Məhkəmə qərarları › İş №2(102)-873/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-873/2023

01.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-873/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, torpağın sahəsinin zəbtdən azad edilməsi, ekspert rəyinin qiymətləndirilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişlərinin tam icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-196 /2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsi İddiaçı, 0,271838 ha torpaq sahəsi Cavabdeh3 və 0,10 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində cavabdehlərin inşa etdikləri qanunsuz tikililərin sökülməsi, zəbt etdikləri torpaq sahələrin in boşaldılması və cavabdehlər tərəfindən vurulmuş ziyanın əvəzi olaraq ona 8000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 05 noyabr 2013-cü il tarixdə X1 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,3864 ha torpaq sahəsindən 0,15 ha torpaq sahəsini 5500 manata almış, həmin əmlaka DƏDRX-dən çıxarış verilmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 21 noyabr 2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü haqda çıxarışına əsasən ona məxsus torpaq sahəsinin yeri müəyyən edilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin 0,0205 ha hissəsi Cavabdeh1, 0,0166 ha hissəsi isə Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmişdir.

4. Birinci instansiya məhkəməsinin qərardadına əsasən verilmiş Azərbaycan Respu blikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 06 sentyabr 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,15 ha və RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahələrinə aid plan və ölçülər təqdim olunmuşdur. Kameral şəraitdə elektron kadastr məlumat bazasında iş araşdırılarkən sözügedən ərazidən dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üz ərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsinin koordinatlarına uyğun yerləşmə yeri və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunub-olunmamasının araşdırılması mümkün olmamışdır.

5. Birinci instansiya məhkəməsinin qərardadına əsasən təkrarən verilmiş ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 25 oktyabr 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabde hlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,15 ha və RX seriyalı, ******* saylı torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahələrinə aid plan və ölçülər təqdim olunmuşdur. Kameral şəraitdə elektron kadastr məlumat bazasında iş araşdırılarkən sözügedən ərazidən Dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ö lçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsinin hüquq müəyyənedici sənədlərinin (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənib-işlənməməsinin, Cavabdeh1 faktiki istifadəsin də olan 0,10 ha torpaq sahəsi ərazisinin pay torpaqlarının bölgü layihəsinə uyğun olub-olmamasının araşdırılması mümkün olmamışdır.

6. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 yanvar 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,15 ha və RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Me hdiabad qəsəbəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,271838 ha torpaq sahələrinə aid olan plan və ölçülər təqdim olunmuşdur. Vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar, digər qismində ləğv edilmiş DTXK tərəfindən Dövlət aktları və Dövlət aktları əsasında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən keçmiş DTXK tərəfindən verilmiş Dövlət aktı köhnə koordinat sistemində olduğundan sözügedən ərazidən Dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır.

7. Cavabdeh1 tərəfindən təqdim olunmuş "xxxx" MMC-nin 12 noyabr 2019-cu il tarixli arayışına əsasən İddiaçı 0,15 ha torpaq sahəsinin hüquq müəyyənedici sənə dləri (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə və onun mülkiyyətində olan torpaq sahəsinə uyğun işlənilməmiş, 12 m. cənub tərəfə sürüşdürülmüşdür. Cavabdeh1 faktiki istifadəsində olan 0,10 ha torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğundur. Cavabdeh2 faktiki istifadəsinə və Cavabdeh3 mülkiyyətində olan torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğundur. Cavabdeh1 ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən İddiaçı torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh2 və arvadı Cavabdeh3 ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən İddiaçı torpaq sahəsini zəbt etməmişlər.

8. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(012)-85/2020 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia təmin edilməmişdi r.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mütəxəssis rəyləri ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində Dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışlara aid torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahələrinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələrin) qeydə alınması barədə nəticələr, vətəndaşların həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquqi rejimini pozması, pay torpağı kimi verilmiş torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olması müəyyən olunmuş və bununla əlaqədar mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamış dır.

10. Lakin cavabdehlər tərəfindən sübut qismində təqdim edilmiş "xxxx" MMC-nin 12 noyabr 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh1 və Cavabdeh3 ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsini zəbt etməmələri müəyyən olunmuşdur. Əksinə müəyyən edilmişdir ki, İddiaçı məxsus 0,15 ha torpaq sahəsinin hüquq müəyyənedici sənədləri (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə və onun mülkiyyətində olan torpaq sahəsinə uyğun işlənilməmiş və 12 m cənub tərəfə sürüşdürülmüşdür. Həmin rəy iddia tələbinin cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsinin qanunsuz zəbt etmələri barədə hissəsini təkzib edir.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci, Mülki Məcəllənin 1 52.1-ci, Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(012)-85/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-cu il tarixli, 2(105)-334/2021 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadənin və L.M.Məmmədovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(012)-85/2020 nömrəli q ətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 164.1, 164.2-ci, Torpaq Məcəlləsinin 68, 84-cü, “Torpaq islahatı haqqında” Qanunun 7-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-cu il tarixli, 2(105)-334/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yen idən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2021ci il tarixli, 2(102)-3470/2021 nömrəli qərarı ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovda və İ.K.Xəlilovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(105)-334/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmış torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğunu iddia etdiyi hissəsin in geri qaytarılmasını, həmin hissədə inşa edilmiş özbaşına tikililərin sökülməsini və dəymiş ziyanın ödənilməsini tələb edir. İş üzrə cavabdehlər iddiaya etirazlarını, həmçinin onunla əsaslandırmışlar ki, 1990-cı illərdə pay torpaqlarına dair dövlət aktları tərtib edilərkən qanunvericiliyin tələbləri pozularaq torpaq sahələrinin döngə nöqtələrinin koordinatları yerində müasir GPS cihazları ilə deyil, xəritədən istifadə edilməklə götürülmüşdür ki, bunun da nəticəsində təxminən 10 metr fərqlə xətalar yaranmışdır. Mübahisəli torpaq sahəsi zəbt edilməmiş, ərazidə xeyli yaşayış və qeyri-yaşayış tikintiləri aparılmış, əgər torpaq sahələri sürüşərsə onda zəncirvari hal kimi Mehdiabad qəsəbəsindəki bütün torpaqlar, tikililər və kommunikasiyalar sürüşər.

19. Göründüyü kimi cavabdehlər tərəflərin m ülkiyyətində olan torpaq sahələrinin faktiki vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları ilə qismən üst-üstə düşmədiyini, təxminən 10 metr fərqlə xətaların mövcud olduğunu etiraf etmişlər. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin MPM-in 106.3-cü maddəsinin tələbini nəzərə almamışdır.

20. Bununla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən bir neçə dəfə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyinin alınması üçün qərardad qəbul edilmiş, verilmiş rəylərlə mütəxəssis qarşısında qoyulan suallara birbaşa cavab verilməsə də, mütəxəssislər tərəfindən mübahisəli torpaq sahəsinin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsin in planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Bu hal rəylərin əsaslandırıcı hissəsində də öz əksini tapmışdır. Məhkəmələrin sübut kimi istinad etdikləri "xxxx" MMC-nin 12 noyabr 2019-cu il tarixli rəyində isə mütəxəssis öz mövqeyini tərəflərin mülkiyyətində olan torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestri məlumatlarına deyil, pay torpaqlarının bölgü layihəsinə istinadla əsaslandırmışdır.

21. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş rəylərin daxilində olan və bir-biri ilə yaranan ziddiyyətləri aradan qaldırmadan, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda ə lavə və ya təkrar ekspertiza təyin etmək imkanlarından istifadə etmədən xüsusi bilik tələb etməsi səbəbindən rəy vermək üçün müvafiq dövlət orqanlarına ünvanladığı suallar üzrə yekun qənaətə gəlmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli mütəxəssis rəyinə və məhkəmə mühəndis-texniki ekspertizasının 24 avqust 2022-ci il tarixli rəyinə əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın koordinatlarına uyğun olaraq 0,1 5 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın koordinatlarına uyğun olaraq 0,10 ha torpaq sahəsinə və Cavabdeh3 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın koordinatlarına uyğun olaraq 0,271838 ha torpaq sahəsinə dair ilkin sənədlər iş materiallına əlavə olunmadığına və mütəxəssis rəyində bu məsələyə münasibət bildirilmədiyinə görə tərəflərin torpaq sahələrinin ilkin sənədlər əsasında naturada yeri müəyyən edilməmişdir. Tərəflərin mülkiyyətlərinə verilmiş torpaq sahələrinin plan və ölçü sxemlərində qeyd olunan koordinatlara əsasən “Google Yer” proqramı vasitəsilə tərtib olunmuş plan-sxemdə n görünür ki, iddiaçının və cavabdehlərin torpaq sahələri arasında 5,44-6 metr eni olan boş sahə mövcuddur və həmin boş sahə (zolaq) baxış zamanı torpaq sahələrinin yuxarı tərəfindən keçən yolun ölçü və konfiqurasiyasına uyğundur. Baxış zamanı əldə olunmuş məlumatlara, mülki iş materiallarına və 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus çıxarışa uyğun sahənin cavabdehlərə məxsus çıxarışla uyğun sahələr tərəfindən tutulmadığı müəyyən olundu. Tərəflərin mülkiyyətlərinə verilmiş torpaq sahələrinə dair tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən mübahisəli torpaq sahələrinin koordinatları üst-üstə düşmür. Lakin faktiki vəziyyət üzrə İddiaçı məxsus 0,15 ha torpaq sahəsinə dair tərtib olunmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədində qey d edilmiş koordinatlar cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin üzərinə, cavabdehlərin torpaq sahələrinin koordinatları isə həmin sahələrdən aşağıda yerləşən yolun və qonşu sahələrin üzərinə düşür. Bu hal həmin ərazi üzrə torpaq sahələrinin koordinatlarında ümumi sürüşmənin olması ilə bağlıdır və bu sürüşmə ekspert rəyinə əlavə olunmuş sxemdə açıq şəkildə öz əksini tapmışdır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-196/2022 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Ağayevin sədrliyi və məruzəsi ilə, hakimlər Z.İ.Məmmədovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(012)-85/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdir.

24. A pellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsində təqdim olunmuş 4 mütəxəssis rəyindən üçü Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən, biri isə cavabdeh tərəfin təqdim etdiyi müstəqil mütəxəssis rəyindən ibarət olmuş, əvvəlki 3 rəy eyni nəticəni qeyd edərək mübahisə tərəflərinin mülkiyyətində olan torpaq sahələrinin döngə nöqtələri-koordinatları ləğv edilmiş DTXK-si tərəfindən verilmiş Dövlət aktlarındakı köhnə koordinat sistemində olduğundan sözügedən ərazidən Dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışlara aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından, həm çinin əvvəllər pay torpağı kimi verilmiş torpaq sahələrində tikinti işləri aparıldığından torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur ki, bu səbəbdən də mütəxəssis tərəfindən işin araşdırılmasının mümkün olmaması qeyd edilmişdir. Digər 4-cü - müstəqil mütəxəssis tərəfindən verilmiş rəydə isə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüquq müəyyənedici sənədləri (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə və onun mülkiyyətində olan torpaq sahəsinə uyğun işlənilməməsi, yəni 12 metr cənub tərəfə sürüşdürülməsi, cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələrinin ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun olduğundan cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsinin zəbt e dilməməsi qeyd edilmişdir. Mübahisə üzrə qətnamə qəbul etmiş məhkəmələr məhz qeyd edilən mütəxəssis rəylərinə əsaslanaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişlər.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 24 avqust 2022-ci il tarixli ekspert rəyi alınmışdır.

26. Qeyd edilən ekspertiza rəyinin verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 23 noyabr 2021-ci il tarixli və 19 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən məhkəmə tikinti-texniki ekspertizasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2021-ci il tarixli qərardadının icra sı ilə bağlı mütəxəssis tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ərazidə ümumi DWG uyğunsuzluğu mövcuddur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Mehdiabad qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir.

27. Məhkəmə kollegiyasının qərardadına əsasən təyin edilmiş ekspertizanın keçirilməsi zamanı səlahiyyətli orqanın məktub və mütəxəssis rəyindən də müəyyən olunduğu kimi mübahisəsi aparılan torpaq sahələrinin aidiyyəti olan mübahisəli torpaqları verilərkən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmış, yəni ərazidə yerləşən qonşu torpaq sahələrinin ümumi DWG sürüşmə fərqləri mövcud olmuşdur. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatl arı əsasında aparılan təhlillər və sistemləşdirmə işləri əsasında elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparılmaqla torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, sadalanan mütəxəssis rəylərində Abşeron rayonu, Mehdiabad qəsəbəsində dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışlara aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələr) qeydə alınması barədə nəticələri pay torpağı kimi verilmiş torpaq sahələrində tikililər ti kildiyindən torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Tərəflərin mülkiyyətlərinə verilmiş torpaq sahələrinin plan və ölçü sxemlərində qeyd olunan koordinatlara əsasən “Google Yer” proqramı vasitəsilə tərtib olunmuş plan-sxemdən göründüyü kimi iddiaçının və cavabdehlərin torpaq sahələri arasında 5,44-6 metr eni olan boş sahə mövcuddur və həmin boş sahə (zolaq) baxış zamanı torpaq sahələrinin yuxarı tərəfindən keçən yolun ölçü və konfiqurasiyasına uyğundur.

29. Apellyasiya məhkəməsinin iclasında tərəflərin təqdim etdikləri mübahisəli torpaq sahələrinin foto-şəkillərindən da müəyyən olunur ki, iddiaçı və cavabdehlərə məxsus torpaq sahələri qarşı-qarşıya yerləşməklə ekspertin də müəyyən etdiyi kimi aralarından 5,44-6 metr enində yol keçir. Fotolardan müəyyən olunduğu kimi Cavabdeh1 məxsus torpaq sahəsi daş hasara alınmaqla içərisində iki mərtəbəli evin tikilmişdir, digər cavabdehlərə məxsus torpaq sahəsi dəmir torla hasara alınmışdır, iddiaçıya məxsus torpaq sahəsinin isə boş sahə kimi cavabdehlərə məxsus sahələrlə üzbəüz yerləşir. Eyni zamanda ekspert rəyində qeyd edildiyi kimi tərəflərin mülkiyyətlərinə verilmiş torpaq sahələrinin arasında olan eni 5,44-6 metr olan boş sahə (zolaq) torpaq sahələrinin yuxarı tərəfindən keçən yolun ölçü və konfiqurasiyasına uyğundur. Bu halla bağlı da iddiaçı münasibət bildirərkən qeyd etdi ki, foto-şəkillərdən də görünən Cavabdeh1 evinin yuxarı tərəfindəki tikililər də səhv tikilərək onlarla üzbəüz yerləşən qonşu torpaqlarının yerlərinə sürüşdüyündən həmin tikililərində sökülməsi zər uridir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə səlahiyyətli orqanın mübahisəli torpaq sahələrilə bağlı məhkəməyə ünvanladığı rəsmi münasibətdə, həmçinin mütəxəssis və ekspert rəyində müəyyən olunmuş işin halına dair nəticəyə uyğun olaraq cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi müəyyən edilmir, bu baxımdan apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

30. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-196/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayə ti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 153.4, 154.2, 157.1, 157.2, 157.4, 157.5, 157.6, 170.2-ci, Mülki Prosessual Məcəlləsinin 63, 64, 88, 101, 103-cü maddələri, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli Fərmanının 1.1, 1.2, 2.3.2-ci bəndlərinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini və iş materiallarında olan mütəxəssis rəylərini düzgün şərh etməmişdir. Ekspert rəyindən müəyyən olunur ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi zəbt olunmuşdur. Həmçinin apellyasi ya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Prezidentin 818 №-li Fərmanın 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahələrinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Yəni, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin faktiki ölçüləri üzrə yeni sənədin verilməsinə yalnız mülkiyyətçinin razılığı əsasında icazə verilə bilər.

32. Kassasiya ş ikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

33. Cavabdehlər Cavabdeh1 və İddiaçı ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

34. Məzmunları eyni olan hər iki etiraz torpaq sahələrində sürüşmələrin olmasına istinad etmiş, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə əsaslandırılmışdır. Kassasiya baxışının hədləri:

35. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfində n sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

36. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanunili yinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

37. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddə sinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rə yləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirili r. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxarar kən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktla rdan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

44. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır.

45. İş üz rə birinci apellyasiya məhkəməsinin icraatı nəticəsində qəbul edilmiş qətnaməni kassasiya instansiyası kollegiyası iki əsasla ləğv etmiş və işi yeni araşdırmaya göndərmişdir: - cavabdehlər faktiki olaraq iddiaçının torpaq sahəsinin zəbtini etiraf etmiş; - işdə olan mütəxəssis rəyləri arasında ziddiyyətlər aradan qaldırılmamışdır.

46. Təkrar apellyasiya baxışında apellyasiya məhkəməsi göstərişin ikinci hissəsinin icrası ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və hazırki qərarın 22-ci bəndindəki məzmunda mütəxəssis və ekspert rəylərini almışdır.

47. Ekspert rəyi ilə iddiaçıya məxsus çıxarışa uyğun sahənin cavabdehlərə məxsus çıxarışla uyğun sahələr tərəfindən tutulmadığı, tərəflərin mülkiyyətlərinə verilmiş torpaq sahələrinə dair tərtib olunmuş “Torpaq sahəsinin planı və ö lçüsü” sənədinə əsasən mübahisəli torpaq sahələrinin koordinatlarının üst-üstə düşməməsi müəyyən edilsə də, faktiki vəziyyət üzrə İddiaçı məxsus 0,15 ha torpaq sahəsinə dair tərtib olunmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatların cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin üzərinə düşməsi müəyyən edilmişdir.

48. Yəni ekspert rəyində və onun əsaslandırma hissəsində olan torpaq sahələrinin yerləşmə vəziyyəti barədə sxemlərdə hüquq müəyyənedici sənədlərə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən faktiki istifadə olunması göstərilmişdir.

49. Lakin apellyasiya məhkəməsi iş üzrə alınmış mütəxəssis rəylərində ifadə olunmuş halları təkrarlayaraq belə nəticəyə gəlmişdir ki, torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından, iddiaçının torpaq sahəsinin zəbti müəyyən edilmir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin həmin qiymətləndirilməsi əvvəlki kassasiya icraatında irəli sürülmüş göstərişlərin tam olunmaması nəticəsində ziddiyyətli olmuşdur.

51. Belə ki, apellyasiya məhkəməsi mütəxəssis rəyləri arasında, habelə ekspert rəyinin məzmunundakı yuxarıda qeyd olan qeyri-müəyyənlikləri aradan qaldırmamış, cavabdehlərin iddiaçının torpaq sahəsinin bir hissəsini zəbt etmələrini faktiki etiraf etmələrini nəzərə almamış, torpaq sahəsinin (onun bir hissəsinin) cavabdehlər tərəfindən istifadəsinin qanuniliyinə hüquqi qiymət verərkən, torpaq sahələrinin “Plan və ölçü sənədi”nə əsasən deyil, faktiki (yəni sürüşmə nəzərə alınmaqla) yerləşməsini əsas götürülməsini əsaslandırmamışdır.

52. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1, 392 və 420-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

53. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin əda lətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsa slandırmalı idi...

55. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

57. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

58. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və o byektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən mübahisəli ərazidə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılıbyaradılmaması və rəqəmsal kadastr xəritəsinin tərtib edilib-edilməməsi araşdırılmalı, belə kadastr xəritəsi yaradıldığı halda, ona əsasən əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-196/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar