Məhkəmə qərarları › İş №2(102)-870/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-870/2025

05.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-870/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və X2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5591/2021 nömrəli, 23 yanvar 2025-ci il tarixli qə rardadından üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayətinə 5 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı1 Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 4 aprel 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan Raman Eyvazov və Rahid Eyvazov adlı uşaqları olmuşdur. Ailə qurduqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən, iş üzrə cavabdehlərin tikdiyi, lakin başa çatdırılmayan fərdi yaşayış evinə gəlin gəlmişdir. Bu evin qaz və suyunu o çəkdirmiş, təmir etdirib 5000 manat xərc çəkmişdir. Fərdi yaşayış evi 3 otaqlıdır, hamam və tualeti mövcuddur. Bu ev Binə qəsəbəsində “Ruzi market”in yaxınlığında yerləşir, lakin evin sənədləşdirilməsi başa çatdırılmamışdır. Qaynatası Lənkərandan bu ünvana gəlib onun cehiz əşyalarını çölə atıb, özünü də yaşadığı ünvandan çıxarmışdır. Hal-hazırda bacısı ilə yaşayır. Qeyd olunanlara əsasən, özünün azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(003)2710/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5591/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Xəyal Sarıyev-sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Emin Mehdiyev) ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, İddiaçı1 azyaşlı uşaqları 07 may 2015ci il təvəllüdlü X8 və 04 sentyabr 2016-cı il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yerləşən, cavabdehlər Cavabdeh1 və X1 yaşadığı fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. 5. xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli qətnaməsindən 3-cü şə xs X3 adından vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilməsi üçün müddətinin bərpa olunması barədə ərizə verilmiş və ərizəyə kassasiya şikayəti əlavə edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2(103)5591/2021 saylı qərardadı ilə qətnamədən kassasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə 3-cü şəxs X3 adından vəkili Vəkil tərəfindən verilmiş ərizə və kassasiya şikayətinin geri qaytarılmışdır. 7. 25 dekabr 2024-cü il tarixdə üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Ərizə onunla əsaslandırılmışd ır ki, 3-cü şəxs X6 xx.xx.2024-cü il tarixdə qətnaməni rəsmi qaydada götürdükdən sonra Rusiya Federasiyası, Novosibirsk vilayəti, Koçkovski rayonu, Yermakovski qəsəbəsi, Lenin küçəsi, ev 49, mənzil 1 ünvanda yaşayan ailəsindən ona zəng gəlmiş və ciddi problemlərin olduğu bildirilmişdir. O, təcili olaraq Rusiyaya qayıtmalı olmuş və orada yaranmış problemlər səbəbindən kassasiya şikayətini vaxtında verə bilməmişdir. Qeyd olunan səbəbdan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-cı maddəsində nəzərdə tutulmuş müddət ötmüşdür.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5591/2021 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakimlər: Xəyal Sarıyev-sədrlik edən və məruzəçi, Günay Axundova və Fərrux Qasımov) Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

10. Apellyasiya məhkəməsi kassasiya şikayətini geri qaytararkən hesab etmişdir ki, sözügedən qətnamə iş üzrə cavabdeh, eyni zamanda üçüncü şəxsin atası X2 poçt vasitəsi ilə göndərilmiş, qətnamə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmi qaydada əldə edilmiş, daha sonra cavabdeh X5 xx.xx.2022-ci il tarixdə hazırkı mülki işdən sənədlərin götürülməsi üçün ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə həmin ərizənin kötüyünə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5591/2021 nömrəli i şdən ona lazım olan sənədlərin əslini aldığını qeyd etmişdir. Daha sonra üçüncü şəxs X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(005)-2710/2020 saylı və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)-5591/2021 saylı qətnamələrin surətləri cavabdeh X2, oğlu üçüncü şəxs X4 təqdim edilməsi üçün verilmiş, X5 öz imzası və əl yazısı ilə qeyd olunan qətnamələri oğluna təqdim etmək üçün xx.xx.2024-cü il tarixdə aldığını təsdiq etmişdir.

11. Həmçinin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini aldığından xx.xx.2021-ci il tarixdə icra edilməsi üçün icra şöbəsinə göndərilmiş, Xətai rayon İcr a şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə icraata xitam verilməsi haqqında qərar qəbul edilərək həmin qərarda qeyd olunmuşdur ki, icra sənədində qeyd olunan tələb borclular Cavabdeh1 və X5 tərəfindən tam şəkildə təmin olunmuşdur.

12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qətnamə xx.xx.2024cü il tarixdə üçüncü şəxsin atası tərəfindən ona təqdim edilmək üçün məhkəmədən təhvil alınmış, üçüncü şəxs öz ərizəsində qətnaməni xx.xx.2024-cü il tarixdə rəsmi qaydada götürdükdən sonra Rusiya Federasiyasında yaşayan ailəsindən ona zəng gəldiyini və ciddi problemlərin olduğu, buna görə təcili olaraq Rusiyaya qayıtdığını və orada yaranmış problemlər səbəbindən kassasiya şikayətini vaxtında verə bilmədiyin i bildirsə də, həmin problemlərin nədən ibarət olması, ümumiyyətlə bəhs edilən probelmlərin mövcudluğu barədə hər hansı bir sübut təqdim etməmişdir. Nəticədə üçüncü şəxs tərəfindən kassasiya şikayəti 2 aylıq müddət ötürülərək xx.xx.2024-cü il tarixə verilmişdir.

13. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, digər tərəfdən işin hallarından da göründüyü kimi, cavabdeh və üçüncü şəxs ata-oğul olmaqla, cavabdeh olan ata Eyvazov Qəhrəman tərəfindən məhkəməyə ünvanlanmış ərizədə ata tərəfindən qətnamənin surətinin oğlu Rahib Eyvazova təqdim edilmək üçün təhvil alınması nəzərə alındıqda, yəni onların mehriban ata-oğul münasibətlərində olması, Qəhrəman Eyvazovun məhkəmə qətnaməsindən xx.xx.2021-ci il tarixdə məlumatlı olması halında, oğlunun həmin qətnamədən məlumatsız olması inandırıcı de yildir.

14. Məhkəmə belə qənaətə gəlmişdir ki, üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)-5591/2021 saylı qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyindən, müddətin bərpası üçün üzrlü səbəblər müəyyən olunmadığından, müddət bərpa edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

15. Üçüncü şəxs (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin iclasında ərizənin məzmununa uyğun izahat verə rək müddətin ötürülməsinin üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmiş, izahatında əlavə olaraq qeyd etmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə qətnaməni rəsmi qaydada götürdükdən sonra Rusiya Federasiyası, Novosibirski vilayətində yaşayan ailəsindən ona zəng gəlmiş və ciddi problemlərin olduğu üçün, X7yıtmalı olmuşdur. Lakin yaranmış problemlər ailə daxili problemlər olduğu üçün onun üzürlü səbəblərlə bağlı məhkəməyə təqdim olunası sübutu yoxdur. Ancaq məhkəmə nəzərə almamışdır ki, Rahib Eyvazov məhz barəsində sözügedən qətnamədən şikayət vermək üçün Rusiyadan Azərbaycana qayıtmış və qətnaməni rəsmi qaydada almışdır. Əgər doğrudan da ciddi problemlər olmasa idi o nə dərhal Rusiyaya qayıtmazdı və şikayəti də vaxtında verərdi. Ona görə hesab edir ki, buraxılmış müddət bərpa olunmalıd ır.

17. Bundan başqa, iddiaçı məhkəmə qətnaməsindən dərhal sonra əşyalarını mübahisəli mənzilə daşısa da bu günə kimi bir gün də olsa həmin mənzildə yaşamamış, hazırda yaşadığı yer isə onlara məlum deyildir. Ona görə bu mənzil onun yaşayış yeri sayıla bilməz və iddiaçı onun evində olan əşyalarını da yaşadığı mənzilə daşıyaraq boşaltmalıdır.

18. Kassasiya şikayəti Mülki Məcəllənin 27, 27.1 və 27.3-cü, Mülki Prosessual Məcəllənin 133 və 405.0.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinini qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştira k edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

21. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

22. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:

23. Maddə 402.2.1. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;

24. Maddə 402.2.2. Kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;

25. Maddə 402.2.3. Kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;

26. Maddə 402.2.4. İş üzrə icraata xitam verilməsi barədə; 2

7. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Qərardaddan kassasiya şikayəti verən şəxs onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımda n apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən qətnamə 29 iyun 2024-cü il tarixdə üçüncü şəxsin atası tərəfindən ona təqdim edilmək üçün məhkəmədən təhvil alınmış, üçüncü şəxs öz ərizəsində qətnaməni xx.xx.2024-cü il tarixdə rəsmi qaydada götürdükdən sonra Rusiya Federasiyasında yaşayan ailəsindən ona zəng gəldiyini və ciddi problemlərin olduğu, buna görə təcili olaraq Rusiyaya qayıtdığını və orada yaranmış problemlər səbəbindən kassasiya şikayətini vaxtında verə bilmədiyini bildirsə də, həmin problemlərin nədən ibarət olması, ümumiyyətlə bəhs edilən probelmlərin mövcudluğu barədə hər hansı bir sübut təqdim etməmişdir. Kassasiya şikayəti verilm əsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü səbəblərdən olmasını təsdiq edən hər hansı bir hal aşkar olunmamışdır.

34. Üçüncü şəxs Rahib Eyvazov kassasiya şikayətində də qətnamənin surətini aldıqdan sonra təcili olaraq Rusiya Federasiyasına qayıtmasının, orada olan ciddi problemlərinin nədən ibarət olduğunu, hətta belə bir hal olduğu halda belə kassasiya şikayətinin təmsilçi vasitəsilə verilməməsinin səbəblərini göstərməmişdir. 35. “Könül Namidar qızı Qəribоva”nın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tariхli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prоsessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, оnların mövcudluğu prоsessual hüquqlara və vəzifələrə malik şəхsin irad əsindən asılı оlmasın, özü tərəfindən оnların dəf edilməsi imkanlarından kənara çıхsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın.

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qəraında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin etdilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

37. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkə məsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5591/2021 nömrəli iş üzrə 23 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar