Məhkəmə qərarları › İş №2(102)-886/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-886/2023

27.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-886/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyət hüququnu müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2(103)-6407/2022 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhk əməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Cavabdeh2, Cavabdeh1 xxx qızı, xxx və X4 ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər və yetkinlik yaşına çatmayan övladları – xxx (qeydiyyat ünvanı: ünvan 1) və X1 ( qeydiyyat ünvanı: ünvan 22) ona məxsus ünvan 1 ünvanlı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlər bir neçə ildir k i, iddiaçıya məxsus mənzili zəbt ediblər, oradan çıxmırlar. Mübahisəli mənzil 2016-cı ildən iddiaçıya məxsusdur. Bu barədə DƏDRX-dan ******* saylı reystrdən çıxarış da vardır. Lakin iddiaçı yaşı və səhhəti ilə bağlı oğlunun yanında yaşayır. Bundan sui-istifadə edən cavabdehlər iddiaçının mənzilini zəbt etmişdir.

5. Cavabdehlərin qanunsuz hərəkətlərinə iddiaçı və oğlu tərəfindən etiraz edilsə də, cavabdehlər mənzili azad etməkdən imtina edirlər. Bununla da, cavabdehlər iddiaçının hüquqlarını pozurlar.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 153 və 154-cü maddələrinə istinad etmişdir.

7. Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2015-ci ildə Amil adlı şəxsə 7000 manat pul verərək, həmin evi almışdır. O zaman broker evdə heç nə olmadığına görə 12000-13000 ma nat qiymət qoymuşdur. Əlavə olaraq, qonşunun da mənzilinə aid olan 5 kv.m hissəni 5.000 manata alaraq mənzilin ümumi sahəsini 65 kv.m etmişdir. Evin təmirinə 17000 manat pul xərcləmişdir. Həmin evdən nə iddiaçının, nə də Elşadın xəbəri olmamışdır. İddiaçı evdə edilən təmiri gördükdə bina plana düşən zaman gəlib ona halallıq verəcəyini demişdir. Həmin bina qəzalı vəziyyətdə olduğuna görə heç kəsin çıxarışı yoxdur. Ev bərbad vəziyyətdə olan zaman heç kəs yaxınlaşmamış, təmir olunduqdan sonra belə bir evin var olduğu yadlarına düşmüşdür.

8. Cavabdeh1 da iddiaya etiraz etmişdir.

9. Səbail Rayon Məhkəməsinin e- 2(009)-826/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladları xxx, X4 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi 25-də yerləşən 12 saylı mənzildən çıxarılmaları qət edilmişdir. (hakim Şəhla Süleymanova)

10. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh mübahisəli mənzili Amil adlı şəxsdən almış, aldıqdan sonra mənzilin əsaslı təmirinə 17000 manat xərcləmiş, ailəsi ilə həmin mənzildə yaşayır və həmin mənzildən köçməkdən imtina edir.

11. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd edib ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Mübahisəli mənzilin mülkiyyətçisi ilə və ya etibar etdiyi şəxslə cavabdeh arasında mənzilin alğı-satqısına dair müqavilə iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdi m edilməmişdir. Cavabdeh mübahisəli mənzilin alınması üçün ödədiyi 7000 manatı və əsaslı təmiri üçün ödədiyi 17000 manatın (sübutlar təqdim etməklə) qaytarılmasına dair tələb irəli sürə bilər.

12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı cavabdehlərin mübahisəli mənzildə yaşamasına etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdehlər mənzili boşaltmadıqlarından, bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdehlərin mübahisəli mənzilə hər hansı hüquqları yoxdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü, Mülki Prosesual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh2 apellyasiya şikayəti verərək bir inci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlilləri iddiya etirazın dəlilləri (bax:7-ci bənd) ilə eyni məzmunda olmaqla yanaşı, əlavə olaraq şikayətdə bunlar göstərilib: - mübahisəli mənzilin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınması tamamilə saxtakarlıqla aparılmışdır. Belə ki, evə baxış keçirilməmiş, heç-bir ölçü götürülüb plan xəritə tərtib olunmamış və evin son halı barədə heç bir hal dəqiqləşdirilmədən çıxarış verilmişdir; - evin təmirini aparan usta X2 şahid kimi tanınıb ifadəsinin alınması zəruridir; - qətnamədə bir çox hallara qiymət verilməmişdir. Belə ki, notariusa sorğu verilib Amil adlı şəxsin adına olan etibarnamə arxivdən çıxarılmalı və işin faktiki halları ilə əsas təşkil etdiyi üçün ona qiymət verilməli idi. Eləcə də qonşular X3 və X5 şahid kimi tanınmalı və ifadələri alınmalıdır. Çünki, qonşular evin alınması, təmir-bərpası və əlavə sahənin alınıb evə qatılması məsələlərinin yaxın və birbaşa şahidləri olmuşlar. Məhkəmə bu işə də münasibət bildirməlidir; - eyni zamanda çıxarışın ləğv edilməsinə dair iddia tələbinə baxılmamışdır. Bir çox məsələlər ilə bağlı müraciətləri baxılmamış saxlanılmışdır; - məhkəmə işə qərəzli yanaşmı,ş qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual normaların tələbləri pozulmaqla çıxarılmışdır; - bununla yanaşı, məhkəmə ev üçün sərf etdiyi 29000 manat pulun aqibəti barədə də münasibət bildirməmişdir. Belə ki, 7000 manat evin alışı üçün, 5000 manat sanuzel hissəsi üçün qonşudan əlavə pay almış və toplamda 17000 manat dəyərində təmir bərpa işləri görmüşdür. Xərclədiyi bu pullara da münasibət bildirilməli idi; - Mülki Məcəllənin 152.11-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. İfadələrdən və gəlinən nəticədən aydın olur ki, mülkiyyətçi olaraq tanınan iddiaçı ona mənub olduğu müəyyən edilmiş əmlakın saxlanılması üçün heç-bir hərəkət etməmişdir. Bütün məsrəflər cavabdeh tərəfindən edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2(103)-6407/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən v ə məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi iə razılaşaraq qeyd etmişdir ki, işin mübahisəsiz hallarından göründüyü kimi ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin cavabdehlərin həmin mənzildə yaşamaları müəyyən edilmişdir. Buna görə də iddiaçı mübahisəli mənzil üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək cavabdehlərin qeyd edilən yaşayış sahəsindən çıxarılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.

18. Apellyasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsi əsassız saymış və göstərmişdir ki, Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi ilə və ya etibar etdiyi şəx s arasında mənzilin alğı-satqısına dair müqavilə, eləcə də digər hüquqi müəyyənedici sübutlarını təqdim etməmişdir.

19. Birinci instansiya məhkəməsinin cavabdehin mənzilə çəkdiyi xərclərə münasibət bildirməməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, cavabdehlərin mənzilə çəkdiyi xərclərin geri qaytarılması barədə ayrıca iddia ilə müraciət etmək hüquqları mövcuddur.

20. Şahidlərin dindirilməsi ilə bağlı dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, cavabdehlər birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclaslarında iştirak etmiş, lakin şahid dindirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişlər. Eyni zamanda Cavabdeh2 həmin şahidlərin dindirilməsinə əsas olan halların məhz apelly asiya baxışı zamanı meydana gəlməsini mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qərəzli yanaşma sərgiləyərək cavabdehin müraciətlərini və ifadələrini nəzərə almadan qətnamə çıxarmışdır. Cavabdeh əmlaka xeyli xərc çəkmiş və evi yaşanıla biləcək hala gətirmişdir, lakin məhkəmə bu halı araşdırmamışdır. Bundan başqa, ifadələrdən və gəlinən nəticədən aydın olduğu kimi, saxtakarlıqla əldə edilmiş çıxarış əsasında mülkiyyətçi olaraq tanına n iddiaçı ona mənsub olduğu müəyyən edilmiş əmlakın saxlanılması üçün heç bir hərəkət etməmişdir. Bütün məsrəflər cavabdeh tərəfindən qarşılanmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən çıxarış verilərkən evə baxış keçirilməmiş, heç-bir ölçü götürülüb plan xəritə tərtib olunmamış və evin son halı barədə heç-bir hal dəqiqləşdirilmədən çıxarış verilmişdir və verilmiş bu saxta çıxarışla cavabdehin mülkiyyətinə dair hüquqları kobud şəkildə pozulmuşdur. Apellyasiya instansiyası notariusa sorğu verib Amil adlı şəxsin adına olan etibarnaməni arxivdən çıxarmamış, işin faktiki hallarını araşdırmadan iddiaçının mülahizələrinə qiymət vermişdir. Məhkəmə kollegiyası cavabdehin t əqdim etdiyi sübutlara qiymət verməmiş və şahidlərin dindirilməsinə dair tələblərinə əhəmiyyət vermədən, iddiaçının birinci instansiya məhkəməsində səsləndirdiyi mülahizələri əsasında cavabdehin əleyhinə qətnamə çıxarmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, m ülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edi lmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və proses sual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

29. İddia tələbi iddiaçının mülkiyyətində olan evdən cavabdehin çıxarılması barədədir.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də cavabdeh iddiaçının mülkiyyətində olan evdən qanunsuz istifadə edir.

31. Nəzərə alınsa ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, belə olan halda Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsasən iddianın qeyd edilən hissədə təmin edilməsi qanuni və əsaslı olmuşdur.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, bu dəlillər apellyasiya məhkəməsinin hazırki qərarın 18-20-ci bəndlərində əks edilən mövqeyi ilə təkzib edilir. Üstəlik, işin faktiki halları ilə bağlı olmaqla iddiaya etirazın əsasını təşkil edən məhz həmin dəlillərə qiymət verilməsi nəticəsində apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməli olması nəticəsinə gəlmişdir.

33. Bu baxımdan, məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı saymır.

34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayə ti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2022-ci il tarixli, 2(103)-6407/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar