Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-865/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı, vəkili X1, cavabdehin vəkili Vəkil, cavabdeh Vergilər Nazirliyinin nümayəndəsi X3, vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “müavinətin tam ödənilməsi” tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakim lər M.Məmmədov, Ş.Məhərrəmova ) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən 8424 (səkkiz min dörd yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələb lərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilmə sini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan 8424 manat məbləğin tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, ARDNŞ-nin Cavabdeh xx xxxx 2017-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx xxxxx 2009-cu il tarixli, 57/0619ə nömrəli birgə Əmr-Qərarında göstərilmişdir ki, bu əmr-qərar verildiyi tarixdən, habelə xx xxx 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın 1-ci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir”. Həmin qərara əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və əmək haqqının 5 misli məbləğində müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh təşkilat qanuns uz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. O, dəfələrlə cavabdehə müraciət edərək ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunvericilikdə nəzərdə tutulmadığını və qanunsuz kəsilmiş müavinətin tam həcmdə ödənilməsini xahiş etsə də, cavabdeh təşkilat müxtəlif bəhanələrlə müavinəti tam şəkildə ödəməkdən imtina etmişdir. İşdən çıxma ilə bağlı Dövlət Neft Şirkəti tərəfindən ödənilən müavinətdən gəlir vergisi tutulmalı deyildir. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya ödənilmiş müavinətdən gəlir vergisinin hesablanaraq çıxılması qanunsuz və əsassızdır, tutulmuş həmin məbləğ cavabdeh tərəfindən qaytarılmalıdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayət inin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı 1977-ci ildən başlayaraq “26 Bakı Komissarı adına” (indiki “28 May”) NQÇİ-də işləməyə başlamış və xx xxxx 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxma ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya ARDNŞ-nin və ANQSİHİRK-nn xx xxxxx 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmiş və müavinət hesablandıqdan sonra həmin məbləğdən Azərbaycan Respublikası Verg ilər Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən müavinət məbləğinin 1000 manat hissəsi istisna olmaqla, yerdə qalan hissəsindən gəlir vergisi kimi 8424,01 manat pul tutulmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ARDNŞ-nin “Azneft” İB ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx xxxx 2017-ci il tarixdə xitam verilərkən, “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx xxxxx 2009-cu il tarixli, 57/06-19ə nömrəli birgə Əmr-Qərarında ona orta aylıq əmək haqqının 5 misli məbləğində müavinət hesablanmış və həmin müavinətdən gəlir vergisi olaran 8424,01 manat məbləğində pul vəsaiti tutulmuşdur. “ARDNŞ-də işçilərin əməyinin ödənilməsin in təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx xxxxx 2009-cu il tarixli, 57/06-19ə nömrəli birgə Əmr-Qərarının 4-cü bəndinə əsasən (həmin Əmr-Qərara dəyişiklik edilməsinə dair xx xxxxxx 2009-cu il tarixli Əmr-Qərarı nəzərə alınmaqla) bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, habelə xx xxx 2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta alıq əmək haqqının beş misli mi qdarında işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutu la bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Məcəllənin 77-ci maddəsinin 6-cı və 7-ci hissələrinə əsasən kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənil ir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən əmək haqqı bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir. Həmin Məcəllənin 101-ci maddəsinə əsasən bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən fiziki şəxslərin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Eyni zamanda Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinin tələblərinə görə işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləs inə xitam verilərkən “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X7 Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx xxxxx 2009-cu il tarixli, 57/06-19ə nömrəli birgə Əmr-Qərarına əsasən hesablanmış orta aylıq əmək haqqının 5 misli məbləğində müavinət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq hesablanmış müavinət kimi qiymətləndirilməlidir. Odur ki, həmin müavinətdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən gəlir vergisi tuta bilməzdir. Bu səbəbdən, iddiaçının ona verilməli olan müavinətdən əsassız olaraq aparılan tutmaların cavabdehdən qaytarılmasına dair tələbi əsaslı olmuşdur. İddia t ələbinə iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh təşkilatın ərizəsinə münasibət bildirərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq hazırki tələbə Əmək Məcəlləsindən irəli gələn iddia müddətini tətbiq etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan münasibətlər əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar müavinətin ödənilməsindən irəli gəlsə də, həmin müavinətdən əsassız tutulma vergi ödəməsi kimi aparılmışdır. Belə olan halda, hazırki tələbə Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlər şamil olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və mali yyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İş materiallarından isə müəyyən olunur ki, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulmuş müddətlər ötürülmədən məhkəməyə müraciət olunmuşdur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM -nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyininkassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-865/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-865/2020
11.02.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver