Məhkəmə qərarları › İş №2(102)-882/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-882/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-882/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Cavabdeh1 tərəfindən Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)2285/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Lənkəran rayon məhkəməsinin (sədrlik edən Məhəmmədəli Rzayev) xx xxxx 2018-ci il tarixli 2(049)-75/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20297 ABŞ dolları məbləğində pul və dövlət rüsumuna görəödənilmiş 30 manat pul tutularaq İddiaçı1 xeyrinəödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərəkqaydada tutulacaq 20297 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Nüsrət Mrzəyev, Zəki Babayev) xx xxxxxxx 2018-ci iltarixli2(106)2726/2018 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Ələsgər Əliyev) xx xxxxx 2019-cu il tarixli 2(102)-2143/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(106)2726/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Zeynal Zeynalov - sədrlik edən və məruzəçi, İlham Əsədov, Müşfiq Həsənov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən ver ilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sahibkar olmaqla Lənkəran şəhərində yaşayır. 2014-cü ilin fevral ayında tanışı xxx adı ilə tanınan X3 adlı şəxs ona pul olduğu halda Almaniyadan avtomobil gətirərək satıb qazanc əldə edə biləcəyini demişdir.O, da uzun illər ərzində topladığı 50000 ABŞ dolları pulu X2 verərəkondan xahiş etmişdir ki, onun üçün Almaniyadan Mersedes markalı avtomobil gətirsin. Yaqub da ona Almaniyadan tapşırdığı müxtəlif avtomobillər gətirmişdir. Həmin avtomobillərdən dizel yanacağı ilə işləyən 2001-ci il istehsalı olan Mersedes-Benz-E-220 markalı, 2000-ci il istehsalı olan Mersedes-Benz-Emarkalı, 2001-ci il istehsalı olan Mersedes-Benz E-270 markalı, benzin yanacağı ilə işləyən 1999-cu il istehsalı olan Mersedes-Benz-180 markalı və benzin yanacağı ilə işləyən 1997-ci il istehsalı olan Mersedes-Benz S-200 markalı avtomaşınları gömrük xərcləri çıxıldıqdan sonra ona 50000 ABŞ dollarına başa gəlmişdir. Sonra tanışı Yaqub vasitəsi ilə həmin avtomobilləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 57500 ABŞ dollarına satmışdır. Onlar pulu3 ay müddətinə verəcəklərini bildirmişlər. Ancaq 10 gün sonra Cavabdeh1 ona zəng edərək maşınların qiymətinin bir az baha olduğunu deyərək qiymətindən bir az çıxmağı xahiş etmişdir. O, da onun sözünü yerə salmayıb 3500 ABŞ dolları çıxmış və 54000 ABŞ dolları tezlikləçatdırmağı ondan xahiş etmişdir. 4-5 gün sonra yenidən ona zəng edərək qiymətdən bir az da çıxmağı xahiş etdikdə alıcıların pulunu yubadacaqlarını düşünüb demişdir ki, onun 50000 A BŞ dollarını qaytarın, ona qazanc lazım deyil. da 50000 ABŞ dollarını tezlikləödəyəcəklərini, hazırda evində 7000 ABŞ pulu olduğunu, gətirib hələlik həmin pulu ona verəcəyini demişdir.O, da onunla razılaşmış və ilk olaraq cavabdeh ona 7000 ABŞ dolları, daha sonra 5000 ABŞ dolları, 4000 ABŞ dolları olmaqla Cavabdeh1 vəd edilən məbləqdən ona cəmi hissə-hissə olaraq 16000 ABŞ dollarıödəmişdir. 3 ay tamam olandan sonra isə pulun qalanını vermədiklərindən o zəng edərək xxxxxxxx evinə dəvət etmişdir. Cavabdeh1 ona demişdir ki, problemi çıxıb, qaynatası bankda işləyir, kredit götürüb gətirib onun pulunu verəcəkdir.Çatmasa torpaqları, maşını var, banka qoyub kredit götürüb onun pulunu qaytaracaqdır. xxx hətta qardaşı xxx Moskvada yaşadığını, onun da ona 20000 ABŞ dolları borcu olduğunu deyərək həm in pulu da alıb onun pulunu tam olaraq qaytaracağını bildirmişdir.Bir müddət keçsə də,onlardan xəbər çıxmadığıüçün o yenidən xx zəng etmiş, xx isə yenidən müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmağa başlamışdır. Nəhayət 2015-ci ilin yay aylarında o xxxxx kəndində yerləşən çayxanada görüşüb pulunun qalanını tələb etmiş və hətta ona qalan pulu hər ayda 3000 ABŞ dolları olmaqla ona vermələrini də onlara təklif etmişdir.Onlar həmin təkliflə dərhal razılaşsalar da, bundan sonra ilk ayda Cavabdeh2 birinci dəfə 2000 ABŞ dolları, ikinci dəfə isə 1350 ABŞ dolları olmaqla ona cəmi 3350 ABŞ dollar pul vermişlər. Ümumilikdə isə onlar həmin 50000 ABŞ dolları puldan ona cəmi 19350 ABŞ dollarıödəsələr də, qalan 30650 ABŞ dollarınıödəməmişlər.Dəfələrlə onlara pulunu qaytarmağı təklif etsə d ə, onlar müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınmışlar. Cavabdeh1 və Cavabdeh2 polis şöbəsi təhqiqat bölməsində verdikləriizahatlarında hər şeyi olduğu kimi etiraf edərək qalan 3 maşını sata bilmədiklərindən və dolların məzənnəsinin artmasını bəhanə edərək həmin səbəbdən onun pulunu qaytara bilmədiklərini qeyd etmişlər. Ancaq onlar yadlarından çıxarmışlar ki, dollar onun onlara maşınları satdığından təqribən 6 ay sonra qalxaraq 105 manat olmuşdur.Polis şöbəsində həmin məsələ araşdırılaraq cavabdehlərin əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək cinayət işinin başlanılması rədd etmiş, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.Bundan başqa cavabdehlər polis şöbəsində hazırkı məsələ araşdırılarkən həmin maşınlardan 2 ədədini, eləcə də tamamilə başqa bir maşını gətirib polis şöbəsində təhvil verərək ona olan borclarını bağlamaq istəsələr də, o buna razı olmamış və hazırda da razı deyildir. Cavabdehlərin 2 il müddəti ərzində həmin maşınlardan istifadə etdiklərindən həmin maşınlar dəyərlərini itirmişlər. Hətta həmin maşınlar əzilmiş, rənglənmiş, motoru tökülmüş vəziyyətdədir. Polis şöbəsində ona təklif edilmişdir ki, həmin maşınları götürüb satsın və pulundan çıxsın, ancaq o razı olmamış və hazırda da razı deyildir.Həmin maşınlardan birinin motoru tökməklə hazırda ustanın yanında, digər ikisi isə həyətimdə qoyulmuşdur ki, hər üç maşın istismara yararlı deyildir. Əgər cavabdehlər istəyirlərsə, gəlib həmin maşınları aparıb satsın və ona borclu olduqları puldan çıxsınlar. Hər bir halda maşınlar onun deyil, Yaqub Abbasovun adınadır, cavabdehlər dən ancaq öz pulunu tələb edir. Ona maşın lazım deyil. Artıq o cavabdehlərin təqsirindən kifayət qədər ziyana düşmüşdür. Belə ki, o ziyana düşdüyü halda cavabdehlər isə həmin müddətdə kifayət qədər qazanc əldə etmişlər. Keçən müddət ərzində həmin pul da dəyərini itirmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30650 ABŞ dolları məbləğində pulu vaxtında ödəmədiklərindən bank uçot dərəcəsi üzrə dəymiş ziyanın hesablanmasını və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1kassasiya şikayəti verərək Şirvan Apell yasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh1 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və g əlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1 vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 2014-cü ilin əvvələrində, dizel yanacağı ilə işləyən 2001-ci il istehsalı olan “Mersedes-Benz-E-220” markalı, 2000-ci il istehsalı olan “Mersedes-Benz-E-220” markalı, 2001-ci il istehsalı olan “Mersedes-Benz E-270” markalı, benzin yanacağı ilə işləyən 1999-cu il istehsalı olan “Mersedes-Benz-180” markalı və işləyən 1997-ci il istehsalı olan “Mersedes-Benz E-200” markalı avtomaşınları 50000 ABŞ dollarına pulunu 3 ay müddətinə vermək şərti ilə satın almışlar. Onlar satın aldıqları maşınların pulundan müxtəlif vaxtlarda 7000, 5000, 4000, 2000 və 1350 ABŞ dolları,ümumilkdə isə 19350 ABŞ dolları iddiaçıya qaytarmışlar. Qalan 30650 ABŞ dollarını isə qaytarmamışlar. İddiaçı1 dəfələrlə onlara pulunu qaytarmağı tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışlar. Bu müddət ərzində isə cavabdehər həmin maşınları Bakı-Lənkəran marşurutunda işlətmək şərti ilə müxtəlif adamlara icarəyə verməklə qazanc əldə etmişlər. İddiaçı bu barədə Lənkəran rayon polis şöbəsinə müraciət etmişdir. Cavabdehlər Nəsirov və Cavabdeh2 polis şöbəsi təhqiqat bölməsində verdikləri izahatlarında qalan 3 maşını sata bilmədiklərindən və dolların məzənnəsinin artmasını bəhanə edərək həmin səbəbdən iddiaçının pulunu qaytara bilmədiklərini qeyd etmişlər. Həmin xüsusatları cavabdehlər məhkəmə iclasında da təsdiq etmişdir. Bundan başqa cavabdehlər polis şöbəsində araşdırma aparılarkən həmin maşınlardan 2 ədədini, eləcə və tamamilə başqa bir maşını gətirib polis şöbəsində təhvil vermişlər. Lakin həmin maşınlar Polis şöbəsinə təhvil verilərkən tam olaraq yararsız vəziyyətə salınmış və bundan başqa həmin maşınların hər birinin üzərində surət hədlərini aşmaqlarına görə xeyli miqdarda cərimə məbləğl əri mövcud olmuşdur. Elə bu səbəbə görə iddiaçı ilk öncə həmin maşınları qəbul etməkdən imtina etmiş, lakin daha sonra polis şöbəsindən israr edincə o, həmin maşınları, əzilmiş, rənglənmiş, motoru tökülmüş vəziyyətdə qəbul etmişdir. Məhkəmə araşdırmaları zamanı həmin 3 ədəd maşının qiymətləndirilməsi ilə bağlı ekspert rəyi alınmış və rəyə əsasən, “Mersedes Benz E270 CDİ” markalı 2000-ci il buraxılışlı, **-BU-*** qeydiyyat nişanlı avtomobilin hazırki dövrə orta bazar qiyməti 6500 manat, “Mersedes Benz E 220 CDİ” markalı 2001-ci il buraxılışlı, **-HZ-*** qeydiyyat nişanlı avtomobilin hazırki dövrə orta bazar qiyməti 5300 manat və “Mersedes Benz C 180” markalı 1999-cu il buraxılışlı, **-FN-*** qeydiyyat nişanlı avtomobilin hazırki dövrə orta bazar qiyməti 5800 manat məbləğində müəyyən edilm işdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında nisyə alqı-satqıdan əmələ gələn öhdəlikləryaranmışdır, cavabdehlər həmin öhdəliklərdən əmələ gələn 50000 ABŞ dolları məbləğindən puldan 19350 ABŞ dollarını qaytarmış, qalan 30650 ABŞ dolları isə qaytarılmamışdır. Qeyd olunan məbləğ pul vəsaiti olaraq qaytarılmasa da, satılmış maşınlardan iki ədədi və digər maşın isə satılmış maşının əvəzi olaraq qaytarılmış, hazırda iddiaçıdadır və iddaçının hazırki iddiası maşınların qaytarılaması deyil, onların dəyərinin, yəni razılaşdırılmış pul məbləğinin verilməsidir. Belə olan halda, həmin qaytarılmış maşınların dəyəri təşkil edən 17600 manat (qətnamə çıxan günə Mərkəzi bankın məzənnəsi ilə 10352,94 ABŞ dolları) pulun cavabdehlərdən alınmasının qanuni əsası yoxdur. Məhz ona görə də birinci instansiya məhkəməsi iddia tələbini cavabdehlər tərəfindən iddiaçıya qaytarılmayan 30650 ABŞ dollarından avtomobillərin dəyərini təşkil edən 10352,94 ABŞ dollarına aid hissədə təmin etməmiş, 20297 ABŞ dollarına aid hissədə təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apelyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, cavabdehlərə satmaq üçün verilən avtomobillər X1 mülkiyyətindədir, bu səbəbdən də iddiaçının cavabdehlərdən pul tələb etməsi qanunvericiliklə yolverilməzdir. X3 ilə cavabdehlər arasında alqı-satqı deyil tapşırıq müqaviləsi mövcuddur, şikayətin əsas dəlilinə görə iddiaçının hazırki tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, t ərəflər arasında tapşırıq müqaviləsi deyil, nisyə alqı-satqı müqaviləsi olmuşdur. Müqavilənin əsas elementləri ondan ibarətdir ki, alıcılar olan cavabdehlər nisyə aldıqları malın (avtomobillərin) qiymətlərini razılaşdırmış, bir hissəsini ödəmiş, lakin qalan hissəsini ödəməkdən müxtəlif bəhanələrlə yayınaraq müqavilə şərtlərini pozmuş, bununla da iddiaçıya ziyan vurmuşlar. İddiaçının iddia etdiyi kimi, həqiqətən də tərəflər arasında tapşırıq müqaviləsi bağlanmış olsaydı, cavabdehlər qanunvericiliyə uyğun olaraq tapşırıq verən olmalı olan iddiaçının heç bir tapşırığından kənara çıxmaz, sata bilmədikləri avtomobilləri öz mənafeləri üçün istifadə etməz, avtomobilləri tapşırıq verənə qaytarmaqla ona ziyan vurmazdılar. Lakin, tapşırıq müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş heç bir elemen ti hazırki münasibətlərə uyğun gəlmir. Misal üçün tərəflər arasındakı münasibətlər tapşırıq müaviləsindən irəli gəlmiş olsaydı satılması tapşırılmış avtomobillərin satılmadan dəyərinin bir hissəsinin ödənilməsi məntiqsizdir. Halbu ki, avtomobillərin dəyərinin bir hissəsi cavabdehlər tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrin ə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. HəminMəcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. HəminMəcəllənin 445.1-ci madd əsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. HəminMəcəllənin 445.2.1-ci madəsinə əsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. HəminMəcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. HəminMəcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilə də nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. HəminMəcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. HəminMəcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissəödənilməsi nəzərdə tutula bilər.Hissə-hissəödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Apellyasiya i nstansiyası məhkəməsi tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh1 öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1kassasiya şikayəti təmin edilmədən,Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2285/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar