Məhkəmə qərarları › İş №2(102)-870/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-870/2019

12.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-870/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2019-cu il İŞ № 2(102)-870/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli, 2(106)-2350/2018 saylı qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad rayon məhkəməsinin 20 noy abr 2017-ci il tarixli, 2(073)-2794/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Q.H.Paşayev) İddiaçı Cavabdeh qarşı “10.000 ABŞ dolları pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən 7.000manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli, 2(106)-2350/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən, məruzəçi, Q.B.Kərimov və Z.A.Zeynalov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Cəlilabad rayon məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən g örünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “10.000 ABŞ dolları pul tələbinə dair” iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, 09 sentyabr 2013cü il tarixdə cavabdehlə rəsmi nikah əsasında ailə qurmuşdur. Birgə yaşadıqları dövrdə cavabdeh ona müraciət edərək, ev almaq məqsədi ilə qohumlarından 10.000 ABŞ dolları borc alaraq ona verilməsini xahiş etmişdir. O, da X5a müraciət edərək, ona 10.000 ABŞ dolları borc verməsini xahiş etmişdir. X5 özündə pul olmadığından qohumu Xya zəng edərək, ona borc pul verməsini tapşırmışdır. 2013-cü ilin dekabr ayında xalası Xdan 10.0000 ABŞ dolları alaraq evə aparmış və həmin pul cavabdehə borc olaraq vermiş və sonuncu həmin pul vəsaitini 1 il müddətinə qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh ondan aldığı borcu müəyyən olunmuş mü ddətdə qaytarmadığından aralarında narazılıq yaranmış və həmin narazılıq getdikcə kəskinləşmiş və nəticədə onlar faktiki olaraq ayrılmışlar. Cavabdehlə aralarında bağlanmış nikah Cəlilabad rayon məhkəməsinin 21 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmaqdan yayınmışdır. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul etmiş və birgə nikah dövründə aldıqları ev üçün iddiaçının xalası Xdan 7.000 manat borc pul aldığını bildirmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin hə qiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh və vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı vəkili Raqif Mustafayev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edils ə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, hüquqi əsas olmadan cavabdehin iddiaçının hesabına 7.000 manat pul əldə etməsinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələ blərini düzgün tətbiq etmişdir, maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 2013-cü ilin dekabr ayında iddiaçı qohumlarından xahiş edərək cavabdehə 10.000 ABŞ dolları pul lazım olduğunu və bu məqsədlə ona 1 il müddətinə qaytarmaq şərti ilə borc pul verməsini xahiş etmiş, qohumlarından 7.000 manat pul alaraq cavabdehə vermiş və lakin sonradan ayrıldıqlarına görə cavabdeh ondan aldığı borc pulu müəyyən olunmuş müddət ərzində qaytarmamışdır. İşin bu halları işdə iştirak edən şəxslərin izahatları, o cüml ədən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Xnın izahatı ilə təsdiq olunmuşdur. İddiaçı da izahatında, iddia ərizəsində qohumlarından həmin məbləği borca götürdüyünü bildirmiş, ona görə həmin məbləği cavabdehdən geri tələb etmişdir. Cavabdeh özü də izahatında qeyd olunan pul məbləğinin ona verildiyini inkar etməmiş və həmin pul məbləğini 7.000 manat məbləğində etiraf edərək, həmin pul məbləğinin ona borc qismində deyil, mənzil almaq üçün verildiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən mənzilin birgə nikah dövründə əldə edilməsi müəyyən edilməmişdir. Beləliklə də, tərəflər arasında borc münasibətləri olmasa da iddiaçı öz qohumlarından borca götürdüyü pulu cavabdehə vermiş və nəticədə ziyana düşmüşdür. İddiaçı ona vurulmuş ziyanla bağlı iddi vermişdir. Bu halda cavabdeh əsassız varlanmış şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənini 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona q aytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə da şamil edilir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini müzakirə edib haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. İşdən görünür ki, cavabdeh qətnamədən kassasiya şikayətini şikayət xatirinə vermişdir və o, kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə sinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasına, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, iddia ərizəsinin təmin edilməsi üçün əsasların olmamasını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcud luğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, cavabdehin özünün etirafı da kassasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlməyə əsas verir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri ü zrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420 -ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli, 2(106)-2350/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar