Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-864/2019 22.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 22 yanvar 2019-ci il № 2(102)-864/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı1, onun vəkili X4 və cavabdehin vəkili Quliyev Vəkil Yelmar oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İmişli Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ü.Qənbərov, iş № 2(036)-xx/18) İddiaçı1 cavabdehlər Cavabdeh1, X5, X3 qarşı “mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma və mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı1 məxsus olan xxx saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri göstərilmiş İmişli rayonunun Əliqulular kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsi üzərindəki tikililərin cavabdehlər Cavabdeh1, X9 və X2 hesabına sökülməsi və onların həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əhmədov-sədrlik edən və məruzəçi, K.Bəşirov və K.Əkbərov, iş № 2(106)xx/1 8) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı1 cavabdehlər Cavabdeh1, X5 və X3 qarşı “mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma və mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin iddiaçıya məxsus İmişli rayonunun Əliqulular kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin sa hədə inşa etdikləri tikililərin cavabdehlərin hesabına sökülməsi və onların mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun ev1 yeri üzrə qeydiyyatdadır və əmək fəaliyyəti ilə əlaqədar Bakı şəhərində müvəqqəti qeydiyyat üzrə yaşayır. Rayonda keçirilən torpaq islahatı nəticəsində İmişli rayon AİK-nin xx xx 1998-ci il tarixli 05 saylı qərarı ilə onun ailə üzvlərinin mülkiyyətinə 0,35 ha həyətyanı torpaq sahəsi verilmiş xxxsaylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən plan üzrə İddiaçı1, X7 və X1 adına dövlət qeydiyyatına alınmışdır. 1999-cu ildə o, Bakı şəhərinə köçərkən həmin torpaq sahəsində qardaşı cavabdeh2nun müəyyən müdd ət ərzində meyvə-tərəvəz məhsulları yetişdirməsinə razılıq vermiş və torpaq sahəsini onun sahibliyinə vermişdir. Lakin bir müddət keçdikdən sonra cavabdeh2 onun razılığı olmadan torpaq sahəsini Cavabdeh3 verib torpaqdan çıxmışdır. Cavabdeh3 həmin torpaq sahəsi üzərində yaşayış üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikili inşa etmiş və ailə üzvləri, Cavabdeh1, X9 və X6 ilə birlikdə bir müddət həmin tikilidə yaşadıqdan sonra boşanaraq başqa ünvana köçmüşdür. Cavabdeh1, X9 və X6 onun mülkiyyətindəki həmin torpaq sahəsindən könüllü qaydada çıxmaqdan imtina etdikləri üçün bu iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh1 vəkili Y.Quliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı1 və vəkili Z.Abbasov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı,Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehlərin iddiaçıya məxsus İmişli rayonunun Əliqulular kəndində yerləşən 0,35 ha həyətyanı torpaq sahəsindən çıxarılması, həmin sahədə inşa etdikləri tikililərin cavabdehlərin hesabına sökülməsi və onların mülkiyyətə qəsd edən qanunazidd hərəkətlərinə son qoyulması barədədir. İddiaçı cavabdehlərin yaşadıqları evin ona məxsus 0,35 ha torpaq sahəsində yerləşdiyini bildirsə də, cavabd eh tərəf öz etirazında və apellyasiya şikayətində onun evinin iddiaçının torpaq sahəsində yerləşmədiyini, evin və altındakı 0,10 ha torpaq sahəsinin iddiaçıya aidiyyəti olmadığını, həmin torpaq sahəsini hələ 15.10.2004-cü ildə X1 alqı-satqı aktı əsasında 6 milyon manata aldıqlarını göstərmiş və məhkəmədən bu halın dəqiqləşdirilməsi üçün müvafiq ekspertiza təyin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu xüsusatlar üzrə heç bir araşdırma aparmamış, izahı üçün xüsusi bilik tələb olunan suallar ortaya çıxsa da, cavabdehə məxsus tikilinin həqiqətən də iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşməməsini, eləcə də mübahisəli evin yerləşdiyi 0,10 ha torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olan 0,35 ha torpaq sahəsinin üst-üstə düşüb-düşmədi yini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunması barədə cavabdehin vəsatətini müzakirə etməmiş, 15.10.2004-cü ildə X1 və x2 arasında bağlanmış alqı-satqı aktının cavabdehlərə 0,10 ha torpaq sahəsindən istifadə ilə bağlı hüquq verib-vermədiyini, iddiaçının hazırkı iş üzrə iddianı qaldırmağa subyektiv hüququ olub-olmadığını aydınlaşdırmadan yalnız iddia ərizəsində göstərilənlərə istinad etməklə iddianı əsaslı saymışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallara aydınlıq gətirilmədən torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ek spertiza keçirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınanda, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən mübahisəli evin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, həmin torpaq sahəsinin kimin mülkiyyətində olması, cavabdehə məxsus tikilinin həqiqətən də iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşməməsi, mübahisəli evin yerləşdiyi 0,10 ha torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olan 0,35 ha torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyi, sökülməsi tələb olunan tikilinin özbaşına tikili olub-olmaması, bu tikilinin iddiaçının hər hansı hüququnu pozub-pozmadığı, pozmuşdursa hansı hissədə pozduğu, iddiaçının cavabdehə qarşı belə bir iddia irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması, eləcə də 0,35 ha torpaq sahəsinin digər birgə mülkiyyətçilərinin hazırkı tələbə münasibəti aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək y olu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yeni apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli, 2(106)-xx/18 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-864/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-864/2019
22.01.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver