Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-886/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak kirayəsi müqaviləsi üzrə neqator tələb, kirayəyə verənin xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv etməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1608/2024 nömrəli 21 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tinə 12 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4, 27 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.
2. Murad Talıb oğlunun anası Nümayəndə sözügedən mənzili ayda 250 manat ödəmək şərtilə Cavabdeh şifahi əmlak kirayəsi müqaviləsi əsasında kirayəyə vermişdir.
3. Sumqayıt Şəhər Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərarla Cavabdeh xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə vermiş olduğu məlumat əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından material üzrə cinayət təqibinin başlanması rədd edilmişd ir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 27A/4 saylı evin 27 saylı mənzilindən çıxarılmasına, mənzilin boşaldılaraq ona təhvil verilməsinə, ödənilməmiş 750 manat kirayə məbləğinin, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası Nümayəndə etibarnamə üzrə nümayəndəsidir. Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4, 27 saylı mənzil mülkiyyətində olmaqla, ona məxsusdur. Cavabdeh ilə anası arasında şifahi olaraq kirayə müqaviləsi bağlanaraq, hər ay 250 manat kirayə pulu təyin olunmuşdur. Hal-hazırda cavabdeh onun evində kirayə qalır, 3 aylıq kirayə pulunu ödəmir və kommunal borcları var. Lakin cavabdeh Azərbaycan Respublikası DİN-in 102 Xidmətinə müraciət edərək, onlara məxsus evdən oğurluq olduğunu və hadisənin isə məhz anası tərəfindən törədildiyini qeyd edərək anasını şərləmişdir. Buna görə kirayə pulunu ödəməkdən imtina etmişdir. Belə ki, anası cavabdehdən mənzilin boşaldılmasını istədikdə, cavabdeh 2000 manat pul qarşılığında evi boşaldacağını bildirmişdir. Hesab edir ki, cavabdehin bu tələbi tam əsassızdır və Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4, 27 saylı mənzil hazırda Cavabdeh qeyri-qanuni sahibliyindən geri götürülməlidir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun iza hat verərək əlavə olaraq bildirmişdir ki, oğlu hərbi xidmətdən gəldikdən sonra evdən çıxardacağını bildirmişdir. Cavabdeh yalançı şahidlə gəlmişdir ki, 2000 manat məbləğində pul vermişdir. Dekabr ayında 230 manat məbləğində ödəniş etmişdir. 3000 manat məbləğində onu ziyana salmışdır. Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək evi oğurlamaqları barədə yalan məlumat vermişdir. Kirayə müqaviləsi bağlamaq istəmişdir, lakin ev oğlunun mülkiyyətində olduğu üçün müqavilə bağlaya bilməmişdir. Şahidlərdən birinin məcburi şəkildə gətirildiyini bildirmişdir. Noyabr ayında 2000 manat məbləğində kirayə haqqını ödəyən şəxs dekabr ayında kirayə haqqını ödəməz. 7 aydır ki, cavabdeh evindən çıxmır.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Evə köçən zaman ev təmirli olmamışdır. Təmiri ilə əlaqədar 3000-4000 manat aralığında xərc çəkmişdir. Evin iddiaçının oğlunun mülkiyyətində olduğunu bilməmişdir. 22 oktyabr tarixində anası rəhmətə getmişdir. Anasının vəfat etdiyi gündən 3 gün sonra rəfiqəsinə pul vermişdir ki, kirayə haqqını ödəsin. Hər zaman kirayə haqqını vaxtı-vaxtında ödəmişdir. Noyabr ayında 7-8 ay ərzində olan kirayə haqqını ödəmək üçün qardaşı 2000 manat məbləğində pul vermişdir. Kirayə haqqının məbləği 250 manat olmuşdur. 7-8 aylıq kirayə haqqını ödəmək üçün 2000 manat məbləğində pulu iddiaçıya vermişdir. Bununla bağlı şahidi də vardır. Anası rəhmətə getdiyi gündən 40 gün sonra evinə gələn zaman oğurluq hadisəsi baş verdiyini görmüşdür. Evindən 7000 manat məbləğinə qədər vəsait oğurlanmışdır. Lakin ev sahibindən ş übhələnməmişdir. Hüquq mühafizə orqanları tərəfindən onlar şübhəli şəxs qismində cəlb edilmişdir. İddiaçının kürəkəni evin qapısını sındırmış və qısa zamanda evi boşaltmağı bildirmişdir. Həmin şəxsin onu döyməsi barədə ekspertizaya getmişdir. İddiaçı yalvarmışdır ki, şikayətini geri götürsün. Buna görə 2-3 ay ərzində kirayə haqqını istəməmiş və o da kirayə haqqını ödəməmişdir.
8. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirmişdir ki, cavabdeh Sabirabadda qonşusudur, yaxın əlaqələri vardır. Anası vəfat edəndən sonra qardaşı 2000 manat məbləğində pul vermiş və cavabdeh həmin məbləği iddiaçıya vermişdir. Onunla birlikdə pulu iddiaçıya vermişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(060)-3665/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4də yerləşən 27 saylı mənzildən çıxarılması, Cavabdeh 750 manat məbləğində kirayə haqqı, hüquqi xidmət göstərilməsinə görə 100 manat məbləğində haqq və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4-də yerləşən 27 saylı mənzil İddiaçı məxsusdur. İddiaçının anası sözügedən mənzili ayda 250 manat ödəmək şərtilə Cavabdeh kirayə verdiyini bildirmişdir. Sonuncu isə noyabr ayında 7-8 aylıq kirayə haqqını ödəmək üçün 2000 manat məbləğində pul vəsaitini Nümayəndə verdiyini və bu səbəbdən mənzildən çıxmaqdan imtina etdiyi ni bildirmişdir. Hazırda həmin mənzildə Cavabdeh yaşayır. Bu səbəbdən iddiaçı onun həmin mənzildən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
12. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
13. Həmin mənzillə bağlı iddiaçının anası Nümayəndə ilə cavabdeh arasında şifahi kirayə müqaviləsinin bağ lanması işin mübahisə edilməyən halıdır. Hər iki tərəf mənzilin kirayəçi Cavabdeh ayda 250 manat kirayə haqqı olmaqla kirayəyə verildiyini etiraf edirlər.
14. Əmlakın kirayəyə verilməsi ilə bağlı razılaşma cavabdehlə sözügedən mənzilin mülkiyyətçisi ilə deyil, onun anası arasında bağlansa da, sonradan iddiaçının kirayə verilmiş mənzildən cavabdehin çıxarılması və həmin mənzilə görə kirayə haqqını tələb etməsi artıq onun həmin müqaviləni bəyəndiyini və həmin müqavilədən çıxış edərək kirayə haqqı məbləğinin ödənilməsini tələb etdiyini ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
15. Beləlik lə qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında kirayə ilə bağlı müqavilə münasibətləri mövcuddur. Müqavilənin formasına gəldikdə isə qanunvericilikdə kirayə müqaviləsinin şifahi və yazılı bağlanması ilə bağlı imperativ göstəriş nəzərdə tutulmamışdır. Eyni zamanda, Mülki Məcəllənin əmlak kirayəsini tənzimləyən 33-cü fəslində kirayə müqaviləsinin şifahi bağlanmasını istisna edən hər hansı bir müddəa təsbit edilməmişdir.
16. İddiaçının tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən ç ox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
17. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərardan, habelə whatsap yazışmalarından görünür ki, cavabdeh onun kirayə haqqı üzrə ödənişləri etməməsi səbəbindən mənzildən çıxarılması ilə bağlı iddiaçı tərəfin niyyətindən məlumatlı olmuş, lakin noyabr ayının sonlarında 2000 manat məbləğində kirayə haqqı verdiyini bildirərək həmin mənzildən çıxmaqdan imtina etmişdir.
18. Cavabdeh tərəfindən əvvəlcədən kirayə haqqı olaraq 2000 manat məbləğində pul vəsaitinin ödənilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh noyabr ayında kirayə haqqı olaraq 2000 manat məbləğində pul vəsaitini ödədiyini b ildirsə də bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
19. Eyni zamanda, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh DİN-in 102 xidmətinə zəng edərək yaşadığı mənzildən oğurluq edildiyini bildirmiş, onun şikayəti əsasında araşdırma aparılmış, araşdırma zamanı X4 şahidi qismində dindirilmiş və o, ifadəsində bildirmişdir ki, “....Rəqsanə ona demişdir ki, 2000 pulu Elmiradan almaq üçün həmin pulu, guya o, Elmiraya verdiyini təsdiq edib deməlidir, o, yalançı şahid olmağının və tanımadığı şəxsin üzünə qarşı 2000 manat verəcəyini deməyinə tərəddüd etmiş, lakin Rəqsanə təkidlə ondan bunu tələb etmiş, o, da Rəqsanəyə konkret olaraq heç bir söz deməmişdir. Bir müddət sonra Rəqsanə ona zəng edərək guya Elmiraya 2000 manat pulu verməyini izahatda göstərməyi üçün Sumqayıt Polis İdarəsinə getmələrini xahiş etmiş, o da polis idarəsinə getmiş və araşdırma zamanı vicdanı yol vermədiyinə görə həqiqəti danışaraq, Nümayəndə adlı qadını tanımadığını, həmin qadına heç vaxtı 2000 manat pul vermədiyi barədə izahat vermişdir.” Beləliklə, cavabdeh şahidin yalan ifadəsi vasitəsilə ilə 2000 manat məbləğində pul vəsaitinin mənzilin kirayə haqqı olaraq ödənildiyini sübuta yetirməyə çalışmışdır.
20. Məhkəmə şahid qismində məhkəmə iclasında dindirilmiş X2 ifadəsinə münasibətdə qeyd etmişdir ki, yuxarıda qeyd olunanlarla şahid X2 dedikləri təkzib olunur. Belə ki, yuxarıda adı qeyd edilən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda cavabdeh pulun tanışı Rauf Mehdi yevə verdiyini və birlikdə Elmiranın evinə getdiyini, Raufun onun yanında Elmiraya 2000 manat pul verdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş X3 isə Rəqsanənin onun yanında 2000 manat pul vəsaitini Nümayəndə verdiyini bildirmişdir. Beləliklə sözügedən şahid ifadəsi ilə cavabdehin izahatları arasında ziddiyyətlər mövcuddur. Belə olan halda həmin ifadələr məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
21. Məhkəmə iddiaçının ödənilməmiş 750 manat kirayə haqqının ödənilməsinə dair tələbinə münasibətdə qeyd etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi hər iki tərəf mübahisə predmeti olan mənzillə bağlı aralarında kirayə münasibətlərinin olduğunu və kirayə haqqı olaraq 250 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəldiklərini istər məhkəmə iclaslarında v erdikləri izahatları ilə, istərsə də 3-cü polis bölməsində verdikləri izahatları ilə etiraf etmişlər. Beləliklə, cavabdehin iddiaçı tərəflə sözügedən mənzilin kirayəsi müqabilində 250 manat məbləğində kirayə haqqı ödəməsi ilə bağlı razılaşması, habelə həmin mənzildə yaşaması işin mübahisələndirilməyən halıdır.
22. İşin hallarından da görünür ki, iddiaçı tərəfindən tələb olunan 750 manat məbləğində pul vəsaiti iddia ilə məhkəməyə müraciət edilməmişdən əvvəlki dövr üzrə yaranmış kirayə haqqı üzrə borc məbləği ilə bağlıdır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh noyabr ayında ödəniş etdiyinə istinad edərək ondan sonrakı dövrlər üzrə kirayə haqqını ödəməkdən imtina edir. İddiaçının nümayəndəsi isə polis bölməsində izahatında 18 dekabr 2023-cü il tarixə qədər ona 230 manat kirayə haqqı göndə rdiyini, qalan 20 manat məbləğində pul vəsaitini göndərəcəyini bildirsə də həmin məbləğində cavabdeh tərəfindən ödənilmədiyini, həmin gündən sonra kirayə haqqının ödənilmədiyini qeyd etmişdir. Beləliklə cavabdeh iddiaçıya məxsus mənzildə yaşamaqla həmin mənzildən istifadə etdiyi halda buna görə ödəməli olduğu 3 (üç) aylıq kirayə haqqını ödəməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.
23. Məhkəmə iddianın hüquqi xidmət üçün ödənilmiş 400 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş 14 fevral 2024-cü il tarixli, 57385 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən vəkilin xidmətlərinə görə 400 manat məbləğində ödəniş edilmişdir. Eyni tarixli vəkil orderindən görünür ki, vəkil ilə də müqavilə məhz 14 fevral 2024-cü il tarixdə bağlanmışdır.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 82.3,152.1, 152.5, 385.1, 386.1, 685.1, 685.2 və 686-cı maddələri, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 675-ci maddəsinə ə sasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. O, bir neçə ay sonranın da kirayə haqqını ödəməsinə baxmayaraq, iddiaçı əsassız olaraq iddia qaldıraraq onun mənzildən çıxarılmasını tələb etmişdir. Şifahi bağlanmış kirayə müqaviləsinin şərtləri pozulmadığı halda, məhkəmə işi tam və ətraflı araşdırmamış, əsassız qətnamə çıxarmışdır. Onun tərəfindən əvvəlcədən kirayə haqqı olaraq 2000 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. O, məhkəmə iclasında şahidlərin işlə əlaqədar olaraq iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, məhkəmə şahidləri dindirməmiş və işi birtərəfli aparmışdır. Eyni zamanda, sonun cu məhkəmə iclası barədə cavabdehə heç bir bildiriş göndərmədən, cavabdehin xəbəri olmadan işi yekunlaşdırıb, qətnamə çıxarmışdır. Bu da işin birtərəfli aparılmasını və qətnamənin əsassız olmasına dəlalət edir. Hesab edir ki, çıxarılmış qətnamə qanunsuzdur və ləğv edilməlidir. İşin hallarından da aydın görünür ki, məhkəmə işi obyektiv və ətraflı araşdırmamışdır.
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1608/2024 nömrəli 21 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi, X5 və X6) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qə tnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
29. Əsas dəlil kirayə haqqı olaraq öncədən 2.000 manat ödəniş edilməsi, şifahi bağlanmış kirayə müqaviləsinin şərtlərinin pozulmaması ilə bağlıdır. Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfin qeyd olunan etirazı yalnız özünün bildirdiklərindən ibarət olmaqla, heç bir mötəbər sübuta əsaslanmır.
30. Kollegiya şikayətin məhkəmə iclası barədə cavabdehə heç bir bildiriş göndərilməməsi barədə dəlilini əsassız hesab etmişdir. Belə ki, mülki iş materialları ilə qeyd olunan xüsusat təkzib olunur. İş materiallarından görünür ki, cavabdeh məhkəmə iclasları barədə məlumatlandırılmaqla, məhkəmə iclaslarında iştirak etmişdir (iclas prtokolları i/v 39-40, 46). Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şifahi bağlanmış kirayə müqaviləsinin şərtləri pozumadığı halda, məhkəmə işi tam və ətraflı araşdırmamış və əsassız qətnamə çıxarmışdır. Məhkəmə cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdehin sözügedən mənzildən başqa yaşayış yeri olmadığını və mübahisəli şahid ifadələrini nəzərə almamışdır. Belə ki, məhkəmə işin hallarını daha dəqiq araşdırmalı zəruri olduğu halda, əlavə şahidlər də dəvət etməli idi. Lakin buna baxmayaraq, məhkəmə iddiaçının xeyrinə qətnamə çıxarmağa tələsmişdir. Məhkəmə nəinki cavabdehin qeyd etdiyi şahidləri dindirmiş, eyni zamanda sonuncu məhkəmə iclası barədə ca vabdehə heç bir bildiriş göndərmədən, cavabdehin xəbəri olmadan işi yekunlaşdırmışdır.
33. Cavabdeh məhkəmə iclasında 2 şahidinin olduğunu bildirmiş və onların da dindirilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də, ona heç bir xəbər verilmədən məhkəmə prosesi keçirilmiş və yekun məhkəmə aktı çıxarılmışdır. Bu da işin birtərəfli aparılmasını və qətnamənin əsassız olmasına dəlalət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi Nümayəndə Arif qızı tərəfindın etiraz daxil olmuş, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
40. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vic danlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər.
41. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 42. 2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 43. 2.2. ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
44. Maddə
686. Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, ond a hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tər əflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apell yasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi məsələlərə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 noyabr 2024-cü il tarixli 2(105)-1608/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir