Məhkəmə qərarları › İş №2(102)-872/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-872/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-872/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, iddia və kəsici müddətlər) 27.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1105/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında X7, X2 və X13 iştirakı ilə 2008-ci il tarixdə yazılı müqavilə tərtib edilmiş və alqı-satqı mərkəzinin rəhbəri X13 möhürü ilə təsdiq edilmişdir. Müqavilədə torpaq alınması üçün İddiaçı Cavabdeh 5460 manat pul verməsi qeyd edilib.

2. İddiaçı cavabdeh X14 qarşı iddiası Şəki Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(075)-1820/2018 nömrəli qətnaməsi ilə rədd edilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(107)-2105/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019cu il tarixli, 2(102)- 1578/2019 saylı qərarı n ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(107)2105/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5460 manat miqdarında pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 75 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəki şəhər sakini X15 daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. İddiaçı 2008-ci ilin mart ayının ortalarında X14 müraciət edər ək ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bildirmişdir. X17 həmin vaxt 5460 manata (6500 ABŞ dolları) şəhərin İdman Kompleksinə yaxın ərazidə sənədləri lazımi qaydada olan torpaq sahəsi tapacağına söz vermişdir. 27 mart 2008-ci il tarixdə X17 iddiaçıya uyğun torpaq sahəsi olduğunu bildirmişdir. Həmin vaxt X17 cavabdehi iddiaçıya torpaq satan şəxs kimi tanıtmış və razılaşdıqları qiymətə, yəni 5460 manata cavabdehdə torpaq sahəsinin olduğunu bildirmişdir. Həmin vaxt X13 alqı-satqı ofisində iddiaçı cavabdehə torpaq sahəsi almaq üçün nağd pulun hamısının olmadığını bildirmiş, cavabdeh isə bir az pulun əvvəlcədən verilməsi şərti ilə qalan pulun isə bir müddət sonra verilməsinə razı olduğunu bildirmişdir.

7. Bundan sonra həmin tarixdə, yəni 27 mart 2008-ci il tarixdə alqı-satqı müqaviləsi tərtib edilərkən iddiaçı cavabdehə əvəlcədən 1800 manat pul vermişdir. Həmin müqavilədə göstərilmişdir ki, 27 mart 2008-ci il tarixdə ev alqı-satqı mərkəzində iştirak edən şəxslər – torpaq satan Cavabdeh, torpaq alan İddiaçı, X7, X3 və vasitəçi X13 iştirakı ilə Cavabdeh özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata satmışdır.

8. Müqavilədə yazılmışdır ki, 1800 manat verilmiş, qalan 3660 manat 25 aprel 2008-ci ildə tam ödəniləcək, torpaq alana razılaşmağa görə 25 illik vəkalət veriləcək, vəkalətin pulunu torpaq satan ödəyəcək. Bundan sonra iddiaçı cavabdehə 31 mart 2008-ci il tarixdə 1400 manat, 11 mart 2008-ci il tarixdə 1600 manat və 21 aprel 2008-ci il tarixdə 660 manat verilməklə, torpaq üçün razılaşdıqları 5460 manat pul məbləği tam ödənilmişdir.

9. Cavabdehlə 27 mart 20 08-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin arxa səhifəsinə iddiaçının, cavabdehin və X13 iştirakı və imzaları ilə təsdiq edilmiş əlavədə göstərilmişdir ki, 31 mart 2008-ci ildə yenidən torpağın pulundan 1400 manat verilmiş, 2260 manat qalmışdır. Həmin müqavilənin arxa səhifəsinə iddiaçı və X13 iştirakı və imzaları ilə təsdiq edilmiş əlavədə göstərilmişdir ki, 11 aprel 2008-ci ildə yenidən qalan borc puldan 1600 manat verimiş, 660 manat borcu qalmışdır.

10. Müqavilənin arxa səhifəsinə iddiaçı, cavabdeh, X4 və X13 iştirakı və imzaları ilə təsdiq edilmiş əlavədə göstərilmişdir ki, 21 aprel 2008-ci ildə yenidən qalan 660 manat verildi, heç bir borc qalmamışdır. Torpağın pullarını iddiaçı özü vermiş, vəkalətnamə gəlini X1 verilmişdir ki, gələcəkdə torpağı sənədləşdirsin. Danışılmışdı r ki, iddiaçı cavabdehə pulu tam ödədikdən sonra cavabdeh satdığı torpaq sahəsinin yerini iddiaçıya göstərərək qısa müddət ərzində sənədləşmə işlərini həll edəcək. Bir müddət sonra iddiaçı cavabdehə göstərdiyi ərazidə xəstəxana binası tikildiyini bildirdikdə, cavabdeh ona başqa ünvanda torpaq sahəsi göstərmiş və yenə də qısa müddət ərzində həmin torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini həll edəcəyini bildirmişdir. Sonradan isə cavabdeh iddiaçıya həmin torpaq sahəsinin 10 il müddətində istifadəsində olduqdan sonra adına rəsmiləşdiriləcəyinin mümkün olduğunu və buna görə də həmin müddəti gözləməli olmağını bildirmişdir. Lakin 2016-cı ildə iddiaçıya məlum olmuşdur ki, cavabdehin ikinci dəfə sənədsiz olaraq ona satdığı torpaq sahəsi başqa bir şəxsin adınadır. Həmin vaxt artıq iddiaçı cavabd ehin onu aldatdığını, öz öhdəliyini, yəni dəyərini tam ödədiyi torpaq sahəsini sənədləşdirərək ona təhvil vermək öhdəliyini yerinə yetirmədiyini bilmişdir.

11. İddiaçı əvvəlcə 2018-ci ildə X14 (bu işdə vasitəçi olduğu üçün) qarşı məhkəmədə iddia qaldırmış, lakin iddia tələbi təmin olunmamışdır. Buna görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 739.1 və 740-cı maddələrinə istinad etmişdir.

13. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - cavabdeh Şəki şəhər sakini X17 ilə birlikdə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuşlar. İddiaçı 2008-ci ildə cavabdehin yanına gələrək Şəki şəhərində torpaq almaq istədiyini bildirmişdir. Belə ki, iddiaçı onun tanışı Müzəffərin qızı Gün ay İsrafilovanı oğluna nişanlamışdır. Bu zaman Müzəffər ona demişdir ki, istəmir ki, qızı ərə gedərək kənddə yaşasın. Buna görə də gələcək qudaları iddiaçıya torpaq tapmaqda köməklik etsin; - belə olan halda iddiaçıya torpaq axtarmağa başlamış və Şəki şəhəri, 98-ci kvartaldan 6 sot torpaq tapmışdır. Həmin torpaq X8 adlı şəxsin adına olmuş və Rəşid tərəfindən ona verilmiş etibarnamə əsasında torpağı iddiaçıya satmışdır. Lakin 4 ay keçəndən sonra iddiaçı tərəf Müzəffərin qızının nişanını qaytardığından həmin torpağı etibarnamə əsasında iddiaçının qızı xxxnın üzərinə çevirmişdir. İddiaçı həmin 6 sot torpağın dəyəri olan 5460 manat pulu 4 dəfə olmaqla hissə-hissə vermişdir; - torpağın alqı-satqısı ilə bağlı iddiaçı ilə onun arasında yazılı müqavilə bağlanmış və həmin yazılı müqavilə üzrə pulun ona verilməsinə imza etmişdir. Yəni, X8 orda olmadığına görə 5460 manat pulun alıcısı kimi müqaviləyə cavabdeh imza etmişdir. İddiaçı tərəfindən cavabdehə hər hansı pul məbləği verilməmişdir. X6 verilmiş və o da pulu aparıb X5 verib; - 6 sot torpağın sənədi olmamış və həmin torpağın yerini iddiaçıya göstərmişdir. Lakin iddiaçı uzun müddət həmin torpaqla maraqlanmamış, oranı hasara almadığından qeyd edilən torpaqda başqa adam ev tikmişdir. Belə olduqdan sonra iddiaçıya X16 tərəfdə başqa 6 sot sənədsiz yeri göstərmişdir. Lakin iddiaçı həmi torpaqda da hər hansı işlər görmədiyindən qeyd edilən torpaq sahəsi də başqa şəxs tərəfindən tutulmuşdur.

14. Şəki Rayon Məhkəməsinin e-2(075)-964/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi (hakim:C.İmanov) ilə iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsi müəyəyn etmişdir ki, iddiaçı Şəki şəhərində torpaq almaq qərarına gəlmiş və bununla bağlı torpaq alqı-satqısı ilə məşğul olan cavabdehin yanına getmişdir. Cavabdeh iddiaçıya torpaq sahəsi tapmış və 4 dəfəyə hissəhissə olmaqla 5460 manat pulu iddiaçı cavabdehə vermişdir. Belə ki, işə əlavə edilmiş Cavabdeh, İddiaçı, X7, İsrafilovMüzəffər Məcnun oğlu və X13 iştirakı ilə tərtib edilmiş və AlqıSatqı Mərkəzi rəhbəri kimi X13 möhürü ilə təsdiq edilmiş torpaq alqı-satqı müqaviləsinə əsasən 27 mart 2008-ci il tarixdə ev alqı-satqı mərkəzində iştirak edən yoldaşlar-torpaq satan Cavabdeh, torpaq alan İddiaçı, X7, X2 və vasitəçi X13 iştirakı ilə Cavabdeh özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata satdı.

16. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçı tərəfi ndən pulun ona verilməməsi fikrinə tənqidi yanaşaraq qeyd edib ki, pulun verilməsi ilə bağlı cavabdehlə iddiaçı arasında yazılı müqavilə bağlanmış və həmin müqavilədə Cavabdeh özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata iddiaçıya satması öz əksini tapmışdır.

17. Birinci instansiya məhkəməsi göstərib ki, cavabdeh məhkəmə iclasında torpağın alqı-satqısı ilə bağlı iddiaçı ilə onun arasında yazılı müqavilə bağlanmasını və həmin yazılı müqavilə üzrə pulun ona verilməsinə imza etdiyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(102)-1578/2019 saylı qərarının 4-cü səhifəsinin axırıncı abzasında qeyd olunmuşdur ki, “İddiaçı hazırda tələb etdiyi 5460 manatı X13 iştirakı ilə hissə-hissə olmaqla torpaq satan Cavabd eh vermişdir”

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı münasibətə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir. Belə ki, cavabdeh 5460 manat məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1093.1, 1093.2-ci, Mülki Prosesual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Apellyаsiyа şikаyətinin dəlilləri: - iddiaçı cavabddehin yanında 3-4 dəfə olub, hər dəfə də gələn k imi ağlayıb, xəstə olmasını, tibbi əməliyyat olunmasını deyib, həmişə də iddiaçıya yazıqları gəlib; - axırıncı dəfə cavabdeh məhkəməyə gedəndə iddiaçı məhkəmə zalında kimsəsiz qaldığını deyib, məhkəmə iddiaçının yalan ifadələrinə inanıb, cavabdehə danışmağa imkan verməmişdir; - əslində, 14 il əvvəl yazılmış müqavilənin müddəti bitib. İddiaçı müddətin bərpası üçün məhkəməyə müracət etməli idi. Məhkəmə iddianı rədd edə bilərdi; - pulun verilməsi ilə bağlı cavabdehlə iddiaçı arasında yazılı müqavilə bağlanmamış və həmin müqavilədə cavabdehin özünə həvalə edilmiş torpağı (6500 ABŞ dolları) 5460 manata iddiaçıya satması öz əksini tapmamışdır; - iddiaçı öz hüquqlarının pozulduğunu iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən 14 ildən də əvvəl bilmişdir. İddiaçı həmin tələbi ilə bağlı mübahisən in həll edilməsi üçün hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 3 il müddətində məhkəməyə müraciət etməli olduğu halda, həmin müddət ərzində bu hüquqlarından istifadə etməmişdir; - iddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Buna görə də iddiaçının cavabdehə qarşı olan hazırki tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən təmin edilə bilməzdi; - bütün göstərilənlərə əsasən iddianın əsaslı olmadığı öz təsdiqini tapır. Lakin məhkəmə tərəfindən iddia təmin edilmişdir; - həmçinin, məhkəmə iddianı təmin etməsini qətnamədə lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə qətnaməsində yalnız hüquq normalarının tələbləri göstərilmişdir. Məhkəmənin hansı əsaslarla belə nətəcəyə gəlməsi məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir.

22. Şək i Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1105/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli, qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Ayaz Mahmudov)

23. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Şəki şəhərində torpaq almaq qərarına gəlmiş və bununla bağlı torpaq alqı-satqısı ilə məşğul olan cavabdehin yanına getmişdir. Cavabdeh iddiaçıya torpaq sahəsi tapmış və 4 dəfəyə hissə-hissə olmaqla iddiaçı 5460 manat pulu cavabdehə vermişdir. Eyni zamanda 2016-cı ildə iddiaçıya məlum olmuşdur ki, cavabdehin ikinci dəfə sənədsiz olaraq ona satdığ ı torpaq sahəsi başqa bir şəxsin adınadır. Həmin vaxt artıq iddiaçı cavabdehin onu aldatdığını, öz öhdəliyini, yəni dəyərini tam ödədiyi torpaq sahəsini sənədləşdirərək ona təhvil vermək öhdəliyini yerinə yetirmədiyini bilmişdir. Həmçinin 2018-ci ildə X17 bu işdə vasitəçi olduğu üçün iddiaçı cavabdeh qismində X15 cəlb edərək ona qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh X9 torpağın alqı-satqısı üçün ödənilmiş 5460 manat pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. Lakin Şəki Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(075)-1820/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli, 2(107)- 2105/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)1578/2019 saylı qərarı ilə kassasiya şikayət təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır

24. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi kimi 2016-cı ildə ona məlum olmuşdur ki, cavabdehin ikinci dəfə sənədsiz olaraq ona satdığı torpaq sahəsi başqa bir şəxsin adınadır. Həmin vaxt artıq iddiaçı cavabdehin onu aldatdığını, öz öhdəliyini, yəni dəyərini tam ödədiyi torpaq sahəsini sənədləşdirərək ona təhvil vermək öhdəliyini yerinə yetirmədiyini bilmişdir. Göründüyü kimi, iddiaçı özü birinci instasiya məhkəməsində işə baxıldığı zaman, məhkəmə iclasında ifadə verərək, 2016-cı il tarixdən cavabdeh tərəfindən aldadıldığını bildirmiş, bununla da iddia müddətinin axımının 2016-cı il tarixdən başladığını etiraf etmişdir. Belə olan halda da sözügedən müddət kəsici müddət hesab edilməlidir. Kəsici müddətin tətbiqi üçün mübahisə tərəfinin hər hansı ərizə təqdim etməsinə ehtiyac yoxdur. Bu səbəbdən də qeyd olunan müddət, iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

25. Həmçinin, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı hüuqunun pozulduğunu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(102)-1578/2019 saylı qərarını aldıqdan sonra bilmiş olsaydı belə, yenə də məhkəməyə müraciət etmək müddətini ötürmüşdür. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda həmin müddət kəsici müddət hesab edilir və qanunverciliklə nəzərdə tutulmuş 2 illik müddət ötürülmüş sayılır.

26. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, ki, sözügedən bu müddətlər iddia müddəti olmayıb, kəsici müddətlərdir. Bunun (yəni mübahisələndirmə müddətlərinin kəsici müddət olmasının) səbəbləri və iddia müddətləri ilə olan fərqləri barəsində aşağıdakıları qeyd etmək olar.

27. Əvvəla, yuxarıda da qeyd olunduğu kimi iddia müddətləri, adından da məlum olduğu kimi, yalnız məhkəmədə iddia qaldırmaqla təmin oluna bilə n tələblər üçün olan bir müddəti bildirir. Mübahisələndirmə ilə bağlı arzu olunan nəticənin əmələ gələ bilməsi üçün isə, məhkəmə qərarına ehtiyac yoxdur. Nəticə etibarı ilə, iddia müddətləri həmişə məhkəməyə müraciət etməklə bağlı olan müddətlərdir, ancaq kəsici müddətlərin məhkəməyə müraciət etməklə bağlı olması həmişə zəruri deyildir.

28. İkincisi, iddia müddətlərinin ötürülməsi iddiaçının iddia tələbinin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirmir. Halbuki kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu haqqın aradan qalxması nəticəsini əmələ gətirir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir hüququ təmin olunmasına dair qərar çıxarda bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın hüququn mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur. İndi bir haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Buna görə də, iddia müddətlərinin ötürülmüş olmasını məhkəmələr öz-özlüyündən nəzərə ala bilmədikləri halda, heç kim irəli sürməsə də iş materiallarından kəsici müddətlərin ötürülüməsinin məlum olduğu hallarda məhkəmə bunu nəzərə almağa məcburdur. Əks halda məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni manefeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Yuxarıda qeyd olunduğu kimi maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən iki il ərzin də həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.

29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1095-ci, Mülki Prosesual Məcəlləsinin 14.2 və 77.1ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini x ahiş etmişdir.

31. Kassasiya şikayəti belə əsaslandırlırb: - apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə qətnaməsində tərəflər arasında müqavilə münasibətləri olmasını, müqavilə üzrə alıcı olan (iddiaçının) şəxsin 2016-cı ildə aldanmış olmasından xəbərdar olduğunu, müqavilə üzrə 3 illik iddia müddətinin olmasını göstərilsə də, yekunda 2 illik kəsici müddəti tətbiq edilb. İlk növbədə, tərəflər arasında olan müqavilə münasibətləri üzrə iddia müddəti 6 il olmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini torpaq sahəsi, yəni daşınmaz əmlak təşkil edir. - iddiaçı 2016-cı ildə aldadıldığını və torpaq sahəsinin başqasına məxsus olduğunu bilmiş və təxminən 1 ildən sonra məhkəməyə müraciət etmişdir. Lakin əsl cavabdehə qarşı tələb irəli sürməmişdir. Yekunda Ali Məhkəmə qərarında iddiaçının əsl cavabdeh olan Cavabdeh qarşı tələb irəli sürməli olduğunu bilmişdir; - iddiaçının 2018-ci ildən məhkəməyə müraciət etdiyi vaxtdan iddia müddətinin axımı kəsilmişdir; - bundan başqa, məhkəmə qətnaməsində Mülki Məcəllənin 1091-1093-cü maddələrinə, yəni əsassız varlanma üzrə normalara istinad etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu normalara istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Maddələrin tələbindən göründüyü kimi əsassız varlanma hüquqi əsas və ya müqavilə olmadan baş verməlidir. Lakin, hazırki mübahisə üzrə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olmuşdur. Belə olan halda, tərəflər arasında olan mübahisəyə əsassız varlanma üzrə normalar tətbiq edilə bilməz; - sadəcə məhkəmə mübahisə tərəfinin müddət tətbiqi ilə bağlı ərizə vermədiyini görüb iddianı rədd etmək məqsədilə bu normalara istinad etmək məcburiyyətində qalmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Va rlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəm əsinin mövqeyi

36. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.

37. İşin müəyyən edilmiş halına görə tərəflər arasında əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri yaranıb, iddiaçı 4 dəfəyə hissə-hissə olmaqla cavabdehə 5460 manat pul vermişdir.

38. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Qanunvericiliyin tələbindən də görünür ki, öhdəliyin yaranma əsaslarından biri də əsassız varlanmadır.

40. Bu baxımdan, iddianın hüquqi əsasını təşkil edən əsassız varlanma ilə bağlı tətbiq edilən maddi hüquq normaları işin hall arına uyğun olmuşdur.

41. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında öhdəliyin əsassız varlanmadan irəli gəlməsini müəyyən edib, belə olan halda, Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddətin kəsici müddət olmasını göstərməklə həmin normanı düzgün tətbiq etməmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi hazırki qərarın 24-28-ci bəndlərində Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddətin kəsici müddət olmasını qeyd edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında əks edilən hüquqi mövqeyini nəzərə almamışdır.

43. Məhkəmə kollegiyası vurğulayır ki, əsassız varlanma ilə bağlı tələb üçün qanunda göstərilmiş müddət kəsi ci müddət deyil, iddia müddətidir. Bu məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında aydınlıq gətirib. Həmin Qərarda qeyd edilib ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

44. Buna görə də apellyasiya instansiya məhkəməsinin Mülki Məcəlləsinin 1095-ci maddəsində nəzərdə tutulan iki illik müddətin kəsici müddət olması və belə müddətin tətbiqi üçün iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə zərurər olmaması barədə gəldiyi nəticə əsassızdır.

45. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

46. Hazırki işdə də tərəflər arasında əs assız varlanmadan irəli gələn öhdəlik münasibətlərinin olması müəyyən edilib, belə olan təqdirdə, Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddət iddia müddəti olduğu üçün həmin müddətin tətbiqi ilə bağlı ərizə verilməsi zəruridir.

47. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmədiyi halda, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə iddia müddətini tətbiq etməsi Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə zidd olmuşdur.

48. Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

49. Qeyd edildiyi kimi a pellyasiya instansiyası məhkəməsi iddiaçının 4 dəfəyə hissə-hissə olmaqla cavabdehə 5460 manat pul verməsini, cavabdehin əsasız varlanmasını müəyyən etmişdir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə də varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

50. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddianın təmin edilməli olması qənaətinə gəlir.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi yuxarıda göstərilənlərə əsasən təmin edilməli, cavabde hdən iddiaçının xeyrinə 5460 manat və ödənilmiş dövlət rüsumunu əvəzi olaraq 75 manat pul tutulmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1105/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 5460 (beş min dörd yüz altımış) manat və iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 (yetmiş beş) manat pul tutularaq İddiaçı verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar