Məhkəmə qərarları › İş №2(102)-881/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-881/2025

24.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-881/2025 24.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsini cəlb etməklə) qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı qarşılıqlı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətində maddi və prosessual normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməmə sinin nədən ibarət olması göstərilmədikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsini cəlb etməklə) qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 noyabr 2024-cü il tarixli, 2(105)-1471/2024 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı evin naturada bölünməsi zamanı sahəsi 32 m² otağın iddiaçının, sahəsi 24 m² olan sahəsi olan otağın cavabdehin, sahəsi 32 m² olan otağın qarşısında olan sahəsi 8.4 m² olan d əhlizin də iddiaçının, sahəsi 24 m² olan otağın qarşısında olan sahəsi 16.4 m² olan dəhlizin isə cavabdehin istifadəsinə verilməsi və iddiaçının ona aid olan hissəyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras kütləsinə daxil olan və mərhum anası X1 miras qalan Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 442-yə dair cavabdeh İddiaçı adına verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

3. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(0 60)-60/2024 nömrəli qətnaməsi ilk iddia tələbinin rədd edilməsi, məhkəmə xərclərinin ilk iddia üzrə iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın ilk iddia üzrə İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, X1 miras qalan əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 442-yə dair İddiaçı adına verilmiş 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2V-1880 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022- ci il tarixli, 2V1880 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 442-ə dair (İddiaçı adına olan) verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1471/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsi ilə İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(060)-60/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia təmin edilməklə, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 442 saylı ev ekspertin tərtib etdiyi bölgü variantına uyğun aşağıdakı qaydada naturada bölünməsi: həmin evin sahəsi 32 m² olan otağı, həmin otağın qarşısındakı dəh lizin sahəsi 8.4 m² olan hissəsi İddiaçı, həmin evin sahəsi 24 m² olan otağı, həmin otağın qarşısındakı dəhlizin sahəsi 16.4 m² hissəsi isə Cavabdeh istifadəsinə verilməsi və İddiaçı ona aid hissəyə köçürülməsi, evin naturada bölgüsü zamanı dəhliz üzrə aparılacaq tikinti-təmir xərclərinin iddiaçının hesabına həyata keçirilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutulması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. İlk iddia üzrə cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1471/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edil məsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya məhkəməsi əsassız yerə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək ilkin iddianı təmin etmiş qarşılıqlı iddianı rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

11. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

12. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar ol madıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

13. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması.

14. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;

15. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya baxışının hədləri

16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

19. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. İlk iddia üzrə cavabdeh (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir.

20. Azərbaycan Respublikasının MPM-ə Əlavə 3-lə kassasiya şikayətinin forması müəyyənləşdirilmişdir. Kassasiya həmin formaya uyğun tərtib edilməlidir. Formanın 5-ci hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

21. Hazırki kassasiya şikayətində maddi və prosessual hüquq normaları sadəcə sadalanmış, ümumiyyətlə həmin normal arın pozuntusunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqe ifadə edilməmişdir.

22. Azərbaycan Respublikasının MPM-ə Əlavə 3-lə müəyyənləşdirilmiş kassasiya şikayətinin formasının 6-cı hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir.Lakin kassasiya şikayəti verilərkən göstərilən tələbə də əməl edilməmişdir.

23. Halbuki, Azərbaycan Respublikasının MPM-in 407-ci maddəsinin tələbinə əsasən kassasiya ş ikayəti MPM-də nəzərdə tutulan formada verilməklə bərabər maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması formada nəzərdə tutulmuş cədvəl şəklində göstərilməlidir.

24. Azərbaycan Respublikasının MPM-in 408.1.5-ci maddəsində kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmalı olduğu göstərilmişdir.

25. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-in 407-ci maddəsinin tələblərinə tam cavab verməyən kassasiya şikayətini həmin Məcəllənin 409-cu maddəsinin tələbinə zidd olaraq mülki işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1471/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsindən İlk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar