Məhkəmə qərarları › İş №2(102)-867/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-867/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-867/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Kateqoriya və açar sözləri – Pul tələbi və sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1197/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən Cavabdeh Mənzil Tikinti Kooperativinin sədrinə ünvanlanmış və xx.xx.2019-cu il tarixdə notarial qaydada təsdiqlənmiş ərizədə qeyd edilmişdir ki, “Mən, İddiaçı yazıb Sizdən xahiş edirəm ki, X1 razılıq ərizəsi ilə təhvil verilmiş ünvan 1 ünvanındakı ümumi sahəsi 368.8 kv.m olan 3 nömrəli mənzilin əvəzində Cavabdeh MTK tərəfindən 41 saylı xx.xx.2018-ci il tarixli müqavilə ilə adıma rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsi 17 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının giriş-2, mərtəbə-Xİ, sahəsi 99.11 kv.m-dən ibarət olan 3 otaqlı, 101 nömrəli yaşayş mənzilinə aid 41 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə xitam verəsiniz. Həmin mənzil in dəyərini tamamilə aldım. Bu işlə bağlı mənim Cavabdeh MTKnə qarşı heç bir iddiam, şikayətim və tələbim yoxdur.”

2. İddiaçı ilə bağlanmış 41 nömrəli müqaviləyə əsasən Sabunçu rayonu ünvan 2 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3 otaqlı 101 saylı mənzilin geri qaytarılması səbəbilə xx.xx.2019-cu il tarixdə müəssisənin kassasından müştəriyə 24.000 manat, xx.xx.2019-cu il tarixdə 10.000 manat, xx.xx.2019-cu il tarixdə 10.000 manat, xx.xx.2019-cu il tarixdə 20.000 manat, xx.xx.2019-cu il tarixdə 10.000 manat, xx.xx.2019cu il tarixdə 10.000 manat ödənilmişdir. Həmin vəsaitin ödənilməsini X4 və etibarnamə əsasında X3 öz imzaları ilə təsdiqləmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra - cavabdeh və ya MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olmuş ünvan 3 ünvanında yerləşən 2 bloklu 12 mərtəbəli yaşayış binasının 2-ci giriş Xİ mərtəbəsində 3 otaqlı, 101 nömrəli, sahəsi 99,11 kvm. olan mənzilin (bundan sonra mübahisəli mənzil) cavabdehə satılmasına görə ona ödənilməyən 48.000 manat pulun, habelə ödədiyi 234 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla belə əsaslandırıb ki, mübahisəli mənzil əvvəllər X2 məxsus olmuşdur. Sonuncu ona 130.000 manat pul verməli idi və o, həmin pulun əvəzinə mənzili müqavilə əsasında Tamara Bədəlovadan almışdır. Sonra isə həmin mənzilə dair cavab dehlə müqavilə bağlamışdır. Həmin dövrdə o, mənzili satmaq istəyirdi və MTK-nin sədri Fəzli Əzizov ona deyib ki, mənzili satmaq olmaz, əgər mənzili satmaq istəyirsə, onda onlara satsın. O, məcbur olub MTK sədri ilə razılaşmış və mənzili 2019-cu ilin fevral ayında 130.000 manata satılmasını danışmışlar. F.Əzizov ona hissə-hissə 82.000 manat pul vermişdir. Cavabdeh aktlarda 84.000 manat göstərsə də, ona 82.000 manat pul verilmişdir. Lakin bu günə qədər qalan 48.000 manat pulu ona verməmişdir. O, həmin mənzili o dövrdə 160.000 manata satırdı, lakin Fəzli Əzizov ona imkan verməmiş və özü həmin mənzili ondan almışdır. Nəticədə onu aldatmışlar və o, pulunu cavabdehdən ala bilmir.

5. Cavabdehin nümayəndəsi məhkəməyə ünvanlandığı ərizədə işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd olunm asını xahiş etmiş, iddianın rədd olunması üçün hər hansı dəlil irəli sürməmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 12 oktyabr 2023-cü il tarixli, 2(008)-5548/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilin əvvəllər X2 məxsus olmasını, sonuncunun ona olan 130.000 manat borcu müqabilində mənzili ona satmasını, bundan sonra həmin mənzilə dair onunla cavabdeh arasında müqavilə bağlanmasını, daha sonra mənzili 130.000 manata MTK-nə satdığını və aralarındakı müqavilənin ləğv edildiyini, lakin cavabdehin ona cəmi 82.000 manat pul ödədiyini, qalan 48.000 manat pulu bugünədək qaytarmadığını iddia edərək, hazırda həmin pulu cavabdehdən tələb edir. İddiaçı tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır.

8. Əksinə, iddiaçı MTK-nin sədrinə ünvanlanmış və notarial qaydada təsdiqlənmiş ərizədə qeyd etmişdir ki, o, X1 razılıq ərizəsi ilə təhvil verilmiş ünvan 4 ünvanındakı ümumi sahəsi 368.8 kv.m olan 3 nömrəli mənzilin əvəzində MTK tərəfindən 41 saylı xx.xx.2018-ci il tarixli müqavilə ilə adına rəsmiləşdirilmiş mübahisəli mənzilinə aid 41 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə xitam verilməsini xahiş etmiş, həmin mənzilin dəyərini tamamilə aldığını və bu işlə bağlı MTK-nə qarşı heç bir iddiasının, şikayətinin və tələbinin o lmadığını bildirmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı iddia tələbinə dair bütün sübutları məhkəməyə təqdim etmiş, lakin onun sənədlərinə baxılmamışdır. 2018-ci ildə həmin mənzilin üzərində həbs var idi. Həmin həbs Bankın ərizəsinə əsasən qoyulmuşdu, sonra isə həmin mənzilə həbs qoymuşdur. Fəzli ona demişdir ki, mənzilə qoyulan hə bsi o götürəcəkdir, lakin götürməmiş, belə olan halda o, özü mənzilin üzərindən həbsi götüzdürüb. Məhkəmə satılan mənzilin o dövrdəki dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə vəsatətini əsassız olaraq təmin etməmişdir.

12. Cavabdeh MTK apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iş üzrə iki dəfə ekspertiza təyin olunub və hər iki ekspertiza üzrə eyni məzmunlu imtina verilib. Tərəflər arasında 2019-cu il tarixində razılaşma əldə olunmuşdur. İddiaçı tərəf iddia edir ki, guya mənzil 160 minə satılmalı idi və onun yarısı ona verilmişdir. 2019-cu il tarixdə iddiaçı notarial qaydada ərizə vermişdir və iddiaçı həmin ərizəni mübahisələndirməmişdir. Qarşı tərəf 5 il ərzində nə rəsmi, nə də şifahi şəkildə bununla bağlı müraciət etməmişdir. Bundan başqa, id dia müddətinin tətbiq olunması barədə ərizə də təqdim etmişlər. Onlar MTK-nın qarşı tərəflə müqavilələri məhkəməyə təqdim edir. Müqavilədə qeyd edilmişdir ki, qarşı tərəfə həmin dövrə görə tam təmirli mənzillərin dəyəri ədalətli şəkildə təqdim olunmuşdur. Həmin əmlak çox güman ki, satılmışdır. Əmlakın satış qiyməti haqqında məlumatları yoxdur. Çünki MTK hal-hazırda tikinti fəaliyyəti göstərməməkdir və bir sıra sənədlər itmişdir. MTK-nın fəaliyyətinə hələ xitam verilməmişdir. 101 saylı mənzil təmirsiz olmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1197/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Cəmil Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdiyev) iddiaçının apellyasiya şikay əti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(008)-5548/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyasıgəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əmlakın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Yaranmış münasibətlərə uyğun gələn mülki qanunvericiliyin müvafiq normalarına görə də alıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni satıcının müəyyən məbləğdə pul-müqavilə qiymətini almaq hüququnu pozduqda satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququnun yaranmasına əsasdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından öhd əliyin lazımi qaydada icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Odur ki, alğı-satqı müqaviləsi üzrə alınmış əmlakın müqabilində pulun müvafiq məbləğdə iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Hazırkı halda isə nəzərə alınmalıdır ki, iddiaçının MTK-nın sədrinə ünvanladığı notarial qaydada təsdiqlənmiş ərizə ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov küçəsi 17 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının giriş-2, mərtəbə-Xİ, mübahisəli mənzilinə aid 41 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə xitam verilməsini xahiş etmiş, həmin mənzilin dəyərini tamamilə aldığını, bununla bağlı onun MTK-ya qarşı heç bir iddia, şikayət və tələbi olmadığını təsbit etmişdir. İddiaçı notariat qaydasında təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizə ilə öhdəliyin icrası kimi cavabdeh tərəfindən təklif olunmuş hərəkəti qəbul etmişdir.

16. Belə olan halda iddiaçı iddianın əsası olaraq istinad etdiyi faktiki halları təsdiq edən, həmçinin cavabdehin iddiaya etiraz olaraq istinad etdiyi halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə iddiaçının 4 ildən artıq müddətdən sonra hazıkrı iddia ilə məhkəməyə müraciət etməsi də ağlabatan olmamışdır.

17. İddiaçının verdiyi ərizənin tarixi ilə edilmiş ödənişlərin tarixləri ardıcıllığına istinadını, həmçinin apellyasiya şikayətində göstərilən digər dəlilləri yoxlamaq məqsədilə tərəfindən verilmiş vəsatəti nəzərə alan kollegiya məhkəmə ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq növdən ekspertiza təyin edilmiş, tədqiqatın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, daha sonra müstəqil qiymətləndirici xidmətinə həvalə edilmişdir. Buna baxmayaraq həmin qurumlar tərəfindən tədqiqatın keçirilməsindən texniki səbəblərdən imtina edilmişdir.

18. Mübahisəli mənzilin özgəninkiləşdirilən zaman mövcud olmuş bazar qiymətinin 84.000 manat məbləğində olmadığı, yəni cavabdehin müqaviləyə əsasən əmlakın şərtləşdirilmiş qiymətinin ödənilməmiş olduğu, bununla da üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi hallarını işdə olan materiallara əsasən müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırılmış, maddi hüququn tətbiqində səhvə yol veril məmişdir.

19. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.1.5, 385.1,390.1, 425, 442, 528, 529.1, 529.2, 567, 568.1, 597.1, 601.1, 600.4, 646-ci maddələri, MPM-in 14.2, 77, 80, 88ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 163, 163.1, 163.2, 164, 164.1-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəməyə satılan mənzilin o dövrdəki dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsi barədə vəsatət versə də, məhkəmə iş üzrə məhkəmə respertizası təyin etsə də ekspert məhkəmənin suallarına cavab verməmişdir. Məhkəmə iki dəfə işi ekspertizaya göndərib, lakin ekspertdən bir cavab ala bilinməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir.

24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

28. Maddə 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.

29. Maddə 425.Tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

31. Maddə 528.Tələblərinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

32. Maddə 529.1 və 529.2. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməl idir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

33. Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddi 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

35. Maddə 601.1 və 600.4. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-h issə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

36. Maddə

646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqıs ına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. P rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazı rkı kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xü susən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

50. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul et diyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

51. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

52. Nəzərə alınmalıdır ki, bu iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır.

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

54. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

55. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

56. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb is ə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

57. İddiaçının tələbi cavabdehlə müqavilə münasibətləri üzrə öhdəliyin icrası barədədir. Bu halda əmlaka görə ödənilməsli olan qiymətlə bağlı razılaşmanı təsdiq edən sübutu təqdim etmək yükü iddiaçının üzərinə düşür. Lakin məhkəmələr müəyyən etmişdir ki, iddiaçı tərəfindən bu cür sübut təqdim olunmamışdır.

58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinm iş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbi q olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1197/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar