Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-877/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabeh Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: özbaşına tikilidən çıxarılma və özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabeh Cavabdeh qarşı "fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evinə köçürülmə" tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4607/2023 nömrəli, 9 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2024-cü il tarixd ə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 14 yanvar 2020-ci il tarixli şəhadətnamə əsasında İddiaçı (bundan sonra – iddiaçı) ünvan 1 ünvan) yerləşən 326 m torpaq sahəsi üzərində yerləşən sahəsi 202.55 kv.m olan fərdi yaşayış evinin vergi ödəyicisidir. 2. 16.12.2015-ci il, xx.xx.2014-cü, xx.xx.2018-ci il, xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərinin surətinə əsasən, İddiaçı tərəfindən 50 manat, 37 manat, 50 manat, 40 manat olmaqla torpaq və əmlak vergisi ödənilmişdir.
3. Mübahisəli ünvanda iki özbaşına tikili mövcuddur. Cavabdeh iddiaçının keçmiş gəlinidir, iddiaçının oğlu X8 ilə 2002-ci ildən 2022-ci ilədək rəsmi nikah münasibətlərində olmuş, 2008-ci ildən mübahisəli ünvanda yerləşən sonradan inşa edilmiş özbaşına tikiliyə köçərək orada yaşamışdır. Nikah pozulduqdan sonra iddiaçının oğlu həmin tikilini tərk etsə də, cavabdeh orada yaşamağa davam edir.
4. Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1/584 nömrəli məktubunda göstərilmişdir ki, Xəlilov X10 qəsəbəsi, Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində uzun müddət bundan qabaq özünün inşa etdiyi özbaşına tikilidə ailəsi ilə birlikdə qeydiyyatsız olaraq yaşamışdır. 5. “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən tərtib edilmiş abonent saldolarına əsasən, ünvan 2 ünvanı üzrə abonent X5r (cavabdehin əri). 6. "xxxx" ASC-nin abonent saldosuna əsasən, ünvan 3 ünvanı üzrə abonent X5r. "xxxx" A SC-nin abonent saldosUndan görünür ki, ünvan 4 ünvanı üzrə abonent X5r.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-623/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 4001- 4010-cu məhəllə ev 13, 56 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X4 mülkiyyət hüququ tanınması, Bakı şəhəri Sabunçu rayonu Y.Əliyev küçəsi 2595 saylı məhəllə 6-cı bina 1-ci blok 4- cü mərtəbədə yerləşən, ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) saylı mənzilə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X4 payları müəyyən edilməsi, “Mitsubishi Pajero” minik markalı * *-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X8 ilə X17 arasında bağlanmış xx.xx.2021-ci il tarixli və “Mercedes Benz 230” minik markalı 90-EO452 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X8 ilə X18 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz 230” minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X4 paylarının müəyyən edilməsi, cavabdeh X2 50 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır.
8. Cavabdeh adına İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 180 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdehə qarşı "özbaşına tikilidən çıxarma və özbaşına tikiliyə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli ünvanda inşa etdiyi ümumi sahəsi 202.55 kv.m, iki mərtəbəli, birinci mərtəbəsində zal (sahəsi 28,52 kv.m), mətbəx (sahəsi 21 kv.m), sanitar qovşaq (sahəsi 5.7 kv.m), hol (sahəsi 24.3 kv.m), qaraj (sahəsi 21.2 kv.m), ikinci mərtəbəsində zal (sahəsi 23.8 kv.m), yataq otağı (sahəsi 17.01 kv.m), yataq otağı (sahəsi 11.4 kv.m), yataq otağı (sahəsi 13.2 kv.m), sanitar qovşaq (sahəsi 5.9), holl yerləşən fərdi yaşayış evindən (tik ilidən) çıxarılması və onun həmin fərdi yaşayış evinə (tikiliyə) köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X8 2002-ci ildə cavabdehlə rəsmi nikaha girməklə ailə qurmuşlar. Onların yaşamağa yerləri olmadığından müvəqqəti olaraq onun evində yaşamışlar. Daha sonra onlar kirayə mənzilə köçmüş və bir müddət kirayə mənzildə yaşamışlar. 2007-ci il ərzində yaşadığı evin həyətyanı torpaq sahəsində əlavə olaraq daha bir 2 mərtəbəli evi inşa edib təmir etdirmişdir. Təxminən 8 ay ərzində həmin tikilini tam hazır vəziyyətə gətirdikdən sonra oğlu Fəxrəddinin yaşamağa evinin olmadığını görüb özünə ev alanadək yaşaması üçün ailəsi ilə birgə yeni inşa etdiyi 2 mərtəbəli evə köçməsinə icazə vermişdir. Onlar övladları ilə birgə bu ev də yaşamağa başlamışlar. Daha sonra 2016-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanda yerləşən mənzili almış və oğluna həmin mənzilə köçə biləcəklərini bildirmişdir. Buna baxmayaraq onlar inşa etdiyi bu evdə yaşamağa davam etmişlər. Son dövrlər isə oğlu X8 ilə cavabdeh olan Cavabdeh arasında münasibətlər korlanmış, Sabunçu məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. O onların arasında olan mübahisələrdən kənar qalmaq üçün tələb etmişdir ki, onun bu evini tərk etsinlər. Fəxrəddin 2 övladı ilə birgə evini tərk edib getmiş, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanda yaşamağa başlamışdır. Cavabdeh isə evi tərk etməmiş, yaşamaqda davam etmişdir. Onun bu evdə yaşaması onun hüquqlarını pozur, onun ədəbsiz və qeyri-etik davranışları r ahat yaşayışına maneçilik törədir. Ona görə hesab etmişdir ki, cavabdeh həmin tikilidən çıxarılmalıdır. Cavabdeh mübahisəli ünvana 2007-ci ildə köçüb yaşamağa başladığından hazırki münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi analogiya üzrə tətbiq edilməklə mübahisə həll edilməlidir. Mübahisələndirilən tikili mülkiyyət kimi qeydiyyatdan keçmədiyindən və mübahisəni tənzimləyən konkret hüquq norması olmadığından münasibətə analogiya tətbiq edilməklə mübahisə həll edilməlidir. Sadalanan qanunvericilik normalarına əsalanaraq hesab etmişdir ki, cavabdeh onun ailə üzvləri sırasına daxil deyildir. Cavabdehlə aralarında yaşayış sahəsindən istifadə edilməsi ilə bağlı notariat qaydasında təsdiq edilmiş və reyestrdə qeydə alınmış yazılı razılaşma olmamışdır. Ona görə də cavabd ehin sözügedən yaşayış sahəsindən istifadə hüququ və ya digər hüququ yoxdur. Bu da hazırki mülki iş üzrə tikilmiş mübahisəli evin tikiliməsində istifadə olunmuş əşyalarla bağlı əmlak hüquqlarının olduğunu göstərir. Qanunvericilik mülkiyyətçi olmayan şəxslərin də əmlak hüquqlarını qoruyur və onların müdafiəsinə təminat verir. Qanunvericilik hər kəsin sahiblik və istifadə hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz əmakından məhrum edilməsini qadağan etmişdir. Cavadehə qadağan edilmiş hərəkətlərə son qoymasını, ona məxsus torpaq sahəsini və tikilini tərk etməsini tələb etsə də bunun heç bir faydası olmamışdır. Artıq bu qadağan edilmiş özbaşınalıq uzun müddətdir ki, davam etməkdədir. Ona görə də cavabdehin mübahisəli fərdi yaşayış evindən çıxarılma sı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş edərək bildirmişdir ki, hazırda cavabdehin yaşadığı evi o öz şəxsi vəsaiti hesabına inşa etdirmişdir Belə ki, onun həmin vaxtı yüksək gəliri olmuşdur. Qeyd edilən evdən başqa həmin həyətda əlavə iki sayda özbaşına tikili olan ev yerləşir. Həmin evlərin birində o özü yaşayır, digərində isə əvvəllər Fəxrəddin ilə hazırki iş üzrə cavabdeh birlikdə yaşayırdı, o biri evdə isə digər oğlu ailəsi ilə birlikdə yaşayır.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, sözügedən torpaq sahəsində iddiaçının özünün evi, o gəlin getdiyi gündən bugünədək va rdır. Hazırki mübahisə predmeti olan ev isə o və onun həyat yoldaşının vəsaiti hesabına tikilmişdir. Bütün kommunal ödənişlər onun yoldaşının adınadır. Son dövrdə isə onu evdən çıxartmaq üçün qaz sayğacını iddiaçı öz adına keçiritmişdir.
13. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş Şahid1 iddiaçının evində usta işlədiyindən onu tanıdığını ancaq cavabdehi tanımadığını yəni onu Sabunçu rayonunda yerləşən evində görmədiyini bildirmişdir. Evdə usta kimi 2007-ci ildə işlədiyini suvaq işləri ilə məşğul olduğunu, onunla bir nəfər fəhlənində işlədiyini, həmin fəhlənin adının Arif olduğunu bildirmişdir. Onu İddiaçı ilə qonşuları tanış etmişdir. Orada işlədiyi zamanı ona yeməyi Akif kişinin həyat yoldaşının verdiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, işlədiyi işin haqqını isə ona Akif kişi vermişdir. 2 aya yaxın həmin evdə işləmiş, işlədiyi evin həyətində İddiaçı başqa bir evi də olmuşdur. Həyətdə İddiaçı, onun həyat yoldaşını və evin balaca oğlunu gördüyünü demiş, arabir İddiaçı qızının da evə gəldiyini görmüşdür. Fəxrəddini də arada bir gördüyünü, lakin onun həyat yoldaşı olan Aygün xanımı orada görmədiyini, ümumiyyətlə onu tanımadığını bildirmişdir.
14. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X6 izahat verərək bildirmişdir ki, o 2000-ci il tarixdən iddiaçı ilə qonşudur. İddiaçının oğlu olan Fəxrəddini tanısa da, onun arvadı Aygün xanımı tanımamışdır. Eyni zamanda bildirmişdir ki, 2008-ci il tarixində iddiaçı tərəfindən ev tikilən zaman o həmin evin plastik pəncərə işini görmüşdür. Pəncərələrin pulunu ona Akif vermişdir. O həmin ev üçün 8-10 pəncərə düzəltmiş olsa da, nə qədər pul almış olduğunu xatırlamır. Fəxrəddini ev tikilən zaman görməmişdir.
15. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X9 izahat verərək bildirmişdir ki, o iddiaçı ilə divar qonşusudur. Aygün xanımı tanımasa da onu da həmin məhəllədə görmüşdür. O həm Fəxrəddinə məxsus evlə, həmdə Akifə məxsus ev ilə divar qonşu olduqlarını bildirmişdir. Fəxrəddinə məxsus olan ev elə əvvəldən Fəxrəddin üçün tikdirilirdi. Ev tikilən zaman Fəxrəddin atasına məxsus evdə yaşayırdı. O evin tikintisinə çəkilən xərcin kim tərəfindən verilməsini tam olaraq bilmir, lakin bir dəfə ustalar pulu onlara Akifin vermiş olduğunu bildirmişdir. Akifin gəlir mənbəyinin nədən ibarət olduğunu bilməsə də, tikinti vaxtı Fəxrəddinin telefon alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Akifin 3 övladı olduğunu, onlardan 2-nin oğlan, birinin isə qız olduğunu bilirdi. Akif müəllimin balaca oğlu da o vaxtı telefon işi ilə məşğul olurdu.
16. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X12 izahat verərək bildirmişdir ki, o 20 ilə yaxındır ki, İddiaçı ilə qonşudur. Cavabdeh isə onların gəlini olduğu üçün tanıdığını bildirmişdir. Həyətdə 2 ev olduğunu bildirmiş, bu tikilən ev Fəxrəddin üçün tikilirdi. Lakin evin tikintisinə kimin pul xərclədiyini bilmir. Lakin bir dəfə Akif müəllim qapı ustası kimi onun qaynının nömrəsini istəmişdir. Lakin qaynına pulu kim verdiyini bilmir, o sadəcə onları tanış etmişdir. Fəxrəddini evin tikintisi vaxtı tanımadığını bildirmiş, məhəlləyə çıxan zaman yalnız Akif kişini gördüyünü, Fəxrəddinin isə işə gedibgəldiyini bildirmişdir.
17. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X8 izahat verərək bildirmişdir ki, iddiaçı onun atasıdır, cavabdehin isə onun keçmiş arvadı olmuşdur. 1998-ci ildən etibarən həmin həyatyanı sahə atasının istifadəsində olmuşdur. 2007-2008-ci illərdə kirayədə yaşamış, 2008-ci ildə mübahisəli evə gəlmişlər və 2020-ci ilə qədər həmin evdə yaşamışlar. Mübahisəli evi atası qardaşı üçün tikdirmişdir. Ustalardan Şərifi, Zauru, Lətifi tanımışdır. Ustalardan yalnız Lətifi suvaq işi məşğul olmaq üçün atası ilə o tanış etmişdir. Onlar 2008-ci ildə evə köçərkən evi tam hazır olmuşdur. İnşaat mallarının dəyərini, ustaların məvacibinin hamısını atasının verdiyini, onun və cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini bildirmişdir. Tikilinin biri nci və ikinci mərtəbəsinin arasında beton yoxdur. Tavana alçipan vurulmuşdur. Divarlarda şkaturun altında qum daşı, suvağ, malyar olunmuşdur. İşığ xətti atasının adına rəsmiləşdirilmişdir.
18. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X13 izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Sabunçu Qəsəbəsi nümayəndəliyində işlədiyir, iddiaçı 2007-2008-ci ildə tikinti üçün onun işlədiyi müəsissəyə müraciət etmişdir. O, iki mərtəbəli yaşayış üçün ev tikmək istədiyini bildirmiş, tikili aparılan müddətdə o həmin əraziyə gəlib-getmişdir. Gəlib gedən zaman orada ancaq iddiaçını görmüşdür. Mühəndis işlədiyini, 2014-2015-ci illərdə, 2008-2009-cu illərdə tikinti üçün icazə verildiyini bildirmişdir. O zamanadək torpaq sahəsi boş, qam ışlıq olmuşdur. İddiaçının müraciət etdiyini, cavabdehi tanımadığını bildirmişdir.
19. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X20 izahat verərək bildirmişdir ki, o, iddiaçı ilə qonşudur. İddiaçının Anaşkin küçəsində yerləşən evi o hörmüşdür, lakin cavabdehi tanımır. Təxminən işi 2007- 2008-ci illərdə işləmişdir. Bütün materialları ona Akif kişi alıb vermişdir. Tikili iki mərtəbəli olmuşdur. Lakin mərtəbələrin arası beton deyildir.
20. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X7 izahat verərək bildirmişdir ki, o, iddiaçı ilə Anaşkin küçəsində olan evdə qonşudurlar. Lakin cavabdehi tanımır. Akifin Anaşkin küçəsində tikinti apardığı evdə kafel-metlax işlərini görmüşdür. Görülən işlərə görə ona çatacaq olan haqqı iddiaçı vermişdir.
21. Bakı şəh əri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 aprel 2023-cü il tarixli 2(008)- 1750/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Nilufər Cəfərli)
22. Məhkəmə qeyd etmişdir ki, sözügedən evin inşası 2008-ci ildə başa çatmış və həmin tarixdən də cavabdeh ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşamağa başlamışdır. Və eyni zamanda məhkəmə iclasında tərəflərin habelə şahidlərin vermiş olduğu izahatdan da, o da məlum olur ki, mübahisəli evin yerləşdiyi məhlədə həmin evdən başqa da özbaşına tikili olan ev mövcuddur və həmin evdə əvvəldən iddiaçı və onun ailə üzvləri yaşayır. Belə olan halda məhkəmə eyni bir məhlədə ikinci bir evin iddiaçı tərəfindən tikilməsinə dair iddiaçının gətirmiş olduğu dəlilləri inandırıcı saymır.
23. Bundan başqa məhkəmə i clasında iddiaçı tərəfindən dəvət edilmiş şahid ifadələrinə məhkəmə qiymət verərək hesab etmişdir ki, adı çəkilən şahidlərin hər birinin ifadəsində qeyri-səmimilik müşahidə olunur. Belə ki, iddiaçının vəsaiti hesabına evinin tikintisində iştirak edən hər bir şahid vəsaiti iddiaçıdan aldıqlarını, habelə iddiaçı ilə qonşu olduqlarını, onu tanıdıqlarını bildirsələr də, onların hər biri 2008-ci il tarixindən həmin məhlədə yaşayan cavabdehi tanımadıqlarını bildirmişlər.
24. Bundan başqa məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş vergi ödəyicisi kimi iddiaçının uçota alınmasına dair sənədə, habelə Sabunçu Bələdiyyəsinə ödənilmiş qəbzlərə də hüququ qiymət verərək qeyd edir ki, sözügedən torpaq sahəsində iki ev olduğundan (biri iddiaçının yaşadığı ev və digəri isə cavabdehin yaşadığı ev) sözügedə n vergilərin hansı əmlaka ödənilməsi məhkəməyə məlum deyildir.
25. Bundan başqa məhkəmə iclasında şahid kimi dindirilmiş X1 evin onun tərəfindən deyil, atası tərəfindən inşa edilmiş olduğunu bildirsə də, onun atası ilə olan xoş münasibətini, cavabdeh ilə olan gərgin münasibətlərini, cavabdehin həmin mənzildən çıxarıldığı halda bu onun maraqlarına xidmət etməsini nəzərə alaraq onun şahid kimi məhkəmədə vermiş olduğu ifadəsini də səmimi qəbul etməmişdir.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 180.1, 180.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
27. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
28. Apellyasiy a şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 bildirmişdir ki, mübahisəli torpaq sahəsi mülkiyyətdə deyildir, həmin torpaq sahəsinin ayrılmasına dair heç bir sənəd mövcud deyildir. İddiaçı torpaq sahəsi və üzərində olan tikili ilə bağlı Bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yalnız iki əsas hala istinad olunmuşdur. Birinci əsas ondan ibarətdir ki, sözügedən evin iddiaçının vəsaiti hesabına tikilməsini məhkəmədə təkzibedilməz sübutlarla sübut edilə bilmir. İkinci əsas ondan ibarətdir ki, cavabdehin həmin tikilidə 2008-ci ildən yaşaması mübahisə edilmir. Birinci instansiya məhkəməsinin qətnaməsində həm maddi, həm də prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Eyni zamanda işin hallarının müəyyən edilməsində yanlışlığa yol verilmişdir. Belə ki, burada iddiaçı olaraq üzərinə düşən məsələnin tikilinin iddiaçının vəsaiti hesabına tikilməsini sübut etməkdən ibarətdir. Birinci instansiya məhkəməsində bu halın təsdiqi ilə bağlı yetərli sübutları məhkəməyə təqdim edə bilmişlər. İş materiallarından göründüyü birinci instansiya məhkəməsində 8 şahid dinlənilibdir. Həmin şahidlərdən biri iddiaçının oğludur, Xəlilov Fəxrəddindir, hansı ki, Xəlilov Fəxrəddin həmin tikilinin başlanğıcından sonuna qədər bütün baş verənlərin şahidi olmuşdur. Digər 7 nəfər isə birbaşa həmin evin inşasında əlaqədar olan şəxslərdir. Şahidlərin biri kafel ustası, biri şifer ustası, biri santexnik ustasıdır. Bu şəxslərin hamısı birinci ins tansiya məhkəməsində geniş şəkildə dindirilmişdir. Həmin məhkəmə iclasında məhkəmə iclasının videoyazısı aparılmışdır. Həmin videoyazıdan da göründüyü kimi şahidlərin dindirilməsi geniş və əhatəli olmuşdur. Şahidlər öz ifadələrində birmənalı, ziddiyyət olmadan ifadə vermişdir ki, bu fərdi yaşayış evi iddiaçı tərəfindən inşa olunmuşdur. Cavabdeh tərəfindən də müəyyən şahidlər dəvət olunmuşdur. Həmin şəxslər ümumiyyətlə həmin evin harada yerləşməsini bilmirdilər. Bundan başqa iş materiallarında ərazi icra nümayəndəliyinin məktubu vardır. Eyni zamanda Bələdiyyə tərəfindən vergi ödəyicisi kimi qeydiyyat haqqında şəhadətnamə vardır. Bundan başqa Bələdiyyə tərəfindən həm torpaq sahəsinin, həm də evin texniki pasportu, plan-cizgisi tərtib olunmuşdur. İş materiallarında saldo vardır. Bu sənədlər h azırkı fərdi yaşayış sahəsinin iddiaçı tərəfindən inşa olunduğunu sübut etmək üçün yetərlidir. İş materiallarında elektrik enerjisi ilə bağlı saldo vardır, həmin saldo məhkəmə tərəfindən yanlış olaraq qiymətləndirilmişdir. Digər bir məsələ isə maddi hüquq pozuntusu ilə bağlıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş halla bağlı maddi hüquq norması kimi 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinə istinad olunmuşdur. Hüquq münasibətləri 2007-ci il tarixdə yaranmışdır. Həmin tarixdə yaranmış hüquq münasibətlərə MM-nin 228- ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenum Qərarlarıda mövcuddur. Məhkəmə nəyə görə təqdim etdiyi sübutları yetərsiz sayır, hansı hallar bunları təkzib edir, bunları qətnamədə qeyd etməmişdir. Tikilinin birgə n ikah dövründə tikilməsi məsələsinə qətnamədə toxunulmur. Hazırki mübahisəyə dair konkret hüquq normaları olmadığından analoji olaraq mülkiyyət hüquq normaları tətbiq olunmalıdır.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, torpaq sahəsini 1997-ci ildən almış, 1998-ci ildən özünə ev tikmişdir. Cavabdehin yaşadığı torpaqda o, pomidor, xiyar əkmişdir. Həmin torpaq sahəsi 12 sotdur, Sabuçu Rayon Qəsəbə Sovetindən almış, orada ev inşa etmişdir. Alğı-satqı ilə bağlı müqavilə yoxdur. Həmin dövrdə sərəncam verilmirdi. Torpaq sahəsi Bələdiyyədə rəsmiləşdi və onun istifadəsindədir. Evin tikilməsindən cavabdehin xəbəri yoxdur. 1998-ci ildən o, həmin evdə yaşayır. Həyətdəki evini 1998-ci ildə tikmiş və həmin ilin mart ayının 16-da oraya köçmüşdür. Həyətdə başqa ev yox idi, orada əkin sahəsi var idi. Oğlunu evləndirəndən sonra onlar iddiaçı ilə yola getmədilər və kirayə çıxdılar. O, digər oğlunu evləndirmək istəyirdi, gəldi həyətdə ev tikdi. Oğlunu evləndirib oraya gətirmək istəyirdi. Evi başlayanda Aygün xanımın ondan xəbəri yox idi. Aygün xanım kirayə qaldığı müddətdə o, həmin evi tikmişdir. O görüb ki, onların maddi durumu yaxşı deyil, kiray pulunu da verib. Daha sonra evdə məsləhətləşiblər ki, onları həmin evə köçürsünlər. Onları həmin evə müvəqqəti köçürüb. Onlar həmin evə köçəndə artıq ev tam hazır idi, çıl-çırağa qədər hazır idi. Onlar alçipan, kafel nədir bilmir. Ev tikiləndən sonra müvəqqəti olaraq cavabdehə yaşamaq üçün verilmişdir. Cavabdeh tərəf əvvəlcə onun sayğacından ist ifadə edirdi. Daha sonra yeni sayğac qoyulan zaman oğlunun adına qoyuldu. Bundan başqa həmin mübahisəli mənzilin əvəzinə cavabdehə iki otaqlı ev təklif etmişdir. Evin biri 68 kvadrat metr, digəri isə 109 kvadrat metrdir. 68 kvadrat metr evi cavabdehə təklif edir ki, getsin orada yaşasın və həmin həyətdən uzaqlaşsın. Buna baxmayaraq cavabdeh həmin mənzildən uzaqlaşmır. 2020-ci ildən əvvələ aid mübahisəli torpaq sahəsi ilə bağlı vergi ödəməyə dair qəbzlər mövcuddur. Həmin qəbzlər 2016, 2017-ci ilə aiddir. Onlar orada bir müddət yaşadılar. 2016-cı ildə iddiaçı hər üç nəvəsinə ev alıb, eyni zamanda bunlara da ev alıb. Həmin evi sənədlə, sübutla alıb. Nəvələri azyaşlı olduqlarına görə evləri atalarının adına alıb. Ustalar, qonşular, yük daşıyan maşınların sürücüləri də məhkəmədə ifadə verdilə r ki, həmin evləri o tikib. Mübahisəli evin tikintisi 2007-ci ildə başlamış, 2008-ci ildə başa çatmışdır. Həmin evin onun adına keçməsinə dair tərəfindən reyestr xidmətinə müraciət edilmiş, lakin nəticə olmamışdır. Aralarında barışıq, bir həyətdə qalmaları mümkün deyildir.
31. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, həmçinin qeyd etmişdir ki, 16 ildir həmin mənzildə yaşayır. Həmin mənzildə çox işləri onlar görüb. Kifayət qədər imkanları olmuşdur. İki ev və iki maşın birinci instansiya məhkəməsi tərəfindən bölünmüş və apellyasiya instansiyası məhkəməsində həmin qətnamə qüvvədə qalmışdır. Həmin evdə uşaqlarla özü işləyib. İddiaçı sayğacını gəlir kəsir, q az axıb-gedir. Qanunsuz tikilidən heç kim heç kimi çıxara bilməz. Həmin evin döşəməsini, kafelini o, uşağı və yoldaşı vurmuşdur. Birinci instansiya məhkəməsinə kifayət qədər şahidlər gətirmişdir. İddiaçının həmin torpaq sahəsinə aid heç bir sənədi yoxdur. Evin işığını onlar çəkib, evin döşəməsini onlar vurub. Evin alçipanı özü qaldırmışdır və yoldaşı vurmuşdur. O, bunları uşaqları və yoldaşı ilə birgə etmişdir. Evin alçipanı ağ rəngdə olmuşdur. Evin işlərinin böyük hissəsini özü görüb. Onlar oraya gələndə sadəcə divar hörülmüşdü. Divar yoldaşının vəsaiti hesabına hörülmüşdü. Yoldaşının telefon mağazası var idi, o işləmirdi. İş materiallarında orada yaşamalarını təsdiq edən akt vardır. Həmin akt qonşular tərəfindən tərtib olunubdur. Bütün abonent dövriyyələri yoldaşının adına olmuşdur. Həmi n torpaq sahəsində iki ev vardır. Hasarı yoldaşı tikdirmişdir, ev İddiaçı məxsus hasarın içərisində yerləşmir. Onun mülkiyyətində evlər vardır, həmin evlər kirayə verilibdir, lakin hazırda yaşadığı evdə 16 ildir yaşayır. İddiaçı ilə arasında barışıq mümkün deyildir. Heç bir məbləğ müqabilində o, həmin evdən çıxan deyil. Əgər iddiaçı istəmirsə o zaman hasarı yuxarı qaldırsın. Yoldaşının telefon mağazaları var idi, həmçinin makler kimi işləyirdi. Yoldaşının iki maşını var idi, kifayət qədər imkanı var idi. Bu arayış saxtadır. ½ hissədə bölgü olunmuş əmlakın üzərinə həbs qoyulmuşdur. Əvvəldən həmin evdə yaşayır. Həmin evdə 2008-ci ildən yaşayır. Torpaq sahəsinin sənədləri olmadığı üçün mübahisəli mənzil sənədləşdirilməmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Musay eva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X19 və X14) 2(103)-4607/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir.
33. Kollegiya qeyd etmişdir ki, cavabdeh sözügedən fərdi yaşayış evinin iddiaçının oğlu ilə birgə nikahda olduqları müddətdə onlar tərəfindən tikildiyinə istinad etmişdir. Lakin istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə iddia tələbinin məzmunundan, tərəflərin izahatlarından, habelə iş materiallarında olan sübutlardan aydın olur ki, cavabdeh mübahisəli fərdi yaşayış evinə köçərkən həmin ev istismara artıq yararlı vəziyyətdə olmuşdur. Başqa sözlə, cavabdehin keçmiş əri ilə birgə nikahda olduğu müddətdə hazı rda çıxarılması tələb edilən fərdi yaşayış evinin inşa edilməsində onun, yaxud keçmiş ərinin hər hansı maddi və sair xidmətlərinin olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda sözügedən evə dair cavabdehin hər hansı iqtisadi marağının mövcudluğundan söhbət gedə bilməz.
34. Kollegiya daha sonra bildirmişdir ki, mübahisəli tikili olan fərdi yaşayış evi iddiaçının uzun müddət ərzində faktiki sahibliyində olan torpaq sahəsinin üzərində inşa edilmişdir. Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabdan müəyyən edilir ki, torpaq sahəsi və üzərindəki 1-ci ev 2000-ci il tarixdən, 2-ci ev isə 2008ci il tarixdən İddiaçı faktiki istifadəsində olduğundan onun adına vergi qeydiyyatına alınaraq, ödəniş portalına salınmışdır və vergilər də onu n adından ödənilir. Bundan başqa iş materiallarında olan mübahisəli evin eskiz sxemi, tikinti və torpaq sahəsinin baş planı onun adına tərtib edilmişdir. İddiaçının xeyrinə verilmiş şahid ifadələrinin həqiqəti əks etdirməsinə birinci instansiya məhkəməsində şübhələr yaransa da, işin hallarına görə bu ifadələrin şübhə altına alınması üçün əsasların mövcudluğu müəyyən edilməmişdir, ifadələr iş üzrə toplanmış digər sübutlarla uyğunluq təşkil edir. Bundan başqa qeyd edilməlidir ki, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Hazırki iş üzrə bu cür halların da mövcudluğu öz təsdiqini tapm amışdır.
35. Kollegiya həmçinin bildirmişdir ki, cavabdeh özbaşına tikilidə yaşasa da, həmin tikilinin inşa olunmasında onun zəhmətinin olması halı öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı cavabdehin nikahda olduğu dövrdə əldə olunmuş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 4001-4010-cu məhəllə ev 13, 56 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) və Bakı şəhəri Sabunçu rayonu Y.Əliyev küçəsi 2595 saylı məhəllə 6-cı bina 1-ci blok 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) saylı mənzilin (1/2 hissədə), İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 180 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin olduğu, bunu nla da onun mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının hər hansı zərurətdən irəli gəlmədiyi müəyyən edilmişdir.
36. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 158.2, 180.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
38. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi tərəflərin heç birinin mülkiyyətində olmasa da həmin evin tikildiyi tarixdən hazırki tarixədək olan dövr 16 il ərzində və hazırda da həmin evə və torpaq sahəsinə sahibliyi Cavabdeh və onun keçmiş həyat yoldaşı Fəxrəddin Xəlilov həyata keçirmiş, sonra F.Xəlilov həmin evi tərk etmişdir. Hazırda mübahisəli evə və yerləşdiyi torpaq sahəsinə sahiblik edən şəxs Cavabdehdır. İddiaçı mübahisəli evə və evin yerləşdiyi torpaq sahəsinə hər hansı bir mülkiyyət hüququ və ya sahiblik hüquq yoxdur. Həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının yaşadığı evin yerləşdiyi torpaq sahəsindən ayrıca hasarla ayrılmışdır, mübahisəli evin ayrıca giriş-çıxışı və yerləşdiyi həyətə (torpaq sahəsinə) darvazası vardır. Lakin buna baxmayaraq məhkəmə onun həmin evdən çıxarılmağı, iddiaçının isə həmin evə köçürülməsi barədə qərar qəbul etməklə onun konstitusion hüquqlarını kobudcasına pozmuşdur.
39. Kassator daha sonra bildirmişdir ki, iddiaçı o zaman cavabdehin evdən çıxarılmasını və özünün ora köçürülmə sini istəyə bilərdi ki, həmin mübahisəli evin mülkiyyətçisi olsun. Bundan başqa apellyasiya instansiyası məhkəməsi mülkiyyətçiyə məxsus hüquqların iddiaçıya mənsub olması görüntüsü yaratmaq üçün ona əmlaka sahiblik edən şəxs statusu verərək Mülki Məcəllənin 175.8-ci maddəsinə istinad etmişdir. Bu zaman da elə həmin maddi normanın tələbini də pozmuşdur. 16 il ərzində heç bir halda iddiaçı həmin əmlaka sahiblik edən şəxs olmamış və buna dair iddia verməmişdir. Hazırkı iddia iş üzrə şahid qismində dindirilmiş iddiaçının oğlu Fəxrəddin Xəlilovun maraqlarına xidmət etmək üçün qaldırılmışdır. Çünki ev özbaşına tikili olduğundan onun əmlak bölgüsü tələbi üzrə mülki işdə bölünməsi mümkünsüz olacaq idi. Əgər həqiqətən də həmin ev iddiaçının evi və onun vəsaiti hesabına tikilmiş olsaydı, iddiaçı 16 il hazırki iddianını qaldırılmasını gözləməzdi. Göründüyü kimi iddiaçı həmin evin həqiqi sahibi kimi hərəkət etməmiş, oğlu və cavabdeh tərəfindən onun evini tərk etmələrini, evi qaytarmalarını və ya pozuntunun aradan qaldırılmalarını tələb etməmiş, yalnız 6 ildən sonra hazırki iddianı qaldırmışdır. Bu növ iddialara isə qanunverici 1 il iddia müddəti müəyyən etmişdir.
40. Kassator daha sonra qeyd etmişdir ki, özbaşına tikiliyə bələdiyyə tərəfindən eskiz lahiyə, baş plan verilməsinin, həmçinin Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti yanında Sabunçu qəsəbəsi nümayəndəliyinin işçisinin icazə verilməsinin, qanuni olubolmamasına, hazırda həmin ərazinin kimin balansında olmasına məhkəmə tərəfindən qiymət verilməmişdir. Sabunçu rayon Bələdiyyəsi tərəfindən yerli büdcənin vergi ödəyicisi olan fi ziki şəxsin uçota alınması haqqında şəhadətnamənin 2022-ci il tarixdə verilməsi isə göstərir ki, həmin vaxtadək mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi vergi uçotunda olmamış, iddiaçı tərəfindən həmin evə görə hər hansı bir vergi ödənişi edilməmişdir. Sadəcə olaraq bu sənədlər hazırki iddia qaldırmaq üçün sonradan düzəldilmişdir. Məhkəmə torpaq sahəsinə görə vergilərin elə lap əvvəldən iddiaçı tərəfindən ödənildiyi qənaətinə gəlmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının faktiki sahibliyində olmasını, bu halın mübahisələdirilmədiyini, iddiaçının həmin evə “gözlənti” hüququnun olduğunu qeyd etmişdir. Lakin nəzərə almamışdır ki, torpaq sahəsi də tərəflərin heç birinin mülkiyyətində deyi l, belə olan halda özbaşına tikiliyə heç birinin mülkiyyət hüququ tanınana bilməz.
41. İddiaçı tərəfindən evə çəkilmiş xərcə dair hər hansı bir sübut təqdim edilməmişdir. Özbaşına tikiliyə bələdiyyə tərəfindən eskiz lahiyə, baş plan verilməsinin qanuniliyi və hansı tarixdə edilməsi aradırılmamışdır. Həmin torpaq sahələrinin kimin balansında olması dövlətin və ya bələdiyyənin məhkəmə tərəfindən araşdırılmamış və qiymət verilməmişdir. Məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi sübutlara da düzgün qiymət verməmişdir. Həmin sübutlardan görünür ki, mübahisəli evlə bağlı bütün kommunal xəttlər elə əvvəldən cavabdehin keçmiş ərinin adına olmuşdur. Qonşuların aktından isə aydın olur ki, həmin ev cavabdehin və onun keçmiş ərinin hesabına tikilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mül ki Məcəlləsi
42. Maddə 180.1 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
43. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tari xli qərarı:
44. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Madd ə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırki kassasiya şikayətində cava bdeh məhkəmə aktını tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
54. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə sözügedən ünvanda iki özbaşına tikili mövcuddur. Tikilinin birində iddiaçı yaşayır. Cavabdeh iddiaçının keçmiş gəlinidir, iddiaçının oğlu X8 ilə 2002-ci ildən 2022-ci ilədək rəsmi nikah münasibətlərində olmuş, 2008-ci ildən mübahisəli ünvanda yerləşən və sonradan iddiaçının oğlu ilə birgə nikah dövrün də inşa edilmiş digər tikiliyə (mübahisəli tikili) köçərək orada yaşamışlar. Nikah pozulduqdan sonra iddiaçının oğlu həmin tikilini tərk etsə də, cavabdeh orada yaşamağa davam edir.
55. İddiaçı mübahisəli tikilinin ona məxsus olduğunu iddia edərək cavabdehin oradan çıxarılması, özünün ora köçürülməsini tələb edir. İddiasının əsası kimi həmin ünvanda yerləşən bələdiyyə torpağı üzrə vergi ödəyicisi olması, tikilinin öz vəsaiti hesabına digər övladı üçün tikməsi, cavabdeh və ailəsinin müvəqqəti olaraq ora köçürülməsi, sonradan onlara başqa ev alıb ora köçməsini təklif etsə də, həmin ünvandan çıxara bilməməsini göstərərək, istinad etdiyi halların sübutu kimi məhkəməyə şahid ifadələri təqdim etmişdir. Hazırki iddia iddiaçının oğlu ilə cavabdehin nikah münasibətləri pozulandan, onlar arasında mə hkəmə çəkişmələri başlayandan sonra qaldırılmışdır.
56. Cavabdeh isə iddiaya etirazının əsası kimi tikililərin bir-birindən ayrı yerləşdiyini, eyni torpaq sahəsində olmadığını, aralarında hasar olduğunu və həyətə girişin belə ayrı olduğunu, birgə nikah dövründə ər-arvad hər ikisinin işləyərək ailəlikcə birgə vəsaiti hesabına həmin tikilini inşa etdiyini, 16 il orada fasiləsiz yaşadığını, bütün bu müddət ərzində iddiaçının buna etiraz etmədən öz sahiblik hüququnu tələb etmədiyini, yalnız oğlu ilə ayrıldıqdan sonra aralarında yaranmış əmlak mübahisəsi ilə əlaqədar hazırki iddianı qaldırdığını bildirmiş, yaşadığı tikili üzrə sahiblik hüququnun təsdiqi kimi kommunal ödənişlərin keçmiş ərinin adına olduğuna istinad etmişdir.
57. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş, şahid ifadələri ni qeyri-səmimi hesab etmiş, hər iki tikilinin iddiaçı tərəfindən tikilməsini inandırıcı saymamış, cavabdehin keçmiş ərinin cavabdehlə olan gərgin, iddiaçı ilə olan səmimi münasibətindən dolayı şahid kimi ifadəsinin qərəzli olduğunu bildirərək tənqidi yanaşmışdır.
58. Apelyasiya instansiyası məhkəməsi isə əksinə, şahid ifadələrinə və iddiaçının bələdiyyə vergi ödəyicisi olmasına mötəbər sübut kimi yanaşaraq evin iddiaçı tərəfindən tikilməsini, cavabdehin evin tikilməsində hər hansı rolunun olması və ya evin birgə nikah dövründə əldə edilən gəlir hesabına tikilməsini sübuta yetirə bilməməsini, həmçinin, cavabdeh mübahisəli fərdi yaşayış evinə köçərkən həmin evin istismara artıq yararlı vəziyyətdə olmasını, bundan başqa, cavabdehin xüsusi mülkiyyətində torpaq sahəsi və daşınmaz əmlakların ol masını göstərərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir.
59. Kassasiya şikayətinin əsas dəlillərini iddiaya etirazın əsasları təşkil edir.
60. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsi zamanı şahid ifadələrinə qiymət verərkən cavabdehin keçmiş ərinin cavabdehlə olan gərgin, iddiaçı ilə olan səmimi münasibətindən dolayı şahid kimi ifadəsinin qərəzli olmasına diqqət yetirmədən tənqidi yanaşmamış, digər şahidlərin isə yalnız iddiaçının tikintinin aparılmasında iştirakına dair ifadə verməsinə, tikiliyə sərf edilmiş vəsa itin kimə məxsus olması ilə bağlı məlumatsız olmalarına əhəmiyyət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almamışdır ki, iddiaçı özü hazırki iddia ilə məhkəməyə məhz cavabdehlə oğlunun ailəsində münaqişəli vəziyyət yarandıqdan sonra, əmlakla bağlı məhkəmə çəkişmələri zamanı müraciət etmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən mübahisələndirilən fərdi yaşayış evinin özbaşına tikili olmasına baxmayaraq, mülki qanunvericiliyin mülkiyyət hüquqları ilə bağlı normalarına (MM, maddə 157.8, 158.2) istinad etmiş, hazırki tələbə mülkiyyət hüququnun müdafiəsi baxımından yanaşmış, iddiaçının əmlaka sahiblik edən şəxs qismində mübahisəli özbaşına tikilidən cavabdehin çıxarılmasını və özünün köçürülməsini tələb etmək üçün subyektiv hüququnu tanımışdır. Bununla da apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını səhv tətbiq etmişdir.
63. Həmçinin apelyasiya instansiyası məhkəməsi qətnaməsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsinin mövcudluğunu göstərərək, hazırki iş üzrə bu cür halların da öz təsdiqini tapmamasını cavabdehə münasibətdə tətbiq etmiş, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakları sadalayaraq mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının hər hansı zərurətdən irəli gəlmədiyi göstərmişdir.
64. Halbuki bu münasibət iddiaçıya münasibətdə araşdırılmalı, iddiaçının mübahisəli tikiliyə köçürülməsi məsələsinə qiym ət verilərkən onun özünün həmin ünvandakı digər tikilidə illər ərzində fasiləsiz yaşaması konteksindən yanaşılmalı, ümumiyyətlə, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçının subyektiv hüquqlarının mövcudluğu məsələsinə qiymət verilməlidir.
65. Bundan başqa, hazırki mübahisəyə baxılarkən, məhz cavabdehin 16 il ərzində əmlaka fasiləsiz sahiblik etməsi, iddiaçının buna qarşı heç bir tələbinin olmaması, həmçinin, iddiaçının bir ailə üzvü kimi tikinti işlərinin aparılmasına nəzarət etməsinin mümkün olması, bu halın, eləcə də bələdiyyə uçotu üzrə vergi ödəyicisi olmasının mübahisəli tikilinin sırf onun vəsaiti hesabına inşa edilməsi anlamına gəlməməsi, uzun illər ərzində mübahisəli tikili üzrə kommunal xidmətlərə dair abonent saldolarının cavabdehin ərinin adına olması halı da araşdırılmal ı, işə təkrar baxılarkən sübutların qiymətləndirilməsi zamanı tikilinin həqiqətən də iddiaçının vəsaiti hesabına tikilməsi ilə bağlı təqdim edilən sübutların mötəbərliyi, o cümlədən şahid ifadələrinin işin əhəmiyyəti baxımından sübut kimi nəzərə alınıb-alınmamalı olması qiymətləndirilməlidir.
66. Apellyasiya instansiya məhkəməsi digər tərəfdən qeyd edir ki, cavabdehin mübahisəli evin tikilməsində zəhməti olmamış və onun digər yaşayış sahələrinə malik olması mübahisəli evdən ehtiyacının aradan qalxdığını təsdiq edir.
67. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi ilkin olaraq cavabdehin mülkiyyətində olan evlərin birgə nikah dövründə, birgə vəsait əsasında əldə edilib- edilməməsi, məhz cavabdehin həyat yoldaşı ilə münasibətlərinin pozulmasından sonra baxılan iş üz rə tələbin irəli sürülməsi, həqiqətən bu tələbin cavabdehin ehtimal olunan mülkiyyət hüququnun aradan qalxmasına yönəlməsini (çünki cavabdehin dəlillərindən biri bu tələbin irəli sürülməsi birgə nikah müddətində birgə vəsait əsasında tikilmiş mübahisəli evdən onun məhrum edilməsi ilə bağlı olmasını göstərir), göstərilən evlərin birgə birgə mülkiyyət olması təsdiq olunması zamanı bu evin ər-arvad tərəfindən tikilməsinin mümkün ola biləcəyi müəyyən edilməli idi. Lakin göstərilən halların aydınlaşdırılmasının nəticəsində yuxarda göstərildiyi kimi iddiaçının subyektiv hüquqa malik olması müəyyən oluna bilər. Bunların aydınlaşdırılmadığı təqdirdə isə digər yaşyayış sahələrinin mövcud olması və evin tikilməsində cavabdehin zəhmətinin olmamasına istinad edilərək iddianın təmin olunması dair apely asiya instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilə bilməz. 68. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədlər i müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hü ququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
69. Bu hallar ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.
70. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qər arlar).
72. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
73. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
74. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və d əlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
75. Ona görə də ləğv edilməli, iş yenidən yuxarıda göstərilən hallar araşdırılmaqla baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
76. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara al dı: Kassasiya şikayəti təmin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “09” “oktyabr” “2023”-cü il tarixli 2(103)-4607/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.