Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-881/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxslər X5, X3, X4) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən istifadə hüququnun tanınması və evə köçürülmə, preyudisiallıq) 22.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 2(107)-1434/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Mabud qızı 26.09.2004-cü il tarixdə Cavabdehlə rəsmi nikaha daxil olmaqla evlənmiş, tərəflərin nikahından 26.08.2006-cı il təvəllüdlü Nigar və 20.06.2011-ci il təvəllüdlü Ramil adlı iki uşaqları doğulmuşdur. İddiaçı evlənən zaman cavabdehin atası Əmirxan Piriyevə məxsus olan, İsmayıllı rayonu, Cülyan kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin ev İsmayıllı rayon XDS İK-nin 19 fevral 1988-ci il tarixli 48 saylı qərarı əsasında Ağsu Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən Piriyev Əmirxan Üzeyir oğlunun mülkiyyəti kimi qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir.
2. İddiaçının gəlin köçdüyü evdən istifadə üzrə əvvəllər məhkəmə çəkişmələri olmuşdur. Belə ki, İsmayıllı Rayon Məhk əməsinin 20.09.2018-ci il tarixli, 2(037)-824/2018 saylı qətnaməsi ilə iddiaçı Piriyev Əmirxan Üzeyir oğlunun cavabdehlər İddiaçı və Cavabdeh qarşı uşaqları və əmlakları ilə birlikdə özünə məxsus, İsmayıllı rayonu, Cülyan kəndində yerləşən yaşayış evindən çıxarılmaları tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı ilə cavabdeh İddiaçı mübahisəli yaşayış evinə 2004-cü ildə iddiaçının ailə üzvü kimi iddiaçının özünün və digər ailə üzvlərinin razılığı ilə gəlin köçüb ailə üzvü kimi yaşadığı, digər Cavabdeh mübahisəli evdə doğulub orada böyüdüyü müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinadla cavabdehlər İddiaçı və Cavabdeh mübahisəli evdən iddiaçı və evdə yaşayan digər şəxslərlə bərabər istifadə hüququna malik olduğu qənaətinə gəlmiş və onların evdən çıxarılması üçün hüquqi əsasın olmadığını bildirmişdir.
3. Bundan sonra iddiaçı Piriyev Əmirxan Üzeyir oğlu cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan İsmayıllı rayonu, Cülyan kəndində yerləşən evdən cavabdehin istifadə hüququna 4000 manat məbləğdə kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılmasını xahiş etmişdir. İddia tələbi İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2020-ci il tarixli, 2(037)-332/2020 saylı qətnaməsi ilə təmin edilmişdir. Lakin həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(107)-1765/202 saylı qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2020-ci il t arixli qətnaməsi ləğv edilmiş, Piriyev Əmirxan Üzeyir oğlunun iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehə təklif edilən kompensasiya məbləğini yetərli saymamış, iddiaçıya 8000-10000 manat kompensasiya ödənilməsini təklif etmiş, lakin iddiaçı bununla razılaşmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Cülyan kəndində yerləşən cavabdehin atası mərhum Piriyev Əmirxan Üzeyir oğluna məxsus fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülmələri və yaşamaq üçün bütün maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehlə 26.09.2004-cü il tarixdə evləndikdən sonra cavabdeh in mərhum atası Əmirxan Piriyevə məxsus fərdi yaşayış evinə gəlin köçmüş, bir müddət orada yaşadıqdan sonra Bakı şəhərində kirayədə yaşamışlar. Aralarında narazılıq olduğuna görə İsmayıllı Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehin və onun atasının iddiaçıya qarşı uşaqları ilə birlikdə evdən çıxarılma, kompensasiya verilməklə istifadə hüququna xitam verilmə tələbləri məhkəmələr tərəfindən təmin edilməmişdir. Cavabdeh iddiaçını evdən çıxarmaq üçün evin qapılarını qıfıllamış, su, qaz və işıq xətlərini kəsmiş, mətbəxdə olan su krantlarını açmış, evin istilik sistemini sökmüşdür. İddiaçı bu şəraitdə orada yaşamaq mümkün olmadığından uşaqları ilə birlikdə müvəqqəti atasının evində yaşayır.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasına gə lməmiş, iddia tələbinə qarşı yazılı etirazında iddianın rədd olunmasını xahiş edərək bildirmişdir ki, mübahisəli ev atası Əmirxan Piriyevin mülkiyyətindədir və atası 24.10.2020-ci ildə ölmüşdür. Bundan sonra mübahisəli evə vərəsəlik açılmışdır və o, mirasdan düşən paydan bacısı Xanım Piriyevanın xeyrinə imtina etmişdir. Beləliklə, onun mübahisəli evə dair hər hansı subyektiv hüququ yoxdur.
7. İddiaçı məhkəmə iclasında fərdi yaşayış evinin mülkiyyətçisi mərhum Piriyev Əmirxan Üzeyir oğlunun vərəsəsi olan Cavabdeh, xeyrinə miras əmlakdan imtina etdiyi bacısı X1 cavabdeh kimi əvəz edilməsinə etiraz etmiş, işə hazırki tərəflərlə baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, işə irəli sürülmüş tələb üzrə baxılmalıdır.
8. İsmayıllı Rаyоn Məhkəməsinin 19 aprel 2021-ci il tаri xli, 2(037)-264/2021 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbi təmin edilmiş, İddiaçı iki azyaşlı uşağı ilə birlikdə İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən Piriyev Əmirxan Üzeyir oğluna məxsus fərdi yaşayış evinə köçürülməsi, Piriyev Əmirxan Üzeyir oğluna məxsus İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə hüququna Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması qət edilmiş, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququ əmələ gəlmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinin sahibi mərhum Əmirxan Piriyev, həmçinin cavabdeh iddiaçını 2004-cü ilin sentyabr ayında mübahisəli evə köçürərək onu ailə üzvü kimi qəbu l etmişdir. İddiaçı uzun illər ərzində fasiləsiz olaraq həmin evdə yaşamış, birgə təsərrüfatı idarə etmiş, həmin əsasla onun mübahisəli evin yaşayış sahəsindən digər ailə üzvləri ilə bərabər şərtlər daxilində istifadə etmək hüququ əmələ gəlmişdir.
10. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında evdən çıxması, onun daimi yaşamaq üçün köçüb yaşadığı fərdi yaşayış evinə olan hüququnun itirilməsi üçün əsas ola bilməz.
11. Məhkəmə İsmayıllı Rayon Məhkəməsinin 20.09.2018-ci il tarixli, 2(037)-824/2018 saylı və Şəki Apelyasia Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(107)-1765/202 saylı qanuni qüvvəsini almış qətnamələrində İddiaçı gəlin köçdüyü İsmayıllı rayonu, Cülyan kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun m üəyyən olunmasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən preyudisial hal kimi qiymət vermişdir.
12. Məhkəmə mübahisələndirilən fərdi yaşayış evindən iddiaçının istifadə hüququ olmasını nəzərə alaraq, cavabdehin ona qarşı törətdiyi maneələrin (mənzilə buraxmama, mənzilin kommunal şəraitinin pisləşdirilməsi, qapının kilidlərinin dəyişdirilməsi) qanunsuz olduğunu bildirmiş və cavabdehin adına hər hansı yaşayış sahəsinin olmamasını və maddi vəziyyətinin yaxşı olmamasını diqqətə layiq hallar kimi nəzərə alaraq mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasını məqsədə müvafiq hesab etmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53,54-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə istinadl a əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 2(107)1434/2021 saylı qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), R.Rəfiyev və A.Mahmudov) apellyasiya şikayəti qismən təmin edilərək, İsmayıllı Rаyоn Məhkəməsinin 19 aprel 2021-ci il tаrixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, İddiaçı iki azyaşlı uşağı ilə birlikdə İsmayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən Piriyev Əmirxan Üzeyir oğluna məxsus fərdi yaşayış evinə köçürülməsi, Piriyev Əmirxa n Üzeyir oğluna məxsus İsmayıllı rayonu Cülyan kəndi ərazisində yerləşən fərdi yaşayış evindən İddiaçı istifadə hüququna Cavabdeh tərəfindən edilən maneələrə son qoyulması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli yaşayış evi 1988ci il tarixdə Piriyev Əmirxan Üzeyir oğlunun adın qeydə alınmışdır. İddiaçı Mabud qızı Cavabdehlə 26.09.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər, bu evlilikdən 26.08.2006-cı il təvəllüdlü Nigar və 20.06.2011-ci il təvəllüdlü Ramil adlı iki uşaqları olmuşdur. Evləndikdən sonra cavabdehin mərhum atası Əmirxan Piriyevə məxsus fərdi yaşayış evinə gəlin köçmüşdür. Birlikdə yaşadıqları müddətdə aralarında narazılıq olduğundan İsmayıllı Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli qətnaməsi ilə boşanmışlar. B oşandıqdan sonra cavabdeh və onun atası müxtəlif üsullarla iddiaçını və uşaqlarını evdən çıxarmağa çalışaraq, ona qarşı cehiz əşyaları ilə birlikdə evdən çıxarılma, kompensasiya verilməklə istifadə hüququna xitam verilmə tələbləri ilə müxtəlif vaxtlarda məhkəməyə müraciət edilmişlər və nəticədə iddiaları təmin edilməmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisəyə 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2004-cü ildən sonra yarandığına görə mübahisə həmin zaman qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir.
19. Məhkəmə kollegiyası iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımında n evdən istifadə hüququnu araşdıraraq qeyd etmişdir ki, iddiaçı ilə evin mülkiyyətçisi arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə uyğun olaraq, evə köçdüyü vaxtdan başlayaraq, heç vaxt evdən istifadə hüququ ilə bağlı aralarında heç bir yazılı razılaşma olmamışdır. Bununla belə İsmayıllı Rayon Məhkəməsinin 20.09.2018-ci il tarixli, 2(037)-824/2018 saylı qətnaməsi ilə iddiaçı Piriyev Əmirxan Üzeyir oğlunun cavabdehlər İddiaçı və Cavabdeh qarşı uşaqları və əmlakları ilə birlikdə özünə məxsus yaşayış evindən çıxarılmaları tələbinə dair iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22.09.2020-ci il tarixli, 2(107)-1765/202 saylı qətnaməsi ilə iddiaçı Piriyev Əmirxan Üzeyir oğlunun İddiaçı qarşı 4000 manat miqdarında kompensasiya ödənilməkl ə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, iddiaçının qeyd edilən qətnamələrlə artıq istifadə hüququnun olduğunu evin mülkiyyətçisi qəbul etmişdir. Ona görə də kollegiya hesab edir ki, hazırkı halda evin mülkiyyətçisi ilə notarial razılaşmanın olmasına lüzum qalmır.
20. Məhkəmə kollegiyası iddia tələbinin manelərə son qoyulmasına aid hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, iddiaçının mübahisəli yaşayış evinə istifadə hüququ yarandığından onun həmin evə köçməsinə mane olan hərəkətlərə yol verilməsi qanunvericiliyin tələblərinə ziddir. Ona görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Eyni zamanda uşaqlar azyaşlı olduğundan və ananın himayəsində olduqlarından i ddia həmin hissədə də təmin edilməlidir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd etmişdir ki, iddianın təmin edilməsi üçün payların vərəsəlik qaydasında müəyyən edilməsinə lüzum yoxdur. Belə ki, Cavabdeh və 3-cü şəxslər ataları Piriyev Əmirxan Üzeyir oğlunun ölümündən sonra həmin ünvanda yaşamaqla vərəsəliyi qəbul etmiş və həmin evin mülkiyyətçilərindən birinə çevrilmişdir.
22. Mirasın açıldığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. O na görə də kollegiya hesab edir ki, şikayətin həmin dəlili əsassız olduğundan təmin edilə bilməz.
23. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda Piriyev Əmirxan Üzeyir oğlunun 24.10.2020-ci il tarixdə vəfat etməsini nəzərə alaraq, onun vərəsələri olan X5, X3, X4 və X2 üçüncü şəxs qismində işə cəlb etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi (mərhum atasına məxsus evdən istifadə hüququnun mümkünsüzlüyü) barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansi yası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə atasının vəfat etdiyini, mübahisəli evin onun sahibliyində və istifadəsində olmadığını nəzərə almamışdır. Mübahisəli ev bacısı Xanım Piriyevanın mülkiyyətində və sahibliyindədir. İddiaçı ilə birgə yaşadığı müddətdə mübahisəli evdə deyil, başqa ünvanda yaşamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazd ır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyek tin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə
228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
29. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) Maddə
53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləru göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və o nun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə
54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifəti ilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instans iyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
32. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 20.09.201 8-ci il tarixli, 2(037)-824/2018 saylı qətnaməsi ilə iddiaçı Piriyev Əmirxan Üzeyir oğlunun cavabdehlər İddiaçı və Cavabdeh qarşı uşaqları və əmlakları ilə birlikdə özünə məxsus, İsmayıllı rayonu, Cülyan kəndində yerləşən yaşayış evindən çıxarılmaları tələbinə dair iddiası təmin edilməmişdir. Həmin işdə məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı mübahisəli yaşayış evinə 2004-cü ildə iddiaçının ailə üzvü kimi iddiaçının özünün və digər ailə üzvlərinin razılığı ilə gəlin köçüb ailə üzvü kimi yaşamış, digər Cavabdeh mübahisəli evdə doğulub orada böyümüş, bununla da cavabdehlər İddiaçı və Cavabdeh mübahisəli evdən iddiaçı və evdə yaşayan digər şəxslərlə bərabər istifadə hüququ yaranmışdır. Bu səbəbdən onların evdən çıxarılması üçün hüquqi əsas yoxdur.
37. Bundan başq a, iddiaçı Piriyev Əmirxan Üzeyir oğlunun cavabdeh İddiaçı qarşı onun mülkiyyətində olan İsmayıllı rayonu, Cülyan kəndində yerləşən evdən cavabdehin istifadə hüququna 4000 manat məbləğdə kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılması tələbi İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2020-ci il tarixli, 2(037)-332/2020 saylı qətnaməsi ilə təmin edilsə də, həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(107)-1765/202 saylı qətnaməsi ilə ləğv edilmiş, Piriyev Əmirxan Üzeyir oğlunun iddiası, kompensasiya məbləğinin yetərli olmaması əsası ilə təmin edilməmişdir.
38. Göründüyü kimi, iddiaçının mübahisəli evdən istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir.
39. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qa nuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
40. Bu normada qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
41. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin tə kzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
42. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək fun ksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
43. Buna görə də, iddiaçının mübahisəli evdən istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən, onun həmin mənzilə köçürülməsi əsaslıdır.
44. Evin mülkiyyətçisi Piriyev Əmirxan Üzeyir oğlu 24.10.2020-ci il tarixdə vəfat edəndən sonra həmin evin vərəsəlik əsasında üçüncü şəxs X1 mülkiyyətinə keçməsi və hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması da iddianın təmin olunmasını aradan qaldırmır. Çünki Mülki Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
45. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
46. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2021-ci il tarixli, 2(107)-1434/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.