Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-874/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və dəmir hasarın sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-822/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-822/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Ucar Rayon Məhkəməsinin 2(063)-11/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qətnаməsi ləğv edilmiş, iddianın rədd olunması barədə yeni çıxarılmışdır.
2. İddiaçı (Vəkil2) həmin qətnamədən 22 noyabr 2022-ci il tarixdə kassasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.
3. Ərizə belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi və vəkili kimi Elektron məhkəmə informasiya sist eminə barəsində tələb olunan məlumatlar yerləşdirilmədiyi üçün elektron qaydada kassasiya şikayəti vermək imkanından üzrlü səbəbdən məhrum olmuşdur. xx.xx.2022-ci il tarixdə məhkəmə ilə telefon vasitəsilə əlaqə saxlayaraq, məlumatlarının sistemə daxil edilməsini xahiş etmiş və müraciəti təmin olunduqdan sonra həmin gün kassasiya şikayəti vermişdir. Vəkili olduğu şəxs (iddiaçı) isə qətnamənin surətini rəsmi olaraq xx.xx.2022-ci il tarixdə əldə etmişdir.
4. Apellyasiya instansiyası məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
5. Məhkəmə müəyyən etmişdir ki, barəsində kassasiya şikayəti verilən qətnamənin surəti sifarişli məktubla işdə iştirak edən şəxslərə göndərilmiş, xx.x x.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən qətnamənin surəti alınmışdır. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini xx.xx.2022-ci il tarixdə verməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət buraxmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 129, 130.1, 133.1 və 405.0.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
8. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni dəlillərlə əsaslandırılmış, qeyd edilmişdir apellyasiya məhkəməsi tərəfindən həmin dəlillərə düzgün hüquqi qiymət verilmədiyi göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
12. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
13. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır.
15. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.
17. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafi q hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
20. Baxılan işdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsinin surəti sifarişli məktubla xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən alınmış, həmin nümayəndə və vəkil tərəfindən qətnamədən kassasiya şikayəti tərtib edilərək xx.xx.2022-ci il tarixdə verilmiş, bununla da qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Buraxılmış müddətin bərpası barədə ərizədə qeyd olunanlar (vəkilin “Elektron Məhkəmə” informasiya sisteminə gec əlavə olunması) isə sübut olunmamaqla üzrlü səbəb kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
21. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-822/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.