Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-869/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi nəticəsində vurulan zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5319/2024 nömrəli iş üzrə 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan m əhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh MTK (bundan sonra – cavabdeh) arasında bağlanmış 30 mart 2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 77.7 kv.m olan (faktiki sahəsi 85 kv.m) ibarət olan yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, iddiaçı isə bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada cavabdeh tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş və faktiki sahəsi 20% artırılmaqla, 102 kv.m hesablanmış, əlavə olaraq, təmir haqqı ümumilikdə 13.260 manat məbləğdə qiymətləndirilərək, 10,2 kv.m sahə ilə əvəzləşdirilmiş və veriləcək 102 kv.m sahənin üzərinə əlavə edilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür;
3. Həmin müqaviləyə 23 dekabr 2021-ci il tarixli 1 saylı Əlavəyə əsasən, iddiaçıya veriləcək mənzilin sahəsinə əlavə ediləcək 10.8 kv.m üçün hesablanmış məbləğ 30 iyun 2019-cu il tarixdən 30 dekabr 2021-ci il tarixinədək hesablanan 30 aylıq kirayə haqqından çıxılması, tikinti şirkəti tərəfindən iddiaçıya yerdə qalan 960 manat məbləğində pul vəsaitinin ödənilməsi və ona 3-cü blok 6-cı mərtəbədən ümumi sahəsi 123 kv.m təşkil edən mənzil verilməsi razılaşdırılmışdır; 4. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh MTK-ya ünvanlanan xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında Nəsimi rayonu, S.Rüstəm, H.Ələsgərov, Xan Şuşinski və Q.Quliyev küçələrinin əhatə etdiyi ərazidə Cavabdeh MTK tərəfin dən inşa edilmiş 1 ədəd 1 girişli, 16 mərtəbəli, 1 ədəd 1 girişli, 16 mərtəbəli, 1 ədəd 2 girişli 16 mərtəbəli yaşayış binaları və 1 ədəd 2 mərtəbəli qeyri-yaşayış binası, 300 mənzilli, 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, texniki mərtəbəsi yaşayış olan yaşayış binasına ünvan 3 ünvanı verilərək mövcud vəziyyətdə 1 saylı Bakı Ərazi İdarəsinin elektron məlumat bazasına daxil edilmişdir; 5. 22 oktyabr 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, cavabdehin məsul əməkdaşı X2 tərəfindən sakin X4 və iddiaçı ilə 051 235 56 50 nömrəli mobil telefon ilə dəfələrlə əlaqə saxlanılmış və bildirilmişdir ki, qanunvericiliyə uyğun olaraq mübahisə predmeti olan mənzil cavabdeh 12 sentyabr 2022-ci il tarixdən istismara qəbul edilmişdir və həmin tarixdən etibarən ona məxsus mənzil təhvil alınmalıdır;
6. Azərbaycan Respublikası “X3”nin 11 avqust 2023-cü il tarixli, 108 nömrəli mütəxəssis rəyinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində, cavabdehə məxsus yeni inşa olunmuş binanın 3-cü blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı mənzilin faktiki olaraq ümumi sahəsi – 109.53 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh MTK ilə arasında olan 30 mart 2018-ci il tarixli, 036 saylı Müqavilə və 23 dekabr 2021-ci il tarixli, 1 saylı müqaviləyə əlavə üzrə Cavabdeh MTK tərəfindən öhdəliyin icra edilməmiş hissəsini təşkil edən 13.47 kv.m sahəyə görə, 20205 manat pulun, həmin müqavilə üzrə 5 000 manat kirayə haqqının cavabdehdən tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli olan mənzilin ümumi sahəsi 123 kv.mdir. Lakin cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq təhvil verilmiş mənzilin sahəsi barədə iddiaçıda əsaslı şübhələr yarandığından xx.xx.2023-cü il tarixində AR “X3” MMC-yə müraciət edilmişdir. İddiaçının müraciətinə əsasında aparılmış tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya verilmiş mənzilin ümumi sahəsi 109.53 kv.m təşkil etmişdir. 123 kv.m– 109.53 kv.m= 13.47 kv.m. Müqavilənin 2.2.4-cü maddəsinə əsasən, “tikinti şirkətinin vəzifələrindən biri də ““Əmlak mülkiyyətçisi”- nə veriləcək sahə, layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbəti pul şəklində “Əmlak mülkiyyətçisi”-nə ödəməkdir (1 kv.metr üçün 1500 AZN).” Göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən ümumi sahəsi 123 kv.m mənzil verilməli olduğu halda, 13.47 kv.m az olan mənzil təhvil verilmişdir. Belə olan halda, mənzilin 1 kv.m-i 1500 AZN məbləğində qiymətləndirilir. Odur ki, cavabdeh tərəfindən iddiaçıya mənzilin ümumi sahəsinin razılaşdırılmış ölçüdən az olan hissəsi ilə bağlı ödənilməli olan kompensasiya məbləği 20.205 AZN təşkil edir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni təmirli (təmir haqqı əvəzləşdirilmişdir.) Mənzil ilə təmin edən günədək (mənzil təhvil verilənədək) onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə kompensasiya şəklində aylıq 500 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda l (bir) dəfə ödəyir.” Bildirmişdir ki, sonuncu dəfə 2022-ci ilin oktyabr ayı üzrə kirayə haqqı ödənildikdən sonra, cavabdeh tərəfindən avqust ayı daxil olmaqla, 10 ay ərzində kirayə haqqı ödənilməmişdir. 1 ay üzrə kirayə ödənişi 500 AZN olduğundan hal-hazırda iddiaçıya cavabdeh tərəfindən 5000 AZN ödənilməmiş kirayə haqqı borcu mövcuddur.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, kirayə haqqı ilə bağlı hissədə müqavilənin 1.2-ci bəndində 24 ay müddətinə aylıq 500 manat ödəniləcəyi qeyd olunmuşdur. 18 dekabr 202 1-ci il tarixli əlavədə də öz əksini tapmışdır ki, 18 yanvar 2020-ci il tarixdən hesablanan 23 aylıq kirayə haqqı cavabdehin xeyrinə tutulsun. Ödəniş 2022-ci ildə ödənilmişdir. Cavabdeh üzərinə düşən müddətdə öhdəliyi icra etmişdir. Tərəf də faktiki olaraq mənzili əldə edib. Bina göstərilən vaxtda təhvil verilib, istismara da qəbul olunub. Ölçmənin aparıldığı qayda müqavilədə əks olunub və müqavilədə göstərilən ölçüdə ev verilib.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli 10/8234 nömrəli ekspert rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 3-cü blok 6-ci mərtəbədə yerləşən mənzilin faktiki ümumi sahəsinin, (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara d ivarlarının altı nəzərə alınmadan) 109.53 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 5 ünvanında yerləşən yeni binada Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilmiş 3-cü blok 6-ci mərtəbədə yerləşən mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 123.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-166/2024 saylı, 11 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi iş materiallarına və icraat zamanı müəyyən edilmiş hallara istinadən qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsa sı yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulan ölçüdə olması müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir.
13. Həmçinin iddiaçı müqavilə üzrə 2022-ci ilin oktyabr ayından bu günədək 10 ay üzrəavqust ayı daxil olmaqla 5000 AZN kirayə haqqının ödənilməsini tələb etmişdir. Bu hissədə də məhkəmə qeyd etmişdir ki, iddia təmin edilməməlidir. Cavabdeh MTK tərəfindən 2022-ci ilədək kirayə haqqının ödənilmə si iddiaçının nümayəndəsi və vəkili tərəfindən də təsdiq olunmuşdur. Həmçinin bu günki tarixədək kirayə haqqının tələb edilməsi əsaslı deyil, belə ki, mənzil cavabdeh artıq təhvil verilmişdir. İddiaçının mənzili qəbul etmədiyi halda kirayə haqqı tələb etməsi yolverilməzdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 762, 766, 773, 776.1-ci maddələri və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci, 59.2-ci, 59.3, 59.4, 59,5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Şikayət işin faktiki hallarına və iddia ərizəsinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, mənzil təhvil verildikdə onun qüsurlardan azad olması, müqavilədə nəzərdə tutulan keyfiyyətə uyğun gəlməsi və üçüncü şəxslərin iddialarından qorunmuş olması vacibdir. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmadığından, mənzilin sahəsinin hesablanmasının divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə ziddiyyət təşkil edir. Göründüyü kimi, müqavilə şərtləri baxımından cavabdeh müqavilədə göstərilən ölçüdə mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, bu öhdəliyini qüsurla icra etmiş və həmin qüsurun aradan qaldırılması üçün hər hansısa tədbir görməmişdir. Mülki iş materiallarında olan sənədlərlə, habelə məhkəmə araşdırması zamanı ə ldə edilən ekspert rəyi ilə də sözügedən mənzilin sahəsinin müqavilədə nəzərdə tutulmuş sahəyə uyğun olmadığı müəyyən edilir. Məhkəmə isə iş materiallarında cavabdeh tərəfindən sözügedən müqavilədə nəzərdə tutulmuş mənzili sahəsinə uyğun şəkildə iddiaçıya təhvil verməsi barədə heç bir mötəbər yazılı sübut mənzilin təhvil-təslim aktı olmadığı halda, öz qətnaməsi ilə iddiaçının mövcud qüsurlarla bağlı tələb hüququnu təmin etməmiş, işin halları barədə səhv nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmənin kirayə haqqının ödənilməsin ilə bağlı mövqeyinə münasibətdə qeyd olunmuşdur ki, sonuncu dəfə 2022-ci ilin oktyabr ayı üzrə kirayə haqqı ödənildikdən sonra, cavabdeh tərəfindən 2024-cü il iyul ayınadək kirayə haqqı ödənilməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonr a – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5319/2024 nömrəli, 14 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər G.T.Axundova – sədrlik edən və məruzəçi, X.Ə.Sarıyev və F.H.Qasımov) apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, cavabdehdən 20.205 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi, qətnamənin kirayə haqqı tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd etmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrindən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli qərarı ilə təs diq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndindən göründüyü kimi bayır, ara divarlarının, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələrin mənzilin ümumi sahəsinə aid edilməməsi qanunda imperativ norma kimi müəyyən edilmişdir.
19. Bundan başqa tərəflər arasında imzalanmış müqavilədə sahənin hesablanması ilə bağlı hər hansı qayda nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş ekspert rəyinə əsasən, mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 123.0 kv.m, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan - 109.53 kv.m təşkil edir. Belə olan halda məhkəmə kollegiyası qeyd et mişdir ki, cavabdeh tərəfindən tərəflər arasında imzalanmış müqavilə şərtləri pozulmaqla az sahə 109.53 kv.m iddiaçıya təhvil verilmişdir. Odur ki, iddiaçıya müqavilə üzrə nəzərdə tutulandan 13.47 kv.m (123.0 kv.m - 109.53 kv.m) az sahə verilmişdir. Belə olan halda iddiaçının 20.205 manat məbləğində kompensasiya ödənilməsi tələbi əsaslıdır və təmin edilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 752.1, 752.2, 753.1, 762.1, 766-cı maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın rədd olunmas ı barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti cavabdehin nümayəndəsinin daha əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarla eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi məsələnin əsl tərəfini tam və hərtərəfli araşdırmamış, eyni zamanda iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 may 2024-cü il tarixli 10/8234 nömrəli ekspert rəyini də nəzərə almamış, işin həqiqi hallarına real qiymət verməmiş və işə səthi yanaşmaqla qanunsuz qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdir ilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozm ağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
28. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
29. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdi rildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
30. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
31. Maddə
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Məhkəmə kollegiyası, qətnaməni tərəfin (işdə iştirak edən şəxsin) mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh müqavilə öhdəliyini pozaraq iddiaçıya şərtləşdirilmiş miqdardan az həcmdə sahə vermişdir. Bu hal iş üz rə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə təsdiq olunur.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. Belə ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədə r azalda bilər (§ 26, 31).
43. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5319/2024 nömrəli iş üzrə 1 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.