Məhkəmə qərarları › İş №2(102)-867/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-867/2020

11.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-867/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh, vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il ta rixli qətnaməsi ilə (hakim Z.Axundova) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia tələbi təmin edilərək, İddiaçı (xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 ilə birlikdə) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər E.Nəbiyev, E.Kazımov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxx 2017-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsas landırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20 09-cu ilin may ayında rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 doğulmuşdur. O, ailə qurduqdan sonra cavabdehlə birgə tikdikləri Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivində yerləşən 3 otaqlı fərdi yaşayış evində yaşamışlar. Uşaqlar da həmin evdə doğulmuşdur. Aralarında olan münasibətlər bir müddət normal olsa da, sonradan münasibətləri pozulmuş və 2015-ci ilin fevral ayında uşaqları ilə birlikdə yaşadıqları evdən çıxmışdır. Cehiz əşyaları həmin evdə qalmışdır. Aralarında olan nikah Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Həmin vaxtdan cavabdeh onlarla maraqlanmır. Oğlu Eminin anadangəlmə danışma-eşitmə qüsuru var. Uşağının qüsurlu uşaqlar üçün xüsusi məktəbdə təhsil alması üçün məcburən Sumqayıt şəhərində kirayə ev tutub orada qalır. Danışma-eşitmə qüsurlu uşaqlar üçün digər təhsil ocağı Şüvəlan qəsəbəsində yerləşir. Azyaşlı uşaqlarla kirayədə qalmaq ona çox çətindir. Həmin ev dövlət qeydiyyatına alınmamışdır. Bütün kommunal xidmətlərlə bağlı müqavilələr cavabdehlə bağlanmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdehlə 2 009-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Emin və xx.xx.2011-ci il təvəllüdlü Nəzrin doğulmuşdur. Birgə nikahları dövründə 2009-cu ildən 2012-ci ilədək Lerik rayonunda, 2012-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ sahəsində yerləşən, Cavabdeh istifadəsində olan evdə yaşamış, ümumi təsərrüfat aparmış, yaşayış sahəsindən digər şəxslərlə birlikdə bərabər istifadə etmişdir. Tərəflər arasında olan nikah pozulmuşdur. Hazırki şəraitdə iddiaçı və onun azyaşlı uşaqlarının mübahisəli yaşayış sahəsindən başqa daimi yaşayış yerləri yoxdur. Ev özbaşına tikilidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tiki nti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı Quliyeva X2 birgə nikahları dövründə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ sahəsində yerləşən 3 otaqlı evdə yaşadığından, ümumi təsərrüfat apardığından və yaşayış sahəsindən digər şəxslərlə birlikdə bərabər istifadə etdiyindən, birgə nikahlarından doğulmuş uşaqlar həmin evdə doğulduğundan, həmçinin iddiaçı və onun 2 uşağının cavabdehin ist ifadəsində olan evə köçürülməsi başqa şəxsin hüquqlarını pozmamaqla mümkün olduğundan iddia tələbi təmin edilməli və İddiaçı (xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011 -ci il təvəllüdlü X1 ilə birlikdə) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar