Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-869/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 22 fevral 2019-cu il İş № 2(102)-869/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin vəkili Hümmətzadə Xəqan İlham oğlunun iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mas allı rayon şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə qarşı “iş stajına malik olma faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Masallı rayon məhkəməsinə müraciət etmişdir. Masallı rayon məhkəməsinin 06 mart 2018-cı il tarixli qətnaməsi ilə (sədrlik edən N.Musayev, iş 2(050)735/2018) ərizə təmin edilmiş, Ərizəçi 01 mart 1976-cı ildən 22 iyun 1991-ci ilə kimi Masallı rayonu sabiq 145 saylı aptekdə qablaşdırıcı işləməklə iş stajına malik olma faktı müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Kərimov (sədrlik edən və məruzəçi), İ.Əsədov və Z.Zeynalov, iş № 2(106)-2008/2018) maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanınada Dövlət Sosial Müdafiə Fondunun Masallı Rayon Şöbəsinin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Masallı rayon məhkəməsinin 06 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respub likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Ərizəçi kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması nı xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin vəkili Hümmətzadə Xəqan İlham oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktik i halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Ərizəçi 17 aprel 1956-cı ildə Masallı rayonu Banbaşı kəndində anadan olmuş, 01 mart 1976-cı ildən 22 iyun 1991ci ilə kimi həmin aptekdə, qablaşdırıcı işləmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktl ara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur Məhkəmə kollegiyası «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərfindən 2010-cu il, 08 oktyabr tarixdə 4027 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər 4 üzürlü səbəbdən (təbii fəlakət, qəza, yanğın, dağıntı, hə rbi əməliyyatlar, milli münaqişə və digər fövqaladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. İşin bu cür halında, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iş üzrə tədqiq edilmiş sübutlar baxımından qətnamənin ləğv edilməsi və ərizənin baxılmamış saxlanılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün ona istinad etmişdir ki, “Ərizəçi 21.05.2016-cı il tarixində ASAN 8-ə m üraciət edərək, ona yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir. ASAN 8 tərəfindən müvafiq sənədlər DSMF-nin Masallı Rayon Şöbəsinə təqdim edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyasının 4.2.7-ci maddəsinə uyğun olaraq, Pensiya (Pensiya, sosial yardım və müavinətlər) sektorunun əməkdaşı (müvafiq sahə üzrə) ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxla nılmasını həyata keçirir. Masallı RŞ-nin pensiya sektorunun məsləhətçisi bu maddəyə uyğun olaraq, ərizəçinin işlədiyini iddia etdiyi Masallı rayon 145 saylı Aptekin müdirinin iştirakı ilə Ərizəçi 01.03.1976-cı il tarixdən 22.06.1991-ci il tarixədək Masallı rayon 145 saylı Aptekin əmrlər kitablarına əsasən yerində qarşılıqlı yoxlanılma aparılmış, əmək kitabçasında olan qeydlərin əmirlər kitabında öz əksini tapmadığı aşkarlanmışdır.Belə ki, vətəndaşın 145 saylı əmirlər kitabında adına rast gəlinməmişdir. Daha sonra ərizəçi sosial sığorta stajının hesablanması və əmək pensiyasının təyin olunmasının DSMF-nin Masallı rayon şöbəsinin üzərinə qoyulması ilə bağlı Şirvan İnzibatiİqtisadi Məhkəməsinə müraciət etsə də, sonrada ərizəsini geri götürmüşdür. Daha sonra Masallı Rayon Məhkəməsinə “iş stajı na malik olma faktının müəyyən edilməsi” tələbi ilə müraciət etmişdir. Düşünürük ki, məhkəmə qərar qəbul edərkən, MPMnin 308-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddəyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu halda isə şəxsin 145 saylı aptekdə işlədiyi ilə bağlı qeydləri özündə əks etdirən sənəd kimi ərizəçinin adına 01.03.1976-cı ildə açılmış əmək kitabçası vardır. İnzibati orqanın imtinası ilə bağlı yaranmış məsələ inzibati mübahisədir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə razılaşır və hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2018-ci iltarixli qətnaməsi ləğv edilib iş yeni apellyasiya baxışına qaytarılsın. Qər ar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(102)-869/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-869/2019
22.02.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver