Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-877/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, mənzilin ipoteka yüklülüyündən azad olunması” tələbinə dair ilk və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi üzrə iddia müddətinin tətbiqi, əsas öhdəlik üzrə iddia müddəti keçdikdən sonra girov (ipoteka) predmetinin yüklülüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruz əçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(103)6937/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 06 mart 2007-ci il tarixli borc müqaviləsi ilə Cavabdeh1 İddiaçı 14000 ABŞ dolları (manatla kurs üzrə 12180 manat) məbləğdə borc pul vermiş, borc alan 06 iyun 2007-ci il tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür.
2. Borcun təminatı olaraq 06 mart 2007-ci il tarixli ipoteka müqaviləsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Al tay Məmmədov küçəsi, ev 5-də yerləşən 2 otaqlı, 38 kv.m yaşayış sahəsindən ibarət 3 nömrəli mənzilin 25,0 kv.m sahəsi olan 1 otağını ipoteka ilə yüklü etmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda 06 mart 2007-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə öhdəlik icra olunduğundan, Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda 06 mart 2007-ci il tarixdə, reyestrdə 3M-1/210 nömrə ilə qeydə alınmış ipoteka müqaviləsinə xitam verilməsi və mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 5 ünvanında yerləşən 3 saylı mənzilin 1 otağının ipoteka yüklülüyündən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 06 mart 2007-ci il tarixli borc müqaviləsi üzrə öhdəliyi tam icra etmiş, 14000 ABŞ dolları məbləğini cavabdehə əlbəəl ödəmişdir. Lakin, cavabdeh həmin məbləğin ödənilməsini inkar etməklə yanaşı, əlavə olaraq ondan 23000 ABŞ dolları məbləğində faiz borcu tələb etmişdir. Cavabdeh tərəfindən 2009-2010-cu illərdə iddiaçıya qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia tələbləri irəli sürülmüş, lakin iddia ərizələri baxılmamış saxlanılmışdır. Həmin vaxtdan 12 ildən artıq müddət keçməsinə baxmayaraq, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin 1 otağı 06 mart 2007-ci il tarixli, 3M-1 /210 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehin xeyrinə yüklü qalmışdır.
5. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdehdən 06 mart 2007-ci il tarixli borc müqaviləsi üzrə 12180 manat əsas borc, illik beş faizlə hesablanmış 9135 manat gecikmə borcu olmaqla, cəmi 21315 manat məbləğində pulun və 154 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən 3 saylı mənzilin 25 kv.m sahəyə malik otağa yönəldilərək açıq hərracda satılması və əldə edilmiş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, borc müqavilədə pulun 06 iyun 2007-ci il tarixədək qaytarılması nəzərdə tutulsa da, borc alan pulu könüllü olaraq ödəməkdən boyun qaçırmışdır. Həmin pulun ödənilməsi ilə bağlı 2009 və 2010-cu illərdə məhkəməyə müraciət edilmiş, lakin müxtəlif səbəblərə görə iddia ərizələri baxılmamış saxlanılmışdır. İllərdir cavabdeh tərəfindən hər hansı addım atılmasını və ödəniş edilməsini gözləsə də, sonuncu öz öhdəliklərini yerinə yetirməyərək, borcunu ödəməkdən yayınmış və ona maddi zərər vurmuşdur.
7. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddəti buraxıldığından qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) ilk iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı Döv lət notariat kontorunda 06 mart 2007-ci il tarixdə bağlanmış və reyestrdə 3M1/210 nömrə ilə qeydə alınmış ipoteka müqaviləsinə xitam verilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 5 ünvanında yerləşən 3 saylı mənzilin 1 otağının ipoteka yüklülüyündən azad edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda 06 mart 2007-ci il tarixdə bağlanmış borc müqaviləsinin icra müddəti 06 iyun 2007-ci ildə başa çatmış, Cavabdeh1 İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2010-cu il tarix li 2(011)-674/2010 nömrəli qərardadı ilə baxılmamış saxlanmış, həmin andan öhdəliyə xitam verilməsi üçün kəsilmiş müddətin axımının davam etməsinə baxmayaraq, 12 il ərzində borc verən tərəfindən borcun qaytarılması istiqamətində heç bir hərəkət edilməmiş, bununla da, tələb etmək hüququna xitam verilmişdir.
10. İlk iddiaya münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269.2, 269.4, 367.1, 527.1, 550, 551.1, 552.1, 553.1.2, 553.1.3, 554.3, 460.1, 739.1-ci, “İpoteka haqqında” Qanunun 33, 34, 48.1-ci maddələrin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli Qərarına istinad edən mə hkəmə hesab etmişdir ki, iddia müddəti ilə öhdəliklərə xitam verilməsi müddətləri fərqli anlayışlardır. Belə ki, iddia müddətindən fərqli olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Öhdəliklərə xitam verilməsi”nə dair 27-ci fəslinin 5-ci paraqrafının tələbinə görə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir (Mülki Məcəllənin 551.1 və 554.3-cü maddələri). Yəni qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində səlahiyyətli şəxsin tələb etmək hüququna xitam verilməklə yanaşı, mükəlləfiyyətli şəxsin öhdəliyə xitam verilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranır.
11. Qarşılıqlı iddiaya münasibətdə birinci instansiya məhkəməsi Mül ki Məcəllənin 372, 373.2, 375.1, 375.2, 380.1, 380.2-ci maddələrini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarını, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarını tətbiq etmiş və qeyd etmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 06 mart 2007-ci il tarixli borc müqaviləsinin icra müddəti 06 iyun 2007-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 iddia müddətini buraxmadan sonuncu dəfə 2010-cu ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 mart 2010-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Belə olan halda üç illik müddətin axımı 03 mart 2010-cu il tarixdə ba şlayaraq 03 mart 2013-cü il tarixdə başa çatmışdır. Cavabdeh1 tərəfindən pul tələbinə dair iddia ərizəsi iddia müddəti başa çatandan sonra, 2022-ci ildə verilmişdir. İddiaçı Cavabdeh1 ilkin iddia ərizəsinə etirazında iddia müddətinin keçmədiyini, buna dair sübutların mövcud olduğunu göstərsə də, bu barədə etirazına heç bir sübut əlavə edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və ilk iddia üzrə cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu X1 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(011)-3059/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin isə tam təmin edilm əsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(103)-6937/2022 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sərdiyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovun və X.A.Mərdanovanın iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(011)3059/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Bununla yanaşı, qanunverici tərəfindən öhdəliklərin xitam verilməsinin müxtəlif əsasları müəyyən edilmişdir ki, bunlardan biri də, müddətin keçməsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarındakı hüquqi mövqe, ipoteka hüququnun ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olmasına, bu səbəblə də, əsas tələb üzrə iddia müddətinin k eçməsinin ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmadığına əsaslanır. Belə ki, əşya haqlarına iddia müddəti şamil olunmasa da, əsas tələbə bağlı olan girov (ipoteka) əlavə haqdır. İddia müddətinin tətbiqi nəticəsində əsas tələbin məcburi icrası mümkünsüzləşdikdə, əsas tələbə bağlı olan əlavə girovun (ipotekanın) məcburi satışı mümkünsüzləşər. Ancaq müddətlərin ötürülməsi öhdəliklərin və bunun məntiqi nəticəsi olaraq haqların xitam olub aradan qalxmasına səbəb olmadığı üçün, əşya haqqı olaraq girov haqlarının da xitamına səbəb olmadığının qəbulu məntiqi zərurətdir. Lakin həmin qərardakı hüquqi mövqe Mülki Məcəllənin 554.3-cü maddəsinin tətbiqini istisna etmir. Belə ki, əgər əsas öhdəliyin özünə müddətin keçməsinə görə xitam verilmişdirsə, ondan asılı ola n əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.
15. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti də tam əsaslıdır. Məhkəmə bununla əlaqədar əlavə əsaslandırma aparılmasına zərurət görmədən qeyd etmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırı r, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(103)-6937/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 376-cı, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 3, 4, 7, 63, 66, 67-ci, Mülki Prosessual Məcəlləsinin 14, 217, 372, 380.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, qətnamə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli Qərarına zidd olmuşdur. Həmçinin məhkəmə ilk iddianın əsaslandırılmasını, iddiaçının kredit müqaviləsində nəzərdə tutulmuş pul öhdəliyini guya tam həcmdə yerinə yetirməsin i və məhz bu səbəbdən də, ipoteka müqaviləsinə xitam verilməli olmasına dair mövqeyini nəzərə almamışdır.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan q arşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan im tina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu ba ğışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasə n tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəm əsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi müb ahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiy a və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə düzgün nəticəyə gəlinsə də, ilk iddia üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
26. İlk olaraq məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsini zəruri bilir.
27. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr qarşılıqlı iddia üzrə iddia müddətinin ötürülməsi qənaətinə gəlməklə, iddianı rədd etmişlər.
28. Kassasiya kollegiyası məhkəmələrin gəldikləri həmin nəticə ilə razı laşaraq qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 20 01-ci il tarixli qərarında həmçinin göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
30. Məhkəmə kollegiyasının qənaətinə görə işin faktiki hallarını araşdıran məhkəmələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında irəli sürdüyü mövqeyə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarına istinad etməklə iddia müddətini tətbiq etmişlər. Bu zaman məhkəmələr iddia müddətinin axımının əvvəlini düzgün müəyyən etmiş və iddia verilən tarixədək 3 illik iddia müddəti keçdiyindən, qarşılıqlı iddia üzrə cavabdeh isə iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinə əsasən iddiadan imtina edilməli olması barədə nəticəyə gəlmişlər.
31. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi ilk iddianı təmin etməkdə haqlı olmamışdır.
32. Belə ki, məhkəmələr ilk iddianı təmin edərkən iddiaçının cavabdehin qarşısında olan öhdəliyinə müddətinin keçməsi əsası ilə xitam verilməsi il ə əsaslandırmışlar. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, əgər əsas öhdəliyin özünə müddətin keçməsinə görə xitam verilmişdirsə, ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.
33. Lakin apellyasiya məhkəməsi qətnaməsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarına istinad etsə də, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyi tam nəzərə almamışdır.
34. Belə ki, Konstitusiya Məhkəməsi qeyd olunan qərarında vurğulamışdır ki, “... əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların m əhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır.”
35. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndiri lən qətnaməsindən sonra olsa da, Konstitusiya Məhkəməsinin Plenumunun müddətin keçməsinə görə öhdəliyin xitamına dair mülki qanunvericiliyinin müddəalarının hüquqi təbiətinin izahı barədə qərarı qəbul edilmiş və hazırda həmin qərarda irəli sürülən mövqe də nəzərə alınmalıdır.
37. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 fevral 2023-cü il tarixli qərarında belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar.
38. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.
39. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarı ilə Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilən öhdəliyə xitam müddətlərinin mahiyyət etibarı ilə iddia müddəti olması izah olunmuşdur. İddia müddətinin keçməsi, o cümlədən bu müddətin məhkəmə tərəfindən tətbiq edilməsi isə kredit müqaviləsi üzrə öhdəliyinin ipoteka təminatının xitam verilməsi üçün əsas deyildir.
40. Beləliklə, məhkəmənin qənaətinə görə, apellyasiya məhkəməsi ilk iddianın təmin edilməsi üçün Mülki Məcəllənin 550, 551.1, 554.3-cü maddələrinə istinad etsə də, qanunun həmin normalarını səhv təfsir etmişdir. Belə ki, ipoteka hüququ müddətsiz xarakter daşıdığından, öhdəliyə xitam müddətləri isə mahiyyət etibarı ilə iddia müddəti hesab olunduğundan, bu müddətlərin keçməsi ipotekaya xitam üçün əsas kimi qəbul olunmamalıdır.
41. Odur ki, apellyasiya məhkəməsi tərəfindən ilk iddia təmin edilərkən, maddi hüquq normaları pozulduğu üçün qətnamə həmin hissədə ləğv edilməli və ilk iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
42. Şərh oluna nlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(103)-6937/2022 nömrəli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi, mənzilin ipoteka yüklülüyündən azad olunması” tələbinə dair ilk iddiası təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(103)-6937/2022 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə, yəni iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.