Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-863/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Nikolayevna, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-12/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəməl ər işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Mübahisə predmeti Qax rayonu Qaxbaş kəndində 0.31 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.6 kv.m olan fərdi yaşayış evidir. Torpaq sahəsi və ev iddiaçının mülkiyyətindədir.
3. İddiaçı ilə Cavabdeh1 bacıdır, digər cavabdehlər Cavabdeh1 ailə üzvləridir.
4. Cavabdeh1 iddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmış, Qax Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Cavabdeh1 şikayəti əsasında qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, yəni, İddiaçı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 25 may 2018-ci il tarixli, **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın Qax rayonu, Qaxbaş kəndində yerləşən, ümumi sahəsi 93,6 kv.m olan fərdi yaşayış evinə aid hissədə ləğv edilmiş, həmin tarixdə qəbul edilmiş məhkəmə qərardadı ilə Qax Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsi torpaq sahəsinə dair çıxarışın ləğv edilməsinin təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 24 may 2021-ci il tarixli, 2(102)-2387/2021 saylı qərardadı ilə kassasiya ş ikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1625/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın mübahisələndirilən çıxarışın Qax rayonunun Qaxbaş kəndində yerləşən, ümumi sahəsi 93,6 kv.m olan fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir.
6. Cavabdeh1 bəhs edilən çıxarışın ləğvi ilə bağlı inzibati qaydada iddia qaldırmış, Şəki İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(116)-132/2022 saylı qərarı ilə çıxarışın fərdi yaşayış evinə dair hissəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmiş, həmin tarixdə qəbul edilmiş qərardad ilə sözügedən çıxarışın torpaq sahəsi ilə bağlı (0.31 ha) hissəsinin ləğvi tələbi mümkü n sayılmamışdır.
7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-120/2022 saylı, 06 aprel 2022-ci il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 21(116)-132/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin sonuncu qərarından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1214/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir.
8. Qax rayonu Qax-İngiloy kəndində 0.22 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh2 (Cavabdeh1 əri) tam, həmin evin yerləşdiyi torpaq sahəsi isə cavabdehlərin ümumi birgə mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə müraciət ed ərək cavabdehlərin özünə məxsus mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi və onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli evi ona nənəsi 1980-ci illərdə bağışlamışdır. Evdə təkcə o qeydiyyatdadır və tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bacısı Marine 1985-ci ildə ərə getmiş, əri ilə birlikdə qayınanasının evində ailə problemləri yaşadığı üçün 1998-ci ildə ondan bir müddət həmin evdə yaşamasını xahiş etmiş, o isə buna razı olmuşdur. Marine bir müddət həmin evdə qeydiyyata düşmədən yaşadıqdan sonra o, bacısından evdən çıxmasını xahiş etdikdə Marine təkidlə çıxmayacağını bildirmişdir. Bacısının ona məxsus olan yaşayış sahəsinə heç bir hüququ yoxdur. Cavabdehlərin onun evində yaşa ması onun evlə əlaqədar müəyyən hüquqlarını həyata keçirməsinə mane olur. Bacısı Marine və ailəsi ilə aralarında evlə bağlı heç bir razılaşma yoxdur. Ona görə də, cavabdehlərin onun evindən istifadə hüququna xitam verilməli, onlar həmin evdən məcburi çıxarılmalıdırlar. Cavabdehlərin Qax rayonu Qaxbaş kəndində özlərinə məxsus yaşayış evləri vardır.
11. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 1998-ci ildə digər Cavabdeh2 ilə evlənmiş, Malxazın anasına məxsus evdə yaşamışlar. Sonradan ailədə münaqişə olduğu üçün iddiaçının şifahi razılığı ilə ona məxsus evdə yaşamağa başlamışlar. İddiaçının öz evi vardır. 22 ildir ki, mübahisəli ünvanda yaşayır. Ev dağılmış halda olmuş, evi təmir etdirmiş, qaz çəkdirmiş, altıaçıq və dam tikdirmi şdir. Həmin evdən istifadə hüququ qazanmışdır. Ərinin anasından qalan evi vardır. Ona və oğluna yaşamağa ev yoxdur. O, həmin evdən çıxmayacaq. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsində izahat verən Cavabdeh3 izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, xeyli müddət mübahisəli evdə yaşamış, istifadə hüququ qazanmışlar.
13. Qax Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Malik Qarayev, iş N 2(024)-522/2019) iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Cavabdeh2 mülkiyyətində Qax rayonu, Qax-İngiloy kəndində 0,22 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur, eyni zamanda sözügedən torpaq sahəsi cavabdehlərin ümumi mülkiyyətlərindəd ir. Cavabdehlər Cavabdeh3 əvvəlki, Cavabdeh1 sonuncu məhkəmə iclasında yalnız Cavabdeh2 mülkiyyətində evinin olduğunu, özlərinin isə yaşamağa başqa evlərinin olmadığını göstərsələr də, cavabdehlər ailə üzvləridir. Məhkəmə iclasında isə onlar arasında hər hansı bir münaqişəyə ya ziddiyyət olması müəyyən edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, Cavabdeh2 mülkiyyətində fərdi yaşayış evinin olması, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas, yəni, yaşayış sahəsinə ehtiyacı aradan qaldırmışdır.
15. Cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması həmin evin mülkiyyətçisi olan iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə e tmək və ona dair sərəncam vermək, habelə «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində təsbit edilmiş öz mülkiyyətindən dinc istifadə etmək hüquqlarının pozulması ilə nəticələnir.
16. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Konstitusiyasının 13, 26cı maddələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.5-ci maddələrinə və «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi q anunsuz və əsassızdır, ona görə ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, o, bacısı iddiaçının razılığı ilə ona məxsus evə ailəsi ilə birlikdə köçmüş və hazırki tarixədək həmin evdə yaşayır. Ev dağılmış halda olmuşdur. Evi təmir etdirmiş, qaz çəkdirmiş, altıaçıq və dam tikmişdir. Həmin evdən istifadə hüququ qazanmışdır. Onun və oğlunun hazırda yaşamağa başqa evi yoxdur. Onun və oğlunun evdən kompensasiya ödənilmədən məcburi qaydada çıxarılması tam qanunsuzdur.
19. Apellyasiya instansiyası məhkəməsində Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, uzun illərdir ki, ailəsi ilə birlikdə mübahisəli evdə yaşayır. Həmin evdə onun da payı olmasına baxmayaraq, sənəd iddiaçının adına verilmişdir. Hesab edir ki, sənədləşmə düz gün aparılmayıb. O, mübahisəli evə nə qədər xərc çəkib. Əri Malxazın adına başqa yerdə ev olmasına baxmayaraq həmin evdə yaşaya bilmirlər.
20. Apellyasiya instansiyası məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, sözügedən yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsus olmasına baxmayaraq, cavabdehləri həmin evdən çıxara bilmir. Artıq məhkəmə çəkişmələrindən yorulub. Cavabdehlərin özünə məxsus evi olmasına baxmayaraq, yenə də onun evində yaşamaqda davam edirlər. Malxazın adına olan evdə yalnız cavabdehin 90 yaşlı qayınanası (Malxazın anası) yaşayır. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
21. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, qətnaməsi i lə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Mahir Əsədli iş N 2(107)-12/2022) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbinin mahiyyətindən görünür ki, tələb iki hissədən ibarət olmaqla cavabdehlərin mübahisəli yaşayış evindən istifadə hüququna xitam verilməsi və onların həmin evdən çıxarılması barədədir.
23. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından müəyyən edilir ki, iddiaçı tələbinin faktik əsası kimi ona istinad etmişdir ki, sözügedən yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfin özlərinə məxsus torpaq sahəsi və yaşayış evi mövcuddur. Cavabdeh olan bacısı qayınanası ilə bir evdə yola getmədiyindən onun razılığı ilə müvəqqəti olaraq hazırki evə köçmüşdür. Lakin hazırda tələb etməsinə baxmayaraq cavabdeh tərəf onun evindən çıxmaqdan imtina edir. Hesab edir ki, cavabdehlər yaşayış evinin mülkiyyətçisi kimi onun ailə üzvü sayılmadığından istifadə hüquqlarına xitam verilməli və evdən çıxarılmalıdırlar.
24. Cavabdeh tərəf bir ailə üzvü olmaqla iddiaya etiraz edərək, bildirmişdir ki, sözügedən yaşayış sahəsi iddiaçının adına qanunsuz olaraq sənədləşdirildiyindən, onların da həmin evdə hüquqları var. Hazırda ailəvi olaraq mübahisəli evdə yaşadıqlarından, digər yerdə yaşamağa imkanları olmadığından oradan çıxmaq fikirləri yoxdur.
25. Göründüyü kimi cavabdeh tərəf iddiaya etirazını mübahisəli yaşayış sahəsinin iddiaçının adına qanunsuz olaraq sənədləşdirilməsini, həmin evd ən istifadə hüququnun olması ilə yanaşı, həm də həmin mənzildə onun və övladının pay hüququnun olması ilə əsaslandırmışdır.
26. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ilə sübut olunur ki, mübahisələndirilən yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçının adına olmaqla, cavabdehlər sonuncunun şifahi razılığı əsasında müvəqqəti olaraq həmin evə köçərək orada yaşamağa başlamışlar. Sonra iddiaçı cavabdehlərdən həmin evdən çıxmalarını tələb etsə də, cavabdehlər bundan imtina etmişlər. 27. “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olub ki, məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edi lən Mənzil Məcəlləsinin 82.3cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır.
28. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasını n tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
29. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
30. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarında işin hallarından asılı olaraq, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvününd igər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsinin kompensasiya ödəmədən də mümkün olması təsbit edilib.
31. Apellyasiya şi kayətinin dəlilləri ilə bağlı işi araşdıran məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına əsasən Konstitusiya Məhkəməsinin Qərarında əks olunan hüquqi mövqe baxımından qiymət vermiş, cavabdeh tərəfin özünün adına yaşayış evinin olmasını, həmin evdə yaşamalarına hər hansı maneələrin olmamasını nəzərə alaraq onların mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxıb-qalxmaması baxımından araşdırmağa çalışmışdır.
32. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, məhkəmə sorğusu əsasında alınmış Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinin 09 oktyabr 2019-cu il tarixli, **********49 saylı məktubla, məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüqu qların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********54-10301 reyestr nömrəli Çıxarışla və məktuba əlavə edilmiş digər sənədlərlə Cavabdeh2 mülkiyyətində Qax rayonu Qax-İngiloy kəndində 0.22 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin olması, eyni zamanda da onun və digər cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi birgə mülkiyyətlərində həmin evin yerləşdiyi torpaq sahəsinin olması müəyyən edilmişdir.
33. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Cavabdeh2 mülkiyyətində fərdi yaşayış evinin olması, cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxmışdır.
34. Ona görə də kollegiya hesab edir ki, cavabdehlər artıq başqa yaşayış evində yaşayış sahəsinə olan ehtiyacını təmin etmək iqtidarında olduğu halda, iddiaçının (mülkiyyətçinin) evindən istifadə etməklə ehtiyacını qarşılamaq məcburiyyətində deyildir.
36. Kollegiyanın qənaətinə görə cavabdehlər üçün bu əsaslar aradan qalxdığı üçün mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həc minin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri baxımından qeyd etməyi zəruri hesab edir ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: -yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu.
37. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 22 8.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması.
38. Kollegiya qeyd edir ki, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurətinin aradan qalxmasının mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və ya digər mənzil sakinlərinin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən hərəkətlərə yol verir ki, bu da iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir.
39. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhət dən əsaslandırarkən Konstitusiyanın 29, 13, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 228.5, MPM-nin 14.2, 88, “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli Qərarı və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh1 (Vəkil) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax rayo n X4 rayonu, Qaxbaş kəndi üzrə 1983-1985-ci illərə aid XDS İK-nin təsərrüfat başına kitabından görünür ki, kitabın şəxsi hesab nömrəsi 377 olan sırasında ailə başçısı kimi X2 göstərilmiş və onunla bacısı İddiaçı isə ailə üzvləri kimi göstərilmişlər. X2 25 iyul 1984-cü il tarixdə vəfat edərkən onun 22, bacısının isə 16 yaşı olmuşdur. O, yetkinlik yaşına çatmış yeganə bir vərəsə kimi nənəsindən miras qalmış evi faktiki olaraq qəbul etmiş və təsərrüfatı idarə etmişdir. Onunla bacısı İddiaçı arasında evlə bağlı kəskin mübahisənin və fikir ayrılığının olduğu halda Qax rayonu Qax-İngiloy kənd İƏD tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışda qeyd olunmuşdur ki, daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur.
42. Lakin miras qalmış evlə bağlı vərəsələr arasında dərin mübahisənin olduğu halda səlahiyyətli icra hakimiyyəti orqanının arayışında daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisənin olmaması barədə yanlış məlumatın verilməsi bugünkü mübahisənin yaranmasına səbəb olmuşdur.
43. Hesab edir ki, qəbul edilmiş qərar qanuni və əsaslı deyildir, iş tam və hərtərəfli araşdırılmayıb. Belə ki, onun 24 ildən artıq- 1998-ci il tarixdən həmin mübahisəli evdə yaşamasına baxmayaraq Kənd İcra Nümayəndəliyi onu həmin evə aid təsərrüfat başına kitaba salmayıb və məhz onların səhlənkarlığı nəticəsində hazırda öz mülkiyyət hüququndan məhrum edilir. İddiaçı tərəfindən ancaq ağlabatan həcmdə kompensasiya ödənilməklə onların evdən çıxarılması mümkündür.
44. Kassator şikayətində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
46. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
47. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
48. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
49. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər
50. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
51. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı:
52. Bənd
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.
53. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
54. Bənd
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Maddə
88. Məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə gör ə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Kassasiya şikayətinin dəlillərində qeyd olunan məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Belə ki, kassasiya şikayətinin dəlilləri - sənədləşmənin düzgün aparılmaması və kompensasiya yolu ilə istifadə hüququnun itirilməsi ilə bağlıdır.
64. Birinci dəlil ona görə əsassızdır ki, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri məlumatla rına əsaslanır. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
65. Kassatorun istifadə hüququnun aradan qalxması ilə bağlı sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kol legiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
66. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
67. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-12/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.