Məhkəmə qərarları › İş №2(102)-863/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-863/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-863/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququnun tanınması, evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1693/2023 nömrəli iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi idarəsinin 25 okyabr 2022-ci il tarixli **********91 nömrəli məktubunda bildirilmişdir ki, Yerli Təsərrüfat şöbəsi ilə Gəncə şəhəri notariat kontorunda bağlanmış xx.xx.1931-ci il tarixli 9218 saylı müqaviləyə əsasən Cahangirov Fərmana fərdi yaşayış evinin tikintisi üçün 546 kv.m. torpaq sahəsi ayrılmışdır. Kirovabad şəhər notariat kontorunun xx.xx.1938ci il tarixli 88749 saylı alqı-satqı müqaviləsinə əsasən ünvanı Kirovabad şəhəri Sadovaya küçəsi 346 olan fərdi yaşayış evi Cahangirov Fərman tərəfindən X1. Alıcının adına bu əmlakın yerlə şdiyi 592 kv.m. torpaq sahəsinə dair xx.xx.1938-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhər Kəpəz rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarına əsasən hal-hazırda ünvanı Məmməd Məhərrəmov küçəsi 64 olan bu mülkdə (qanuni tikililər 21,6 kv.m, bir yaşayış otağı, 28,5 kv.m köməkçi sahə, 14,6 kv.m. örtülü eyvan, 56.3 kv.m. açıq eyvan) müvafiq icazə sənədləri olmadan inşa edilmiş 50,6 kv.m yaşayış sahəsi, 5 kv.m. köməkçi sahə, 14,9 kv.m. örtülü eyvan tikililərin hüquqverici sənədlərlə təmin edilməsi barədə rəy təsdiq edilmişdir. X8 adına bu əmlaka xx.xx.1988-ci il tarixli 742 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Kirovabad şəhər 4 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 2-96 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk (tikili “A”-da 72,2 kv.m. üç yaşayış otaqları, 29.5 kv.m. örtülü eyvan, 28,5 kv.m. keçid, tikili "B"-də 36,9 kv.m. iki yaşayış otaqları, 5 kv.m tambur) X10 adına keçmişdir. X12 bu əmlaka xx.xx.1989-cu il tarixli 742 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Kirovabad şəhər Kəpəz rayon xalq məhkəməsinin xx.xx.1989-cu il tarixli 2-411 1989 saylı qətnaməsinə əsasən 4 saylı notariat kontorunun 2-96 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ləğv edilmişdir. Bu fərdi yaşayış evi yenidən X8 adına qaytarılmışdır. Kirovabad şəhər 4 saylı notariat kontorunun xx.xx.1989-cu il tarixli 2-377 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu əmlakın 1/2 hissəsi X10 adına keçmişdir. Bu fərdi yaşayış evinə (tikili "A"-da 72,2 kv.m. üç yaşayış otaqları, 29,5 kv.m örtülü eyvan, 28,5 kv.m. dəhliz, 5 kv.m. tambur, tikili "B"-də 19,4 kv.m. bir yaşayış otağı) X8 1/2 hissə və X10 1/2 hissə adlarına xx.xx.1989-cu il tarixli 742 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Kəpəz rayon xalq məhkəməsinin xx.xx.1991-ci il tarixli 2-150/1991 saylı qətnaməsinə əsasən Məmməd Məhərrəmov küçəsi 64 saylı ünvanda yerləşən mülk iki yerə bölünmüşdür. "A" literli yaşayış evinin üst mərtəbəsində yerləşən 28.0 kv.m, 22,6 kv.m. yaşayış otaqları, 14,9 kv.m. örtülü eyvan, 5 kv.m. dəhliz X4, "A" literli yaşayış evinin alt mərtəbəsindəki 21,6 kv.m. yaşayış otağı, 14,6 kv.m örtülü eyvan və "B" literli yaşayış evi X12 verilmişdir. Sahəsi 28,5 kv.m. olan keçid və həyətyanı torpaq sahəsi tərəflərin bərabər istifadələrində saxlanılmışdır. Mülk bölündükdən sonra X4 Məhə rrəmov küçəsi 64 saylı fərdi yaşayış evinə (tikili "A"-da 50,6 kv.m. iki yaşayış otaqları, 19,9 kv.m. köməkçi sahə) xx.xx.2002-ci il tarixli 4281 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X10 ifadəsində olan və ünvanı Məhərrəmov küçəsi 64 olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçməmişdir. Kirovabad şəhəri 4 saylı notariat kontorunun xx.xx.2003-cü il tarixli 2V-1-43 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X3 adına olan mülk Cavabdeh2 adına keçmişdir. Cavabdeh2 Məmməd Məhərrəmov küçəsi 64 saylı fərdi yaşayış evinə xx.xx.2003-cü il tarixli 4281 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

2. X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 4281 nömrəli qeydiyyat vəsiqəsinə görə, ünvan 1 ünvanlı ev Cavabd eh2 adına mülkiyyət hüququ əsasında xx.xx.2003-cü il tarixdə qeydə alınmışdır. 3. 15.02.2023-cü il tarixli Həsənov Y.P, Yusubov F.Ş, Tairov N.M, Yusubov M.Ə, İsayev N.C, Yusubov Ə.Ə. tərəfindən imza edilmiş akta görə, Gəncə şəhəri Məhərrəmov küçəsi 64 saylı evdə yaşayan Cavabdeh2 qonşuları həqiqətən təsdiq edirlər ki, X13 və onun həyat yoldaşı İddiaçı 1994-95-ci illərdən həmin evdə yaşamırlar.

4. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2439/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh2 ünvan 2 nömrəli evin “A” literli tikilisinin 1-ci mərtəbəsindən çıxarılması qət edilmişdir.

5. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1822/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə görə, Cavabdeh2 X11, İddiaçı və qeyrilərinə qarşı iddia qaldıraraq, cavabdehlərin onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalarını və özünün ailə üzvləri ilə birlikdə həmin yaşayış evinin 2-ci mərtəbəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə X5 və İddiaçı uzun illər həmin evdə yaşamadıqları müəyyən edildiyindən, onların evdən çıxarılmaları tələbi hissədə iddia təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun Gəncə şəhəri M.Məhərrəmov küçəsi ev 64-ə istifadə hüququ verilib, evə köçürülmə tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Gəncə şəhər Məhkəməsinin 2(125)-706/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Z.İmanov) iddia təmin edilmiş, iddiaçının mübahisəli evdən istifadə hüququ tanınmış, onun həmin evə köçürülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1693/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov, F.Mehtiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... məhkəmə kollegiyasında işə baxılarkən müəyyən edilmi şdir ki, İddiaçı iş üzrə cavabdeh olan Cavabdeh2 qardaşı Bəxtiyar Əliyevlə 1987-ci ildə ailə qurmuş və mübahisəli evə gəlin köçmüşdür. Həmin vaxt mənzil İddiaçı qaynanası X3 mülkiyyətində olmuşdur. Sonradan iddiaçı ailəsi ilə birlikdə işləmək üçün Rusiya Federasiyasına getmiş, orada yaşamış, uzun illər köçürülməsini tələb etdiyi fərdi yaşayış evində yaşamamışdır. X7 öldüyündən hazırda iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi X3 vərəsəsi olan Cavabdeh2 mülkiyyətinə keçmiş və həmin ev barəsində Cavabdeh2 xx.xx.2003-cü il tarixli 4281 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Evin Cavabdeh2 adına mülk kimi qeydə alındığı xx.xx.2003-cü il tarixədək iddiaçının həmin evə istifadə hüququları rəsmən qeydə alınmamışdır. İddiaçı üzun illər öz ailəsi ilə birlikdə Rusiyada yaşamış və hazı rda onların özləri üçün Gəncə şəhərinin ərazisində inşa etdirdikləri fərdi yaşayış evi vardır.... Artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi 2003-cü ildən iddiaçının ailə üzvü olmayan Cavabdeh2 adına mülk kimi qeydə alınmışdır. Yəni, 2003-cü ildə həmin mənzilin hüquqi vəziyyəti dəyişmiş, yeni mülkiyyət münasibətləri yaranmışdır və fərdi yaşayış evinin Cavabdeh2 adına mülk kimi qeydə alındığı anda iddiaçının istifadə hüquqları ilə yüklü olaraq Cavabdeh2 mülkiyyətinə keçdiyi barədə güvənli nəticəyə gəlmək olmur. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1822/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı və onun ailəsi uzun illərdir ki, həmin evdə yaşamırlar. MPM-in 82.3-cü maddəsinə əsas ən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin Cavabdeh2 adına mülk kimi qeydə alındığı 2003-cü ildə iddiaçının həmin ev barəsində istifadə hüququnun mövcudluğu və saxlanmalı olması fakt kimi birmənalı olaraq təsdiq olunan deyildir. Evin mülkiyyətçisinin 2003-cü ildən etibarən Cavabdeh2 olduğu fakt kimi mübahisəsiz olduğundan, məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə tərəflər arasında olan mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri ilə müəyyən etdiyi qaydalara uyğun olaraq həll edilməlidir. İddiaçı mülkiyy ətçinin qardaşı arvadı olmaqla, onun ailə üzvü sayılmadığından və həmin evdən istifadə barədə onların arasında hər hansı bir rəsmi razılaşma olmadığından, həmin qanun normalarının hazırki işin faktiki hallarına tətbiqi nəticəsində iddiaçının mübahisəli evə köçürülməsinə yol verilmədiyi müəyyən olunur. Digər tərəfdən tərəflərin məhkəmədə verdikləri izahatlardan işin faktiki halı kimi müəyyən olunur ki, iddiaçının öz ailəsi ilə birlikdə Gəncə şəhərinin ərazisində özləri üçün inşa etdirdikləri fərdi yaşayış evi vardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin ailə üzvü olmayan iddiaçının mülkiyyətçinin iradəsi əleyhinə olaraq, mülkiyyətçinin öz ailəsi ilə birlikdə yaşadığı evdən onunla birlikə istifadə etmək istəyi qanuni əsaslı sayıla bilməz. Belə ki, mülkiyyət hüququ Az ərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ond an kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan) 53, 54, 123-cü maddələrinə istinad edib çox doğru olaraq iddianı təmin etmişdir. Bu isə onu göstərir ki, işə baxan məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən maddi hüquq normalarına düzgün istinad etməmişdir. İşə baxan məhkəmə iddiaçının mübahisəli evə 1987-ci ildə köçməyinə, başqa yerdə olan evinin yaşamaq üçün yararsız olmasına, evin qaz, su və işıq pulunu ödəməyi ilə bağlı sübutları sübut kimi qiymətləndirməmiş, bununla da MPM-in 88-ci maddəsinin tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə

43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Mad də

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 ok tyabr 2009-cu il tarixədək qüvvədə olan): Maddə

53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; Maddə

54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; Maddə

60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarəda r və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır; Maddə

87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir; İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; Maddə

123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ix tiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosess ual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərar: “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.” “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərar: “Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması M.Bəylərovun mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyi n müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyy atı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı: “Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mül ki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisi ya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı)....... məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırı lmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

21. Məhkəmə kollegiyası hüququn inkişaf ının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

24. İlk olaraq, yaşayış sahəsinə mülkiyyət hüququ yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluq tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

25. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun birinci xüsusiyyəti mülkiyyətçiyə məxsus olan yaşayış sahəsi üzrə onun hüquqlarının əmlakın təyinatına uyğun olaraq, yəni müstəsna olaraq mülkiyyətçinin və onun ailə üzvlərinin şəxsi yaşaması, eləcə də ona məxsus yaşayış sahəsinin başqa şəxslərin yaşaması məqsədi ilə əvəzli və ya əvəzsiz verilməsi və sair üçün həyata keçirilməsindən ibarətdir. Yaşayış sahəsi başqa məqsədlər üçün istifadə edilə bilməz. Yaşayış sahəsi üzrə mülkiyyət hüququnun digər xüsusiyyətini mülkiyyətçidən başqa ona məxsus olan yaşayış sahəsində yaşayan digər şəxslərin hüquqlarının mövcudluğu təşkil edir. Məhz bu məqamda «yaşayış binasının tərkib hissəsindən istifadə hüququ» meydana gəlir.

26. Bu kontekstdə, kassasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətin ilk dəlili əsassızdır. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri evdə yaşayış sahəsindən onunla bərabər ist ifadə etmək ixtiyarına malikdirlər. Lakin işdən görünür ki, iddiaçı nə cavabdehlərin, nə də Cavabdeh2 əvvəl evin mülkiyyətçiləri olmuş şəxslərin ailə üzvü (arvadı, əri, uşaqları, valideynləri) olmamışdır. Bundan əlavə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hazırkı mülki işə münasibətdə preyudisial qüvvəyə malik olan xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçı və onun ailəsi uzun illərdir ki, həmin evdə yaşamamışlar. Həmin faktı iddiaçı da inkar etməmişdir. Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli Qərarında (§18) göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması (hazırkı işdə mübahisəli yaşayış sahəsinin 2003-cü ildə Cavabdeh2 mülkiyyətinə keç məsi) anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur.

27. Şikayətin ikinci dəlili işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Çünki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual h üquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §17).

28. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1693/2023 nömrəli iş üzrə 18 iyul 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar