Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-870/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1830/2023 nömrəli iş üzrə 5 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra mətndə iddiaçı) ilə Cav abdeh (bundan sonra mətndə cavabdeh) 2001-ci ildə faktiki olaraq, xx.xx.2006-cı il tarixdə rəsmi nikaha girmişdir. Birgə nikahlarından xx.xx.2002–ci il tarixdə Musa, xx.xx.2006–cı il tarixdə Xəyal və xx.xx.2006– cı il tarixdə Xəyalə adlı uşaqları doğulmuşdur.
2. İddiaçı əvvəlcə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, sonradan JN-705A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsində ayrıca fərdi yaşayış evi inşa edilmiş və tərəflər yaşamaq üçün həmin evə köçmüşlər. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
3. İddiaçı ailə münasibətlərinin kəsilməsindən sonra həmin yaşayış sahəsinə dair hüquqlarının pozulduğunu bildirərək aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadəsində olan və Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, gəlin köçdüyü evin həyətyanı torpaq sahəsi həm ərinin, həm də onun ailə üzvlərinin paylı mülkiyyətindədir. Sonradan qayınatasının razılığı ilə həmin torpaq sahəsindən ərinin payı naturada ayrılmış və o, cavabdehlə birlikdə qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa etmişlər. Ev hazır olandan sonra həmin evə köçmüş, ceh iz əşyalarını da həmin evə aparmışdır. Uzun müddət həmin evdə yaşasalar da, hazırda cavabdeh onun evdə yaşamasına imkan verməmişdir. Həmin ev cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilsə də, qanunsuz tikilidir. Hesab etmişdir ki, mübahisəli evi cavabdehlə birgə nikah dövründə inşa etdirdiklərindən, habelə həmin evdə uzun müddət yaşadığından onun da evdən istifadə hüququ yaranmışdır. Hazırda onun yaşamağa başqa evi olmamışdır. Eləcə də, uşaqlarından ayrı yaşamaq onun üçün çətindir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.
6. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək qeyd etmişdir ki, toydan sonra tərəflər cavabdehin atasına məxsus evdə bir müddət yaşamış, sonradan cavabdeh evin yerləşdiyi həyətyanı torpaq sahəsində ayrıca ev inşa etdirərək oraya köçmüşlər. Lakin ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış və iddiaçı evdən çıxmışdır. Qeyd edir ki, evin inşasına iddiaçı tərəfindən heç bir vəsait xərclənməmişdir. Hesab edir ki, iddiaçı həmin evə köçmək üçün qərəzli şəkildə evin birgə vəsait hesabına inşa edilməsini iddia edir. Halbuki qeyd olunan tikili qanunsuz tikilidir, həmçinin, evin inşa edildiyi torpaq sahəsi cavabdehin ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Cavabdehin adına hər hansı fərdi yaşayış evi yoxdur. Həmçinin, hazırda iddiaçı ilə cavabdehin normal münasibətləri olmayıb və hesab etmişdir ki, iddiaçının təmsil etdiyi şəxslə yaşaması düzgün sayıla bilməz. Həmçinin, təmsil etdiyi şəxs iddiaçının onlarla birlikdə eyni evdə yaşamasına razı deyildir. Hesab etmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Ona görə də ha zırkı vəziyyətdə iddiaçının mübahisəli evə köçüb yaşamasını mümkünsüz sayıb. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-693/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim X1).
8. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlə faktiki olaraq ayrıldığından və onlar arasında ailə bağları (ailə münasibətləri) kəsildiyindən, o cümlədən iddiaçı hazırki iş üzrə mübahisəli evdə təsərrüfatı idarə etməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyi ndən və həmin ev mənzil münasibətinin obyektinə çevrilmədiyindən iddia təmin edilə və iddiaçı həmin evə köçürülə bilməz.
9. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edib ki, iddiaçının mübahisəli evə köçürülməsi üçün onun ilk öncə həmin evdə istifadə hüququnun yaranması şərti olmalıdır. Belə ki, evə köçürülmənin mahiyyəti əslində evdən istifadə hüququ əldə etmək, yaxud bu hüququn realizəsini təmin etməkdir. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli evdən istifadə hüququ yaranmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, mübahisəli evə dair heç kimin mülkiyyət hüququ tanınmamışdır. Odur ki, iddiaçının mübahisəli evə istifadə hüququ yaranmadığı halda, mübahisəli ev isə dövlət tərəfindən müvafiq qeydiyyata alınmadığı halda iddiaçının həmin evə köçürü lməsi məntiqi baxımından düzgün deyildir.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasın 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1–ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4.-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən ev qanunsuz tikilid ir. Həmin evlə bağlı cavabdehin hüquqları dövlət qeydiyyatına alınmamışdır. Eyni zamanda onların arasında olan münasibətlər 2001-ci ildən yarandığı üçün məhkəmə 2009-cu ilə kimi qüvvədə olan Mənzil Məcəlləsinin normalarına istinad etməklə işə baxmalı idi. Lakin, məhkəmə qətnamə qəbul edərkən həmin halları nəzərə almamışdır.
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1830/2023 nömrəli, 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov, F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsinə 2(076)-693/2023 saylı mülki iş üzrə 2 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 2001-ci ildə yarandığından, mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına uygun həll edilməlidir. iddiaçının istifadə hüquqlarının tanınmasını tələb etdiyi fərdi yaşayış evi özbaşına tikili olmaqla, tikiliyə tərəflərdən heç birinin hüquqmüəyyənedici sənədləri yoxdur. Evin yerləşdiyi torpaq sahəsi barəsində iddiaçının mülkiyyət hüquqları olmadıgından, (iş materiallarına əsasən həmin torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli qərarına əsasən, yəni onun iddiaçı ilə ailə qurmasından əvvəl verilmişdir) həmin ev barəsində onun mülkiyyət hüquqlarının real gözləntisi də yoxdur.
17. Məhkəmə kollegiyasının qeyd edib ki, tərəflərin məhkəməyə verdiyi məlumatlardan belə qənaətə gəlmək olur ki, İddiaçı yaşadığı evdən özü getmişdir və bundan sonra ailədə münaqişəli vəziyyət yaranmışdır. Hazırki vəziyyətdə İddiaçı mübahisəli yaşayış evi barəsində hər hansı bir hüququ olmadığından mövcud qanunvericilik onun həmin evə köçürülməsinə yol vermir. Buna görə də, onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın təmin olunmasına əsas vermir.
18. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1., 139.2., 139.3, 228.1., 228.2., 228.3., 228.5.-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.1., 77.1., 88., 217.3.-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1830/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmənin hazırkı iddiaya hazırda qüvvədə olan Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə istinadı, 2009-cu ilin oktyabr ayına kimi qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən heç bir sübut araşdırlmamış, məhkəmə əslində heç bir qanun normasına istinad etməmişdir. Məh kəmə iddia tələbini təsdiq edən kifayət qədər sübutları ondan qəbul etsə də, onlara öz qətnaməsində istinad etsə də, həmin sübutları obyektiv qiymətləndirməmişdir. Bununla da qanunvericilik normalarının tələblərini kobud şəkildə pozmuşdur.
22. Kasassiya şikayyətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, 7.2, 7.3cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarı 228.5-ci maddəsinə, Azərbaycan Respublikası MPM-nin 14.1, 77.1, 88, 216.2, 217.3, 217.4, 388, 385.1.2-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri:
23. Cavabdeh kasassiyə şikayətinə etiraz ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin 2(104)-1830/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
22. Maddə 43, hissə
1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
24. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
25. Maddə 213.4. Ü mumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır.
26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
27. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
28. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifad ə edilməsi yolverilməzdir.
29. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
30. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
31. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
32. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
33. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
35. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, tərəflər faktiki olaraq ayrılmış, onlar arasında ailə bağları (ailə münasibətləri) kəsilmiş, o cümlədən iddiaçı mübahisəli evdə təsərrüfatı idarə etməsinə, mübahisəli evdən istifadə hüququnun yaranmasına dair sübut tə qdim etməmişdir. Evə dair heç kimin mülkiyyət hüququ tanınmamışdır. Mübahisəli evə istifadə hüququ yaranmadığı və ev dövlət qeydiyyatına alınmadığı halda iddiaçı həmin evə köçürülə bilməz.
46. Kassasiya məhkəməsi həmin mövqeyi əsaslı saymır ona görə ki, tərəflərin 2001-ci ildən faktiki ailə münasibətlərində olduqları, 2006-cı ildən nikahın rəsmən qeydə alındığı işin mübahisəsiz hallarıdır.
47. Göründüyü kimi, faktiki ailə münasibətlərində yaşayan şəxslərin birgə təsərrüfat aparmaları və bu təsərrüfat daxilində əmlak (hüquqları) əldə etmələri mümkündür. Mübahisə halında bunu iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir.
48. Rəsmən nikahda olan ər-arvadın ailə birliyi isə ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah dövründə qazanılmış mübahisəli əmlakın belə təsərrüfatla əldə edil mədiyini iddia edən tərəf öz iddiasını sübut etməlidir.
49. Baxılan işdə məhkəmələr müəyyən etmişlər ki, tərəflər 2001-ci ildə faktiki olaraq, xx.xx.2006-cı il tarixdə rəsmi nikaha girmişlər, birgə ailə kimi yaşadıqları dövrdə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində JN-705A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsində ayrıca fərdi yaşayış evi inşa edilmiş və tərəflər köçərək orada yaşamışlar. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
50. Bununla belə, cavabdehin də mülkiyyətçisi olduğu torpaq sahəsində yerləşən mübahisəli evin tərəflərin rəsmi nikahı dövründə, yoxsa ondan qabaq inşa edildiyi məhkəmələr tərəfindən dəqiqləşdirilməmişdir. Halbuki, bu hal mübahisə predmeti üzərində tərəflərin hüquqlarına aydınlıq gətirilməsi, eləcə də mübahisəyə tətbiq olunacaq hüququn tapılması üçün əhəmiyyətli olmuşdur.
51. Məlum olduğu kimi, ər-arvad statusunda olmayan şəxslər arasında yaranmış əmlak münasibətləri mülki qanunvericiliyin ümumi əmlakın əldə edilməsi və istifadəsinə dair qaydaları ilə, ər-arvad arasındakı əmlak münasibətləri isə əsasən ailə qanunvericiliyi ilə tənzimlənir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarına əsasən, ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri o lan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir.
53. Qərarda o da qeyd edilmişdir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyi l, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur.
54. Beləliklə, istər faktiki, istər rəsmi ailə münasibətləri çərçivəsində ümumi təsərrüfatla ərsəyə gəldiyi sübuta yetirilən tikili daşınmaz əmlakın dövlət reyestrindən keçməsə də, ondan mənzil ehtiyacını qarşılayan iqtisadi dəyər kimi istifadə olunması mümkündür.
55. Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, f iziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.
56. Göründüyü kimi, Ali Məhkəmənin Plenumu fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər kimi özbaşına tikintinin faydalı xassələrindən hər iki tərəfin istifadə etməsini mümkün saymışdır.
57. Belə olan halda, hazırkı işdə məhkəmələrin iddianı rədd etmək üçün evin dövlət qeydiyyatına alınmam ası və iddiaçının evə istifadə hüququnun yaranmamasına istinad etmələri qanuni və əsaslı olmamışdır.
58. Göstərilənlərə əsasən, məhkəmə tərkibi bu qənaətə gəlir ki, hazırkı mübahisənin düzgün həlli üçün mübahisəli evin ərsəyə gəlməsində iddiaçının cavabdehlə ailə birliyi çərçivəsində aparılan təsərrüfatla iştirak edib-etmədiyi yoxlanılmalı, əgər iştirak etmişsə iddiaçının meydana gətirilmiş iqtisadi dəyər üzərindəki mülki hüquqlarının nədən ibarət olduğu aydınlaşdırılmalı, həmin hüquqlar ədalətli şəkildə kompensasiya edilmədən iddiaçının mübahisəli evdə yaşamaq imkanından məhrum edilməsinin hüquqdan suiistifadə təşkil edib etməməsinə, mövcud vəziyyətdə iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi üçün əsasların olub-olmadığına yuxarıda göstərilən hüquqi mövqelər, habelə mülki və ailə qa nunvericiliyi əsasında yekun hüquqi qiymət verilməlidir.
59. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1830/2023 nömrəli iş üzrə 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.