Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-865/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "X1 Kompani S.A" şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mühafizə zonasında yerləşən tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşad Şamayev və Elşanə Vəliyeva hakimlərdən ibarət tərkibdə, iddiaçı "X1 Kompani S.A" şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4948/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Suraxanı RİH-nin nümayəndəsi T.Həsənov, Suraxanı OYL OQ və NBX-nin növbə rəhbəri A.Cəfərov, OQ və NBX-nin nəzarətçisi H.Həmidov tərəfindən tərtib edilmiş 13 aprel 2021-ci il tarixdə “X2 S.A” şirkətinin nümayəndəliyinin neft-qaz çıxarma sexinin ərazisində olan ünvan 1 ünvanında Cavabdeh (bundan sonra-cavabdeh) tərəfindən tikinti işləri aparılması, tikintiyə aid sənədin ommaması aşkar edilərək tikinti dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “X1 Kompani S.A.” şirkəti iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 39 T 414942.00 m B 4477301.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdi yi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırmışdır ki, son illər iddiaçının istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsək də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X1 Kompani S.A. ” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev kü çəsi 39 T 414942.00 m B 4477301.00 m C koordinatlar iizrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qaz ılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımı layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi (qardaşı) izahatında bildirmişdir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdeh mübahisəli ərazini sonradan qanun statusu alan Saziş bağlananadək artıq əldə etmişdir. Bu onunla izah olunur ki, cavabdeh daimi sakini olduğu Zəngilan rayonunun işğalından sonra, 1993cü ilin noyabr ayında həmin ərazini alçaq tavanlı üç otaqlı yaşayış evi ilə birlikdə qeyriqanuni sahibdən əldə edib ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi orada məskunlaşmış və tədricən yenidən qurma işləri apararaq normal ev şəraiti yaratmış, həmçinin həyətyanı sahəni qamışlıqdan təmizləyib abadlaşdırmışdır. Mübahisəli tikili əvvəlki evin bünövrəsi üzərində illər boyu yenidən qurma nəticəsində inşa edilmiş və arxitektura baxımından 2021-ci ilin may ayında tamamlanmışdır. Bu illər ərzində cavadehin alternativ yaşayış yeri olmamışdır. Həmçinin bildirdi ki, tərəflər arasında yaranmış mülki mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti tətbiq edilməli, həmin müddətin keçməsi ilə əlaqədar iddia rədd edilməlidir. O, həmçinin bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən də digər obyektlərdən çıxarılması hallarına yol verilməsin.
5. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın iddiaçı “X1 Kompani S.A.” şirkətindən tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət etmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh həmin tikili ilə yaşayışını təmin edən ev kimi yetərli və davamlı bir bağı var və ölçüsündən asılı olmayaraq həmin ev Konvensiyanın 8-ci maddəsinin mənası baxımından cavabdehin evi olmuşdur. Bunun məntiqi davamı olaraq qəbul edilməlidir ki, bu evin sökülməsi cavabdehin Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan evinə hörmət hüququna müdaxilə (özü də ən kəskin forması olan evdən məhrum edilmə şəklində) təşkil edəcəkdir. Məhkəmə vurğulamışdır ki, iddiaçıya mübahisəli torpaq sa həsində tikinti işlərinin aparılması 2021-ci ilin aprel ayında məlum olmasına baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə yalnız 2022-ci ilin may ayında müraciət etmişdir. İddiaçı cavabdehə tikinti işlərinin aparılmasını aşkar edən anda tikintinin dayandırılmasını tapşırdığını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yəni, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hərəkətsiz qalaraq bir ildən çox müddət ərzində cavabdeh tərəfindən tikintiyə vəsait xərclənməsinə imkan vermişdir. Qeyd edilməlidir ki, iddiaçı “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Suraxanı rayonu ərazisində neft hasilatı ilə məşğul olduğundan və cavabdehin evinin yerləşdiyi ərazi də iddiaçının istismarına verilmiş sahəyə daxil olduğundan iddiaçının cavabdehin evini sökdürm əkdə məqsədi həmin ərazidə neft əməliyyatları həyata keçirilməsi zərurəti ilə izah oluna bilər. Hansı ki, iddia ərizəsi də əsasən bu halla əsaslandırılmış, ərizədə göstərilmişdir ki, Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun olaraq proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Belə ki, mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümk ün olmur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehin evinə hörmət hüququna müdaxilə etməkdə məqsədi neft əməliyyatlarının həyata keçirilməsi ehtiyacı ilə bağlı olmuşdur. İddiaçı tərəfindən bu əməliyyatların ölkənin iqtisadi rifahı maraqları naminə, dövlət və ya ictimai ehtiyac üçün təcili olaraq lazım olduğu iddia edilməmiş, belə bir təcili ehtiyacla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu vəziyyətdə məhkəmə cavabdehin evinə müdaxilənin daha çox iddiaçı “X1 Kompani S.A” Şirkətinin torpaq sahəsindən istifadə hüququ ilə bağlı maraqlarının qorunması məqsədini güddüyü nəticəsinə gəlir. Bütün bu qeyd edilənlərin fonunda məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının nə dərəcədə zəruri və təcili olduğu məlum olmayan neft əməliyyatları həyata keçirmək marağı ca vabdehin yaşayışını təmin edəcək yeganə evdən məhrum olmasına mütənasib deyil. Bu səbəbdən iddia təmin edilə bilməz.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33, 71-ci maddələri, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokolunun 1-ci maddəsi, Mülki Məcəlləsinin 152, 157, 180, 241-ci maddələri, Torpaq Məcəlləsinin 46, 111-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli qətna məsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, “X1 Kompani S.A.” Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Sazişin 25.1-ci maddəsinə əsasən, “...Bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla)”. Qeyd olunan mübahisəli torpaq sahəsi də Kontrakt sahəsinin hüdudları daxilindədir. Bu, məhkəməyə təqdim edilən sənədlərdən (mübahisəli torpaq sahəsinin fəaliyyətdə olan neft quyularının mühafizə zonasında yerləşməsi barədə arayış, 1976-cı iltarixli xəritə və s.) və məhkəmə araşdırmasından tam aydın olsa da, məhkəmə bu fakta düzgün hüquqi qiymət verməmiş və nəticədə əsasız qətnamə qəbul etmişdir. Eyni zamanda cavabdeh tərəfindən həmin ərazidə yaşadığı evdən əlavə tikinti işlərinin aparıldığı da məhkəməyə təqdim edilən foto şəkillər ilə müəyyən edilir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır və məhkəməyə təqdim edilən sənədlərdən mübahisəli torpaq sahəsinin kontrakt ərazisini n hüdudları daxilində yerləşməsi, cavabdehin nə tikiliyə, nə də ki tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması məhkəməyə təqdim edilən sənədlərdən aydın olsa da, birinci instansiya Məhkəməsi bütün bunları nəzərə almamış, qətnamə çıxararkən isə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 nömrəli qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxdıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlan dıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, torpaq mübahisələrinə baxıldıqda işdə iştirak edən şəxslərin dairəsi tam müəyyən edilməli, torpaq üzərində dövlət mülkiyyət hüququna toxunan mübahisələr olduqda səlahiyyətli dövlət orqanlarının və ya onların yerli orqanlarının və digər icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin prosesdə iştirakı təmin edilməlidir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4948/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayevdan ibarət tərkibdə) iddiaçı “X1 Kompani S.A.” şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı R ayon Məhkəməsinin 2(010)84/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, ünvan 1, 39 T 414942.00 m B 4477301.00 m C koordinatlar üzrə yerləşən özbaşına tikilinin sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçı “X1 Kompani S.A.” şirkətinin istifadəsinə qaytarılması,qətnamənin həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsi qət edilmişdir.
11. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqs ədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
12. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində yeni inşa edilən özbaşına tikilidr, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
13. İş materiallarının araşdırılması zamanı cavabdeh tərəfindən tikinti işlərinin aparılması üçün aidiyyəti inzibati orqanlardan lazımi icazələr alması müəyyən edilməmiş, həmçinin bununla bağlı sənədlər cavabdeh tərəf indən məhkəməyə təqdim edilməmişdir.
14. Cavabdeh işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı mübahisəli torpaq sahəsinə 1993-cü ildə köçdüyünü bildirir. Cavabdehin izahatına əsasən onlar tərəfindən 1993-cü ildə mübahisəli əraziyə köçdükdə orada ev olub, cavabdeh uzun müddət ailəsi ilə həmin evdə yaşamış, bununla bağlı icra hakimiyyətinin nümayəndələrinin xəbəri olmuşdur. Cavabdeh məhkəmə iclasında mübahisəli ərazidə yerləşən ilkin evin Sovet dövründə neft quyusunda işləyən Rusiya vətəndaşından aldığını, amma, bununla bağlı heç bir sübut təqdim edə bilmədiyini, hazırkı mübahisə predmeti olan özbaşına tikilinin tikintisinə 2021-ci ilin mart ayında başlanıldığını qeyd etmişdir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, “X1 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişə əsasən Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X1 Kompani S.A” Şirkəti fəaliyyət göstərir.
16. Göründüyü kimi, 16 avqust 2005-ci il tarixindən Suraxanı neft yataqlarının daxil olduğu ərazi “X1 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş, həmin əraziyə daxil olan ünvan 1 ünvanında Cavabdeh tərəfindən tikinti işləri aparılması 2021-ci ildə aprel ayında aşkar edilmişdir.
17. Cavabdeh izahatında mübahisəli torpaq sahəsində yerləşən özbaşına tikilinin “X1 Kompani S.A” Şirkətinə verilməmişdən əvvəl 1993-cü ildən tikilmiş evin sökülərək yerində tikilməsinə istinad etsə də, hal-hazırda mövcud olan özbaşına tiki linin yerində əvvəllər inşa edilmiş hər hansı bir ev və ya tikili olmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir.
18. İş materiallarında olan “X1 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 39 T 414942.00 m 177301.00 m C koordinatlar əsasında Cavabdeh aid tikilidən 178 metr aralı məsafədə 71128 saylı fəaliyyətsiz neft quyusu, 56 metr aralı məsafədə 7157 saylı ləğv olunmuş neft quyusu, 57 metr aralı məsafədə 7148 saylı ləğv olunmuş, 16 metr aralı məsafədə 7145 saylı ləğv olunmuş, 41 metr aralı məsafədə 7146 saylı olunmuş, 62 metr aralı məsafədə 1233 saylı ləğv olunmuş,76 metr aralı məsafədə 7144 ləğv olunmuş neft quyuları mövcuddur. Bu ərazi karbohidrogenlərin geoloji ehtiyatlarına malikdir və yatağın gələcək i şlənməsi üçün kommersiya marağı kəsb edir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, ətraf ərazidə neft (qaz) işlərinin görülməsinə dəlalət edən qurğulardan cavabdehin xəbərdar olması vizual müşahidə ilə mümkün olmuş, cavabdehin özü hüquq qaydalarına uyğun davranmamış və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməli olmuşdur.
20. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqan ları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır.
21. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizə çi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.
22. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olmas ı baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.
23. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün h ər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.
24. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompe nsasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
25. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı “X1 Kompani S.A.” şirkətinin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, ünvan 1, 39 T 414942.00 m B 4477301.00 m C koordinatlar üzrə yerləşən özbaşına tikili sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı “X1 Kompani S.A.” şirkətinin istifadəsinə qaytarılmalı, qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.
26. Məhkəmə kollegiyası izah edir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsi nə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu halda cavabdeh Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər.
27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, 29-cu maddəsinin İ və İİ hissələrinə,Azəırbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 180.1, 180.2, 180.3, 180.4, 240.1, 240.2-ci maddələrinə, “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8.1 və 8.2-ci maddələrinə, “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə və Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 220.6, 384.0.2-ci maddələr inə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4948/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsinin kassasiya qaydasında tamamilə ləğv edilib, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında “İddianın məhkəmə baxışından çıxarılması“ haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlıAzərbaycan RespublikasıMülki Məcəlləsinin 165.2-ci maddəsinin imperativ göstərişlərini pozaraq, heç bir qanuni əsas olmadan iddia müddəti keçmiş mübahisəyə mahiyyət üzrə baxar aq qətnamə qəbul etmişdir. Bununla da, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan qanunu, yəni Mülki Məcəllənin 165.2ci maddəsini tətbiq etməmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunmuşdur.
30. Apellyasiya instansiya məhkəməsi isə, iş üzrə yeni qətnamə qəbul edərkən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulmasını araşdırmamışdır. Halbuki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 165.2 və 375.2-ci maddələrinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, Mülki Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını v ə ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
31. Kassator şikayətini Azərbaycan Rerspublikasının Mülki Məcəlləsinin 165.2, 375.2 və Azərbaycan Respublikasının MPM-in 385-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etriaz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
33. Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azər baycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
37. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
38. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün ta nına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
39. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
40. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözlə mək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
41. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası
42. Maddə 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
43. Maddə 8.2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyə tdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu
44. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır Azərbaycan Respublikasını n Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.
1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Məhkəmə kollegiyası, hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia müddətinin nəzərə alınmaması barədə dəlili ilə əlaqədar qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır.
55. Goründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddia müddəti barədə dəlilə münasibət bildirmişdir.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki süb utlar araşdırılmış, onlara, habelə cavabdehin kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli 2(103)-4948/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.