Məhkəmə qərarları › İş №2(102)-884/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-884/2019

08.02.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-884/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X6, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, vəkili X1, Cavabdeh, X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan şəhər Məhkəməsinin 14 noyabr 2017-cı il tarixli qətnaməsi ilə (hakim Z.Əliyev) İdd iaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Heydərov, hakimlər N.Mirzəyev və Z.Babayev) Şirvan şəhər Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh İddiaçı oğlu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia verərək cavabdehin Əli Bayramlı (indiki Şirvan şəhəri) İctimai–iaşə birliyinin HİK-nin Bağçılıq-bostançılıq şirkətinin 17.11.1988-ci tarixli, 1 saylı qərarı ilə bağçılıq-bostançılıq məqsədi ilə ona verilmiş 6,0 sot torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Əli Bayramlı şəhər XDS İcrayyə Komitəsinin 14.09.1988-ci il tarixli, 15 saylı qərarı ilə Əli Bayramlı şəhər İctimai–iaşə birliyinə, Cihazlar zavodunun kollektiv bağçılıq-bostançılıq təsərrüfatı yaratmaq məqsədilə verilmiş 1,5 ha torpaq sahəsindən 6,0 sot torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsinin İddiaçı ayrılması ilə bağlı plan tərtib edilməmiş və torpaq sahəsi yerində İddiaçı təhkim edilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Əli Bayramlı şəhər XDS İcrayyə Komitəsinin 02.02.1991-ci il tarixli iclasının qərarına əsasən “Görüş” kənd təsərrüfatı – heyvandarlıq, quşçuluq, balıqçılıq, tərəvəzçilik və bağçılıq koorperativinə (kooperivin sədri Cavabdeh) Şimaldan avtomobil yolu, Cən ubdan boş sahə, Qərbdən benzindoldurma məntəqəsi və Şərqdən bostançılıq sahəsi olan ünvanda 2 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin işin halları ilə müəyyən edilir ki, iddiaçının göstərdiyi ərazidə hal-hazırda da X4” fəaliyyət göstərir və “Şirvan şəhəri Heydər Əliyev prospekti 438 ünvanda 2,0 ha torpaq sahəsində yerləşən “X4” Əmlak Kompleksi tam mülkiyyət hüququ üzrə “X4”nin adına daşınmaz əmlakın dövlət reyestrində 14.01.2014-cü ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2017-ci il tarixli 27877 saylı rəyinə əsasən mübahisəli ərazinin yerinin naturada müəyyən edilməsi mümkün olmadığından, İctimai-iaşə birliyinin bağçılıq-bostançılıq şirkətinin İddiaçı 17.10.1988-ci il tarixli 01 saylı iclas protokolu il ayrılmış 6,0 so t torpaq sahəsi (torpaq sahəsi Cihazlar zavodunun bağçılıq-bostançılıq təsərrüfatının şərq hissəsində yerləşir) və Əli-Bayramlı şəhər XDS icrayyə komitəsinin 20 11.1987-ci il tarixli, 22 saylı iclas protokolu ilə «Görüş» Kooprativinə ayrılmış Əli-Bayramlı, Qazı-Məmməd avtomobil yolunun ətrafından 4 sot torpaq sahəsi üst-üstə düşüb-düşməməsini, həmin torpaq sahəsində tikili olub-olmadığını və İddiaçı ayrılmış torpaq sahəsinin tutulubtutulmadığını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və yerqurluşu X7 MMC-nin 13 saylı X9 İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 16.02.2017-ci il tarixli rəyinə əsasən araşdırma nəticəsi olaraq akta ilkin torpaqayırma y erqurluşu planından çıxarış əlavə edilmədiyindən iddiaçıya ayrılmış ərazinin yerinin naturada müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa işə apellyasiya baxışında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinin 21 avqust 2018-ci tarixli, 11005 nömrəli məhkəmə tikinti-texniki ekspert rəyinə əsasən İctimai-iaşə birliyinin bağçılıq-bostançılıq şirkətinin İddiaçı 17.10.1988-ci il tarixli 01 saylı iclas protokolu ilə ayrılmış 0,6 ha torpaq sahəsi (torpaq sahəsi Cihazlar zavodunun bağçılıq-bostançılıq təsərrüfatının şərq hissəsində yerləşir) və Əli-Bayramlı XDS İcrayyə Komitəsinin 20.11.1987-ci il tarixli, 22 saylı iclas protokolu ilə Görüş Kooperativinə ayrılmış Əli-Bayramlı, Qazı-Məmməd avtomobil yolunun ətrafında 0,4 ha torpaq sahəsinin üzt-üstə düş üb-düşməməsini müəyyən etmək mümükün olmamışdır. Buna səbəb iddiaçıın iddia etdiyi torpağa dair ilkin torpaqayırma planından çıxarış və ya torpaq sahəsinin ayrıc aktı təqdim etməməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 25 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar