Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-877/2025 17.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş stajı faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat ü zrə Mərkəzi Filialına qarşı iş stajı faktının müəyyən edilməsi tələbinə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2(105)-1461/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə 17 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Ərizəçi 2 sentyabr 1964-cü il tarixdə anadan olmuşdur.
2. Zəngilan rayonu, “Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütün quruducusu vəzifəsində fasiləsiz olaraq 1980-1993-cü ilin 28 oktyabra illərdə işləmişdir. 3. 1996-ci il iyul-2001-ci il avqust tarixlərində "xxxx" İstehsalat Kommersiya Firmasında, 2001-ci il sentyabr-2004-cü il dekabr tarixlərdə "AND” hüquq firmasında və 2018-ci il tarixdən etibarən Bakı şəhəri 18 saylı Vəkil Bürosunda xadimə işində işləmişdir.
4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-14- 100177\2024 nömrəli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonraQanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısınd a nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İş stajı 25 ildən az (2 il 6 ay (2018-2020-ci illər üzrə)) təşkil edir, güzəştli iş stajı yoxdur. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək siyasinin minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə an pensiya kapitalı cəmi 3216,18 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirlə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
5. Zəngilan rayon Dövlət Arxivinin 08 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Zəngilan rayonu 1993-cu il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan rayon “Bakı Fəhləsi” kolxozunun sənədləri arxivə daxil olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş stajı faktının müəyyən edilməsi tələbinə dair məhkəməyə müraciət edərək, 1980-cı ilin oktyabr ayından 1993-cü ilin 28 oktyabra qədərki tarixdə Zəngilan rayonu, “Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütün quruducusu işində fasiləsiz olaraq işləməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1980-ci ilin oktyabr ayından 1993-cü ilin oktyabr ayına qədər Zəngilan rayonu,’’Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində fasiləsiz olaraq işləmişdir. 1993-cü ilin oktyabr ayından məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində ’’Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində işləməsini təsdiq edən arxiv sənədləri ’’Bakı Fəhləsi” kolxozu tərəfindən işğal zonasından çıxarılmadığından kolxoz üzvü kimi t ütünçü vəzifəsində işləməsini təsdiq edən hər-hansı bir sübut mövcud deyildir. Ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmiş, xx.xx.2024-cü il tarixli məktubla onun stajının 25 ildən az olması səbəbindən imtina edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filali 25 illik əmək stajının olmaması və sığorta kapitalının az olması səbəbi ilə pensiya təyinatından imtina etmişdir. Hal-hazırda təqaüd yaşına çatdığından 1980-ci ilin oktyabr ayından 1993-cü ilin oktyabr ayına qədər Zəngilan rayonu ”Bakı Fəhləsi” kolxozunda kolxoz üzvü kimi tütünçü vəzifəsində fasiləsiz olaraq işləmə faktının müəyyən edilməsinə zərurət yaranmşdır. Çünki, həmin sənədi başqa yolla əldə etmək mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dəvət etdiyi xx.xx.1955 təvəllüdlü, Zən gilan rayonu Babaylı kənd sakini, 1988-ci il tarixədək Zəngilan rayonu, “Bakı Fəhləsi” kolxozunda sədr müavini vəzifəsində işləmiş, təqaüdçü X18, xx.xx.1947-ci il təvəllüdlü, Zəngilan rayonu, Babaylı kənd sakini, 1993-cü il tarixədək Zəngilan rayonu «Bakı Fəhləsi” kolxozunda xəzinadar-anbardar vəzifəsində işləmiş, təqaüdçü X7, xx.xx.1953-cü il təvəllüdlü, Zəngilan ryaonu, «Bakı Fəhləsi” kolxozunda sədr vəzifəsində işləmiş, təqaüdçü X17 qeyd etdiyi yerdə və vəzifədə işləmələri barədə izahat verəcəklər. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə).
8. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial M üdafiə Fondu məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, ərizədə 1980-cı ilin oktyabr ayından xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu "Bakı Fəhləsi' kolxozunda tütünçü işlədiyini iddia edir. Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal olunması səbəbilə ərizəçi 1980-cı ilin oktyabr ayından xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu “Bakı Fəhləsi" kolxozunda tutun quruducusu kimi işlədiyini təsdiq edən arxiv sənədləri barədə heç bır sənədin arxivdə saxlanılmadığını bildirmişdir. Beləliklə, ərizəçinin sözügedən vəzifələrdə işlədiyini göstərən hər-hansı bir arxiv sənədi quruma təqdim olunmadığı üçün Dağlıq Qarabağ və ətraf rayonlarının, o, cümlədən Zəngilan rayonunun vaxtilə işğal olunması səbəbilə ış stajının yerində yoxlanılması mümkün ol mamışdır. Ərizəçi 02.04 2024-eu il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (2 il 6 ay (2018-2020-ci illər üzrə) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, əriz əçinin fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 3216.18 manat təşkil edir. Qeyd edilənlərdən də göründüyü kimi ərizəçinin iş stajı kimi təsdiq etmək istədiyi dövrlər sosial sığorta stajına daxil edilsə belə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosiai sığorta stajı tamamlanmır. Hazırda məhkəmələr tərəfindən əmək fəaliyyəti barəsində sənədlər uzürlu səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajın azı iki şahidin ifadələrinə əsasən və onların iddıa edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürməklə müəyyən edilir. Ərizəçinin ərizəsində X4, X10 və X1 əmək fəaliyyətini təsdiq edən şahidlər kimi qeyd etmişdir. Həmçinin Azərbaycan Respublikası Na zirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-c bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi stajının təsdiq olunması üçün ən azı iki nəfər şahid olmalı, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçi ilə birgə işdən tanımalı və ərizəçidən fərqli olaraq, ifadə verən ən azı iki şahid ərizəçi ilə bır idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir, ki, şərtlər gözlənilmiş olsun.
9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadəsində Sabirabad rayon Bakı Kolxozunda konkret olaraq hansı illərdə ərizəçi ilə birlikdə kolxozda işləməsinə dair məlum at verə bilməmişdir.
10. X8 göstərmişdir ki, ərizəçi ilə kəndçidirlər, uzaq qohumdurlar. Ərizəçi ilə “Bakı Fəhləsi” kolxozunda qaçqınçılıq düşənə kimi bir yerdə işləmişlər. “Bakı Fəhləsi“ kolxozunda 1978-ci ildən müəyyən vəzifələrdə işləmişdir. 1988-ci ildə kolxozun tərkibində şura müdri olmuşdur. Ərizəçi 1980-ci ildən 1993-cü ilə kimi “Bakı Fəhləsi” kolxozunda işləmişdir. Ərizəçi tütün qurudan işləmişdir. Onun əmək kitabçası özündə olmuş, idarəyə verməmişdir. Ərizəçinin əmək kitabçası idarədə qalmışdır. “Bakı Fəhləsi” kolxozunun fəaliyyəti 1993-cü ilin oktyabr ayından dayanmışdır. O, işlədiyi zamanda kolxozun direktoru Quliyev Oruc olmuşdur. Sumqayıtda yaşamışdır. O, kolxoz sədrinin müavini olmuşdur.
11. X2 göstərmişdir ki, “Bakı Fəhləsi” kolxozunda Ərizəçi ilə bir yerdə işləmişlər. O, an bardar kimi işləmişdir. Ərizəçi tütün qurudan işləmişdir. Ərizəçi 1980-ci ildən 1993-cü ilə kimi “Bakı Fəhləsi” kolxozunda işləmişdir. O, həmin kolxozda 1972-ci ildən 1993-cü ilə kimi işləmişdir.
12. X6 göstərmişdir ki, ərizəçi ilə bir yerdə “Bakı Fəhləsi” kolxozunda işləmişlər. “Bakı Fəhləsi” kolxozunda briqadir, kolxoz sədri işləmişdir. «Bakı Fəhləsi” kolxozunda 1979-cu ildən işləmişdir. Ərizəçi tütün qurudan işləmişdir. “Bakı Fəhləsi” kolxozu Respublikada tanınmış kolxozlardan biri olmuşdur. Tütünçülük çox gəlirli sahə olmuşdur. Qaçqınçılıq düşüyü üçün Ərizəçinin sənədləri idarədə qalmışdır. Güman etmədikləri bir vaxtda qaçqınçılıq düşmüş, demək olar ki, əksər adamların bütün sənədləri rayonda qalmışdır.
13. İş materiallarında olan X5 məxsus əmək kitabçasının sürətinə görə o, 1980-ci il dən 1993-cü ilə kimi “Bakı Fəhləsi” kolxozunda anbardar vəzifəsində işləmişdir.
14. X15 məxsus əmək kitabçasının sürətinə görə o, 1980-ci ildən 1993-cü ilə kimi “Bakı Fəhləsi” kolxozunda müxtəlif vəzifələrdə işləmişdir.
15. X12 məxsus əmək kitabçasının sürətinə görə o, 1978-ci ildən 1993-cü ilə kimi “Bakı Fəhləsi” kolxozunda müxtəlif vəzifələrdə işləmişdir.
16. Zəngilan Rayon Məhkəməsinin 3 iyul 2024-ci il tarixli, 2(034)-373/2024 nömrəli qətnaməsi ilə (hakim İmanova Gülsarə ) ərizə təmin olunaraq, Ərizəçi 1980-1993-cü illərdə Zəngilan rayonu «Bakı Fəhləsi» adına kolxozunda əmək fəaliyyətini təsdiq edən arxiv sənədlərində “tütün qurudan işləməsi faktı müəyyən edilməsi qət edilmişdir.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Ərizəçi 1980-cı ilin oktyabr ayından 28 oktyabr 1993-c ü ilədək olan müddət ərzində Zəngilan rayonu «Bakı Fəhləsi» adına kolxozda tütün qurudan işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən onun 1980-cı ilin oktyabr ayından 28 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Bakı Fəhləsi» adına kolxozda tütün qurudan işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab etmişdir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır.
18. Məhkəmə gəldiyi nəticəni «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci ma ddəsi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 307.2.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin rədd olunması barədə yeni qətnamə çıxavrılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ərizəçinin iş stajı kimi təsdiq etmək istədiyi dövrlər sosial sığorta stajına daxil edilsə belə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı tamamlanmır. Lakin məhkəmə qanunverici liyin tələblərini pozaraq qətnamə çıxarmışdır. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Qeyd edilənlərdən də göründüyü kimi, ərizəçinin 1980-ci ilin oktyabr ayından xx.xx.1993-cü il tarixədək olan dövrlər social sığorta stajına daxil edilsə belə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı tamamlanmır.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2(105)-1461/2024 nömrəli qətnaməsi ilə (hakim S.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və A.Hüseynzadə ) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Ərizəçi 1980- cı ilin oktyabr ayından 28 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Bakı Fəhləsi” adına kolxozda tütün qurudan işləməsi faktı məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunduğundan ərizənin təmin olunması barədə bi rinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
23. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticənin əsası kimi «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci maddəsi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsin ə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 307.2.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
25. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2(105)-1461/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair i şlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 13.4- cü bəndi, 1.2-ci və 1.3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.10-cu bəndi, Mülki Məcəllənin 305.1.1-ci maddələri pozulmuşdur.
27. Belə ki, şahidlərin hər birinin əmək kitabçasının olmasına baxmayaq, ərizəçinin əmək kitabçasının olmaması şübhə yaratmış. Ərizəçi əmək kitabçasının mövcud olmasını, onu əldə edə bilməməsini və başqa qaydada bərpa edə bilməməsini əsaslandırmamışdır. Ərizəçinin məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair əmək kitabçası mövcud olmadığı halda, məhkəməyə dəvət olunan və ərizəçi ilə birgə işləyən hər üç şahidin (X3, X13, X9) əmək kitabçası vardır. Həmçinin şahidlərin 1993-cü ilədək işlədiklərini və əmək kitabçalarının özündə olduğunu nəzərə alınsa, 1993-cü ildə işdən çıxmış ərizəçi də əmək kitabçasını ala bilərdi.
28. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalı, onların hər han sı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
29. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normative hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə yönəlməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Həmçinin, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalıdır. Yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib edilməməsinə xüsusi diqqət yetirilməlidir.
30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
31. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası
34. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr ta rixli 186 saylı qərarı
35. Maddə. 1.1.Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu.
36. Maddə. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət soial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şa hid qismində dindirilə bilər.
39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir.
44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. Maddə 305.1.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır.
46. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
47. Məhkəmə 307.2.5. Məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin ( həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
48. Maddə 307.2.11. Məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
49. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi v ə ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
55. Maraqlı şəxsin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1461/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edild