Məhkəmə qərarları › İş №2(102)-872/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-872/2019

13.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-872/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 13 fevral 2019-cu il İş 2(102)-872/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, Cavabdeh və vəkili Fərhadov Fuad Əlirza oğlunun Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli qərardadından verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli rayon məhkəməsinin31 yanvar 2018-ci il tarixli qərardadıilə (M.A.Bağırov, iş2(064)214/18) mülki işin aidiyyəti üzrə göndərilməsi barədə ərizə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli qərardadı ilə (İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və Z.B.Babayev, iş2(106)-2503/2018) Füzuli rayon məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 2(064)-214/2018 saylı qərardadı dəyişdirilmədənsaxlanılmışdır. Cavabdeh və vəkili Fərhadov Fuad Əlirza oğlu kassasiya şikayəti verib qərardadın ləğv edilməsini və hazırkı işin aidiyyəti üzrə müvafiq inzibati-iqtisadi məhkəməsinə göndərilməsini xahişetmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı 10.000 ABŞ dollarının alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən, cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, mülki işi aidiyyəti üzrə baxılması üçün müvafiq inzibati-iqtisadi məhkəməyə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə ixtilaf mövcuddur və qanunvericiliyin tələbinə görə bu qəbildən işlərə inzibati-iqtisadi məhkəmədə baxılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Fərhadov Fuad Əlirza oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qərardaddəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndiril məsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsi üzrə münasibətlərdən irəli gəlir və Cavabdeh Füzuli rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 25.1-ci maddəsinin tələbinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və y a belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. -35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. -36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. -31.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə hər iki tərəf fiziki şəxsdir (iş materiallarında onların sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məlumat yoxdur), mübahisə borc müqaviləsi üzrə münasibətlərind ən irəli gəlməklə, mülki xarakterlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi məhkəmə və ərazi aidiyyəti qaydalarına uyğun verilmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qərardad ilə razılaşır və hesab edir ki,Şirvan ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 13 avqust 2018-ci il tarixli, 2(106)-2503/18 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar