Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-885/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2(103)-7414/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK Cavabdeh qarşı “kooperativin yaşaması və istismarı üçün müəyyən edilmiş haqqın ödənilməsi” bar ədə iddiası rədd edilib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ləğv edilib, iddia qismən təmin edilərək, cavabdehdən ödənilməmiş kommunal xidmət haqqına görə 1.620 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. 29 noyabr 2021-ci il tarixdə cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Ali Məhkəmənin 29 dekabr 2021-ci il tarixli qərardadı ilə cavabdehin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilib və işə kassasiya şikayətinə əsasən Ali Məhkəmənin Mülki Kollegiyasında yazılı icraat qaydasında baxılması qərara alınıb. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını öyrənib, kassasiya şikayətini nəzərdə keçirib hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməli, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hiss əsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1, 408.1.1-ci maddələrində göstərilir ki, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kim i apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 402.1, 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlmadan, hazırki mülki iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını, yəni iddianın təmin olunan hissəsinin cəmi 1.620 manat olmasını və kassasiya şikayətinin isə 01 oktyabr 2021-ci il tarixdən sonra daxil olmasını nəzərə almadan, kassasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərib. Azərbaycan Respublikası MPM-nin 404-1.2-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsi, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edir. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllən in tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 29 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 404.2.2, 404-1.2, 417.1.7-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA A L D İ M: İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2(103)-7414/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Ali Məhkəmənin 29 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin, işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-885/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-885/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver