Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-879/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə torpaq sahəsinin mülkiyyətə keçirilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1539/2024 nömrəli iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,015 ha torpaq sahəsi xx.xx.2013cü il tarixli çıxarışa əsasən, Cavabdeh adına qeydə alınmış, onun adına xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.
2. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,01 ha torpaq sahəsi xx.xx.2019cu il tarixli çıxarışa əsasən, İddiaçı adına qeydə alınmışdır.
3. Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı «qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması» barədə tələbi təmin edilmiş, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,015 ha torpaq sahəsinin 0,0033 ha (33 kvadratmetr) hissəsində tikilən cavabdehə məxs us yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin, yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissədə cavabdeh İddiaçı qanunsuz inşa etdirdiyi tikililərin cavabdehin hesabına sökülməsi və 0,015 ha torpaq sahəsinin boşaldılması qət edilmiş, iddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı İddiaçı məxsus torpaq sahəsinin hasarının Cavabdeh tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulması və hasarın bərpa edilməsi ilə bağlı maneənin aradan qaldırılması, Cavabdeh iddiaçılar İddiaçı və X2 xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması, xüsusi qərardadın qəbul edilməsi barədə iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə torpaq sahəsinin mülkiyyətə keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən İddiaçı məxsus yaşayış evinin icra vərəqəsinə əsasən sökülməli olan 0,0033 ha (33 kv.metr) hissəsinin əvəzinə 7000 manat kompensasiya ödəməklə iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən bununla əsaslandırılmışdır ki, hal-hazırda Abşeron rayon İcra Şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən icra hərəkətləri həyata keçirilir. Qeyd olunduğu kimi, söküləcək tikilinin 0,0033 ha (33 kv.metr) hissəsi İddiaçı evinə aiddir. İcra işinin bu hissədə icra edilməsi, yəni evin sökülməsi onun görünüşünün pozulması ilə nəticələnəcək və iddiaçıya böyük zərər vuracaqdır. Bundan başqa, evin sökülməsi zamanı onun uçma təhlükəsi də vardır. Nəzərə alınmalıdır ki, iddiaçı torpaq sahəsini əldə edərkən artıq üzərində tikililər vardı: tikinti işləri torpaq sahəsinin əvvəlki mülkiyyətçisi tərəfindən aparılmışdır və iddiaçının aldığı evin bir hissəsinin başqasının mülkiyyətində olan torpaq sahəsində tikilməsini bilməsi mümkün deyildir. 2019-cu ildən iddiaçı həmin evə sahiblik etmiş, evi təmir etmişdir. İddiaçı halhazırda azyaşlı uşaqları və həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayır, bu evdən başqa onun heç bir yaşayış sahəsi yoxdur. Eyni zamanda, nəzərə alnmalıdır ki, mübahisənin həlli ilə bağlı tələbkar Cavabdeh bir neçə torpaq sahəsi təklif edilmiş, lakin tərəflər ümumi razılığa gələ bilməmişlər. Cavabdeh mülkiyyətçisi olduğu torpaq sahəsində uzun müddət olmamış, heç bir tikinti aparmamış, iddiaçı ilə qonşu olan torpaq sahəsində heç bir hasar inşa etməmişdir. Hətta cavabdehə məxsus torpaq sahəsinin qapısı və ya darvazası da olmamışdır.
6. Məhkəmə iclasında Cavabdeh iddia ilə razılaşmayaraq, onun təmin edilməməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8515-9/8745 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu Novxanı ərazisində yerləşən torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpağın 1,5 sotunun orta bazar qiyməti təqribən 8700,0 manat (5800,0x1,5) mə bləğində müəyyən edilir. Abşeron rayonu Novxanı ərazisində yerləşən torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpağın 1 sotunun orta bazar qiyməti təqribən 5800,0 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin uzunluğu 16,1 m eni 13,0 m təşkil ettiyini nəzərə alaraq yaşayış evinin tikinti altı sahəsinin 209,3m2 (16,1x13,0) olduğu müəyyən edilir. İddiaçı oğku tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ümumi sahəsinin 168,6 kv.metr təşkil etdiyini nəzərə alaraq, Abşeron rayonu Novxanı ərazisində yerləşən yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 192000 manat (1140x168,6) məbləğində müəyyən edilir. Tədqiq olunan yaşayış evinin bir dam altında olduğunu, ayrıayrı konstruktiv elemtlərin eyni vaxta inşa olunduğunu və fərdi yaşayış evinin tikililəri biri birinə bağlı şəkildə olduğunu nəzərə alaraq, həmin fərdi yaşayış evinin 33 kv.metr hissəsinin sökülməsi (yaşayış evinə ziyan dəymədən) texniki cəhətdən mümkün deyildir.
8. Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin (hakim Məlahət Abbasova) e-2(012)385/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, tərəflərin mülkiyyətində olan torpaq sahələri qonşuluqda yerləşir. İddiaçıya məxsus yaşayış evi dövlət reyestrində qeydə alınmasa da, ona məxsus torpaq sahəsində yerləşdiyindən (33 kv.metr istisna) onun bu tikiliyə qanuni gözlənti hüququ mövcuddur. Hazırda əsas mübahisə cavabdehə məxsus torpaq sahəsinin 33 kv.metrində yerləşən iddiaçıya məxsus evin sökül məməsinə görə kompensasiyanın ödənilməsi barədədir.
10. Aparılmış ekspertiza tədqiqatları ilə müəyyən olunmuşdur ki, Abşeron rayonu Novxanı ərazisində yerləşən torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpağın 1,5 sotunun orta bazar qiyməti təqribən 8700,0 manat (5800,0x1,5) məbləğində müəyyən edilir. Abşeron rayonu Novxanı ərazisində yerləşən torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpağın 1 sotunun orta bazar qiyməti təqribən 5800,0 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin uzunluğu 16,1 m eni 13,0 m təşkil ettiyini nəzərə alaraq yaşayış evinin tikinti altı sahəsinin 209,3m2 (16,1x13,0) olduğu müəyyən edilir. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ümumi sahəsinin 168,6 kv.metr təşkil etdiyini nəzərə alaraq, Abş eron rayonu Novxanı ərazisində yerləşən yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 192000 manat (1140x168,6) məbləğində müəyyən edilir. Tədqiq olunan yaşayış evinin bir dam altında olduğunu, ayrı-ayrı konstruktiv elemtlərin eyni vaxta inşa olunduğunu və fərdi yaşayış evinin tikililəri biri birinə bağlı şəkildə oluğunu nəzərə alaraq, həmin fərdi yaşayış evinin 33 kv.metr hissəsinin sökülməsi (yaşayış evinə ziyan dəymədən) texniki cəhətdən mümkün deyildir.
11. Mübahisə obyekti olan torpaq sahəsinin 33 kv.metr olduğu, həmçinin oxşar ərazidə 1 sot (100 kv.metr) torpaq sahəsinin bazar qiymətinin 5800 manat olması, 33 kv.metr tikintinin söküləcəyi təqdirdə iddiaçıya daha böyük məbləğdə (192000 manat) zərərin dəyəcəyi nəzərə alınarsa, iddiaçı tərəfindən təklif edilən məblə ğin (7000 manat) ağlabatan olması şübhə doğurmur. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus dəyəri 192000 manat olan yaşayış evinə ziyan dəymədən evin 33 kv.metr hissəsinin sökülməsinin texniki cəhətdən mümkün olmaması hazırki tələbin əsaslı olmasına dəlalət edir. Cavabdehin tərəflər arasındakı mübahisənin həll edilməsi üçün iddiaçıdan 70000 manat pul tələb etməsi isə məhkəmənin qənaətinə görə hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
12. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən İddiaçı məxsus yaşayış evinin icra vərəqəsinə əsasən sökülməli olan 0,0033 ha (33 kvadratmetr) hissəsinin əvəzinə 7000 manat kompensasiya ödəməklə iddiaçının mülkiyyətinə verilməlidir.
13. Məhkəmə gəldiyi n əticəni İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 157.8, 172.3, 172.4, 173.1-173.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, mülkiyyət hüququnun pozulması ilə bağlı imperativ normalarla cavabdehə məxsus mülkiyyət hüququ qorunmalı olduğu halda, o, qeyri-qanuni və əsassız olaraq, ona kompensasiya verilməsi yolu ilə mülkiyyətindən məhr um edilmişdir. O cümlədən, məhkəmə sökülməli olan yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən sənədin olmamasına əhəmiyyət verməmiş, zəbt edilən torpaq sahəsində inşa edilən evə sənəd verilə bilməməsinə qiymət verməmişdir. İddiaçı cavabdehin mülkiyyətində olan torpaq sahəsini zəbt edən zaman, iddiaçıya ciddi şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu qərəzli şəkildə qanunsuz və əsassız şikayətlər etmək yolu ilə cavabdehin mülkiyyətini ələ keçirmişdir. Məhkəmə cavabdehin mülkiyyətindən zəbt edilmiş hissədə mülkiyyətinin yararsız hala düşməsini nəzərə almamış, yalnız mülkiyyətinin zəbt edilmiş hissəsinə qiymət verməklə kifayətlənmişdir. Eyni qaydada, məhkəmə icra edilməli olan məhkəmə qətnaməsinin icra edilməli olmasına əhəmiyyət verməmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 15 oktyabr 2024-cü il tarixli, 2(105)-1539/2024 saylı qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,015 ha torpaq sahəsinin 0,0033 ha (33 kvadratmetr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissədə İddiaçı qanunsuz inşa etdirdiyi tikililərin onun hesabına sökülməsi və 0,015 ha torpaq sahəs inin boşaldılması qət edilmişdir. Belə olan halda İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisindəki yaşayış evinin 0033 ha (33 kvadratmetr) hissəsinin Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə düşməsi işin mübahisəsiz halıdır.
18. İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə torpaq sahəsinin mülkiyyətə keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən İddiaçı məxsus yaşayış evinin icra vərəqəsinə əsasən sökülməli olan 0,0033 ha (33 kvadratmetr) hissəsinin əvəzinə 7000 manat kompensasiya ödəməklə iddiaçının mülkiyyətinə verilməsini xahiş etmişdir.
19. Məlum olduğu kimi, qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Əgər üst tikili əsassızdırsa və hüqu quna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (Mülki Məcəllənin 172.4, 173.3-cü maddələri).
20. Bu mənada məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə obyekti olan torpaq sahəsinin 33 kv.metr olduğu, həmçinin oxşar ərazidə 1 sot (100 kv.m) torpaq sahəsinin bazar qiymətinin 5800 manat olması, 33 kv.m tikintinin söküləcəyi təqdirdə iddiaçıya daha böyük məbləğdə (192000 manat) zərərin dəyəcəyi nəzərə alınaraq, iddiaçı tərəfindən təklif edilən məbləğin (7000 manat) ağlabatan olması, iddiaçıya məxsus dəyəri 192000 manat olan yaşayış evinə ziyan dəymədən evin 33 kv.metr hissəsinin sökülməsinin texniki cəhətdən mümkün olmamasına əsaslanaraq iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
21. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 172.4, 173.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1539/2024 xx.xx.2024-cü il tarixli qətnaməsini tamamilə ləğv edib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tətbiq edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 173.3-cü maddəsi iddiaçının qanunsuz inşa etdirdiyi yaşayış binasına tətbiq edilməli olmadığı halda kollegiya bu qanunu tətbiq etmişdir.Həmin maddədə üst tikili əsassızdırsa və hüququna tonunulmuş şəxs yazılır.İddiaçı inşa etdirdiyi ev hansı üst tikli kimi hesab edilə bilər.Torpaq sahələri ayrı-ayrı yerlərdə yerləşir,heç bir tikili nə üstdə tikilmiş,nə də ki, altda olan tikili vardır. Eləcə də qətnamədə göstərilir ki, bu mənada məhkəmə kollegiyası hesab edir ki, mübahisə obyekti olan torpaq sahəsinin 33 kv.metr olduğu, həmçinin oxşar ərazidə 1 sot (100 kv.m) torpaq sahəsinin bazar qiymətinin 5800 manat olması, 33 kv.m tikintinin söküləcəyi təqdirdə iddiaçıya daha böyük məbləğdə (192000 manat) zərərin dəyəcəyi nəzərə alınaraq, iddiaçı tərəfindən təklif edilən məbləğin (7000 manat) ağlabatan olması, iddiaçıya məxsus dəyəri 192000 manat olan yaşayış evinə ziyan dəymədən evin 33 kv.metr hissəsinin sökülməsinin texniki cəhətdən mümkün olmamasına əsaslanaraq iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının öz qanunsuz hərəkətləri nəticəsində,qanuni qüvvəsini almış qətnamənin icra olunması nəticəsinə iddiaçıya dəyə bilən 192000 manat ziyana görə hansı normativ-hüququ akta görə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsini göstərməklə Kollegiya Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələrinin tələblərini pozmuşdur. Qətnamədən də görünür ki, cavabdehin mülkiyyətində 150 kvadrat metr torpaq sahəsi vardır və onun da 33 kvadratmetr hissəsi iddiaçı tərəfindən zəbt edilmişdir.Beləliklə cavabdehin mülkiyyətinində olan torpaq sahəsinin bir hissəsi zəbt edildiyi üçün yararsız hala düşmüşdür,bu səbəbdən mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Zəbt etdilən torpaq sahəsində tikili inşa edən zaman cavabdeh xəbərdarlıq etmişdir.Zəbt olunan torpaq sahəsini boşaltmaq əvəzinə,guya cavabdehin onun torpaq sahəsini zəbt etməsi barədə 24 yanvar 2020-ci il tarixdə polisə müraciət etmişdir.Polisdə araşdırma aparıldıqdan sonra məlum olmuşdur ki,zəbt edilmə barədə olan iş mülki xarekterlidir.Sonra da bu yol ilə cavabdeh tərəfin başını qarışdırmaqla öz qanunsuz zəbt etdiyi torpaq sahəsində tikintisini tikib başa çatdırmaqla elə bilmişdir ki, qanusuz tikdiyi tikililər sökülə bilməz. Mülki Məcəlləsinin 172.3-cü maddəsində göstərilir ki, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuy a dözməlidir.Qanunun bu imperiativ norması olmasına baxmayaraq, Kollegiya qərəzli şəkildə cavabdehin mülkiyyətini zəbt edən iddiaçının xeyrinə olan qanunsuz qətnaməni dəyişdirmədən saxlamaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.3-cü maddəsini düzgün tətbiq etməmişdir. Mülkiyyət hüququnun pozulması barədə olan imperiativ normalarla mülkiyyət hüququ qorrunmalı olduğu halda, qeyri-qanuni və əsassız olaraq birinci instaniya məhkəməsinin qanunsuz qətnaməsini dəyişdirilmədən saxlamaqla kollegiya onu mülkiyyətindən məhrum edərək, kompensasiya verilməsi yolu ilə, onu mülkiyyətindən məhrum etmişdir.Eləcə də sökülməli olan yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən sənədin olmamasına və zəbt edilən torpaq sahəsində inşa edilən evə sənəd verilə bilməməsinə qiymət verilməmişdir.
24. İddi açı onun mülkiyyətində olan torpaq sahəsini zəbt edən zaman ona ciddi şəkildə xəbərdarlıq etməyinə baxmayaraq qərəzli şəkildə ondan qanunsuz və əsassız olaraq şikayətlər etmək yolu ilə mülkiyyətini ələ keçirmişdir.Hal-hazırda da bu hərəkətlərini davam etdirir.Azərbaycan Respublikası adından çıxarılmış, qanuni qüvvəsinin almış qətnamələrlə də mülkiyyət hüququnun müdafiə edilməsinə baxmayaraq, kollegiyanın dəyişdirmədən saxladığı birinci instansiya məhkəməsinin qətnaməsi ilə o, mülkiyyətindən qanunsuz və əsassız olaraq məhrum edilir. Mülkiyyətindən zəbt edilmiş hissəsinə görə onun mülkiyyətinin yararsız hala düşməsi nəzərə alınmamışdır.Eləcə də, yalnız mülkiyyətinin zəbt edilmiş hissəsinə qiymət verməklə kifayətlənmişlər. Məhkəmə icra edilməli olan məhkəmə qətnaməsinin icra edilməli olması na əhəmiyyət verməmişdir.
25. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 172.3-cü, Azərbaycan Respublikası MPM-in 217, 234.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir.
28. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hü ququ verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələ nə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası ape llyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 2(105)-1539/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.