Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-882/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-882/21 (Açar sözlər: ixtisarla bağlı işdən çıxarılma əmrinin ləğv edilməsi və işə bərpa) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4829/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialında sement laboratoriyasının meneceri vəzifəsində işləmişdir. Şirkətin xx.xx.2019-cu il tarixli, K-136 saylı əmri ilə iddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əslində şirkətdə ixtisar aparılmadığını, onun işdən çıxarılması üçün əmək qanunvericiliyinin həmin normasından istifadə olunduğunu bildirərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinc i instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı əmrin ləğvi və işə bərpa tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialının xx.xx.2019-cu il tarixli, K-136 saylı işdən azad olunma haqqında əmrinin ləğv olunması və onun həmin işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: O, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialında sement laboratoriyasının meneceri vəzifəsində işləmişdir. Həmin şirkətin kadrlar şöbəsinin rəhbəri Aqşin Gözəlov onu xx.xx.2019-cu il tarixdə görüş otağına çağıraraq şirkətə onun haqqında analıq məzuniyyətində olan işçi X3 və şirkətin keçmiş işçisi X5 tərəfi ndən şikayət məktubu daxil olduğunu, şikayətin məzmununun lokasiyanın dəyişməməsi, şikayətçilərin özlərini mühasirədə hiss etmələri, digər işçilərlə ünsiyyətə icazə verilməməsi, bonuslu işlərin tapşırılmaması, nəqliyyatla bağlı problem və sair problemlərlə əlaqədar olduğunu bildirmişdir. Sonra ona öz ərizəsi ilə işdən çıxması təklif edilmiş, əks təqdirdə onu Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən azad edəcəklərini bildirmişlər. Bununla belə, o, şikayətçilərin ərizəsinin bəhanə olduğunu, rəhbərliyin onunla çalışmaq istəmədiyini başa düşmüşdür. Onun barəsində əsassız şikayət edən X3 və X4 qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş,həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(001)5546/2019 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, X4 v ə X1 ondan rəsmi qaydada üzr istəmələri vəzifəsinin həvalə olunması, mənəvi ziyana görə hər birindən 500 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamədən sonradan apellyasiya şikayəti verilmişdir və hazırda qətnamə qüvvəyə minməmişdir. Hesab edir ki, onun işdən azad olunması məhz həmin qadınların şikayəti ilə bağlı olmuş, lakin cavabdeh həmin şikayətin əsassız olduğunu başa düşərək onu işdən azad etmək üçün başqa yol axtarmışdır. Bundan sonra onu 2019-cu ilin iyul ayında saxta sertifikat verməkdə ittiham etmişlər, yenə də izahatını almışlar, lakin yenə də əsaslı bir səbəb olmadığını görüb ona hər hansı tənbeh tətbiq etməmişlər. Həmin vaxtda şirkətin vəzifəli şəxsləri olan D.Manquşev, A.Gözəlov, A.Əliyev, V.Əkbərova ondan işdən azad olunmasına dair ərizə yazmasını tələb etmişlər. Laki n bunun baş tutmadığını görüb üçüncü yol kimi ixtisar olunmasına qərar vermişlər. Bütün bu proseslərin gedişində səhhəti ilə bağlı problemləri yaranmış, xəstəliyi ilə əlaqədar məzuniyyətdə olmuş, həmin vaxt ona xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmiş və onunla bağlanmış əmək müqaviləsinə ixtisarla bağlı xx.xx.2019-cu il tarixdən xitam veriləcəyi bildirilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixədək işdə olmuş, daha sonra xx.xx.2019-cu il tarixli, K-136 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmri qərəzli olaraq çıxarıldığı üçün qanunsuz və əsassız hesab edir. Belə ki, sement şöbəsinin rəhbəri Denis Manquşevin onunla qərəzli münasibəti xeyli əvvəl başlamış, bununla bağlı dövlət orqanlarına çoxsaylı şikayətlər ünvanlamış, əmək müfəttişliyi tərəfindən şirkətin ona qarşı qərəzinin olmaması və işə davam etməsi barədə cavab verilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh onu işdən azad etmək üçün tutarlı bir səbəb tapmadığına görə onu saxta ixtisar yolu ilə işdən azad etmişdir. Belə ki, onun işlədiyi Sementləmə şöbəsinin laboratoriyasında işləyən, daha az təcrübəli X xx.xx.2019-cu il tarixdə X şöbəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə isə ixtisarla bağlı əmr verilmiş, daha az təcrübəsi olan XX işdə saxlanılmış, daha təcrübəli işçi olduğu halda onu ixtisar etmişlər. Əmrin qərəzli olduğunu həmçinin belə əsaslandırır ki, X başqa şöbəyə keçsə də, faktiki onların şöbəsinin apardığı testləri həyata keçirmiş, habelə ondan şikayət etmiş Arifə Xələfova onun yerinə işə götürülərək həmin testlərin aparılmasına cəlb olunmuşdur. Göstərdiyi faktlar təsdiq edir ki, cavabdeh ixtisar əmrini əsassız və qərəzli olaraq vermişdir. Ona qərəzli münasibətin olmasını həmçinin şirkətin keçmiş əməkdaşları xx (o, D.Manquşevə rəqib olmuş və öz ərizəsi ilə işdən çıxmağa məcbur olmuşdur) və XXX (o da ixtisar qaydasında işdən azad edilmişdir) məktubları, onu işə götürmək istəyən digər şirkətlərə barəsində mənfi xasiyyətnamə verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməməsi, müvafiq ixtisas üzrə işə qəbul barədə elanlar verilməsi də təsdiq edir. Qeyd olunanlara əsasən, ona qarşı qərəzli münasibətin, ayrıseçkiliyin nəticəsində verilmiş əmrin qanunsuz hesab edilərək ləğv edilməsini və işə bərpa olunmasını tələb edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-499/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Hüseynov) İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı əmrin ləğvi və işə bərpa tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddianı təmin etməyən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 42.1, 43.1, 79, 88-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İmanov (sərlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) xx xxxx 2020-ci il tarixli, 2(103)-4829/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Ray on Məhkəməsinin 2(002)-499/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qəbul edilmiş qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti iddia tələbində qeyd olunan faktiki hallarla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, onun işdən çıxarılmasından 1 gün sonra lobarant köməkçisi X qəsdən X şöbəsinə sənədə keçirilmiş, ancaq S ementləmə laboratoriyasında onun yerinə işləmişdir. X üçün X şöbəsində əlavə vakansiya yeri açılmışdır və ora yalnız sənəddə keçirilmişdir. Belə olan təqdirdə məlum olur ki, nə həmin ştat, nə də işçilərin sayı ixtisara salınmamışdır. Bütün yazı-pozular ancaq onun işdən uzaqlaşdırılması məqsədi ilə qəsdən edilmişdir. Apelyasiya məhkəməsinin qətnaməsində Xələfova Arifənin və Cəfərova Nailənin ona böhtan atmaları və Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə istinad edilməsi, onların cərimələnməsi və ondan üzr istəmələri qət edildiyi göstərilsədə nədənsə məhkəmənin gəldiyi nəticəyə bir təsiri olub-olmaması barədə məhkəmə qeyd etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı cavabdeh etiraz göndərərək qeyd etmişdir ki, iddiaçının k asasiya şikayəti əsassızdır, kasasiya şikayətində hansı maddi və ya prosessual hüquq normalarının pozulması və pozuntunun nədən ibarət olduğu göstərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 70-ci maddənin b bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edil ə bilər. Maddə 70-ci maddənin 3-cü bəndi. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 78. 1-ci bənd. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüq uqun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin sayının ixtisarı əsası ilə işdən azad edilmişdir. Beləki, iddiaçının ixtisara salınması barədə xx xxxxxxx 2019-cu il tarixli əmrdən görünür ki (mülki iş səhifə 179), əmək istehsalatında effektliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və şatatların optimallaşdırılması məqsədi ilə İddiaçı xidmət rəhbəri-baş laboratoriya texniki-kimyaçı xx xxxxxx 2019-cu il tarixdən ixtisar edilməlidir. İddiaçı israr edir ki, əslində şirkətdə heç bir ixtisar aparılmayıb və onun işdən azad olunması üçün əmr qeyd olunan qaydada rəsmiləşdirilmişdir. Bununla bağlı iddiaçı bir neçə dəlillər gətirir, o cümlədən iki nəfər işçinin onun barəsində əsassız şikayətlər etmələrini, bu səbəbdən həmin şəxslərə qarşı məhkəmədə iddia qaldıraraq onların verdiyi məlumatların təkzibinə nail olduğunu, baş qa vaxtlarda şirkətin rəhbər şəxsləri tərəfindən ona qarşı ayrı-seçkiliyə yol verilməsi, işdən öz arzusu ilə azad olunmasına məcbur etmə halları və.s. dəlillər irəli sürür. İşə baxan Apellyasiya Məhkəməsi hesab etmişlər ki, iddiaçı həmin halları sübuta yetirə bilmədiyi üçün iddiası təmin oluna bilməz. Məhkəmə kollegiyası sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Beləki, cavabdeh şirkətdə işçilərin sayının ixtisar olunması halını sübutetmə vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Cavabdeh şirkət sübut etməlidir ki, həqiqətən işçilərin sayının ixtisar edilməsinə zərurət yaranmış və ixtisarı zəruri edən hallarla bağlı aydın qənaətə gəlmək üçün sübutlar təqdim edilmə idi. Ümumiyyətlə şirkətdə ixtisarın aparılmasının müzakirə olunması, şirkət üzrə belə bir əsaslandırılmış qərar qəbul edilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. İşçilərin ixtisarı barədə qərar hər gün qəbul edilən sıradan qərarlardan deyil. Bunun üçün fəaliyyətin analizi aparılır, ixtisar nəticəsində qarşılanacaq itkilərlə əldə ediləcək qazancın çəkisi öyrənilir, müzakirə olunur və bundan sonra hansı işçilərin ixtisar olunmasına zərurət olduğu müəyyən edilir, müzakirə olunur və qərar verilir. Əmrdə qeyd olunduğu kimi ixtisar əmək istehsalatında effektliyin yaxşılaşdırılması, işçilərin xərclərinin minimallaşdırılması və şatatların optimallaşdırılması məqsədi ilə aparılırdı. Ona görə hər bir əsas üzrə ayrıca analiz aparımalı idi. Hazırkı işdə şirkətdə belə bir analiz aparılması, hansı işçilərin ixtisar olunması, belə ixtisar nəticəsində ə ldə olunacaq nəticələr, ixtisar olunacaq işçilərin üstün hüquqlarının qorunması və.s. zəruri məlumatlara dair heç bir sübut təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi yeganə sübut iddiaçının ixtisarla bağlı işdən azad olunmasına qərar verilməsinə dair xx xxxxxxx 2019-cu il tarixli əmrdir. Mülki işin 180-ci səhifəsindəki əmrdən görünür ki, iddiaçının ixtisar olunmasına dair həmin qərardan üç gün əvvəl xx xxxxxxx 2019-cu il tarixdə X2 şöbəyə kiçik laboratoriya texniki-kimyaçı vəzifəsinə işə qəbul edilmişdir. Mülki işin 223-cü səhifəsində olan məktubdan görünür ki, X ixtisardan sonra işsiz qalmamış və ixtisar zamanı ona Braoid şöbəsində analoji iş təklif edilmiş və hal-hazırda həmin şöbənin əməkdaşıdır. Eyni zamanda mülki işin 220-ci səhifəsində olan məktubdan görünür ki, ixtisar olunmuş i şçinin gördüyü işləri şirkətlə müqaviləsi olan “ACE Group Consultants” şirkəti həyata keçirir və Arifə Xələfova adlı işçi (iddiaçı ilə məhkəmə mübahisəsi olan) də həmin şirkət vasitəsi ilə qeyd olunan işləri görmək üçün cəlb edilmişdir. Göründüyü ki, şirkətin xidmət rəhbəri-baş laboratoriya texniki-kimyaçısı ixtisar olunur, digər işçilərin ixtisar olunması barədə qərar mövcud deyil, bir neçə gün əvvəl işə qəbul edilmiş və peşəkarlığı aşağı olan işçi analoji işə keçirilir, bundan sonra başqa bir şirkət (“ACE Group Consultants” şirkəti) eyni işləri başqa işçiləri cəlb etməklə (Arifə Xələfova) görməkdə davam edir. Həmin işi görən şirkətə edilən ödənişlərin işdən azad olunan iddiaçının əmək haqqısından az olması ilə bağlı (çünki iddiaçı ixtisar olunmuşdu ona görə ki, işçilərin xərcləri minim allaşdırılsın) heç bir sübut yoxdur. Çünki işi görən həmin şirkətin hansı şərtlərlə şirkətdə analoji işləri görməsinə dair sənədlər təqdim edilməmişdir. Eyni zamanda iddiaçı işdən azad olunarkən onun işdə saxlanması məsələsi ümumiyyətlə müzakirə olunmamışdır. Hansıki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşdən görünür ki, iddiaçı uzun müddətdir həmin işdə çalışır, həmin sahədə tanınmış mütəxəssisdir və məhkəmə gedişi zamanı onun peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlı dəlillər irəli sürülməmişdir. Qeyd olunan hal ların mövcudluğu şirkətdə ixtisarın həqiqətən aparılmasını şübhə altına almağa ehtimallar verir. Apellyasiya Məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi üzündən həmin ehtimalların aydınlaşdırılması mümkün olmamışdır. Ona görə işə yenidən baxarkən Apellyasiya Məhkəməsi yuxarıda qeyd olunan zəruri göstərişləri (Kassasiya instansiyası məhkəməsinin mövqeyi bölməsində qeyd olunanları) yerinə yetirməli, ilk növbədə, sübutetmə yükünü tərəflər arasında bölüşdürməli, kimin nəyi sübut etməli olması məsələsini həll etməli, mövcud sübutlar əsasında qərar qəbul edilməsinin mümkün olub-olmaması məsələsini həll etməli, əlavə sübutlara zərurət olması məsələsini aydınlaşdırmalı, belə sübutlara ehtiyac olacağı təqdirdə həmin sübutların hansı əsaslara görə vaxtına təqdim edilməm əsinə (MPM-nin Maddə 372.2. maddəsi) hüquqi qiymət verməli və bundan sonra mahiyyəti üzrə qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4829/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.