Məhkəmə qərarları › İş №2(102)-878/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-878/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-878/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X12 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X13, Cavabdeh1 vəkili X15 iştirakı ilə, İddiaçı və Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9439/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Orxan Məmmədli) xx xxxx 2019-cu il tarixli, 2(004)-1192/ 2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı cavabdehlərdən müştərək qaydada 30 manat ödənilmiş dövlət rüsumu, dəymiş zərər 8000 avro məbləğində xarici valyutada pulun və 6900 manat borc pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada İddiaçı xeyrinə 1400 manat borc, 4,2 manat dövlət rüsumu, c əmi 1404,2 manat pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 30 manat ödənilmiş dövlət rüsumu, dəymiş zərər 8000 avro məbləğində xarici valyutada pulun və 6900 manat borc pulun tutularaq İddiaçı birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ilin noyabr ayında vaxtilə yaxın tanışları olan Cavabdeh1 və onun bacısı X7 ehtiyacları olduğuna görə borc olaraq 16400 manat pul vermişdir. Həmin məbləğdə borc pulu tanışı X16 vasitəsilə özünə məxsus qızıl-ziynət əşyalarını onun sərəncamına girov qoymaqla cavabdehlər Cavabdeh1 v ə onun bacısı X3 vermişdir. Cavabdehlərə vermiş olduğu borc pulu onlar vaxtında qaytarmadıqlarına görə Bakı şəhəri, Səbail rayon Polis İdarəsinə şikayət ərizəsi vermiş və həmin ərizə üzrə aparılan araşdırma zamanı cavabdehlər Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinə iltizam verərək ona olan borclarını 2016-cı ilin avqust ayının sonuna kimi ödəyəcəkləri barədə öhdəlik götürmüşlər. Bu barədə Səbail rayon Polis İdarəsində müstəntiq E.Qurbanov tərəfindən müvafiq protokol tərtib edilmiş və imzalanmışdır. Şikayət ərizəsi üzrə isə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdehlər Cavabdeh1 və xx xxxxxx 2016-cı il tarixdə 800 manat, xx xxxxxxx 2016-cı il tarixdə 500 manat, xx xxxx 2017-ci il tarixdə 500 manat, xx xxx 2017-ci il tarixdə 500 manat, xx xxxx 2017-ci il tarixdə 500 mana t və digər vaxtlarda ödənilmişcəmi borclarından 9500 manat qaytarmışlar. Hal-hazırki vaxta onların ödənilməyən 6900 manat borcları qalmışdır. O, girov qoyduğu qızıl-ziynət əşyalarını X4 geri almaq üçün ona xx xxxxxxxx 2015-ci ildə 10000 avro məbləğində xarici valyutada olan pul vermişdir. Bu barədə Bakı şəhəri 9 saylı notariat kontorunda müvafiq sənədləşmə aparılmışdır. Belə ki, 10000 avro pul verib qızıl-ziynət əşyalarını geri almağını X16, X9 və o, öz imzaları ilə təsdiq etmişlər. Cavabdehlər Cavabdeh1 və onun bacısı X2 qalan borclarını ödəmələrini dəfələrlə onlaradan xahiş və tələb etsə də, sonuncular borclarını ödəməkdən imtina etmişdir. Borclular Cavabdeh1 və X14 borclarını vaxtında qaytarmadıqlarına görə o, girovda olan qiymətli qızıl-ziynət əşyalarını geri qaytarmaq üçün X10 xarici valyutada 10000 avro məbləğində pul ödəmişdir. Həmin puldan 2000 avro ümumi borcdan geri qaytarılmış, qalan 8000 avro isə ödənilməmiş qalmışdır. Bununla da, o, 8000 avro məbləğində əmlakından cavabdehlərin təqsirinə görə məhrum olmaqla, həmin məbləğdə ona maddi zərər dəymişdir. Cavabdehlər Cavabdeh1 və X14 ilə onun arasında olan borc müqaviləsi şifahi olaraq bağlanmışdır. Belə olan halda Azərbaycan Respublikası Mülki Qanunvericiliyinin tələblərinə görə borc və dəymiş zərər cavabdehlər Cavabdeh1 və bacısı Natella Rüstəmovadan məhkəmə qaydasında tələb edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia tərəfi 6900 manat pulu tələb etmir, qalan həcmdə iddianın təmin edilməsini məhkəmədən xahiş e dir. Daha sonra məhkəmənin növbəti iclasında iddiaçı iddia tələbi həcminin dəyişdirilməsinə dair yenidən ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlər X14 və Cavabdeh1 6900 manat əsas borc və 2862 manat məbləğində əldən çıxmış faydanın, cəmi 9762 manat məbləğində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçıkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdehlə r birinci və apellyasiya instansiyası məhkəmələrində fərqli mövqe sərgiləşmişlər. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdehlər 10900 manat borcun qaldığını iltizamla etiraf edirlər. Daha sonra iş materialları ilə sübut olnur ki, həmin puldan hissə-hissə 4000 manat qaytarırlar. Hazırda isə məsələ ondan ibarətdir ki, iddiaçının 9500 manat pulun qaytarılması barədə etiraf etməsi məhz cavabdehlərin yuxarıda göstərdiyi 5500 və 4000 manatdır. Bunun cəmi isə 9500 manat edir. Apellyasiya instansiyası məhkəməsi 9500 manat pulu 10400 manatdan çıxmaqla yanlış mövqeyə gəlmiş və cavabdehlərən daha az miqdarda pul tutmaqla onların mənafeyi naminə iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh1 kassasiya şikayəti verərək tərəfindən Bakı Apellyasiya Məhkəməs i mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşdən görünür ki, İddiaçı ilə cavabdehlər N.Rüstəmova və Cavabdeh1 arasında yazılı və ya şifahi əqd olmamışdır. İstintaq orqanının müstəntiqinin protokolu tərəflər arasında hər hansı şifahi və ya yazılı razılaşmanı ifadə edə bilməz. Bundan əlavə işdə İddiaçı cavabdehlərin xeyrinə hər hansı hərəkət etməsi, pul verməsi, əmlak verməsi, iş görməsi, xidmət göstərməsi və s. müəyyən olunmur.İddiaçı iddia etdiyi cavabdehlərin əvəzinə üçüncü şəxsə (konkret halda Kifayət Həsənovaya) qızıllarını girov qovması müqavilə ilə təsdiq olunmur. Belə ki, girov münasibət ləri yalnız yazılı formada girov müqaviləsi bağlanmaqla tənzimlənir. İddiaçı ilə üçüncü şəxs (borc verən) və cavabdehlər (borc alanlar) arasında girov müqaviləsi bağlanmamışdır. Eyni zamanda qeyd olunmalıdır ki. mülki işin materiallarına İddiaçı tərəfindən əlavə olunmuş qəbz birbaşa onu sübut edir ki, həmin qəbz hətta qızıl-ziynət əşyalarının İddiaçınm deyil, Cavabdeh1 özünə məxsus olmasını təsdiq edir. Məhkəmə bu halları nəzərə almayaraq iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X17 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh1 vəkili X20 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müda fiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin və Cavabdeh1 vəkili X15 izhatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Səbail RPİ-nin İŞ-nin müstəntiqinin xx.xx.2016-ci il tarixli qərarı ilə İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı material üzrə izahatı alınmış X14 bildirmişdir ki, İddiaçı təxminən 1995-ci ildən işlədiyi 8 saylı orta məktəbdən tanıyır, təxminən 2010-cu ildə bacısı Mehribanın pula ehtiyacı olduğu üçün Sevdadan pul istəmişdir. Sevda Xanım adlı şəxsin faizə pul verdiyini, Xanımın Mehribana 3000 manat pul verdiyini, Mehriban həmin pulun faizini təxminən bir il ərzində ödədiyini, 2011 -ci ilin may ayında X22 pulunu tam şəkildə istədiyini bildirmişdir. Mehribanda həmin pul olmadığ ı üçün Sevda ona təklif edərək bildirmişdir ki, qonşusu Kifayət faizə pul verir, ancaq əvəzində girov qızıl istədiyini və bu məqsədlə Sevda Kifayətlə onları tanış etdiyini, Sevda qızılları Kifayətə girov qoyaraq əvəzində ondan pul götürərək Xanımın pulunu qaytardığını, o və bacısı Mehriban onlardan deyilən məbləğdə pul istəmədiklərini, satılan evin isə onun evi olduğunu, həmin evin təxminən 2012-ci ilin mart-aprel ayında satıldığını, o, qeyd edilən qəbz ilə əlaqədar bir il müddətində götürdükləri bütün pulları qaytarmaq üçün belə bir qəbz imzalamadıqlarını, heç kimə borclu olmadığını, Mehribanın isə axırıncı dəfə 2013-cü ildə Kifayətə 500 manat verərək, ümumilikdə ona 5500 manat verdiyini və bundan sonra onlara borclu olmadığını göstərmişdir. Həmçinin Cavabdeh1 X5 təhqiqata verdiyi izahatl a eyni məzmunlu izahat verərək həmin izahatı təsdiqləmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə materiala əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli protokoldan görünür ki, İddiaçı ərizəsi üzrə X14 və Cavabdeh1 2016-cı ilin avqust ayının sonuna kimi olan 10900 manat borcdan ən azı 2000 manat, sonrakı aylar isə hissə-hissə olmaqla, hər ay ən azı 500 manat olmaqla istintaq orqanında ödəniş edəcəklər. Ümumi olan 10900 manat borcu tam formada ərizəçi şəxsə ödəyəcəklər. Protokol İddiaçı, X14 və Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmin materiala əlavə edilmiş xx.xx.2016-cı il tarixli protokolla 800 manat, xx.xx.2016cı il tarixli protokolla 500 manat, xx.xx.2016-cı il tarixli protokolla 700 manat, xx.xx.2017-ci il tarixli protokolla 500 manat,xx.xx.2017-ci il tarixli protoko lla 500 manat, xx.xx.2017-ci il tarixli protokolla 500 manat, xx.xx.2017-ci il tarixli protokolla 500 manat iddiaçıya ödənilmişdir. Bundan əlavə iş materiallarında olan xx.xx.2011-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 X6 16400 manat borc pul götürmüş, borcun əvəzində həmin məbləğdə qızılları girov qoymuş və yanvara qədər pulu qaytaracağını vəd etmişdir. Həmin qəbz həm Cavabdeh1, həm də X14 tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı cavabehlərə müəyyən məbləğdə pul verilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə aşağıdakılara əsasən gəlmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunver icilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci madd əsinin tələbinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Apellyasiya instansiyası məhkəməsi sadalanan normaların tələblərinə əsasən qeyd etmişdir ki, tərəflər müəllimə olduqlarından, onlar arasında yazılı deyil, etimaddan irəli gələn və qanunvericiliyin birbaşa göstərişinə uyğun olan şifahi formada borc müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. xx xxxxxx 2016-cı il tarixli protokoldan da göründüyü kimi, cavabdehlər iddiaçıya 2016cı ilin avqust ayının sonuna kimi olan 10900 manat borcdan ən azı 2000 manat, sonr akı aylar isə hissə-hissə olmaqla, hər ay ən azı 500 manat olmaqla istintaq orqanında ödəniş edəcəklər. Ümumi olan 10900 manat borcu tam formada iddiaçıya ödəyəcəklər. Göründüyü kimi, cavabdehlərin iddiaçıya 10900 manat borclarının olması müəyyən olunur. İddiaçı iddia tələbində cavabdehlər Cavabdeh1 və tərəfindən xx xxxxxx 2016-cı il tarixdə 800 manat, xx xxxxxxx 2016-cı il tarixdə 500 manat, xx xxxx 2017-ci il tarixdə 500 manat, xx xxx 2017-ci il tarixdə 500 manat, xx xxxx 2017-ci il tarixdə 500 manat və digər vaxtlarda ödənilmiş- cəmi borclarından 9500 manat qaytardıqlarını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borcun qaytarılması ilə bağlı iddiaçı tərəfin etiraf etdiyi 9500 manat cəmi borc olan 10900 manatdan çıxılmaqla, qalıq 1400 manat borc cavabdehlərd ən iddiaçının xeyrinə tutulmaqla, qeyd olunan hissədə iddia qismən təmin olunmalıdır. Bundan əlavə iddiaçı MM-nin 449-cu maddəsinə istinad edərək, 4 il müddətində pul vəsaitinin ona qaytarılmaması nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasına görə, 9% Bank uçot faiz dərəcəsi ilə 2862 manat əldən çıxmış faydanın tutulmasını tələb etmişdir Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı göstərilmişdir. Həmin maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi zərər iki hissədən ibarətdir – real z ərər və əldən çıxmış fayda. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilə Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarında qeyd edilir ki, Mülk i Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsini digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göründüyü kimi, iddiaçı cavabdehlərdən MM-nin 449-cu maddəsinə əsasən əldən çıxmış faydanı tələb edərkən, cavabdehlərin həmin pul vəsaitindən faydalanmaları ilə bağlı sübutlar təqdim etməmişlər. Digər tərəfdən Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən, kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və b u məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barəsində heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia tələbi əldən çıxmış faydanın tələb edilməsi ilə bağlı hissədə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən apelly asiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada iddiaçının 1400 manat borc tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətlərinin dəlillərində göstərilənlər apellyasiya instansiyası məhkəməsində işə baxıl arkən də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəflərin irəli sürdüyü dəlilləri tam, hərtərəfli və obyaktiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və Cavabdeh1 kassasiya şikayətləri təmin edilmədən,Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9439/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar