Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-881/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (qeyri-yaşayış sahəsinə dair müqavilənin verilməsi, istifadə hüququnun tanınması, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilənin verilməsinin cavabdehə həvalə edilməsi və qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 2(103)-3539/2023 nömrəli iş üzrə 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 27 iyun 2007-ci il tarixli maliyyə arayışına əsasən həmin MMC-yə məxsus və onun tərəfindən tikilməkdə olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə ilə Talıblı küçələrində yerləşən hündürmərtəbəli yaşayış binasının, ümumi sahəsi 388 kv.m. olan qeyri-yaşayış sahəsinin 1 kv.m. dəyəri 500 manat olmaqla, ümumi pay dəyəri 194000 manat İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.
2. Cavabdeh MMC tərəfindən verilmiş 14 nömrəli, 27 iyun 2007-ci il tarixli kassa mədaxil o rderinə əsasən İddiaçı 388 kv.m. qeyri-yaşayış (yarım zirzəmi) sahəsi üçün 194000 manat məbləğində pul vəsaitini ödəmişdir.
3. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış məktuba əsasən Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilə cəmiyyətin arxiv sənədlərinin içərisində yoxdur. 4. 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 117,4 kv.m olan, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 314,6 kv.metr olan qeyriyaşayış sahələrinə dair sənədlərə əsasən 117,4 kv.m olan sahə 15 fevral 2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin sahə ilə bağlı İddiaçı arasında 27 iyun 2017-ci il tarixdə Cavabdeh MMC arasında müvafiq müqavilə bağlanmışdır. Həmçinin, təqdim edilmiş sənədlərə əsasən 314,6 kv. m sahə 16 fevral 2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin sahə ilə bağlı 27 iyun 2007-ci il tarixdə Cavabdeh MMC və İddiaçı arasında müvafiq müqavilə bağlanmışdır. 5. 17 avqust 2009-cu il tarixli müqavilə ilə Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki ərazisində tikilməkdə olan yaşayış binasının birinci mərtəbəsində 440 kv.m qeyri-yaşayış sahəsinin tikintisini, X9 isə həmin qeyriyaşayış sahəsinin qiyməti olan 352000 manat pulu ödəməyi öhdəsinə götürmüşlər.
6. Cavabdeh MMC tərəfindən verilmiş 17 avqust 2009-cu il tarixli kassa mədaxil orderinə əsasən X9 tərəfindən qeyri-yaşayış sahəsi üçün 352000 manat məbləğində pul vəsaiti ödənilmişdir.
7. X9 15 mart 2012-ci il tarixində vəfat etmişdir. Maraqlı şəxs X6 övladıdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(004)4349/2020 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 440 kv.m olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilənin verilməsin in Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh” və ya “MMC”) həvalə olunması və 388 kv.m. qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində MMC tərəfindən 2005-ci il tarixdə hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanılmış və tikinti işləri 2008-ci il tarixdə başa çatmışdır. İddiaçı tərəfindən 194000 manat dəyəri ödənilməklə həmin binadan 388 kv.m. qeyri-yaşayış (yarımzirzəmi) sahəsinin alınması üçün 27 iyun 2007-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanılmışdır.
11. Cavabdeh tərəfindən tikinti işləri başa çatdıqdan sonra 2008-ci ilin sonlarında iddiaçı özünə məxsu s ünvan 3 qeyri-yaşayış sahəsində əsaslı təmir işləri aparmış, təmirə və quraşdırılan avadanlıqlara 300000 ABŞ dolları kapital qoymuşdur. 2009-cu il tarixdən qeyri-yaşayış sahəsi istifadəyə verilmiş və hazıradək fəaliyyətini davam etdirir.
12. İddiaçı və cavabdeh arasında 388 kv.m. qeyri-yaşayış sahəsinin alınması üçün bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilə müxtəlif bəhanələr gətirməklə iddiaçıya verilməmişdir. Hansı ki, maliyyə arayışı və ödəniş qəbzi iddiaçının özündədir. Bununla əlaqədar iddiaçı dəfələrlə MMC-yə müraciət etmiş, MMC müəssisənin arxiv sənədləri olmadığı üçün iddiaçıya müsbət cavab verə bilməməsini göstərmişdir.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 16,17, 18, 21, 385.1, 442, 443, 448.1 və 752.1-ci maddələrinə istinad etmişdir.
14. Cavabdeh iddiaya yazılı etiraz vermiş və nümayəndəsi birinci instansiya məhkməsində həmin etirazı müdafiə etmişdir. Etirazın dəlilləri belə olmuşdur: - MMC ilə iddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) indiki Əsəd Əhmədov küçəsi, 26K ünvanında inşa edilmiş binada yerləşən 388 kv.m. (yarım zirzəmi) qeyri-yaşayış sahəsinə görə xx.xx.2007-ci il tarixdə müqavilə bağlanmış, müqavilə üzrə 194.000 manat iddiaçı tərəfindən tam ödənilmiş, bununla əlaqədar iddiaçıya maliyyə arayışı və kassa mədaxil orderi verilmişdir; - lakin MMC ilə iddiaçı rasında başlanmış 27 iyun 2007-ci il tarixli müqavilə MMCnin arxiv sənədlərini də yoxdur; - qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən təmir edilərək iddiaçının istifadəsindədir; - qeyr i-yaşayış sahəsinə müqavilənin bağlanması üçün iddiaçı tərəfindən ödəniş həyata keçirilməlidir, buna görə də iddia təmin edilməməlidir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(004)- 6710/2018 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə il Talıblı küçələrinin kəsişməsi), Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanmış 27 iyun 2007-ci il tarixli müqavilənin iddiaçıya verilməsinin MMC-yə həvalə edilməsi, həmin qeyri-yaşayış sahəsinə iddiaçının istifadə və sahiblik hüququnun tanınması qət edilmişdir. (hakim Xuraman Məhərrəmova)
16. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində), indiki Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. (yarımzirzəmi) qeyri-yaşayış sahəsini 194000 manat məbləğinə alması barədə MMC ilə müqavilə bağlayaraq, həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəmişdir. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində əsaslı təmir aparılmışdır. Buna baxmayaraq, tərəflərin arasında mübahisəli qeyri-yaşayış sahəsinin alınması üçün bağlanmış 27 iyun 2007-ci il tarixli müqaviləni cavabdeh iddiaçıya verməkdən imtina etdiyindən cavabdeh həmin müqaviləni əldə edə bilməmişdir.
17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, iddiaçı qeyri-yaşayış sahəsinin dəyərini 27 iyun 2007-ci il tarixdə tam həcmdə ödəmək lə, mübahisəli qeyri-yaşayış sahəsini cavabdehdən almaqla, həmin vaxtdan onun həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ yaranmışdır. Buna görə də, qeyri-yaşayış sahəsinə iddiaçının sahiblik və istifadə hüququ tanınmalı və 27 iyun 2007ci il tarixli müqavilənin iddiaçıya verilməsi cavabdehə həvalə edilməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 157.8, 178.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci, 88, 217.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində b irinci icraat
19. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs (bundan sonra “maraqlı şəxs”) apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: - maraqlı şəxsin atası X9 ilə MMC arasında bağlanmış 17 avqust 2009-cu il tarixli müqaviləyə əsasən MMC 440 kv.m. qeyri-yaşayış sahəsini tikib təhvil verməyi, X9 isə həmin tikintinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin tikintinin dəyəri 352.000 manat olmaqla X9 tərəfindən tam şəkildə ödənilmişdir. Qeyri-yaşayış sahəsi X9 tərəfindən əsaslı təmir edilmiş, bir müddət un məmulatları satılan mağaza olaraq icarəyə verilmişdir. X9 15 mart 2012-ci ildə vəfat etmişdir. Bundan istifadə edən və uzun müddətdir ki, X9 ilə həm ticarət, həm də “dostluq” münasibətləri olmuş iddiaçı qeyd edilən (440 kv.m.) qeyri-yaşayış sahəsinin ona satıldığını iddia edərək, məhkəməyə müraciət etmişdir; - iş materiallarından görünür ki, MMC tərəfindən iddiaçının bağlandığı iddia etdiyi 27 iyun 2007-ci il tarixli müqavilə şirkətin arxivində yoxdur. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi guya həmin əmlakın dəyərini ödəməsini əks etdirən 194000 manat məbləğində maliyyə arayışı həmin əmlakın real dəyərini əks etdirmir; - bundan əlavə, X6 hüquqi varisi olaraq Maraqlı şəxs məhkəməyə maraqlı şəxs qismində çağırılmamışdır; - qeyd edilənlərdən hər hansı məlumatı olmadığına görə maraqlı şəxs vərəsəsi olduğu mübahisələndirilən əmlakın (440 kv.m. qeyri-yaşayış sahəsinin) ona təhvil verilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və həmin Məhkəmənin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, cavabdeh MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən 440 kv.m. olan qeyri-yaşayış sahəsinin maraqlı şəxsə verilməsi öhdəliyi MMC-nin üzərinə qoyulmuşdur. Lakin qeyd edilən icra sənədinin icrası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018ci il tarixli hazırki qətnaməsinin mövcudluğu və iddiaçıya ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışlar olduğu üçün mümkünsüz olmuşdur; - həmçinin məhkəmə qərarı ilə maraqlı şəxsə verilməli olan əmlak iddiaçının mülkiyyətində və istifadəsində olan 2 qeyri-yaşayış sahəsidir.
21. İddiaçı apellyasiya şikayətinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisədə adı keçən qeyri-yaşayış sahəsini 27 iyun 2007-ci ild ə alıb, 2009-cu ildən təmir etdirib, işlədir. Maraqlı şəxsin atası X9 3 il ərzində mütəmadi olaraq orada yeyib-içib, itirahət edib, hesab verib. Belə olan halda, obyekt mərhum Ələsgər Ömərova məxsus idisə, obyektin ona məxsus olmasını, boşaldılmasını tələb edərdi. Həmçinin mərhum Ələsgər Ömərovun oğlu olan maraqlə şəxs də 10 ildə bir dəfə də olsun həmin qeyri-yaşayış sahəsini tələb etməmişdir.
22. Apellyasiya baxşında MMC-nin nümayəndəsi (direktoru) Nümayəndə2 bildirmişdir ki, onun bu işlərdən xəbəri yoxdur, hazırda MMC-nin direktoru vəzifəsində işləyir. Mübahisəli obyekt iddiaçını mülkiyyətindədir, əvvəllər tərəflər arasında nə münasibət olduğunu bilmir, çünki o vaxt MMC-də işləməmişdir.
23. Apellyasiya baxşında şahid X10 göğstərmişdir ki, MMC-nin icraçı direktoru olub. İddiaçı ilə Ələsgə r Ömərov şərik olumuşlar. 2005-ci ildə binanın tikintisi başlamış, pay bölgüsü olanda 440 kv.metr iddiaçşıya düşmüşdür. Əhmədlidə tikiılən binada da şərik idilər, oradkı obyekt isə Ələsgər Ömərova düşmüşdü. İddiaçı mübahisəli obyektin təmirinə 286000 ABŞ dolları pul xərcləmişdir. İddiaçı Çində olanda mübahisəli yer şirniyyat sexi kimi fəaliyyət göstərirdi. Ələsgər Ömərov da, onun oğlu olan maraqlı şəxs də bunu bilirdi. X5 toyu üçün həmin sexdə tort bişirilmişdi, iddiaçı bunu hədiyyə etmişdi. İddiaçı Çində olduğuna görə sexə kassa aparatının qeydiyyatı üçün müqavilə lazım olmuş, həmin vaxt Ələsgər Ömərovun adına formal müqavilə bağlanmışdı ki, kassa aparatı alınsın. Sonra klassa aparatı verilmədi, müqaviləni də mübahisələndirən olmadı, yəni Ələsgər Ömərovun adına verilən müqavilə və maliyyə arayışı formal olaraq tərtib edilmişdi.
24. Apellyasiya baxşında şahid X3 göstərmişdir ki, onun iddiaçı ilə birlikdə ilk iş yeri “Yenes” şirkəti olmuş, həmin torpaq onun şəxsi torpağı olmuşdur. Cavanşir adlı tanışı vasitəsilə Ələsgərlə tanış olmuş, az müddətdə yaxın münasibət saxlamış, güvəndiyi insan olmuşdur. O zaman “Bakond” televiziya evinin yaxınlığında kirayə evdə qalmış, gediş-gəlişləri olmuşdur. Onlar şəriklərlə birlikdə birinci bina tikilib başa çatandan sonra ikinci binanın tikinrtisinə başlamış, həmin binada o zaman köçkünlər yaşamış və oranı tərk etmişlər. Bütün alğı-satqı məsələləri Ələsgər Ömərova həvalə olunmuş, birlikdə çox işlər görmüş, lakin heç birində tərəfindən onlara hesabatlar daxil olmamışdır. Zəlimxan və Alim adında iki qardaş olmuş, onlarla da tez-tez görüşmüşl ər. Ələsgər ona Alimin də 400000 manat verərək şərik olduğunu bildirmişdir. Lakin sonra ona məlum olmuşdur ki, həmin pulu 1 nömrəli Tikiş fabrikinin yerinə vermişlər, lakin tikintini başa çatdıra bilməmişlər. Pulu İmişlidən olan Fikrət adında şəxsə vermiş, o, qapı-pəncərə sexində işləmişdir. Belə ki, Ələsgərin onları aldatdığı məlum olmuşdur. Həmin mübahisəli yerin yerləşdiyi sahə İddiaçı məxsus olmuş, Ələsgər o zaman Xətai rayonunda Fateh şirkətində, 7 bloklu binanın tikintisinə başlamışdır. İddiaçıla şərik olduqları üçün binanın tikintisini İddiaçı bitirmişdir. Belə ki, Ələsgər Ömərov rəhmətə getmiş, bina yarımçıq qalmışdır. X4 ailəsinə hücüm etməmələri üçün İddiaçı həmin binanın tikintisini başa çatdırmışdır. İddiaçı yarı-zirzəmi olan mübahisəli ərazini təmir etdirmişdir. Hətta İddiaçı orada şirniyyat sexi olmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən qeyri-yaşayış sahəsini yerində müayinə etmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlakda hazırda “Secrets Pub” adlı çay evi fəaliyyət göstərir. Mübahisəli yerə girişdə mübahisəli yerin yerləşdiyi yerə qədər (2 otaq iç-içə yerləşir, aralarında qapı mövcud deyil, bu otaqlardan sonra 314.6 kv.metr sahə mövcuddur) İddiaçı məxsus 117.4 kv.metr yer mövcuddur. Həmin yer 2017-ci il tarixdə İddiaçı tərəfindən alınıb. Bu yer müqavilə üzrə 120 kv.metr təşkil edir (çıxarışda 117.4 kv.m) və mübahisə doğurmur. 117.4 kv metr sahəsi olan qeyri-yaşayış sahəsinə maraqlı şəxsin iddiası yoxdur. Mübahisə doğuran yer çıxarış üzrə 314.6 kv.metr sahəni əhatə edir. Maraqlı şəxs məhz 314.6 kv.metr olan sa hənin ona məxsus olmasını iddia edir
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)-5860/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(004)-6710/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Vahid Sadıqov)
27. Apellyasiya instnasiyası məhkəməsi işdəki sənədlərə və şahid ifadlərinə əsasən müəyyən etmişdir ki, həqiqətən də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən yaşayış binası 4 nəfərin yəni, İddiaçı, X9, X3 və Fazil adlı şəxsin şərikliyi ilə inşa edilmişdir. İddiaçı ilə 388 kv.m sahə ilə bağlı müvafiq müqavilə 2007-ci ildə bağlanmış, X9 ilə bağlanmış müqavilə isə həmin sahə ilə bağlı hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, digər niyyətlə bağlanmışdır. Yəni iddiaçı Çin Xalq Respublikasında olan zaman mübahisəli yer şirniyyat sexi kimi fəaliyyət göstərdiyindən gələ bilmədiyi üçün kassa aparatının məlumatlarına görə həmin yer üçün Ələsgər Ömərovun adına müqavilə bağlanmasını bildirmişdir. Mübahisəli sahənin iddiaçı tərəfindən hazırki vaxta kimi təmir etdirərək əvvəl şirniyyat sexi kimi, hazırda isə bar kimi işlətməsini şahidlər təsdiq etmişlər. Şirniyyat sexinin 2009-cu ildə fəaliyyət göstərməsini maraqlı şəxs də izahatında təsdiq etmişdir. ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 117,4 kv.m olan, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 314,6 kv. olan qeyri-yaşayış sahələrinə dair sənədlərə əsasən 117,4 kv.m olan sahə xx.xx.2021-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, həmin sahə ilə bağlı iddiaçı ilə MMC arasında xx.xx.2017-ci il tarixdə müvafiq müqavilə bağlanmışdır. Həmçinin 314,6 kv.m sahə xx.xx.2021-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin sahəyə dair iddiaçı ilə MMC arasında xx.xx.2007-ci il müvafiq müqavilə bağlanmışdır.
28. Apellyasiya instnasiyası məhkəməsi MMC tərəfindən iddiaçının bağlandığı iddia etdiyi 27 iyun 2007-ci il tarixli müqavilənin şirkətin arxivində olmadığına, həmin müqavilənin iddiaçıya verilməsinin mümkünsüzlüyü ilə bağlı iddia tələbinin əsassız olmasına dair apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu dəlil yuxarıda qeyd edilə n 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş sənədlər içərisində iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müvafiq müqavilənin məzmunu ilə təkzib edilir. İddiaçının bildirdiyinə görə müqavilə icra prosesində təqdim edildiyindən ona müvafiq çıxarış verilmişdir. Təqdim edilmiş müqaviləyə əsasən də müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsidir.
29. Apellyasiya instnasiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 117,4 kv.m olan sahə mübahisə predmeti deyil və olmamışdır. Bu, tərəflərin həm məhkəmədə verdikləri izahatları, həm iştirakları ilə keçirilmiş yerli bax ış zamanı da öz təsdişqini tapmışdır.
30. Apellyasiya instnasiyası məhkəməsi göstərmişdir ki, maraqlı şəxsin mübahisələndirdiyi sahə ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 314,6 kv. olan qeyriyaşayış sahəsidir. Lakin Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)43492020 saylı qətnaməsi ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın İ mərtəbəsində yerləşən 440 kv.m. olan qeyriyaşayış sahəsinin maraqlı şəxsə verilməsi öhdəliyi MMC-nin üzərinə qoyulmuşdur. Yerli baxış zamanı maraqlı şəxs iddiaçının adına olan sahənin qeyd edilən məhkəmə qətnaməsində əksini tapan sahə olmasını göstərsə də, həmin sahənin 440 kv.m olması öz təsdiqini tapmamışdır.
31. Apellyasiya instnasiyası məhkəməsi onu da vurğulamışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-c i il tarixli 2(004)-43492020 saylı qətnaməsində göstərilən ünvan ilə ünvan 6l tarixli qətnaməsində göstərilən ünvan (Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsi) eyni ünvanlar olmamaqla ayrı-ayrı ünvanlardır. Bununla bağlı tərəflərə müvafiq ekspertizanın keçirilməsi təklif esdilsə də, maraqlı şəxs buna etiraz edərək bildirmişdir ki, işə əlavə olunan sənədlərə əsasən hər iki qətnamənin predmeti eyni sahələrdir.
32. Apellyasiya instnasiyası məhkəməsi bildirmişdir ki, qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-43492020 saylı qətnaməsində X9 ilə MMC arasında bağlanmış 17 avqust 2009-cu il tarixli Müqaviləy ə istinad edilsə də, hazırki işə apellyasiya icraatında baxılan zaman sözugedən müqavilənin mübahisəli sahə ilə bağlı hüquqi nətisələr yaratmaq niyyəti ilə formal əsaslarla bağlanması müəyyən edilmişdir. Bu həm şahid ifadələri, həm yerli müayinənin nəticələri, həm də ilk müqavilənin iddiaçı ilə MMC arasında xx.xx.2007-ci il tarixdə bağlanması, hazırki vaxta kimi həmin sahənin iddiaçının istifadəsində olması və işin digər araşdırılmış halları ilə öz təsdiqini tapmışdır.
33. Apellyasiya instnasiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzə rdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
34. Apellyasiya instnasiyası məhkəməsinin mövqeyiən görə maraqlı şəxs iddiaçının əmlakını ondan sonra bağlanmış müqavilə əsasında özününkü hesab etsə də, bunun üçün artıq heç bir hüquqi əsası olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi icra edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya müvafiq çıxarışlar da verilmişdir.
35. Apellyasiya instnasiyası məhkəməsi son olareaq belə nəticəyə gəlmişdir ki, ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-4349/2018 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsinin mövcudlğu ondan əvvəl qəbul edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6710/2018 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas deyil, c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
36. Maraqlı şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli 2(102)-1125/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)-5860/2022 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
38. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - birinci instansiya məhkəməsi işə Maraqlı şəxs hüquq və mənafelərinə toxunan qətnamə qəbul etsə də, sonuncu işə cəlb olunmamışdır. Bu hal özü-özlüyündə MPM-in 387.2.4-cü maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq rayon məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olduğu halda, apellyasiya məhkəməsi rayon məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır; - digər tərəfdən, apellyasiya məhkəməsi qətnaməsində ziddiyyətli sübutlara istinad etmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıql ı münasibətinə uyğun əsaslandırmamışdır. Belə ki, məhkəmə şahidlər X1 və X7 ifadələrinə istinad edərək müəyyən etmişdir ki, iddiaçı ilə müvafiq müqavilə 2007-ci ildə bağlanmış, X9 ilə bağlanmış müqavilə isə həmin sahə ilə bağlı hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, görünüş üçün bağlanmışdır. Lakin apellyasiya məhkəməsi həmin şahidlərin verdikləri ifadələrinin mötəbərliyini Mülki Məcəllənin 88-ci maddəsinə uyğun qiymətləndirməmişdir. Apellyasiya məhkəməsinin də müəyyən etdiyi kimi, həmin şahidlərdən Bəybala İsmayılov iddiaçı və kassatorun atası ilə yanaşı, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın tikintisində şərik olmuşdur. Digər şahid Ramiz Qazaxlı isə cavabdeh MMC-nin əvvəlki qanuni təmsilçisi olmuşdur. Qeyd olunmalıdır ki, şahid X10 mübahisəli sahənin iddiaçıya aid o lmasını qeyd etsə də, müəyyən olunmuş qaydada onunla müqavilənin bağlanmamasını əsaslandırmamış və bununla bağlı məhkəmə tərəfindən ona suallar verilməmişdir; - həmçinin, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində cavabdeh MMC-nin qanuni təmsilçisi kimi iştirak etmiş Ramiz Qazaxlı izahatında və yazılı etirazında, qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olduğunu qeyd etsə də, iddiaçı tərəfindən ödəniş edilməli olması əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir; - şahid Bəybala İsmayılovun ifadəsindən müəyyən olunur ki, o, mərhum Ələsgər Ömərova inandığını, lakin sonuncuya görə məhkəmə çəkişmələrinin olduğunu və müflis olmasını göstərmişdir. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırılması üçün istinad etdiyi şahidlər ziddiyyətli if adələr verməklə, onların iddiaçının xeyrinə ifadə verməkdə maraqlı olmaları istisna olunmur; - apellyasiya məhkəməsi hesab etmişdir ki, MMC ilə X9 arasında bağlanmış müqavilə hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, digər niyyətlə bağlanmışdır. Məhkəmə həmin mövqeyini iddiaçının mübahisəli yeri şirniyyat sexi kimi istifadə etdiyi, Çin Xalq Respublikasında olan zaman kassa aparatının məlumatlarına görə həmin yer üzrə Ələsgər Ömərovun adına müqavilə bağlanmasını bildirdiyini göstərmişdir. Yəni, məhkəmə Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad etməsə də, faktiki olaraq 17 avqust 2009-cu il tarixli müqaviləni uydurma əqd kimi qiymətləndirmişdir. Lakin apellyasiya məhkəməsi həmin nəticəyə gəlinməsi üçün əsas olan halları tam araşdırmamış, iddiaçının və onun təqdim etdiyi şahidlərin bun unla bağlı gətirdikləri dəlilləri ilə bağlı digər sübutların, o cümlədən iddiaçının Çin Xalq Respublikasında olmasını, şirniyyat sexinin kimin adına vergi uçotuna alınmasını, mübahisəli dövrdə kim tərəfindən işlədilməsini təsdiq edən sübutların təqdim edilməsini tərəflərə təklif etməmişdir. Halbuki, apellyator məhkəməyə verdiyi şikayətində və apellyasiya məhkəməsindəki izahatında mübahisəli qeyri-yaşayış sahəsində fəaliyyət göstərən şirniyyat sexinin vergi qeydiyyatının atasının adına olduğunu, bacısının nişanında isə həmin sexdən tort alarkən pul ödəmədiklərini və atasının həmin yerin onlara aid olduğunu demişdir. Nəzərə alınmalıdır ki, iddiaçı ilə üçüncü şəxsin mərhum atasının şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları işin mübahisəsiz halıdır. Belə olan halda, mübahisəli sahədə iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olması özüözlüyündə həmin sahənin ona aid olması kimi qiymətləndirilməsi əlavə sübutlarla təsdiqini tapmalıdır. Məhz bu səbəbə görə də, apellyasiya məhkəməsinin Mülki Məcəllənin 452.1-ci maddəsinə istinadı əsassızdır. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
39. Təkrar apelyasiya baxışında apellyasiya instansiyası məhkəməsi 21 iyun 2023-cü il tarixli qərardadı ilə sənədlərin texniki ekspertizasını təyin etmiş, ekspert qarşısında iddiaçı və maraqlı şəxs tərəfindən təqdim edilən maliyyə arayışları və kassa mədaxil orderlərində olan möhürlərin eynilik təşkil edib-etməməsi, həmin sənədlərdəki imzaların eyni şəxs tərəfindən icra edilib-edilməməsi və vaxtı barədə suallar qoymuşdur.
40. Məhkəmə Ekspertizası Mərkəzinin 4/1223-5/988 -5/998 saylı, 14 avqust 2023cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş 27 iyun 2007-ci il tarixli 14 № li Kassa mədaxil orderinin qəbzində ’’Rəhbər:” qrafasındakı və 27 iyun 2007-ci il tarixli maliyyə arayışında Cavabdeh MMC-nin direktoru: qrafasındakı imzalar ilə 17 avqust 2009-cu il tarixli müqavilədə və 17 avqust 2009-cu il tarixli müqavilyə 1 № li əlavədə ’’Podratçı” qrafalarından aşağıda yerləşən “İmza:” qrafalarındakı imzalar 17 avqust 2009cu il tarixli kassa mədaxil orderində “Rəhbər:” qrafasındakı imza – eyni şəxs tərəfindən imza olunmuşdur. 27 iyun 2007-ci il tarixli 14 nömrəli Kassa mədaxil orderinin qəbzində, 27 iyun 2007-ci il tarixli maliyyə arayışında, 17 avqust 2009-cu il tarixli müqavilədə,17 avqust 2009-cu il tarixli 1 nömrəli müqaviləyə əlavədə, 17 avqust 200 9-cu il tarixli kassa mədaxil orderində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş 27 iyun 2007-ci il tarixli 14 nömrəli Kassa mədaxil orderinin qəbzində, 27 iyun 2007-ci il tarixli maliyyə arayışında olan möhür əksləri və 17 avqust 2009-cu il tarixli müqavilədə, 17avqust 2009-cu il tarixli 1 nömrəli müqaviləyə əlavədə, 17 avqust 2009-cu il tarixli kassa mədaxil orderində olan möhür əksləri öz aralarında eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş 27 iyun 2007-ci il tarixli 14nömrəli Kassa mədaxil orderinin qəbzində olan möhür əkslərinin aşınma dərəcəsi eyni və ya müxtəlif olan möhürlə vurulmasının müəyyən edilməsi üçün əlamətlər kifayət etmədiyinə görə, qəti inkar və ya təsdiqedici nəticəyə gəlmək mümkün olmadı. Tədqiqata tə qdim edilmiş 17 avqust 2009-cu il tarixli 1 nömrəli müqaviləyə əlavədə, 17 avqust 2009-cu il tarixli kassa mədaxil orderində olan möhür əkslərinin aşınma dərəcəsi eyni və ya müxtəlif olan möhürlə vurulmasının müəyyən edilməsi üçün əlamətlər kifayət etmədiyinə görə, qəti inkar və ya təsdiqedici nəticəyə gəlmək mümkün olmadı. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədin tərtib olunma tarixinin, ştempel boya ilə icra olunmuş möhür əksinin, diyircəkli qələmlə icra olunmuş imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırla metodika olmadığına görə qərardadda göstərilən “Tədqiqata təqdim olunan sadalanan sənədlər arasında maliyyə arayışının, kassa mədaxil orderlərinin və müqavilənin hansı daha əvvəl tərtib edilmişdir?” sualı üzrə tədqiqa t aparılmadı.
41. Təkrar apelyasiya baxışında X10 yenidən şahid qismində dindirilmiş və o, bildirmişdir ki, 2004-cü ilən 2017-ci ilədək MMC-də təsisçi direktor vəzifəsində çalışmış, 2017-ci ildə isə məhkəmə qərarı əsasında bu vəzifədən çıxmışdır. Belə ki, 4 şərik olub, onlar Tofiq, Ələsgər, Fazil və Bəybaladır, qeyri-rəsmi şərik olmuşlar. Şəriklər özlərinə yer götürəndə həm Fazil bəyə, həm də Tofiq bəyə maliyyə arayışı verilmişdir. Bu hadisə 2007-ci ildə olub, onların müqavilələri olmayıb. Tərəflər şərik olduğuna görə müqavilə olmamışdır. 2008-ci ildə orada təmir işləri aparılıb. İddiaçıya yazdığı müqaviləyə səbəb isə odur ki, məhkəmə icraçıları iddiaçının maliyyə arayışı olduğu üçün obyektin iddiaçıya məxsus olduğunu bildirmişlər, ona görə də müqaviləni vermişdir.
42. Bakı Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2(103)-3539/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(004)-6710/2018 nömrəli qətnaməsi ləğv edilərək, iddia təmin olunmamışdır. (hakim Fuad Babayev (sədrlik edən və məruzəçi) Fərrux Qasımov, Cəmilə Musayeva)
43. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, apellyasiya şikayəti verən maraqlı şəxsin əsas dəlilinə görə mübahisəli qeyri-yaşayış sahəsi 17 avqust 2009-cu il tarixli müqavilə ilə onun mərhum atası tərəfindən alınmış, iddiaçının tələbinə onun iştirakı olmadan baxılmaqla, həmin sahə üzərində hüquqları pozulmuşdur.
44. Apellyasiya instansiyası məhkəməsi göstərilən dəlili əsaslı hesab edərək göstərmişdir ki, bi rinci instansiya məhkəməsi mübahisəni Maraqlı şəxs hüquq və mənafelərinə toxunduğu halda sonuncunu işə cəlb etmədən həll etmişdir. Bu hal özüözlüyündə MPM-in 387.2.4-cü maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq rayon məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır.
45. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən yaşayış binası 4 nəfərin yəni, İddiaçı, X6 (maraqlı şəxsin atası), X1 və Fazil adlı şəxsin şərikliyi ilə inşa edilmişdir. İşin bu halını iş üzrə ilkin apellyasiya icraatında şahid qismində ifadə vermiş X3 və Cavabdeh MMC-nin əvvəlki direktoru X11 ifadələrində təsdiq etmişlər. Həmçinin ilk apellyasiya icraatında mübahisəli sahəyə yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlakın yerləşdiyi sahədə hazırda “Secrets Pub” adlı çay evi olaraq fəaliyyət göstərir. Mübahisəli yerə girişdə mübahisəli yerin yerləşdiyi yerə qədər (2 otaq iç-içə yerləşir, aralarında qapı mövcud deyil, bu otaqlardan sonra 314,6 kv.metr sahə mövcuddur) İddiaçı məxsus 117,4 kv.metr yer mövcuddur. Həmin yer 2017-ci il tarixdə İddiaçı tərəfindən alınıb. Bu yer müqavilə üzrə 120 kv.metr təşkil edir (çıxarışda 117,4 kv.metr) və mübahisə doğurmur. 117,4 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinə maraqlı şəxsin iddiası yoxdur. Mübahisə doğuran yer çıxarış üzrə 314,6 kv.metr sahəni əhatə edir. Maraqlı şəxs məhz 314,6 kv.metr olan sahənin ona məxsus olmasını iddia edir.
46. Apellyasiya instansiyası məhkəməsi bu halla bağlı qe yd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın İ mərtəbəsində yerləşən 440 kv.m. olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs verilməsi öhdəliyi MMC-nin üzərinə qoyulmuşdur. İşin mübahisələndirilməyən halına görə həmin qətnamədə əksini tapan sahəyə iddiaçının adına qeydiyyata alınmış 314,6 kv.m-dən ibarət sahə daxildir. İş materiallarında olan 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, maraqlı şəxs tərəfindən iddia olunan obyekt iddiaçının mülkiyyətində və istifadəsində olan çıxarışları işə əlavə olunmuş 2 qeyri-yaşayış sahəsidir.
47. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə maraqlı şəxsin arqumenti əsaslıdır, əks halda, çıxarışların olması s əbəbindən qeyd olunan qətnamənin icrası qeyri-mümkün olmazdı.
48. Həmçinin 314,6 kv.m sahə 16 fevral 2021-ci il tarixdə artıq iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin sahə ilə bağlı 27 iyun 2007-ci il tarixdə MMC ilə iddiaçı arasında müvafiq müqavilə bağlanmışdır.
49. Maraqlı şəxs izahatlarında Yasamal Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi qəbul edilərkən mübahisəli sahəyə dair müqavilənin olmadığı halda həmin sahə ilə bağlı müvafiq çıxarışın alınmasının qanuniliyinə də toxunaraq, MMC tərəfindən iddiaçının bağlandığını iddia etdiyi 27 iyun 2007-ci il tarixli müqavilənin şirkətin arxivində olmadığı bildirildiyi halda, sonradan həmin müqavilənin iddiaçıya verilməsinin necə və hansı qaydada mümkün olmasını göstərmişdir.
50. Maraqlı şəxsin bu arqumentlərinə cavab olaraq iddiaçı bildirmişdir ki, 388 kv.m sahəyə aid olan 27 iyun 2007-ci il tarixli müqavilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6710/2018 saylı 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin icrası prosesində verilmişdir, bu, sonradan bağlanan müqavilə olmamışdır. Müqavilə MMC ilə onun arasında 2007-ci il tarixində bağlanmışdır. Lakin müəyyən edilir ki, həmin müqavilə məhz icra mərhələsində tərtib edilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, ilkin apellyasiya icraatında alınmış şahid ifadələrinə görə iddiaçı ilə 388 kv.m sahə ilə bağlı müvafiq müqavilə 2007-ci ildə bağlanmış, X9 ilə bağlanmış müqavilə isə həmin sahə ilə bağlı hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, digər niyyətlə bağlanmışdır. Yəni, iddiaçı Çin Xalq Respublikasında o lan zaman mübahisəli yer şirniyyat sexi kimi fəaliyyət göstərdiyindən gələ bilmədiyi üçün kassa aparatının məlumatlarına görə həmin yer üçün Ələsgər Ömərovun adına müqavilə bağlanmasını bildirmişdir. Mübahisəli sahənin iddiaçı tərəfindən hazırki vaxta kimi təmir etdirərək əvvəl şirniyyat sexi kimi, hazırda isə bar kimi işlətməsini şahidlər təsdiq etmişlər. Şirniyyat sexinin 2009-cu ildə fəaliyyət göstərməsini maraqlı şəxs də izahatında təsdiq etmişdir.
52. Apellyasiya instansiyası məhkəməsinə görə iddiaçı ilə maraqlı şəxsin mərhum atasının şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları işin mübahisəsiz halıdır. Belə olan halda, mübahisəli sahədə iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olması özü-özlüyündə həmin sahənin ona aid olması kimi qiymətləndirilməsi üçün əlavə sübu tlarla təsdiqini tapmalıdır. Bu səbəbdən hazırki mübahisəyə Mülki Məcəllənin 452.1ci maddəsinin tələbləri baxımından qiymət vermək olmaz.
53. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisənin həlli üçün iddiaçı ilə cavabdeh arasında olan 27 iyun 2007-ci il tarixli müqavilərin həqiqiliyi araşdırılmalıdır.
54. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinadən göstərmişdir ki, iş materillarında olan maliyyə arayışının, kassa mədaxil orderlərinin və müqavilələrin hansının daha əvvəl tərtib olunması üzrə tədqiqatın aparılması mümkün olmadığından iddiaçının müqaviləsinə işdə olan digər sübutlar baxımından hüquqi qiymət verilməlidir
55. Birinci instansiya məhkəməsində cavabdeh MMC-nin qanuni təmsilçisi kimi iştirak etmiş Ramiz Qazaxlı izahatında və yazılı etirazında, qey ri-yaşayış sahəsinin iddiaçının istifadəsində olduğunu qeyd etsə də, iddiaçı tərəfindən ödəniş edilməli olması əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışında keçirilən iclasda isə iddiaçı ilə şərik olduqlarından müqavilənin bağlanmadığını bildirmişdir. Digər tərəfdən, şahid Bəybala İsmayılovun ifadəsindən müəyyən olunur ki, o, mərhum Ələsgər Ömərova inandığını, lakin sonuncuya görə məhkəmə çəkişmələrinin olduğunu və müflis olmasını göstərmişdir. Beləliklə, şahidlər ziddiyyətli ifadələr verməklə, onların iddiaçının xeyrinə ifadə verməkdə maraqlı olmaları istisna olunmur. Əvvəlcə MMC-nin arxivində mövcud olmadığı deyilən müqavilənin sonradan qətnamənin icrası prosesində verilməsi, şahid Qazaxlı Ramizin (MMC-nin keçmiş direktoru) birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazı və sonradan verdiyi ifadələr arasındakı ziddiyətlər iş materillarında olan 27 iyun 2007-ci il tarixli müqavilənin həqiqiliyini və məhz elə həmin tarixdə bağlanmasını halını istisna edir.
56. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçının MMC ilə olan 27 iyun 2007-ci il tarixli müqaviləsinin sonuncunun maraqlı şəxsin atası Ə.Ömərovla olan 17 avqust 2009-cu il tarixli müqavilədən daha əvvəl bağlanmasının bir-birinə uyğun gəlməyən sübutlarla nəticədə təkzib edilməsi, mərhum Ələsgər Ömərova aid müqavilənin isə formal əqd olmasına dair əsaslı sübutların mövcud olmaması, bununla bağlı artıq qüvvəyə minmiş məhkəmə aktının olması mübahisəli qeyri-yaşayış sahəsi üzrə sahiblik və istifadə hüququnun iddiaçının xeyrinə yaranmasına dair nəticəyə gə lməni istisna edir.
57. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 152.3, 152.5, 157.8, 178.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
58. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
59. Kassasiya şikayəti belə əsaslandırılmışdır: - işin hallarından da göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi 2007-ci ildə iddiaçıya satılmış, həmin sahə iddiaçı tərəfindən təmir edilərək bu günə kimi fasiləsiz istifadə edir və mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestri ndə qeydə alınmışdır. Qanunvericiliyin bu tələbindən də göründüyü kimi, iddaçı qanuni istifadəsində olan qeyriyaşayış sahəsinin mülkiyyətə alınması üçün ilkin olaraq iddia irəli sürmüşdür. Buradan da aydın görünür ki, mübahisə iddiaçının xeyrinə həll olunmalıdır. Lakin apellyasiya instansiya məhkəməsi qanunvericiliyin tələbini düzgün təfsir etməmişdir; - Azərbaycan Respublikası Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Ceyhun Hümbətovun cinayət işi üzrə icraata xitam verilməsi haqqında 28 noyabr 2020-ci il tarixli qərarından da məlum olur ki, hələ 2004-cü il tarixdən etibarən X2 olduğu tikinti şirkətlərində tikinti işlərinin davam etdirilməsi üçün müxtəlif şəxslərdən külli miqdarda borc almışdır. Onun belə bir şəraitdə göstərilən məbləğdə qeyri-yaşayış sahəsi ni alması ağlabatan deyildir. Maraqlı şəxs tərəfindən isə atasının vəfatından 8 il sonra iddia qaldırması da bu faktı bir daha təsdiq edir; - məhkəmə qətnaməsində qeyd olunan, iddiaçı ilə Maraqlı şəxs mərhum atasının şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları işin mübahisəsiz halıdır fikrinə gəlincə isə, iddiaçı maraqlı şəxsin mərhum atası ilə yalnız bina tikintisində şərik olmuşdur. İddiaçının digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasında Ələsgər Ömərovla heç bir şərikliyi olmamışdır. Buna görə də vəsatətlər verərək, mübahisəli qeyr-yaşayış sahəsinin kimin tərəfindən, hansı illərdə təmir olunmasını, şirniyyat sexi üçün lazım olan avadanlıqların Çin Xalq Respublikasından gətirilməsində iştirak etmiş və həmin şirniyyat sexində işləmiş şəxslərin, hazır məhsulların satış obyektlərinə paylanmasında iştirak etmiş şəxslərin şahid qismində ifadələrinin alınması xahiş edilsə də məhkəmə tərəfindən vəsatatlərə heç bir münasibət bildirilməmişdir; - apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin mövqeyini məcburi göstəriş kimi qəbul etsə də, Ali Məhkəmənin mövqeyində qeyd olunan ziddiyətli hallara aydınlıq gətirmək üçün işin faktiki halları barədə məlumatı olan və məhkəməyə gətirilmiş şahidlərin ifadə vermələrində maraqlı olmamışdır. Ali Məhkəmənin mövqeyinə görə mübahisənin həlli üçün iddiaçı ilə cavabdeh arasında olan 27 iyun 2007-ci il tarixli müqavilərin həqiqiliyi apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
60. Maraqlı şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, göstərmişdir ki, iddiaçının guya ÇXR-də olması, kassa aparatı alınması üçün maraqlı şəxsin atası ilə məcburiyyətdən müqavilə bağlanmsı fikri absurddur. Maraqlı şəxsin atası ilə iddiaçının şərikliyi işin mübahisəsiz halıdır, hazırki mübahisəı predmeti olan qeyriyayaşıyş sahəsi də şərikli biznesin bir hissədiri. Mübahisə predmeti olan qeyri-yaşayış sahəsi maraqlı şəxsin atasının vəfatından sinra iddiaçının sahibliyi və istifadəsindıə olduğunudan, həımin qeyri-yaşayış sahəsinin konfiqurasiyasında iddiaçı tərəfindən əlavə və dəyşikliklər edilmişdir. İddiaçı digər şəxsdən 117 kv.metr qeyri-yaşayış sahəsi almışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərə ncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmi n hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etd iyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanıl malıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qə bul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Kassasiya şikayətində iddiaçı qətnamənin ləğvini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
63. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
66. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 43-57-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
67. İddia tələbi qeyri-yaşayış sahəsinə dair müqavilənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və müqavi lə predmeti olan qeyri-yaşayış sahəsinə hüququn tanınması barədədir. İşin müəyyən edilmiş hallarına görə də Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın İ mərtəbəsində yerləşən 440 kv.m. olan qeyri-yaşayış sahəsinin Maraqlı şəxs (hazırki işdə maraqlı şəxsə) verilməsi öhdəliyi MMC-nin üzərinə qoyulmuşdur. İddiaçının MMC ilə olan 27 iyun 2007-ci il tarixli müqaviləsinin sonuncunun maraqlı şəxsin atası Ə.Ömərovla olan 17 avqust 2009-cu il tarixli müqavilədən daha əvvəl bağlanması bir-birinə uyğun gəlməyən sübutlarla nəticədə təkzib edilmiş, mərhum Ələsgər Ömərova aid müqavilənin isə formal əqd olmasına dair əsaslı sübutların mövcud olmaması müəyyən edilmişdir.
68. Məhkəmə kollegiyası qeyd e dir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apelyasiya şikayəti üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarlarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
69. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
70. Mübahisəli qeyri-yaşayış sahəsinin 2007-ci ildə iddiaçıya satılması, həmin sahənin iddiaçı tərəfindən təmir edilərək bu günə kimi fasiləsiz istifadə edilməsi və iddiaçının mülkiyyət hüququnun daş ınmaz əmlakın Dövlət reyestrində qeydə alınması barədə kassaasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının əmlak üzərində mülkiyyət hüquqları bu mübahisədən kənar qaydada deyil, hazırki qətnamə əsasında dövlət qeydiyyatına alınmışdır. Buna görə də iddiaçının əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyayına alınmasına istinad etməsi əsaslı dəyil deyil.
71. Apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin əvvəlki qərarında qeyd olunan ziddiyətli hallara aydınlıq gətirmək üçün işin faktiki halları barədə məlumatı olan və məhkəməyə gətirilmiş şahidlərin ifadə vermələrində maraqlı olmaması barədə dəlil də qəbul edilən deyil. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi MMCnin əvvəlki direktorunu təkrar apellyasiya baxışında bir daha dindirmiş və gəldiyi nətic əni də digər sübutlarla yanaşı, həmin şahidin ifadəsinə qiymət verməklə əsaslandırmışdır.
72. Kassasiya şikayətinin istər qeyd edilən, istərsə də digər dəlilləri həmçinin kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilən mövqeyi baxımından da əsaslı sayıla bilməz.
73. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3539/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbu