Məhkəmə qərarları › İş №2(102)-880/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-880/2019

18.02.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-880/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 18 fevral 2019-cu il İş № 2(102)-880/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanınada Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2270/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İmişli rayon məhkəməsinin (hakim Ülvi Qənbərov) 11 yanvar 2018-ci il tarixli 2(036)165/2018 saylı qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi İmişli rayonunun “S.Vurğun adına” kolxozda 1973-1986-cı illərdə əmək fəaliyyəti müddətinin onun əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajına daxil edilməsi faktı müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Qəzənfər Kərimov sədrlik edən və məruzəçi, Zeynal Zeynalov, İlham Əsədov) 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanınada Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İmişli ray on məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1972-1986-cı illərdə İmişli rayonunun “S.Vurğun adına” kolxozda işləməsi və sığorta stajı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı ildə İmişli rayonunun Əlipənahlı kəndində anadan olmuş, 1972-1986-cı illərdə İmişli rayonunun “S.Vurğun adına” kolxozda sıravi kolxozçu işləmişdir. Lakin işlədiyi təsərrüfatda adına əmək kitabçası açılmamış və kolxozun həmin illərə dair maliyyə sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən iş illəri barədə sənəd ala bilmədiyindən pensiya hüququ məhdudlaşmışdır. Ona görə də ərizə verib 1972-1986-cı illərdə İmişli rayonunun “S.Vurğ un adına” kolxozda əmək fəaliyyəti müddətinin əmək pensiyası təyin edilməsi üçün onun ümumi iş stajına daxil edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanınada Maraqlı şəxs1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Ərizəçinin işlədiyi illərdə adamgün normalarını yerinə yetirməsi şahid ifadələri ilə təsdiq edilə bilməz. Sosial sığorta stajı üçün həmin faktın müəyyən edilməsi zəruridir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə maraqlı şəxsin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 415.3-cü maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Ərizəçi 1956-cı ildə İmişli rayonunun Əlipənahlı kəndində anadan olmuşdur. Ərizəçi məhkəməyə müraciət edərək 1972-1986-cı illərdə İmişli rayonunun “S.Vurğun adına” kolxozda işləməsi və sığorta stajı olması faktının müəyyən edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrinə əsaslanaraq ərizəçinin İmişli rayonunun “S.Vurğun adına” kolxozda 1973-1986-cı illərdə əmək fəaliyyəti müddətinin onun əmək pensiyası təyin edilməsi üçün ümumi iş stajına daxil edilməsi faktını müəyyən etmiş, apellyasiya instansiyası məhkəməsi də bu nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş ma teriallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, ərizəçi İddiaçı İmişli rayonu keçmiş S.Vurğun adına kolxozda işləməsi faktının təsdiqi kimi əmək kitabçasını DSMF-yə təqdim edə bilməməsini, onun adına əmək kitabçasının tərtib olunmaması ilə izah etmiş, işə baxan məhkəmələr isə ərizəçinin 1973-1986cı illərdə sözügedən kolxozda işləməsinin müəyyən edilməsi üçün həmin vaxtlar kolxozda işləmiş X2 və X1 ifadələrini kifayət hesab etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin şahidləri dindirən za man Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 195-ci maddəsində göstərilən qaydalara riayət etməmiş, şahidlərin ərizəçi ilə olan münasibətlərinə (qohum olub-olmamaları) aydınlıq gətirməmişdir. Həmin şahidlər həmçinin ərizəçi tərəfin özünə suallar verilməklə eyni vaxtda kolxozda işləmiş digər şəxslərə əmək kitabçası yazılaraq təqdim olunmasına baxmayaraq Ərizəçi əmək kitabçasının yazılmamamasının səbəbləri araşdırılmamışdır. Mülki Prosessaul Məcəllənin 195-ci maddəsinin tələblərinə əsasən, hər bir şahid ayrılıqda dindirilir. Sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. Bundan sonra şahidə suallar verilə bilər. Şahidə birinci olaraq, tələbi ilə onu çağı rtdıran şəxs və onun nümayəndəsi, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verir. İşdən həmçinin görünür ki, məhkəmələr Ərizəçi 1973-1986-cı illərdə kolxozda işləməsini təsdiq edə biləcək hər hansı sənədin (Kolxozun İdarə heyyəti sədrinin əmrləri, ümumi yığıncağın qərarı və s.) təqdim olunmasını ərizəçiyə təklif etməmiş, 13 il ərzində əmək fəaliyyəti ilə məşğul olan şəxsdə kolxozdan verilmiş hər hansı sənədin qalması ehtimalının yüksək olmasını nərərə almamışdır. Mülki Prosessaul Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tər əflərə təklif edə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlaralazımihüquqiqiymətvermədəniş üzrə gəldiyinəticəsiqanunivəəsaslısayılabilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanınada Maraqlı şəxs1 kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2270/2018 nömrəli iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar