Məhkəmə qərarları › İş №2(102)-866/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-866/2023

04.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-866/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:zəbt olunmuş ərazidən çıxarılma 04.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Aapellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(107)-85/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 04 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Qax rayon İHB-nın Qorağan kənd İƏD üzrə nümayəndəsini n verdiyi xx.xx.2021-ci iltarixli, 32 saylı arayışa əsasən, İddiaçı mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Qax rayonu, Şotavar kəndində yerləşən 1.68 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, zəbt edilmiş 1.68 ha ərazidən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qax rayonu, Şotavar kəndində yaşayır. Cavabdeh təxminən 10 ilə yaxındır ki, ona məxsus olan 1.68 ha torpaq sahəs ini əkib becərmiş və ona məxsus olan həmin əmlakın bir hissəsini 1 ildir ki, onun torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin sahibi olan Cavabdeh zəbt etmişdir. Lakin, onun əlində mülkiyyəti təsdiq edən DƏDRX Çıxarışı olsa da, öz torpağından istifadə edə bilmir. O, dəfələrlə Cavabdeh torpaq sahəsini boşaltmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərdiklərini nəzərə alaraq zəbt edilmiş 1.68 ha ərazidən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 29 aprel 2021-ci il tarixli, 139 saylı rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında mübahisəli ərazi üzrə 1.68 ha kənd təsərrüfatla təyinatlı torpaq sahəsinin naturada, eləcə də, ərazinin ümumi xəritəsi (X2) və aerofotoplan üzərində aparılan tədqiqatın nəticəsində ********** qeydiyyat nömrəli və reyestr nömrəsi **********29 olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsinin tam həcmdə Cavabdeh faktiki istifadəsində olması müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin ölçüləri Autocard və ArcMap proqramları vasitəsi ilə tərtib olunan plan-sxemdə aydın şəkildə göstərilmişdir. Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(024)-189/2021 saylı qətnaməsi ilə (hakim M.Qarayev) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdı r ki, 23 oktyabr 2018-ci il tarixli Çıxarışa əsasən, Qax rayonu, Şotavar kəndində yerləşən 1.68 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı, hazırda 1.68 ha ərazidən Cavabdeh məcburi qaydada çıxarılmasını xahiş etmişdir. Hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün xx.xx.2018-ci il Çıxarışa əsasən Qax rayonu, Şotavar kəndində yerləşən İddiaçı mülkiyyətinə 1.68 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, “X1” ekspertləri qarşısında qoyulmuş sualları cava blandırmış, ekspertizanın 29 aprel 2021-ci il tarixli, 139 saylı rəyinə əsasən mübahisəli ərazidə konfiqurasiya fərqi olduğundan sözügedən Çıxarışa əsasən iddiaçı İbrahimov x mülkiyyətində olan 1.68 ha torpaq sahəsinin tam həcmdə Cavabdeh faktiki istifadəsində olması müəyyən edilmişdir. Ona görə də, iddiaçı tələbində haqlıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 157.4-cü maddələrinə, habelə MPM-nin 14.2, 76.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsin i xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş ərazidən cavabdehin məcburi qaydada çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun illərdir istifadə etdiyi pay torpaq sahəsini həmkəndlisi İddiaçı onu məhkəməyə verərək əlindən almışdır. Ekspert gəlmiş güya həmin ərazinin ona məxsus olduğunu bildirmişdir. O, bununla razı deyil. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(107)85/2022 saylı qətnaməsi ilə Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Qax Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(024)-189/2021 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş ərazidən cavabdehin məcburi qaydada çıxarılması barədə ” iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, mülki işin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə İddiaçı məxsus Qax rayonu, Şotavar kəndində yerləşən 1.68 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmadığını müəyyən etmək məqsədi ilə ekspertiza təyin etmişdir. 05 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Qax rayonu, Şotavar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsi ilə “Torpağa mülkiyyət hüququna dair” JN-077 saylı Dövlət Aktında qeyd olunan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Həmçinin, mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, xx.xx.2018-ci il tarixli Çıxarışla Qax rayonu, Şotavar kənində yerləşən İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil və iddiaçı bununla bağlı məhkəməyə lazımi sübutlar təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan 1.6 8 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Yəni, Cavabdeh istifadə etdiyi torpaq sahəsi İddiaçı məxsus olan torpaq sahəsi deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.2, 152.3, 152.4, 152.5, 157.2-ci maddələrinə, habelə Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələrinə, habelə Mülki P rosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(107)-85/2022 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassator kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamə bir-biri ilə kəskin ziddiyyət təşkil edən sübutlara əsaslanmışdır. Kassator daha sonra göst ərmişdir ki, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən, Qax rayonu, Şotavar kəndində yerləşən İddiaçı mülkiyyətinə verilmiş 1.68 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən edilməsi üçün “məhkəmə torpaqşünaslıq” ekspertizası təyin edilmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə baxış keçirilmiş, ölçü işləri aparılmış və “X3”nin xx.xx.2021-ci il tarixli, 139 saylı rəyinə əsasən mübahisəli ərazidə konfiqurasiya fərqi olduğundan, yuxarıda qeyd edilən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsinin tam həcmdə Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Kassasiya şikayəti və şikayətin hüquqi əsası iddia ərizəsində göstərilən eyni dəlillərlə və hüquq normaları ilə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-i stifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mül ki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər qonşu torpaq sahələrinin mülkiyyətçiləridirlər, 23 oktyabr 2018-ci il tarixli Çıxarışa əsasən Qax rayonu, Şotovar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.68 ha torpaq sahəsi iddiaçının, Qax rayon AİK-nı n 28 dekabr 1997-ci il tarixli Dövlət Aktına əsasən Qax rayonu, Şotovar kəndində yerləşən 2.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə cavabdehin qohumları Gündüz Allahverdiyev, Səbirə Allahverdiyeva və Ulduz Allahverdiyevanın paylı mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi, mülki işin tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə İddiaçı məxsus Qax rayonu, Şotavar kəndində yerləşən 1.68 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmadığını müəyyən etmək məqsədi ilə ekspertiza təyin etmiş və ekspertin 05 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Qax rayonu, Şotavar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsi ilə “Torpağa mülkiyyət hüququna dair” JN-077 saylı Dövlət Aktında qeyd olun an torpaq sahəsinin koordinatları üst-üstə düşmür. xx.xx.2018-ci il tarixli Çıxarışla Qax rayonu, Şotavar kənində yerləşən İddiaçı mülkiyyətində olan 1.68 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Mülki Məcəllənin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin mənasına görə, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulun u nəzərdə tutur: a) mülkiyyət hüququnun tanınması; b) özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; d) mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Mülkiyyətçi bu maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, vimdecere- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyy ətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən, başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, ekspert rəyini, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan 1.68 ha torpaq sahəsinin, cavabdehin qohumlarının paylı mülkiyyətlərində olan 2.24 ha torpaq sahəsi ilə üst-üstə düşməsi və iddiaçının mülkiyyətində olan 1.68 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi müəyyən edilmir və birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2(107)-85/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar