtib olunmuş A 121898 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 1,53 ha torpaq sahəsinin 0,8708 ha hissəsi cavabdehin istifadəsindədir, cavabdehin istifadəsində olan 0,8708 ha torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir
14. Qəbələ rayon məhkəməsinin 2(025)-333/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən A 121898 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən iddiaçıya məxsus 1.53 ha torpaq sahəsinin sənədləşdirilməsində cavabdeh tərəfin dən edilən maneələrə son qoyulması, ödənilmiş 385 manat mütəxəssis tədqiqatının dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Elman İsayev)
15. Birinci instansiya məhkəməsi işdəki sənədlərə, o cümlədən mütəxəssis rəyinə əsasən müəyyən etmişdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.53 ha torpaq sahəsi Qəbələ rayon Nic Bələdiyyəsinin xx.xx.2007ci il tarixli qərarı ilə iddiaçıya satılmış və bu akt əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən iddiaçıya xx.xx.2007-ci il tarixli A 121898 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. Cavabdeh qeyd olunan ərazi üzrə müvafiq sənədləşdirmə işlərinin aparılmasında iddiaçıya maneə yaratma qdadır.
16. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. İddiaçı istifadəsində olan torpaq sahəsini Qəbələ rayon Nic Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı əsasında əldə etsə də, iddiaçının həmin torpaq sahəsi üzrə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-indən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı əldə etməsinə və ərazidə ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən maneələr yaradılır. Bununla da iddiaçının hüquqları pozulur.
17. Birinci instansiya məhkəməsi mütəxəssis rəyini alınmasına görə ödənilmiş 385 manatı n cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddianı təmin edərkən isə, iddiaçının həmin məbləğdə pulu Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9 saylı Ərazi İdarəsinin hesabına keçirməsi barədə qəbzə istinad etmişdir.
18. Bununla belə, birinci instansiya məhkəməsi iddia tələbini torpaq sahəsinin 0.8708 ha hissəsinin cavabdehin istifadəsindən geri alınaraq iddiaçıya qaytarılması hissəsini təmin etməmiş və bunu onunla əsalandırmışdır ki, iddiaçı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1.53 ha həyətyanı torpaq sahəsinin 0.8708 ha hissəsinin cavabdehin istifadəsindən geri alınaraq ona qaytarılmasını tələb etsə də, mübahisəli torpaq sahəsinin üzərində mülkiyyət hüququnu təsdiq e dən müvafiq sənədi (Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış) məhkəməyə təqdim etməmişdir. Lakin iddiaçının gələcəkdə həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyətini təsdiq Çıxarış alındıqdan sonra qeyd olunan iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi istisna olunmur.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.4 və 152.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh аpellyаsiyа şikаyəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçının göstərdiyi Nic qəsəbəsi əraz isində bağ salmaq üçün alınan 1.53 ha torpaq sahəsi boş torpaq olmayıb. Həmin ərazi bir əsrə yaxın əkilən və istifadə olunan fındıq bağı sahəsidir. Bu faktı təsdiq edən Sovet dövründə həmin ərazidə fəaliyyət göstərən “Lenin” sovxozunda çalışmış kənd təsərrüfatı mütəxəssisləri var və onların şahid qismində məhkəməyə dəvət olunmasını məhkəmədən xahiş etmişdir. Hər üç kənd təsərrüfatı mütəxəssisi məhkəməyə dəvət olunarsa iddiaçının göstərdiyi ərazinin boş torpaq olmadığını, həmin ərazinin bır əsrə yaxın fındıq bağı olduğunu göstərərlər. - iddiaçının guya cavabdehlə həmin ərazidə 2008-ci ildən fındıq bağı əkdiyi və son 7- 8 ildə əldə olunan məhsulu cavabdehin yığdığını iddia etməsi tam yalandır. İddiaçının yaxın qohumu xeyli müddət Nic bələdiyyəsinin sədri işləmiş və həmin sahəni gizlin olaraq qərara alaraq mənimsəmək istəmişlər. Məhkəməyə təqdim olunan bələdiyyə qərarları, aktları bələdiyyə üzvlərindən xəlvət tərtib olunub. Ən başlıcası isə 5508 manat pul Nic bələdiyyəsinin hesabına ödənilməyib. Ödəmə qəbzi olsaydı yəqin ki surəti iddia ərazisində sənədlərin siyahısında qeyd olunardı; - iddiaçının iddia ərizəsində “mülkiyyət"ində olan torpaq sahəsinin sənədləşdirilməsinə cavabdeh tərəfindən edilən qanunsuz maneələrə son qoyulması tələbini də qəbul etmir. Sənədləşmə işlərinin aparılması cavabdehin olmayan “maneələri" səbəbindən yox, digər qanuni maneələr səbəbindən mümkün deyil. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 9 saylı Qəbələ Ərazi idarəsinə 1.53 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı ərizə ilə müraciət etmiş, ərizə * ********* nömrə ilə qeydə alınmaqla araşdırma aparılmış və iddiaçıya cavab verilmişdir ki, Nic bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 13 saylı qərarı ilə satılmış torpaq sahəsi yaşayış məntəqələri daxilində yerləşməklə kəndin prespektiv inkişaf fonduna aid torpaq sahəsidir; - bundan əlavə iddiaçı iddia edir ki, guya o, cavabdehlə 1.53 ha torpaq sahəsində müəyyən şərtlər daxilində boş torpaq sahəsində fındıq topası əkiblər. Bu, düz deyil, həmin bağ qədimi bağ olmaqla 0.54 ha cavabdehin və ailə üzvlərinin mülkiyyətinə verilib, JN 318 A saylı şəhadətnamə ilə adlarına rəsmiləşdirilib. Həmin şəhadətnamə xx.xx.1999-cu il tarixli 04 saylı qərarla verilib. İddiaçının məhkəməyə təqdim etdiyi A 121898 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi isə xx.xx.2008-ci il tarixdə tərtib olunub. Necə ola bilər ki, mülkiyyət hüququnu təsdiq edən JN - 318 A saylı şəhadətnamədə göstərilən 0.54 ha torpaq sahəsi sonradan iddiaçıya satılsın. Məhkəmə həmin məsələni də ətraflı araşdırmamışdır.
22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1168/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov)
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının torpağın dəyəri kimi 5508 manat pulu Nic bələdiyyəsinin hesabına ödəməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, mülki işin materiallarının 21-ci vərəqində yer alan “Torpaqların alqı-satqısına dair Akt”dan və 32 nömrəli 27 noyabr 2007-ci il tarixli qəbzdən görünür ki, 5508 manat pul iddiaçı tərəfindən ******* nömrəli hesaba köçürülmüşdür.
24. Apellyasiya instansiyası məhkəməsi sənədləşmə işlərinin aparılmasına cavabdehin deyil, digər qanuni səbəblərin imkan verməməsi, yəni DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinin məktubuna əsasən iddiaçıya satılmış torpaq sahəsinin yaşayış məntəqələri daxilində yerləşməklə kəndin prespektiv inkişaf fonduna aid torpaq sahəsi olduğuna görə sənədləşmə işlərini aparılmaması barədə apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, cavabdeh göstərdiklərini sübut edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdehin vəkilinin təqdim etdiyi sənəd isə üç ayrı sənədin natamam birləşməsindən ibarət olmaqla, kserosurət olduğundan sübut kimi qəbul edilməməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti belə əsaslandırlıb: - 24 iyun 2021-ci il tarixli imtina barədə bildirişdən görünür ki, iddiaçının adına 1,53 ha torpaq sahəsinin qeydə alınmamasının səbəbi cavabdehin maneəsi yox, qanunun yol verməməsi olub; - məhkəmə cavabdehin və ailəsinin ümumi mülkiyyətinə verilmiş 0,54 ha torpaq sahəsinin 0,3641 ha hissəsinin qanunsuz olaraq iddiaçıya satılmasına qiymət verməyib. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şik ayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2-152.4. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyy ətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158.1.2. mülkiyy ət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadın ı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
33. İş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
34. Belə ki, iddiaçı bələdiyyə qərarına əsasən alqı-satqı aktı ilə əldə etdiyi torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmiləşdirmək istəməsini, cavabdehin isə buna olmasını bildirmişdir.
35. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də Qəbələ Rayon Nic Bələdiyyəsinin 16 oktyabr 2007-ci il tarixli 13 saylı qərarına əsasən, Bələdiyyənin ehtiyat fondundan 1.53 ha torpa q sahəsi bağ salmaq məqsədi ilə alqı-satqı qaydasında iddiaçıya satılmış, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına xx.xx.2007-ci il tarixdə, A 121898 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, həmin torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşlarına ölçü işlərini aparmağa cavabdeh tərəfindən maneə törədilmişdir.
36. Bununla da, cavabdeh torpaq sahəsi üzərində hüquqa malik olan iddiaçının hüquqlarının qeydə alınması üçün mütəxəssislərə mane olmaqla, onun yuxarıda qeyd edilən qanunvericilik normaları ilə qorunan hüquqlarını pozur, nəticədə iddiaçı əldə etdiyi əmlaka mülkiy yət hüquqlarını təsdiq edən Çıxarışı ala bilmir.
37. Göründüyü kimi, tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.
38. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
39. Kassasiya şikayətinin 24 iyun 2021-ci il tarixli imtina barədə bildirişə əsasən iddiaçının adına 1,53 ha torpaq sahəsinin qeydə alınmamasının səbəbinin cavabdehin maneəsi yox, qanunun yol verməməsi barədə dəlilləri əsassızdır. Belə ki, bu dəlillər iş materialları təkzib edilir. Cavabdeh 24 iyun 2021-ci il tarixli imtina barədə bildirişə istinad etsə də, işdə qeyd edilən imtina bildirişi yoxdur.
40. Cavabdehin və ailəsinin ümumi mülkiyyətinə verilmiş 0,54 ha torpaq sahəsinin 0,3641 ha hissəsinin qanunsuz olaraq iddiaçıya satılmasına qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, bu dəlil, ümumiyyətlə, mübahisəni predmetinə aid olan dəlil olmadığı üçün ona qiymət verilməsinə də zərurət olmayıb.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1168/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.