Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-876/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili X6 və Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-2078/2018, hakim S.B.Mehrəliyev) İddiaçı Cavabdeh1, Cavabde h2 və X4 qarşı iddiası təmin edilmiş, cavabdehlərin BXXXyerləşən yaşayış binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 88 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-10038/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-ci il tarixli ilkin müqaviləyə əsasən Cavabdeh1 BXXXyerləşən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsindəki 2 otaqlı 88 saylı mənzili ona satdığını, həmin alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzili xx.xx.2017-ci il tarixədək ona təhvil verməyi öhdəsinə götürdüyünü, Cavabdeh1 mübahisəli mənzildə ailə üzvləri Cavabdeh2 və Ceyhun Həbibovla birlikdə yaşadığını, dəfələrlə mənzilin təhvil verməsi barədə müraciətlər etsə də buna məhəl qoyulmadığını və bu günə kimi öhdəliyin yerinə yetirilmədiyini, buna görə də cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, notarial qaydada rəsmişləşdir ilmiş xx xxxxxx 2016-cı il tarixli ilkin müqavilənin 3.1 -ci maddəsinin tələbinə əsasən Cavabdeh1 istifadəsində olan BXXXyerləşən yaşayış binasının 2-ci blokunun 4-cü mərtəbəsindəki 2 otaqlı 88 saylı mənzili xx xxxxxx 2017-ci il tarixə qədər ona təhvil verməyi qeyd-şərtsiz öhdəsinə götürmüşdür. Bu halda apellyasiya məhkəməsinin tərəflər arasında ilkin müqavilədən irəli gələn əsas müqavilə bağanmayana qədər Cavabdeh1 və onun ailə üzvlərinin mənzildən çxarılma tələbinin təmin edilə bilməyəcəyi barədə gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 385.1, 390.1, 425, 427.3, 430 və 442ci maddələrinin tələblərinə ziddir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclas ında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada ilkin müqavilə bağlanmış, müqaviləyə görə Cavabdeh1 BXXXyerləşən yaşayış binasında 2-ci blok, 4-cü mərtəbədə yerləşən 2 otaqlı 88 saylı mənzilini 100000 manata iddiaçıya satmağı, habelə mənzili bu müqavilənin bağlandığı andan xx.xx.2017-ci il müddətinə ona təhvil verməyi və 30 il müddətinə əsas alqı-satqı müqaviləsini rəsmiləşdirilməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə iddiaçının mənzilə görə müqavilədə göstərilən qiyməti- 100.000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh1 ödəməsi göstərilmişdir. İddiaçı hazırda onunla Cavabdeh1 arasında bağlanmış ilkin müqavilə əsasında mübahisəli mənzili aldığına, dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdehlərin həmin mənzili təhvil vermək öhdəliyini yerinə yetirmədiyinə istinad edərək hazırki iddianı irəli sürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ilkin müqavilənin əsaslarını müəyyən edən 402-ci maddəsinin tələblərinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə ilkin müqavilə bağlanaraq hal-hazırda da sonuncunun sahibliyində olan mübahisəli mənzilə dair gələcəkdə alqı-satqı müqaviləsi bağlanması barədə razılıq əldə edilmiş, iddiaçı isə həmin ilkin müqavilədə müəyyənləşdirilmiş şərtlərlə alqı-satqı müqaviləsi rəsmiləşdirilmədən, bununla da mənzil üzərində sahiblik hüququ əldə etmədən, hələ bağlanmamış əsas müqavilə üzrə mənzilin təhvil verilməsi tələbini irəli sürmüşdür. Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında ilkin müqavilədən irəli gələn əsas müqavilə bağlanmadığından Cavabdeh1 qanuni sahibliyində olan mənzildən onun və ailə üzvlərinin çıxarılmalarına dair iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellya siya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-876/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-876/2020
12.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver