Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-865/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5427/2024 nömrəli 7 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 25 iyul 2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada ümumi sahəsi 74 kv metr olan, təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. 2. 27 iyul 2020-ci il tarixli 36 nömrəli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 065 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən 74 kv metr olan mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə Cavabdeh MMC qarşısında heç bir borcu yoxdur. 3. 18 mart 2021-ci il tarixli 25 iyul 2018-ci il tarixli 065 saylı müqaviləyə 1 saylı Əlavəyə əsasən, İddiaçı inşa edilən binanın 2-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 54,5 kv metr təmirli mənzilin verilməsi müəyyənləşdirilir. Yaşayış sahəsinin yerdə qalan (74 kv metr – 54,5 kv metr = 19,5 kv metr ) 19,5 kv metr hissəsi hər kv metrinə 1500 manat olmaqla (19.5 x 1500 = 29250 manat ) əvəzləşdirilərək 29250 manat məbləğində qiymətləndirilir. Tikinti şirkəti tərəfindən ona kompensasiya şəklində ödənilir. 4. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin 22 may 2023-cü il tarixli məktubuna əsasən, aparılmış ölçü və hesablamanın nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yer ləşən qeyri-yaşayış sahəsinin sökülərək həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək Cavabdeh MMC tərəfindən təhvil verilmiş ümumi sahəsi 54,2 kv metr olan mənzilin arakəsmələri nəzərə alınmaqla faktiki sahəsi 49,17 kv metr və arakəsmələr nəzərə alınmamaqla 46,9 kv metr sahəsi təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin icra edilməməsinə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 7950 manat kompensasiyanın və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad e tməklə tələbini belə əsaslandırmışdır ki, müqaviləyə əsasən, o, xx.xx.2005-ci il tarixdə 5 nömrəli reyestr kitabının 82 nömrəli səhifəsində 003228 nömrəsi ilə qeyd edilmiş İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 003228 Şəhadətnamə ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən binanın zirzəmisindəki ümumi sahəsi 54,2 kv metr olan (faktiki sahəsi 58 kv metr) ibarət olan qeyri-yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi üzərimə götürmü şdür. Müqavilənin 1.1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada ümumi sahəsi 74 kv metr olan, təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 18 mart 2021-ci il tarixli müqaviləyə əlavəyə əsasən şirkət 19,5 kv metr hissəsi 1500 manat olmaqla 29250 manat kompensasiya ödənilmişdir. Sonradan verilən mənzilin sahəsi ölçülmüş və 49,17 kv metr olduğu müəyyən edilmişdir. Cavabdeh MTK-ya sahənin az verilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq kompensasiyanın ödənilməsindən imtina edilmişdir.
7. Birinc i instansiya məhkəməsində cavabdehin nümayəndəsi göstərmişdir ki, tərəflərindən düzgün hesablanılmaqla ev verilmişdir. Əgər iddiaçı tərəf etiraz edirsə, o zaman ekspertiza təyin edilməsini və evin ölçülməsini xahiş edirlər. Əgər iddiaçının iddia etdiyi kimi olarsa, o zaman əlavə kompensasiya ödəməyə razılıq verərlər. İddiaçının həmin ərazidə qeyri-yaşayış sahəsi olmuş və o qeyri-yaşayış sahəsinin müqabilində 2 mənzil vermişlər. Bu mənzillərdən biri də hazırkı mübahisə predmeti olan mənzil olmuşdur.
8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli 10/8235 nömrəli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin faktiki ümumi sahəsinin, (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin b ayır və ara divarlarının altı nəzərə alınmadan) 45,9 kv metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 54,5 kv metr təşkil etdiyi müəyyən edilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-178/2024 nömrəli, 11 iyul 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 25 iyul 2018-ci il tarixli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi m əhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulan ölçüdə olması müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 752.1, 762, 766, 773 və 776.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3, 59.4 və 59.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellya siya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 1.1.2-ci bəndinə əsasən “Tikinti Şirkəti” Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada ümumi sahəsi 74 kv metr olan, təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 18 mart 2021-ci il tarixli müqaviləyə əlavəyə əsasən şirkət 19,5 kv metr hissəsi 1500 manat olmaqla 29250 manat kompensasiya ödənilm işdir. Sonradan verilən mənzilin sahəsi ölçülmüş və 49,17 kv metr olduğu müəyyən edilmişdir. Lakin iş üzrə keçirilmiş ekspertiza rəyində isə mənzilin müqavilədə göstərilən sahəyə uyğun verildiyi göstərilmiş və məhkəmə də ekspertizanın rəyini əsas götürmüşdür. Halbuki müqavilənin 1.1.2-ci bəndində mənzilin sahəsinin Azərbaycan Respublikası Şəhərsalmavə Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə uyğun hesablandığı göstərilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5427/2024 nömrəli mülki iş üzrə 7 noyabr 20024-cü il tarixli qətnaməsi ilə (hakimlər C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qə tnamə qəbul edilmiş, iddia təmin olunmuş, Cavabdeh MTK-dan 7950 (yeddi min doqquz yüz əlli) manat məbləğində pulun tutularaq İddiaçı, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 150 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı, iş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 50 manat Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir.
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan ölçüdə olması qənaətinə gəlməklə, işin həqiqi hallarını düzgün müəyyən etməmişdir. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli 10/8235 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan, Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsinin ölçüsü 45,9 kv metr təşkil edir.
16. İddiaçı ona təhvil verilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Çünki iddiaçının mülkiyyətinə verilmiş mənzilin ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadıqda, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadıqda 45,9 kv metr təşkil etdiyi müəyyən olunur və bu ölçü mənzilin ümumi sahəsinin müqavilədə (74 kv metr), habelə 18 mart 2021-ci il tarixli “25 iy ul 2018-ci il tarixli 065 saylı müqaviləyə” 1 saylı Əlavədə (54,5 kv metr) göstərilən sahəsindən də 8,6 kv metr (74-54,5-45.9) azdır. Beləliklə iddiaçıya müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyi, yəni müqavilə şərtlərinin cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu halları işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin ümumi sahəsi 54,5 kv metr deyil, 45,9 kv metr təşkil etdiyindən müqavilə tələbləri pozulmuşdur.
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, müəyyən edilmiş bu hallar belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqaviləyə uyğun məbləğdə ödəniş etmək vəzifəsini tam şəkildə icra etsə də, cavabdeh müqavilədə nəzərdə tutulan ölçüdə mənzil təhvil vermək üzrə vəzifəsini icra etməməklə iddiaçını, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir.
18. Apellyasiya məhkəməsi 25 iyul 2018-ci il tarixli 065 saylı müqaviləyə 1 saylı 18 mart 2021-ci il tarixli Əlavəyə əsasən İddiaçı inşa edilən binanın 2-ci blok, 3-cü mərtəbə, ümumi sahəsi 54,5 kv metr təmirli mənzilin verilməsi müəyyənləşdirildiyini, yaşayış sahəsinin yerdə qalan (74 kv metr – 54,5 kv metr = 19,5 kv metr ) 19,5 kv metr hissəsinin hər kv metrə 1500 manat o lmaqla (19,5 x 1500 = 29250 manat) 29250 manat məbləğində qiymətləndirildiyini nəzərə alaraq hesab etmişdir ki, belə olan halda iddiaçıya fərq şəklində zərərin əvəzinin ödənilməsi 1 saylı Əlavədə göstərilən qaydada, yəni əksik verilmiş 8,6 kv metr sahə üzrə hər kv metr 1500 manatdan hesablanmalıdır (8,6 x 1500 = 12900 manat).
19. Məhkəmə bununla belə iddiaçının verdiyi iddia ərizəsində tutulmasını tələb etdiyi məbləğin 12900 manat deyil, 7950 manat həcmdə olduğunu və məhkəmənin hazırkı vəziyyətdə iddia tələblərindən kənara çıxmasını şərtləndirən müstəsna halların olmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia irəli sürülən həcmdə əsaslı hesab edilməli, cavabdehdən iddiaçının xeyrinə cəmi 7950 manat məbləğində pul tutulmalıdır.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 752,1, 762.1, 762.1 və 776.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2 və 59.3-cü, MPM-in 14.1, 14.2, 77.1, 82.3, 88, 217.3, 217.4 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60, 68, 125 və 129cu, Mülki Məcəlləsinin 385.1, 425.1, 442 və 752.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, MPM-in 14.2, 76.1, 77.1 88 və 417-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, tərəflər bağladıqları müqaviləyə əsasən bütün öhdəliklərini yerinə yetirm işlər. Dövlət Əmlak Komitəsi, Dövlət Şəhərsalma Komitəsi tərəfindən mənzilin sahələri çöl divarlarının ortasından nəzərə alınmaqla ölçülür və onlar da ona uyğun hesablayır. Cavabdeh MTK-nın binası 2022-ci ildə istismara qəbul olunmuşdur. İstismara qəbul aktında həmin binadakı mənzillər, yaşayış və qeyri-yaşayış sahələri bu qaydada ölçülmüşdür. Ona görə də birinci instansiya məhkəməsi qətnaməsinin nəticə hissəsi tam əsaslıdır. Müqavilədə 59.3-cü maddəsinin göstərilməsi düzgün deyil. Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən göstərilən sahə ilə bizim sahəmiz üst-üstə düşür, bu barədə mənzilin əvəzləşdirilməsi zamanı tərəfə məlumat verilmişdir. Mənzil tərəfdən təhvil alınıb-verilən zaman çöldən-çölə hesablanmağa başlamış, çöl divarın ortasından olmaqla hesablanır. Dövlət Əmlak Komitəsi tərəfindən hər bir vətəndaşın mənzili bu qaydada hesablanır. MTK ilə İddiaçı arasında bağlanmış 25 iyul 2018-ci il tarixli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası olmamışdır. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulan ölçüdə olması müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Madd ə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdətutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
28. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki,podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
29. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğungəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
30. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbuledildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
31. Maddə 59.1 Tik inti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
32. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
33. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 7 7.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Cavabdeh MTK-nın kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və məhkəmə iclaslarında irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zər urət görmür.
47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərarda dda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-5427/2024 nömrəli iş üzrə 7 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.