Məhkəmə qərarları › İş №2(102)-881/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-881/2023

05.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-881/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və üçüncü şəxs N qarşı iş üzrə QƏRARİ iş № 2(102)-881/2023 Açar sözlər: torpaq mübahisəsi, əmlakın qanunsuz sahiblikdən qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviç və X4 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs N qarşı “qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(105)-1934/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti üzrə mülki işə 05 aprel 2023- cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarına əsasən, əhalinin telefon rabitəsinə artan tələbatını və Cavabdeh X6 Telekommunikasiya Qovşağının xx.xx.2007-ci il tarixli, 5/232 saylı məktubunu nəzərə alaraq “Atçılıq” adlanan sahənin yanında yeni Telekommunikasiya Qovşağının tikintisi üçün 250 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin Masazır Bələdiyyəsinin müraciətinə əsasən Cavabdeh İstehsalat Birliyinin X3 ATS tikintisi məqsədi ilə torpaq ayrılmasına dair rəyə görə, Masazır Bələdiyyəsini n perspektiv inkişaf fondunun torpaq sahəsindən Cavabdeh İstehsalat Birliyinin X3 ATS tikintisi məqsədi ilə 250 kv.metr torpaq sahəsinin ayrılmasına etiraz etməmişdir.

3. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cavabdeh X8 Telekommunikasiya Qovşağının xx.xx.2009-cu il tarixli əmrinə əsasən, Abşeron TKQ-nin vəsaiti hesabına Masazır kəndinin atçılıq massivində tikintisi nəzərdə tutulan EATS-in binasının tikintisi obyektinin istismara qəbul edilməsi üçün Qəbul Komissiyası yaradılmış, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cavabdeh X8 Telekommunikasiya Qovşağının xx.xx.2009-cu il tarixli “Abşeron rayonun Masazır kəndinin Atçılıq yaşayış massivində tikilən EATS binasının tikintisi obyektinin balansa qəbul edilməsi haqqında” əmrinə əsasən, Qəbul Komissiyasının xx.xx.2009-cu il tarixli aktı təsdiq edilməsi, Qəbul Komissiyasının xx.xx.2009-cu il tarixli aktına əsasən 41283,75 manat dəyərində əsas vəsaitlər inzibati binanın dəyəri qovşağın balansına qəbul edilmişdir. 4. ünvan 1i, 247 nömrəli sahədə yerləşən 0.042 ha torpaq sahəsi Abşeron rayon Masazır bələdiyyəsinin adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnaməyə əsasən, X2 rayonu ərazisində yerləşən Masazır bələdiyyəsinin, dövlətin mülkiyyətində olan 426,0 kv.metr və ya 0,0426 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi və ya icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasın ın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 23 sentyabr 2010-cu il tarixdə keçirilmiş açıq torpaq hərracının və ya müsabiqənin qalibidir. Torpaq sahəsi açıq torpaq hərracında, müsabiqədə 970 manata mülkiyyətə və ya icarəyə verilmişdir. 6. ünvan 1i, 247 nömrəli sahədə yerləşən 0.042 ha torpaq sahəsi X5 adına daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli **********29-10301 reyestr nömrəli texniki pasporta əsasən, ünvan 1i ünvanında yerləşən 0.042 ha torpaq sahəsi və fərdi yaşayış evi Qənbərova (Əzizova) Əfsanə Bilal qızının mülkiyyətindədir. 8. ünvan 1i ərazisində yerləşən 0.042 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 128.1 kv.m olan fərdi yaşayış evi Qənbərova (Əzizova) Əfsanə Bilal qızının adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Qənbərova (Əzizova) Əfsanə Bilal qızı (bundan sonra – iddiaçı) cavabdeh «Aztelekom” MMC-yə (bundan sonra – cavabdeh) qarşı (üçüncü şəxs Abşeron rayon Masazır Bələdiyyəsi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ər azi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan 0.042 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş ATS binasının cavabdehin hesabına sökülməsi, ona məxsus torpaq sahəsindən qanunsuz istifadə etdiyinə görə cavabdehdən 10.000 manat məbləğində kompensasiya və 1000 manat məbləğində mənəvi zərərin əvəzinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən sahəsi 0.042 ha olan torpaq sahəsi və torpaq sahəsinin içərisində yerləşən ümumi sahəsi 128.1 kv fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abş eron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. O, mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir və həmin evdə yaşayır. Cavabdehin X1suz olaraq və onun xəbəri olmadan ona məxsus torpaq sahəsində ATS tikdirmiş və ona məxsus torpaq sahəsini demək olar ki, zəbt etmişdir. Dəfələrlə, cavabdeh təşkilata mülkiyyətində olan torpaq sahəsini boşaltmasını tələb etsə də, onun tələbinə məhəl qoymamışdır. Ona görə də pozulmuş mülkiyyət hüquqlarının məhkəmə vasitəsilə bərpa olunması qərarına gəlmişdir.

11. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2007-ci ildə Masazır bələdiyyəsi tərəfindən onlara torpaq sahəsi ayrılıb, İcra Hakimiyyətinin ica zəsi və rəyi əsasında ATS tikilmişdir. Sənədlər qaydasındadır və icazə də alınmışdır. Torpaq cavabdehin balansındadır.

12. Məhkəmə icraatı zamanı iş üzrə məhkəmə inşaat-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2101 saylı ekspert rəyindən müəyyən edilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən 0,042 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində cavabdeh "xxxx" MMC-nin X3 tərəfindən faktiki olaraq istifadə etdiyi 0,0259 ha hissəsində yerləşən tikililərin (inzibati bina poçt və köməkçi tikili) məhz iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur.

13. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(012)-98/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi (hakim C.Səfiyeva) ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilən faktiki hallarına və müvafiq qanunvericilik normalarına əsasən, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdehə torpaq sahəsi müvafiq hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıdan daha əvvəl ayrılmış, iddiaçıya torpaq satılarkən həmin tikili mövcud olmuşdur.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Qanunun 16.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 106.1, 107-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun Konstitusiya ilə təminat altına alınan və qorunan mülkiyyət hüquqlarını təmin etməmişdir. Məhkəmə bildirir ki, cavabdeh mübahisə olunan torpağı əvv əl almışdır. Mübahisəli torpaq sahəsini o, 23 sentyabr 2010-cu ildə hərrac vasitəsilə aldıqdan bir neçə il sonra cavabdeh ona məxsus torpaq sahəsində qanunsuz tikili inşa etmişdir. Abşeron rayonu Masazır Bələdiyyəsinin 16 aprel 2007-ci il tarixli 17 nömrəli qərarı ilə “Atçılıq” adlanan sahənin yanında yeni Telekommunikasiya Qovşağının tikintisi üçün ayrılan 250 kv.m torpaq sahəsi olduğu heç bir rəsmi sənədlə və sübutla təsdiq olunmur. Məhkəmə ekspert rəyinə düzgün qiymət verməmişdir. Məhkəmə yekun nəticəyə gələrkən işin bütün faktiki hallarını araşdırmamış, iş materiallarında olan vacib sübutları düzgün qiymətləndirməmiş, sənədləri düzgün araşdırmamışdır.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 31 oktyabr 2022-ci il tarix li, 2(105)-1934/2022 nömrəli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi iə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni düzgündür. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir.

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 2 1.1, 21.2, 21.3, 1097-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Qanunun 16.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 78.1, 107, 119.1, 217.4-cü maddələrinə və Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23 maddələrinin şərh edilməsinə” dair 31 may 2002 il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və qorunan mülkiyyət hüququnu təmin etməmişdir. Belə ki, mülkiyyətçisi olduğu torpaq sahəsi qanuni əsaslarla ilk öncə Masazır bələdiyyəsinin mülkiyyətinə verilmişdir, daha sonra isə açıq hərrac vasitəsi ilə ona satılmış və mülkiyyətinə keçmişdir. İş üzrə məhkəmələr cavabdehin dövlət müəssisəsi olmasına üstünlük verərək, onun qanuni şəkildə mülkiyyətinə verilmiş və qanunla qorunan əmlaka olan hüququnu tanımamışdır. Məhkəmələr qətnamədə qeyd etmişdir ki, “cavabdehə qeyd edilən məqsədlə ayrılan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən torpaq sahəsindən daha əvvəl olmuşdur, hətta iddiaçıya torpaq sahəsi ayrılan zaman mübahisəli tikili artıq mövcud olmuşdur”. Bu tamamilə absurddur və o, iddia ərizəsində də bildirmişdir ki, o, torp aq sahəsini xx.xx.2010cu ildə hərrac vasitəsilə aldıqdan bir neçə il sonra cavabdeh ona məxsus torpaq sahəsində qanunsuz tikili inşa etmişdir. Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə “Atçılıq” adlanan sahənin yanında yeni Telekommunikasiya Qovşağının tikintisi üçün ayrılan 250 kv.m torpaq sahəsi olduğu heç bir rəsmi sənədlə və sübutla təsdiq olunmur. Belə olduğu halda rəsmi dövlət qeydiyyatından keçmiş və heç bir zaman cavabdeh tərəfindən mübahisələndirilməmiş onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehə aid olması barədə nəticəyə gəlmək müvafiq maddi hüquq normasının pozulması və düzgün tətbiq olunmaması deməkdir.

23. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 139.1, 139.3, 140, 157.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 372, 418-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz etiraz edərək bildirmişdir ki, iş üzrə məhkəmə qətnamələri qanuni və əsaslı olmaqla işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. İstinad edilən qətnamələrə əsasən və iş materiallarının məcmu halında qiymətləndirilməsindən məlum olduğu kimi, cavabdehə ayrılmış torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş və onun hal-hazırda mülkiyyət hüququnun pozulduğunu iddia etdiyi torpaq sahəsindən daha əvvəl olmuşdur. Hətta, iddiaçıya torpaq sahəsi ayrılan zaman mübahisəli tikili artıq orada mövcud olmuşdur. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasın ın Mülki Məcəlləsi

27. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

28. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Bələdiyyə torpaqlarının idarə edil məsi haqqında” Qanun

30. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

31. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

32. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma m əqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsinin tikinti məqsədləri üçün cavabdehə ayrılması barədə Bələdiyyənin qərarı və telekommunikasiya qovşağının inşa edilərək xx.xx.2009-cu il tarixdə istismara qəbul edilməsi barədə hüquqmüəyyənedici sənədlər qüvvəsində olduğu və iddiaçı tərəfindən mübahisələndirmədiyi halda, həmçinin iddiaçıya torpaq sahəsi satılarkən həmin tikilinin bu torpaq sahəsində mövcud olması cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt edərək orada qanunsuz tikili inşa etməsi barədə dəlillərini təkzib edir.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin tikilinin sonradan inşa edilməsi barədə dəlillərini əsassız hesab edir, belə ki, torpaq sahəsi ayrılarkən qovşaq binasının mövcud olmasını iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında etiraf etmişdir. (iş v149) Cavabdehin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reye strində qeydə alınmamasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə torpaq sahəsinin ayrılması barədə Bələdiyyə qərarının mövcudluğu cavabdehin həmin sahəyə istifadə və sahiblik hüquqlarının olmasını deməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, «mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakın qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir»

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı oğlu tərəfi ndən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(105)-1934/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar