Məhkəmə qərarları › İş №2(102)-864/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-864/2023

29.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-864/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-864/2023 Açar sözlər: işə bərpa tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1058/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1989-cu ildə elektrik montyoru ixtisası üzrə istehsalat təlimi ustası vəzifəsinə, xx.xx.1999-cu ildə istehsalat təlimi ustası vəzifəsi ixtisar edildiyindən, məktəbdə həmin ixtisasda fənn müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2000-ci ildə yenidən istehsalat təlimi ustası vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və İddiaçı müddətli əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə həmin məktəbə işə qəbul edilmişdir. xx.xx.2019-cu ildə isə müqavilənin müddətinin bitməsi əsası ilə Mingəçevir Peşə Məktəbi tərəfindən əmək müqaviləsinə xitam verilmişdir.

2. İddiaçı hazırkı icraatdan əvvəl işə bərpa edilməsi ilə bağlı məhk əməyə müraciət etmiş, iddiası təmin edilərək, xx.xx.2021-ci il tarixdə məktəbdə müddətsiz əmək müqaviləsi ilə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa edilmişdir. 3. xx.xx.2022-ci il tarixdə isə Mingəçevir Peşə Məktəbinin 08 saylı əmrinə əsasən işçilərin sayının və ştatlarının ixtisar edilməsi əsası ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə yenidən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin 21 yanvar 2022-ci il tarixli, 08 saylı əmrinin ləğv edilməsi, onun həmin məktəbə istehsalat təlimi ust ası vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ildə Bakı Sənaye Pedoqoji Texnikumunun İstehsalat təlimi ixtisasını bitirmişdir. xx.xx.1989-cu il tarixdə Mingəçevir Peşə Məktəbində istehsalat təlimi ustası vəzifəsinə təyin edilmiş, daha sonra həmin vəzifə ixtisara salındığından 1999-cu ilin avqust ayında həmin peşə məktəbində müəllim vəzifəsinə təyin edilmişdir. Sonradan müxtəlif vəzifələr üzrə həmin peşə məktəbində işləmişdir. Son dövrdə isə məktəbin istehsalat təlimi ustası vəzifəsində işləmişdir. Sonradan isə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Buna razı olmadığı təqdirdə onu işdən azad edəcəkdilər. Daha so nra isə məktəbin direktoru onun işdən azad olunduğunu bildirmiş və ona xx.xx.2019-cu il tarixli, 122 nömrəli əmr təqdim etmişdir. Həmin əmrdən narazı olduğu üçün bununla bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən o, xx.xx.2021-ci il tarixdə məcburi iş buraxma müddəti üçün aylıq əmək haqqı ödənilməklə işə bərpa olunmuşdur. Bundan iki gün sonra isə direktor qərəzlə onu yenidən işdən azad edəcəyini və ona ixtisar haqqında məlumatı imzalamağını bildirmişdir. Etiraz etdikdə isə onun etirazına baxmayacağını və onu məhkəməyə verməklə təhdid etmişdir. Onun işdən qeyriqanun i çıxarıldığı müddətdə onun işləmiş olduğu həm fənn müəllimi, həm də istehsalat təlimi ustası vəzifəsi üzrə yeni işçilər işə götürülmüşdür. İxtisar edərkən ona heç bir iş təklif olunmamışdır. O, həmin məktəbdə ilk təyinatla elektrik montyoru ixtisası üzrə istehsalat təlimi ustası, sonrakı illərdə isə həmin ixtisasda fənn müəllimi kimi fəaliyyət göstərmişdir. Hal-hazırda həmin ixtisas məktəbdə var və qeyd edilən vəzifə üzrə yeni işçi qəbul olunmuşdur. Nəticədə məktəbin direktoru məhkəmə qərarlarını pozaraq, onu ikinci dəfə işdən azad etmişdir. O, həmin əmrə iradını bildirmiş, onunla yeni müqavilə bağlanmasını tələb etmiş, lakin direktor imtina etmişdir. Hesab edir ki, məktəbin direktorunun ona qarşı qərəzli münasibəti vardır və qeyd edilən əmr qanunsuz, əsassızdır.

6. Məhkəmə iclası zaman ı cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin direktoru X12 təmsil etdiyi qurumun adından iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2220/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə Mingəçevir Peşə Məktəbinin 122 nömrəli, xx.xx.2019-cu il tarixli əmri ləğv edilmiş, İddiaçı məktəbin istehsalat təlimi ustası işinə bərpa edilmiş və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı tam ödənilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilərkən ƏM-in 71-ci maddəsinin 1-ci bəndinin tələbinə uyğun müəyyən edilmiş işəgötürən tərəfindən yerinə yetirilməli tədbirlər görü lmüşdür. Eyni zamanda, iddiaçının əmək müqaviləsi ƏM-in 80-ci maddəsinin 1-ci hissəsinə əməl edilərək, X1 qabaqcadan razılığı alınmaqla ləğv edilmişdir. Bundan başqa iddiaçı onun əmək hüquqlarının pozulması barədə X11 Xidmətinə müraciət etmiş və Xidmət tərəfindən müraciətin araşdırılması üçün xx.xx.2022-ci il tarixdə **********7 saylı məktubla məktəbə müraciət edilmişdir. xx.xx.2022-ci il tarixdə 04 saylı məktubla 24 adda təsdiqedici sənədlər Xidmətə göndərilmişdir. X11 Xidməti araşdırma nəticəsində müraciətin əsaslı olmadığı və bütün hüquq normalarına riayət edildiyi haqda iddiaçıya məktub ünvanlamışdır. Qeyd edilənlərə əsasən, iddia rədd edilməlidir.

7. Məhkəmə iclası zamanı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin Həmkarlar Təşkilatının sədri X7 izahatında göstərdi ki, İddiaçı i lə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi barədə məlumatı vardır. Belə ki, məktəbin direktoru tərəfindən təqdimat məktubu daxil olmuş, iclas keçirilmişdir. 5 komitə üzvü iclasda iştirak etmişdir. İddiaçı iclasa dəvət edilməmişdir. İşə bərpa olunan zaman ştat YOX idi. Sonradan isə ixtisasına uyğun ştatın olmaması səbəbilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi haqda direktorun təqdimatı daxil olmuşdur. İddiaçı diaqnostikadan elektrik qaynaqçısı kimi keçmişdir. Hal-hazırda belə qrup YOXdur, ona görə də ştat YOXdur.

8. İş materiallarına əlavə edilmiş Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin Həmkarlar Təşkilatının sədri X5 ünvanlanmış 11 noyabr 2021-ci il tarixli işçilərin saylarının və ya ştatlarının ixtisar edilm əsi barədə təqdimatdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixli F-462/1 saylı əmri ilə təsdiq edilmiş peşə təhsili üzrə 2021/2022-ci tədris ilində tələbə qəbul planında İddiaçı ixtisasına uyğun qrup nəzərdə tutulmadığına görə və məktəbin xx.xx.2021-ci il tarixli ştat cədvəlinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə xitam verilməsi barədə münasibət bildirilməsi xahiş edilmişdir.

9. İşdə olan Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi tərəfindən 19 noyabr 2021-ci il tarixli işçilərinin saylarının və ya ştatlarının ixtisar edilməsi barədə xəbərdarlıqdan görünür ki, Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində Azərbaycan Respubli kası Təhsil Nazirliyi tərəfindən “Elektrik qaz qaynağı” peşəsi üzrə 2019/2020-ci tədris ilindən məktəbin qəbul planına tələbə qəbulu nəzərdə tutulmadığından, hal-hazırda həmin ixtisas üzrə qruplarının olmaması və maddi texniki bazası olmadığı üçün gələcək tədris illərində də olması proqnozlaşdırılmadığı üçün ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq (xx.xx.2021-ci il tarixli 74/1 saylı əmrlə) İddiaçı xx.xx.2021-ci il tarixdən işdən azad edilməsi barədə xəbərdar edilmişdir.

10. İş materiallarına əlavə edilmiş Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin 05 yanvar 2022-ci il tarixli məktəbdə tədris olunan ixtisaslar üzrə təhsil alan tələbələrin siyahısından görünür ki, məktəbdə 2021-2022-ci tədris ilində dərzi, tikiş avadanlıqlarının operatoru, tikişçi, çilingər-santexnik, rəqəmli i darə olunan dəzgahların kompüter operatoru, elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis ixtisasları üzrə tədris həyata keçirilir

11. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 10 may 2022-ci il tarixli, 2(051)-869/2022 saylı qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin direktorunun İddiaçı işdən azad edilməsinə dair xx.xx.2022-ci il tarixli 08 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə, yəni Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası vəzifəsinə bərpa edilməsi, cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi tərəfindən xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqq ı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işəgötürən Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi İddiaçı ixtisasına uyğun “Elektrik qaz qaynağı” peşəsi üzrə məktəbin qəbul planına tələbə qəbulunun nəzərdə tutulmamasını və həmin ixtisas üzrə qruplarının olmamasını qeyd edərək, məktəbin istehsalat təlimi ustası vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam versə də, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini düzgün şəkildə əsaslandırmamışdır. Belə ki, İddiaçı mexanik-texnoloq, istehsalat təlimi ustası vəzifəsi üzrə ixtisası bitirmişdir. Yəni cavabdeh in qeyd etdiyi ixtisasın İddiaçı ixtisası ilə eyni olması əsaslandırılmamışdır. Bununla bağlı olaraq İddiaçı ixtisası və həmin ixtisas üzrə Mingəçevir Peşə Məktəbində tədris qruplarının olmaması barədə əsaslandırıcı sənədlər X3 təqdim edilməmiş, lakin qeyd edilən təşkilatın formal razılıq məktubunu alaraq əmək müqaviləsinə xitam verilmişdir. Nəticədə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələblər pozulmuşdur.

13. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı məktəbdə işlədiyi illərdə elektrik montyoru ixtisası üzrə istehsalat təlimi ustası və ya ixtisas fənn müəllimi kimi fəaliyyət göstərmiş və hazırda da məktəbdə həmin ixtisas üzrə tədris həyata keçirilir. Belə ki, məktəbdə 2021-2022-ci tədris ilində elektrik xətlərinin quraşdırıl ması və təmiri üzrə mütəxəssis ixtisası üzrə tələbələr məktəbə qəbul edilmişdir. Bundan başqa cavabdeh müəssisədə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanmağa üstünlüyü olan şəxslər barəsində də araşdırma aparmamışdır. Göründüyü kimi İddiaçı xx.xx.2021-ci il tarixdə məktəbə istehsalat təlimi ustası vəzifəsinə işə bərpa olunduqdan 1 gün sonra məktəbdə onun ixtisasına uyğun tədris həyata keçirilməsinə baxmayaraq, cavabdeh tərəf iddiaçının ixtisasına uyğun qrupun olmamasına görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilməsinə razılıq verilməsi barədə müəssisədə fəaliyyət göstərən X3 təqdimat məktubu ünvanlamaqla iddiaçıy a qarşı qərəzli mövqe tutduğunu nümayiş etdirmişdir

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 76, 78, 80, 300-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh əmək qanunvericiliyinin bu iş üzrə bütün zəruri tələblərinə (Əmək Məcəlləsinin 71 və 81-ci maddələri) əməl etməklə iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Lakin məhkəmə heç bir əsas olmadan həmin maddələrin pozulması qənaətinə gəlmişdir. Mə hkəmə prosesində müəyyən olunmuşdur ki, iddiaçı X6 öz hüquqlarının pozulması ilə bağlı müraciət etsə də, X11 bu işlə bağlı cavabdeh, yəni Cavabdeh tərəfindən əmək hüququ norma və qaydaların; əməl olunduğunu və iddiaçının şikayətinin əsassız olması haqqında qərar qəbul etmişdir. Lakin işə baxan məhkəmə bu halı da nəzərə almamış, bu işin belə bir əhəmiyyətli faktiki halı ilə bağlı heç bir münasibət bildirməmişdir. Halbuki, qətnamədə bu hal öz təsdiqini tapmışdır.

17. Həmçinin məhkəmə ştatın (və ya qrupun) olmaması məsələsini aydınlaşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli F-462/1 saylı əmrində 2021/2022-ci tədris ili üçün tələbə qəbulu planında iddiaçının ixtisasına uyğun qrup nəzərdə tutulmamışdır. Bu ndan əlavə, iş üzrə şahid qismində ifadə vermiş Abbasov Mirpaşa da ifadəsində qeyd etmişdir ki, iddiaçının ixtisasına uyğun elektrik qaynaqçısı qrupu hazırda YOXdur. İşə əlavə olunmuş xx.xx.2022-ci il İxtisaslar üzrə tələbələrin siyahısından da görünür ki, iddiaçının ixtisasına uyğun olan elektrik qaz qaynağı və ya buna oxşar ixtisas YOXdur. Lakin məhkəmə öz qətnaməsində bu sənədə sübut qiyməti versə də, həmin sənədə istinad etməmiş, onu nəzərə almamışdır.

18. Bununla yanaşı məhkəmə prosesində müəyyən edilir ki, iddiaçı işə bərpa olunan zaman artıq onun ixtisasına uyğun “elektrik qaz qaynağı" peşəsi üzrə qrup və ştat YOX idi. Bu hal məhkəməyə əlavə olunan sənədlər və şahid ifadəsi ilə də təsdiq olunsa da, nədənsə məhkəmə bu halı nəzərə almamışdır. Qətnamənin əsaslandırıcı hissəsində məhkəm ə belə qənaətə gəlir ki, iddiaçının ixtisasına uyğun tədris qruplarının olmaması barədə əsaslandırıcı sənədlər X3 təqdim edilməmişdir. Halbuki, bununla bağlı məhkəməyə zəruri sənəd təqdim olunmuş, hətta şahid Abbasov Mirpaşa da ifadəsində bütün zəruri sənədlərin X3 təqdim olunduğunu bildirmişdir.

19. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçiriləndə işdə saxlanmağa üstünlüyü olan şəxslər barədə araşdırma aparmamışdır. Məhkəməni bu yanaşması tamamilə yanlışdır, belə ki, həmin ixtisas üzrə ştat YOXdursa, kiminsə işdə saxlanması məsələsi də absurddur.

20. Eyni zamanda qətnamənin əsaslandırıcı hissəsində məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2021-də məktəbdə iddiaçının ixtisasına uyğun tədr is həyata keçirilmişdir. Məhkəmə heç bir fakta və ya sübuta əsaslanmadan, sadəcə özünün yanlış mülahizəsinə əsasən cavabdehin iddiaçıya qarşı qərəzli mövqedə dayandığını müəyyən etmişdir. Halbuki, bu halı təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Əksinə, işə əlavə edilmiş Təhsil Nazirliyinin əmrindən görünür ki, iddiaçı işə bərpa ediləndən, yəni xx.xx.2021-dən 2 ay əvvəl, yəni xx.xx.2021-ci il tarixdə iddiaçının ixtisasına uyğun tədris dayandırılmışdır. İddiaçının ixtisasına uyğun ştatın mövcud olması, iddiaçının ixtisasına uyğun ştat üzrə tədrisin aparılması, tədris qruplarının olmaması barədə Həmkarlar İttifaqına sənəd təqdim edilməməsi kimi hallar sübuta yetirilmir. Bununla belə, məhkəmə həmin halların mövcudluğunu təsdiq etmişdir. Cavabdehin iddiaçıya qarşı qərəzli mövqedə olma sı ilə bağlı məhkəmənin mövqeyi heç bir sübutla əsaslandırılmamışdır.

21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-1058/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X8 (sədrlik edən və məruzəçı), X10 və X4) cavabdeh Ələmdar Quliyev adına Mingəçevir şəhəri Peşə Məktəbi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(051)869/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdı ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmiş və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işd ə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr YOXdur.

23. Cavabdehin apellyasiya şikayətində səkkiz bənd üzrə qeyd etdiyi dəlillərin hər birinə gəlincə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 17 sentyabr 2018-ci ildə müddətsiz əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qəbul edilmiş qərar və ondan sonrakı ötən müddət ərzində cavabdeh tərəfindən iddiaçıya münasibətdə atılmış addımlar hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə 21 yanvar 2022-ci il tarixli əmrin ləğv edilməsini labüd etmişdir. İşçinin öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməsi onun Konstitusion hüququdur və heç kəs bu hüquqdan məhrum edilə bilməz. Qətnamə icra edildikdən sonra işçini bilərəkdən yenidən çıxılmaz vəz iyyətə salmaqla məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirmək təəssüfündən çıxış edərək işə baxan birinci instansiya məhkəməsi bu halı diqqətlə YOXlamış və düzgün qərar qəbul etmişdir.

24. Apellyasiya instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 14, 70, 71, 78, 80, 294, 297, 300-cü, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinin əsaslandırılmadığı göstərilsə də, iş materiallarında olan müvafiq əmrl ərin surəti, Həmkarlar Komitəsinə göndərilən təqdimat və iddiaçıya edilən xəbərdarlığın surətindən ştatların ixtisarına görə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinin əsaslandırıldığı aydın olur. Həmçinin məhkəmə prosesində şahid qismində ifadə vermiş X1 sədri cavabdeh tərəfindən bütün norma və qaydalara əməl olunmasını təsdiq etmişdir. Lakin məhkəmə nədənsə həmin ifadə ilə razılaşmamışdır.

27. Eyni zamanda qeyd edilmişdir ki, peşəkarlıq səviyyəsinin müəyyən edilməsi sırf işəgötürənin səlahiyyətində olan məsələdir, bu işəgötürənin diskresion səlahiyyətidir. Bu işdə də işəgötürən, yəni cavabdeh Əmək Məcəlləsinin tələblərinə riayət etmiş və qanunun ona verdiyi səlahiyyətdən istifadə etmişdir. Lakin məhkəmə bu halları nəzərə almamışdır. Bundan başqa məhkəmə ƏM 71-ci maddəsinin tələbl ərinə riayət edilməməsi ilə bağlı heç bir hal müəyyən etməmişdir.

28. Məhkəmə iddianın əsaslı olmasını göstərən və məhkəməyə təqdim edilən heç bir sübuta istinad etməmiş, sübutlara obyektiv qiymət verməmiş, eyni zamanda qərəzli mövqe tutmuşdur. Belə ki, yalnız iddiaçı tərəfin fikri və etirazlarının nəzərə alınması prosessual hüquq pozuntusudur. Məhkəmə cavabdehin iddiaçıya qarşı qərəzli mövqe tutmasını müəyyən etsə də, həmin halı heç bir sübutla əsaslandırmamış, əksinə aşkar şəkildə səhv mövqedə olduğunu göstərməklə iş üzrə özünün qərəzliliyini, qeyriobyektivliyini nümayiş etdirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə 68(1). Əmək müqaviləsin ə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

31. Maddə 68(2). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

32. Maddə 70(b). Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər.

33. Maddə 71(1). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

34. Maddə 71(3). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

35. Maddə 78 (1). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

36. Maddə

80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X3 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürəni n təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

37. Maddə 300(1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamə də işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini YOXlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq YOXlanılmalıdır. Kassasiya ba xışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını YOXlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin YOXlanılır. tərəfindən tam aktı bütövlükdə Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyasının mövqeyi ondan ib arətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas YOXdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu b arədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

50. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh formal olaraq ştatların ixtisarı zaman Əmək Məcəlləsində qeyd edilən təminatlara (xəbərdarlıq, Həmkarlar Komitəsinin razılığı və s.) əməl etsə də, lakin ştatın ixtisarı barədə hər hansı qərar qəbul etmədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

51. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2 hissəsində əsasən iddiaçı məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilən şəxs olduğundan, həmin qətnamənin icra edilərək xx.xx.2021-ci il tarixdə işə bərpa edilməsi və bundan 9 gün sonra ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasında əmək müqaviləsinə xitam veriləcəyi barəd ə xəbərdarlıq edilməsi həqiqətən də cavabdehin məhkəmə qətnaməsinin icrasında yayınmaq və iddiaçıya qarşı qərəzli olmasını deməyə əsas verir.

52. Kassasiya şikayətinin digər dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

53. Eyni zamanda, qeyd olunmalıdır ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmə məli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1058/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar