Məhkəmə qərarları › İş №2(102)-884/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-884/2024

05.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-884/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Birinci iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh4, Cavabdeh1, X7, Cavabdeh2 qarşı və ikinci iş üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh1, X7, Cavabdeh2 və X6 cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı5 qarşı iddialarına dair birləşdirilmiş iş üzrə QƏRARDADİ (Kateqoriya (Açar sözlər): kassasiya baxışından çıxarılma (qanunvericiliyin tələblərinə zidd olduqda)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızında n ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-382/2023 nömrəli 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən birinci iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı3, İddiaçı5 tərəfindən verilmiş kassasiya şikayətinə 5 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və qeyriləri cavabdehlər Cavabdeh4, Cavabdeh1, X7, Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək, Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2.92 ha torpaq sahəsindən cavabdehlərin və onların ailə üzvlərinin çıxarılması və onlar tərəfindən inşa edilmiş özbaşına tikililərin onların h esabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Saatlı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(055)-1076/2022 nömrəli qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) iddia tələbi təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 3 dekabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə verilmiş JN-015A, KOD 90800048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X3, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətlərinə verilmiş, Saatlı rayonu, Mircəlal kəndində yerləşən 2.92 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh4 və onlarla birlikdə yaşayan ailə üzvlərinin çıxarılması, cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi, iddia qaldırılarkən ö dənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı3 verilməsi qət edilmişdir. İkinci iş üzrə birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçılar Cavabdeh4, Cavabdeh1, X6, X8 və Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı1 və İddiaçı7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-015A, KOD ******* nömrəli şəhadətnaməyə əsasən cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2,92 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(055)-168/2023 nömrəli qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) iddia tələbi təmin edilməmişdir. Apellyasiya insta nsiyası məhkəməsindəki icraat

5. Birinci iş üzrə Cavabdeh4 apellyasiya şikayəti verərək Saatlı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(055)-1076/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İkinci iş üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(055)-168/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Şivan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 sentyabr 2023-cü il tarixli, 2(106)-1315/2023 saylı qərardadı ilə iddiaçılar Cavabdeh4, Cavabdeh1, X2, X5 və Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı1 və İddiaçı7 qarşı alqı-satqı müqavi ləsinin bağlanmış hesab edilməsi tələbinə dair 2(106)-1315/2023 saylı mülki iş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və qeyrilərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı torpaq sahəsindən çıxarılma və cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların hesabına sökülməsi tələbinə dair 2(106)-382/2023 saylı mülki işə birləşdirilmişdir.

8. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-382/2023 nömrəli 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi) Tale Kərimov və Pərviz Əhmədov) birinci iş üzrə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(055)-1076/2022 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, i ddia tələbi təmin edilməmişdir. İkinci iş üzrə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(055)-168/2023 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək torpağa mülkiyyət hüququna dair JN-015A, ******* kod nömrəli şəhadətnaməyə əsasən cavabdehlər X3, İddiaçı7, İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonunun Mircəlal kəndində yerləşən 2,92 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi cavabdehlərlə iddiaçılar Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış hesab edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

9. Birinci iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı3, İddiaçı5 birgə kassasiya şikayəti verərək (vəkil qismində Vəkil2) qətnamənin ləğv edilərək birinci iddia tələbinin təmin, ikinci iddia tələbinin isə rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı ikinci iş üzrə iddiaçı Cavabdeh4 etirazı daxil olmuşdur. Etirazda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

11. Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.

12. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

13. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-382/2023 nömrəli 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən birinci iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı7 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 31 yanvar 2024-ci il tarixli 2(102)-884/2024 nömrəli qərardadı ilə mümkün hesab edilərək icraata qəbul edilmişdir.

17. İş öyrənilərkən müəyyən edilmişdir ki, kassasiya şikayəti Azərbaycan Respublikasının MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

18. Belə ki, iş materiallarından görünür ki, birinci iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı3, İddiaçı5 ilə Vəkil2 arasında bağlanmış müqavilə əsasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə səlahiyyətlərin verilməsini təsdiq edən 30 sentyabr 2023cü il tarixli ******* nömrəli vəkil orderi mövcuddur.

19. Azərbaycan Respublikası Vəkillər X1 sədr müavini Aydın Axundov tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış 28 mart 2024-cü il tarixli 460 nömrəli məktubdan məlum olmuşdur ki, hazırkı iş üzrə kassasiya şikayətini tərtib edən və imzalayan Vəkil2 12 iyun 2023-cü il tarixindən vəkillik fəaliyyəti dayandırılmışdır.

20. Məktubda həmçinin qeyd olunmuşdur ki, Vəkil2 hazırda məhkəmə və istintaq orqanlarına Bakı şəhəri 20 saylı vəkil bürosuna aid olmayan orderlər təqdim edərək vəkil kimi işlərdə iştirak etməkdədir.Qeyd olunanları nəzərə alaraq, Vəkil2 hazırda vəkil kimi iştirak etdiyi işlərdən kənarlaşdırılmasını xahiş edirlər.

21. Azərbaycan Respublikasının MPM-in 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 407.3 və 407.4-cü maddəl ərinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

22. Göstərilən maddələrdə “vəkil” dedikdə qanuni əsaslarla fəaliyyət göstərilən vəkil nəzərdə tutulur. Lakin yuxarıda göstərilənlərlə təsdiq olunur ki, kassasiya şikayəti imzalanarkən və müvafiq order tərtib edilərkən Vəkil2 vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququ olmamışdır.

23. Məhkəmə kollegiyasının mövqeyinə görə baxılan iş üzrə kassasiya şikayəti MPM-in 67.1 və 407.3-cü maddələrinin tələblərinə uyğun olaraq qanunvericiliyin tələbinə uyğun və killik fəalliyəti ilə məşğul olmaq hüququ olan vəkil tərəfindən tərtib olunmamış və imzalanmamışdır. Eləcə də, Vəkil2 hüququ olmadığı halda vəkil orderi tərtib edib təqdim etmişdir. Belə ki, Vəkil2 kassasiya şikayəti verilən tarixdə, yəni 14 noyabr 2023-cü il tarixində artıq vəkil kimi fəaliyyəti dayandırılmışdı.

24. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 31 yanvar 2024-ci il tarixli, 2(102)884/2024 nömrəli qərardadı ləğv edilərək, iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı2, İdd iaçı3, İddiaçı5 və İddiaçı7 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2024-cü il tarixli 2(102)-884/2024 nömrəli qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar