Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-887/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 18 fevral 2019-cu il İş № 2(102)-887/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh X3 vəkili Babayev Bəxtiyar Rəhim oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-541/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən birgə verdikləri kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Masallı rayon məhkəməsinin (hakim Nemət Musayev) 2(050)-689/2017 №li 25 sentyabr 2017-cu il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək X10 və X4 zəbt etdikləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus Masallı rayonu Bədəlan kəndində yerləşən 0,18 ha torpaq sahəsindən çıxarılmaları qət edilmiş, iddia tələbi mənəvi ziyan tələbinə dair hissədə rədd edilmişdir. Məhkəmə qətnaməsi ilə həmçinin məhkəmə xərclərinə dair məsələ həll edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Etibar Camalov - sədrlik edən və məruzəçi, Ələsgər Novruzov, Rafiq Cəfərov) 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayəti təmin olunmuş, Masallı rayon məhkəməsinin 25 sentyabr 2017-ci tarixli qətnaməsi cavabdehlərin apelyasiya şikayətinə əsasən qismən, yəni X10 və X3 zəbt etd ikləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus Masallı rayonu Bədəlan kəndində yerləşən 0,18 ha torpaq sahəsindən çıxarılması, məhkəmə xərclərinin cavabdehlər X15 və X6 aid edilməsi hissələrində ləğv olunmuş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər X10, X4 Masallı rayonu Bədəlan kəndində yerləşən 0,18 ha torpaq sahəsindən çıxarılmasına dair iddia tələbləri rədd edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə xərcləri iddiaçılara aid edilmişdir. İşin halları: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər X10, X6 qarşı iddia qaldıraraq cavabdehlərin onlara məxsus olan 18 ha torpaq sahəsindən çıxarılmasını və dəymiş ziyana görə 10000 manat ziyan pulunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi o nunla əsaslandırılmışlar ki, 16 avqust 1999-cu il tarixdə sabiq “Əzizbəyov” adına sovxozdan onlara qanuni əsaslarla torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsini hasara almaqla, ev tikmək məqsədləri olmuşdur. Lakin maddi imkanları olmadığından işləmək üçün Rusiya Federasiyasına getmişlər. Cavabdehlər onların torpaq sahəsini zəbt etməklə istifadə edirlər. X16 iddiasına əsasən Masallı rayon məhkəməsinin 28 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, lakin Şirvan Apelyasiya Məhkəməsi iddia tələbini rədd etmiş, onların əvəzinə atalarının iddia qaldırmasının qeyri qanuni olduğunu göstərmişdir. Kassasiya şikayəti verilsə də, Ali Məhkəmə Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Dəfələrlə cavabdehlərə zəbt etdikləri torpaq sahələrindən çıxmalarını tələb etsələr də heç bir nəticə verməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçılar kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Şirvan Apellyasiya Məhkəməsındə düzgün məhkəmə araşdırması aparılmamış, iş üzrə əsassız olaraq ekspertiza təyin olunmuş və ekspert qarşısınd a düzgün suallar qoyulmamışdır. Nəticədə isə ekspert düzgun rəy təqdim etməmiş və məhkəmədə həmin rəyə istinad edərək qətnamə qəbul etmişdir. Halbuki, Masallı rayon məhkəməsində iş üzrə ekspertiza keçirilmiş və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması müəyyən olunmuşdur. İki rəy arasında zidiyyət olduğundan əlavə, təkrar ekspertiza və ya komisyon ekspertiza keçirilməlidir. Lakin məhkəmə bunları etməyərək qanunsuz qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdeh X3 vəkili X1 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar və digər cavabdeh gəl mədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdeh X3 vəkili X4nun izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Masallı rayon Sovetinin Torpaq Komissiyasının 09 noyabr 1994-cü il tarixli iclasının qərarına (protokol № 8) əsasən «Əzizbəyov» adına sovxozun fəhl ə və qulluqçu ailələrinin həyətyanı torpaq sahəsinə ehtiyacının təmin edilməsi məqsədilə X2na sovxozun həyətyanı torpaq fondunun uzunluğu 30 metr, eni 20 metr olub, cəmi 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmış, həyətyanı torpaq sahəsi qərb tərəfdən Sovxozun çay sahəsi ilə, şimal tərəfdən İddiaçı1 həyətyanı torpaq sahəsi ilə, cənub tərəfdən X5un torpaq sahəsi ilə, şərq tərəfdən isə kənd küçə yolu ilə həmsərhəddir. 16 avqust 1996-cı il tarixli Aktdan görünür ki, Masallı rayon Sovetinin Torpaq Komissiyasının 09 noyabr 1994-cü il tarixli iclasının qərarına (protokol № 8) əsasən «Əzizbəyov» adına sovxozun fəhlə və qulluqçu ailələrinin həyətyanı torpaq sahəsinə ehtiyacının təmin edilməsi məqsədilə İddiaçı1 sovxozun həyətyanı torpaq fondunun uzunluğu 30 metr, eni 20 metr olub, cəmi 0,06 he ktar həyətyanı torpaq sahəsi ayrılmış, həyətyanı torpaq sahəsi qərb tərəfdən Sovxozun çay sahəsi ilə, şimal tərəfdən Fermer sahəsi ilə X6un, cənub tərəfdən İddiaçı2 torpaq sahəsi ilə, şərq tərəfdən isə kənd küçə yolu ilə həmsərhəddir. 31 yanvar 1997-ci il tarixli Aktdan görünür ki, Masallı rayon Sovetinin Torpaq Komissiyasının 09 noyabr 1994-cü il tarixli iclasının qərarına (protokol № 8) əsasən «Əzizbəyov» adına sovxozun fəhlə və qulluqçu ailələrinin həyətyanı torpaq sahəsinə ehtiyacının təmin edilməsi məqsədilə İddiaçı3 sovxozun həyətyanı torpaq fondunun uzunluğu 30 metr, eni 20 metr olub, cəmi 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmış, həyətyanı torpaq sahəsi qərb tərəfdən sahə ilə, şimal tərəfdən X7un payı bəlli sahəsi ilə, cənub tərəfdən küçə yolu ilə, şərq tərəfdən isə İddiaçı1 hə yətyanı torpaq sahəsi ilə həmsərhəddir. Apelyasiya instansiyası məhkəməsinin sorğusu əsasında təqdim olunmuş Masallı rayon Dövlət Arxivinin 28 aprel 2018-ci il tarilxi 157 №-li məktubundan və ona əlavə edilmiş sabiq M.Əzizbəyov adına sovxozun və Bədalan BKFT-nın torpaq sahələri barədə əmr kitablarından Çıxarışlardan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 torpaq sahələrinin ayrılmasına dair yer quruluşu layihə sənədləri Masallı rayon Dövlət Arxivinə təhvil verməmişdir. Lakin İddiaçı1, İddiaçı2 sabiq M.Əzizbəyov adına sovxozun 31 avqust 1996-cı il tarixli 28 saylı əmrinin uyğun olaraq 12-ci və 14-cü paraqrafları ilə, X8 X13 Birgə Kəndli Fermer Təsərrüfatının 06 fevral 1997-ci il tarixli 4/2 saylı əmri ilə 0,06 ha torpaq sahələri ayrılmışdır. Cavabdeh tərəfindən apelyasiya instansiyası mə hkəməsinə təqdim edilmiş 01 noyabr 1997-ci il tarixli Akt və 27 nömrəli 03 noyabr 1997-ci il tarixli Əmrdən görünür ki, Masallı rayon Sovetinin Torpaq Komissiyasının 09 noyabr 1994-cü il tarixli iclasının qərarına (protokol № 8) əsasən «Əzizbəyov» adına sovxozun fəhlə və qulluqçu ailələrinin həyətyanı torpaq sahəsinə ehtiyacının təmin edilməsi məqsədilə X7 X20 Fermer Təsərrüfatının həyətyanı torpaq fondunun uzunluğu 30 metr, eni 20 metr olub, cəmi 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmış, həyətyanı torpaq sahəsi qərb tərəfdən X9nın həyətyanı torpaq sahəsi ilə, şimal tərəfdən təsərrüfatın torpaq sahəsi ilə, cənub tərəfdən sahəyə gedən yol ilə, şərq tərəfdən isə kənd küçə yolu ilə həmsərhəddir. Cavabdeh tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Masallı rayon İcra Haki miyyəti Başçısının 256 №-li, 21 noyabr 2003-cü il tarixli Sərəncamından görünür ki, Bədəlan kənd sakini X7 yaşayış sahəsi 60 kvadrat metr olan fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmişdir. Cavabdeh tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Masallı rayon Bədəlan Bələdiyyəsinin 29 №-li, 07 mart 2018-ci il tarixli Arayışından görünür ki, X5 tikib istifadə etdiyi evin və onun ətrafında olan torpaq sahəsinin altında və ətrafında olan torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı etdiyi müraciəti ilə əlaqədar bildirilmişdir ki, hazırda onun istifadəsində olan torpaq sahəsi Bədəlan kənd sakinlərinə məxsus pay torpaq sahəsidir. İddia tələbinin mənəvi ziyanın tutulması hissəsi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, iddiaçılar qətnaməni həmin h issədə mübahisləndirməmişlər. Cavabdehlərin torpaq sahəsindən çıxarılma barədə iddia tələbindən görünür ki, iddiaçılar tələbin hüquqi əsası kimi ona istinad etmişlər ki, mübahisə predemeti olan 0,18 ha torpaq sahəsi 1996-cı ildə qanuni əsaslarla onlara ayrılmış, həmin torpaq sahəsini ev tikmək üçün hasara almışlar, lakin maddi imkanları olmadığından işləmək üçün Rusiya Federasiyasına getmişlər və cavabdehlər bundan istifadə edərək bu müddət ərzində onların torpaq sahəsini zəbt etmişlər. İdddiaçılar mübahisəli torpaq sahəsinə hüquqlarının olmasının yeganə sübutu kimi 16 avqust 1996-cı il tarixli və 31 yanvar 1997-ci il tarixli aktlara istinad etmişlər. İddiaçıların mübahisə predmeti olan torpaq sahələrinin onlara 1996-1997-ci illərdə ayrılmasını iddia etdiklərinə görə, apellyasiya instansiy ası məhkəməsi düzgün olaraq mübahisəli torpaq sahəsinə dair iddiaçıların hər hansı bir hüquqlarının (istifadə, icarə, mülkiyyət) müəyyən edilməsinin həmin vaxt qüvvədə olan 9 noyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarını tətbiq etmişlər. 1996-1997-ci illərdə qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (09 noyabr 1991-ci il redaksiyasında) 29-cu maddəsinin tələbinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi torpaq sahəsinin üzərində müvafiq hüququn (mülkiyyət, istifadə və sərəncam hüqunun) yaranması üçün yerquruluşu layihə sənədləri təsdiq edilməli və rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı təqdim edilməlidir. İddiaçıların təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, Masallı rayonBədəlankəndində iddiaçılara torpaq sahəsinin ayrılması 09 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 29 və 30cu maddələrində nəzərdə tutu lmuş qaydada rəsmiləşdirilməmiş və bu hal iddiaçıların müvafq torpaq sahəsi üzərində hər hansı hüququnun olmasını istisna edir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli torpaq sahələrinə dair iddiaçıların hər hansı bir hüquqlarının olması və cavabdehlər tərəfindən iddiaçıların hər hansı subyektiv hüquqlarının pozulması iş materialları ilə təsdiq olunmur. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanun normalarının məzmunundan göründüyü kimi, qanunvericilik şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin, yəni mövcud olan hüququnun pozulması hallarında məhkəmə müdafiə hüququndan istifadə etməsini müəyyən etmişdir. Yəni iddiaçıların mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqlarının pozulması barədə iddiası o zaman əsaslı hesab oluna bilrədi ki, onların həmin torpaqsahəsinə dair istifadə, sahiblik və yaxud mülkiyyət hüquqlarının qanuni əsaslarla yaranması iddiaçılar tərəfindən təqdim olunmuş rəsmi sənədlərlə öz təsdiqini tapmış olaydı, əks təqdirdə isə onların hər hansı bir hüququnun olmadığı torpaq sahəsinə dair hüquqlarının pozulmasını iddia etməyə əsasları yoxdur. İddiaçıların iddia etdikləri mübahisə predmeti olan Masallı rayonu Bədəlan kəndində yerləşən 0,18 ha torpaq sahəsinə dair hər hansı bir hüquqlarının yaranması və bu əsaslarla da həmin torpaq sahələrinə dair onların hüquqlarını n cavabdehlər tərəfindən pozulması dair iddia tələblərinin əsası kimi istinad etdiyi hallar iş materialları ilə təsdiq olunmur və iddiaçılar yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun olaraq həmin halları təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmişlər. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqlnda” Azərbaycan Redspubliaksı Ali Məhkəməsi Plenumunun14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 15-ci bəndinin 2-ci cümləsində qeyd olunmuşdur ki, özbaşına tutulmuş torpaqlarda inşa edilən tikililərin müqəddəratı torpaq sahəsi məxsus olan müvafiq icra hakimiyyəti orqanları və yaxud bələdiyyələr tərəfindən həll edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab etmi şdir ki, X10 və X4 zəbt etdikləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus Masallı rayonu Bədəlan kəndində yerləşən 0,18 ha torpaq sahəsindən çıxarılması barədə iddia tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin 01 mart 2017-ci il tarixli qərardadı ilə tərəflər arasında yaranmış mübahisə üzrə ziddiyyətli hallara aydınlıq gətirilməsi üçün məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. Yerində baxış keçirilməklə İddiaçı1, İddiaçı2, İddiaçı3 hər birinə 0,06 ha torpaq sahəsi qanuni əsaslarla verilmişdirmi?
2. Yerində baxış keçirilməklə İddiaçı1, İddiaçı2, İddiaçı3 hər birinə ayrılmış 0,06 ha torpaq sahəsi iş üzrə cavabdehlər X10, X11 tərəfindən zəbt edilmişdirmi?. Birinci instansiya məhkəməsinin iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin təqdim etdiyi mütəxəssis rəyi Azərbaycan Respublikası Ədliyyə Naziriyi Məhkəm ə Ekspertizası Mərkəzinin təqdim etdiyi 31 iyul 2017-ci il tarixli, 7800 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı1, İddiaçı2, İddiaçı3 hər birinə 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə mülki işə əlavə olunmuş materiallarda əmrin və ilkin yerquruluşu sxeminin olmaması səbəbindən ekspertiza qarşısında qoyumuş sualı cavablandırmaq mümkün olmamış, ikinci sual üzrə müəyyən edilmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbinə görə plana alınmış X10 və X8 faktiki istifadəsində olan 0,2461 hat torpaq sahəsi JN-191 A, JN 192, JN-193, JN-194, JN-195, JN-196, JN-197 nömrəli Dövlət Aktlarının mülkiyyətçilərinə məxsus payı bəlli torpaq sahələrinin müəyyən hissələri ilə qismən üst- üstə düşür. Beləliklə də birinci instansiya məhkəməsi nin təyin etdiyi ekspertiza üzrə cavabdehlər X10 və X8 faktiki istifadəsində olan 0,2461 ha torpaq sahəsinin iddiaçılara məxsus torpaq sahələri ilə deyil, JN-191 A, JN 192, JN-193, JN-194, JN-195, JN-196, JN-197 nömrəli Dövlət Aktlarının mülkiyyətçilərinə məxsus payı bəlli torpaq sahələrinin müəyyən hissələri ilə qismən üst-üstə düşməsi müəyyən edilmişdir. Digər tərəfdən ekspertiza rəyindən görünür ki, ekspert rəyində mübahisəli torpaq sahələrinin iddiaçılara məxsus torpaq sahəsi kimi deyil, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 “iddia tələbinə görə plana alınmış X10 və X8 faktiki istifadəsində olan 0,2461 ha torpaq sahəsi” kimi qeyd etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almadan mübahisəli torpaq sahələrinin id diaçılara məxsus torpaq sahəsi olması və həmin əsaslarla da cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Cavabdeh X11 yazılı vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 onlara torpaq sahəsi kimi verildiyi iddia edilən 0,18 ha torpaq sahəsinin onun və ailə üzvləri tərəfindən zəbt edilməsi barədə iddialarına aydınlıq gətirilməsi, iddia olunan torpaq sahəsinin təyinatını müəyyənləşdirmək, həmin torpaq sahəsinin hazırda onun istifadəsində olan ərazidə yerləşib-yerləşməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq eksretizasının təyin olunmasını xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 15 mart 2018-ci il tarixli qərardadı ilə, cavabde h Ağaxan Abuşovun vəsatəti təmin olunaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan 16 avqust 1996 və 31 yanvar 1997-ci il tarixli Aktlarla, habelə sabiq M.Əzizbəyov adına sovxozun 31 avqust 1996-cı il tarixli 28 saylı əmrinin uyğun olaraq 12-ci və 14-cü paraqrafları ilə, 06 fevral 1997-ci il tarixli 4/2 saylı əmri ilə iddiaçılara verilmiş torpaq sahəsinin mövcudluğunun yerində müəyyən edilməsinin mümkünlüyü, torpaq sahəsinin hüdudları yerində müəyyən edildiyi təqdirdə cavabdehlər tərəfindən həmin torpaq sahəsinin zəbt edilibedilməməsi, cavabdeh X5 tikib istifadə etdiyi evin altında və ətrafında olan torpaq sahəsinin hüquqi rejiminin müəyyən edilməsinə qiymət verilmədiyindən iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respu blikası Ədliyyə Naziriyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 9192 saylı 16 iyul 2018-ci il tarixli ekspert rəyindən görünür ki: Birinci sual üzrə iddiaçıların iddia etdikləri Masallı rayonu sabiq M.Əzizbəyov adına sovxozun 31 avqust 1996-cı il tarixli 28 saylı əmrinin 12 və 14-cü paraqrafları, Masallı rayonu sabiq M.Əzizbəyov adına sovxozun komissiyasının 16 avqust 1996-cı il tarixli Aktı və Masallı rayon Sovetinin Torpaq Komissiyasının 09 noyabr 1994-cü il tarixli iclasının qərarına əsasən İddiaçı1 və İddiaçı2 və Masallı rayon X22 Fermer Təsərrüfatının 06 fevral 1997-ci il tarixli 4/2 saylı əmri və həmin Təsərrüfatın 31 yanvar 1997-ci il tarixli aktına əsasən İddiaçı3 ayrılmış həyətyanı torpaq sahələrinə dair mülki işə əlavə olunmuş ilkin yerquruluşu sxemlərinin olmaması səbəbin dən naturada sərhədləri müəyyən etmək mümkün olmadı. İddia olunan ərazi Masallı rayon Bədəlan kəndinin kompleks yerquluşu lahiysinə əsasən mülkiyyətçilərə verilmiş kənd təsərrüfatlı təyinatlı payıbəlli torpaq sahəsi olduğu müəyyən edilir. İkinci sual üzrə - Masallı rayon Bədəlan Birgə Kəndli Fermer Təsərrüfatının 03 noyabr 1997-ci il tarixli 27 saylı əmri və həmin Təsərrüfatın 31 yanvar 1997-ci il tarixli Aktına əsasən X7 ayrılmış həyətyanı torpaq sahəsinə dair mülki işə əlavə olunmuş materiallarda ilkin yerquruluşu sxeminin olmaması səbəbindən naturada sərhədləri müəyyən etmək mümkün olmadı. X12 və X3 faktiki ifadəsində olan torpaq sahəsində kənar ölçüləri 14 m X 10 m olan fərdi yaşayış evi inşa edilmişdir. Cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evi JN-192, JN-193 nömrəli Döv lət Aktına əsasən müvafiq olaraq X2 və X1 mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı payıbəlli torpaq sahələrinin müəyyən hissəsi ilə üst- üstə düşdüyü müəyyən olunur. Üçüncü sual üzrə - iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və cavabdehlər X10, X3 iddia etdikləri həyətyanı torpaq sahələrinə dair mülki işə əlavə olunmuş materiallarda ilkin yerquruluşu sxemlərin olmadığından həmin torpaq sahələrinin harada yerləşməsini müəyyən etmək mümkün olmadı. Mübahisəli torpaq sahəsinin JN-191A, JN-192, JN-193, JN-194, JN195, JN-196, JN-197 nömrəli Dövlət Aktlarının mülkiyyətçilərinə məxsus payıbəlli torpaq sahələrinin müəyyən hissələri ilə qismən üst-üstə düşməsi rəyə əlavə olunmuş ölçü planı cizgisində öz əksini tapmışdır. Hal-hazırda cavabdehlər X12 və X3 istifadəsində olan fərdi yaşayış evin in yerləşdiyi 0.1338 ha torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinə görə plana alınmış 0.1723 ha torpaq sahələri ilə üst-üstə düşür. Üst-üstə düşən hisəsi mütəxəssiz rəyinə əlavə olunmuş ölçü planında öz əksini tapmışdır. Qeyd olunan ekspert rəylindən də müəyyən olunur ki, iddiaçıların iddia etdikləri Masallı rayonu sabiq M.Əzizbəyov adına sovxozun 31 avqust 1996-cı il tarixli 28 saylı əmrinin 12 və 14-cü paraqrafları, Masallı rayonu sabiq M.Əzizbəyov adına sovxozun komissiyasının 16 avqust 1996-cı il tarixli Aktı və Masallı rayon Sovetinin Torpaq Komissiyasının 09 noyabr 1994cü il tarixli iclasının qərarına əsasən İddiaçı1 və İddiaçı2 və Masallı rayon X20 Fermer Təsərrüfatının 06 fevral 1997-ci il tarixli 4/2 saylı əmri və həmin Təsərrüfatın 31 yanvar 1997ci il tarixli aktına əsasən İddiaçı3 ayrılmış həyətyanı torpaq sahələrinə dair mülki işə əlavə olunmuş ilkin yerquruluşu sxemlərinin olmaması səbəbindən naturada sərhədləri müəyyən etmək mümkün olmamış, iddiaçılar tərəfindən iddia olunan ərazinin Masallı rayon Bədəlan kəndinin kompleks yerquluşu lahiysinə əsasən mülkiyyətçilərə verilmiş kənd təsərrüfatlı təyinatlı payıbəlli torpaq sahəsi olduğu və cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin isə JN-191A, JN-192, JN-193, JN-194, JN-195, JN-196, JN-197 nömrəli Dövlət Aktlarının mülkiyyətçilərinə məxsus payıbəlli torpaq sahələrinin müəyyən hissələri ilə qismən üst-üstə düşməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş JN- 191A, JN-192, JN-193, JN-194, JN-195, JN-196, JN-197 nömrəli Dövlə t Aktlarının surətlərindən görünür ki, həmin dövlət aktları ilə müvafiq torpaq sahələri mülkiyyət hüququ üzrə nə iddiaçılara, nə də cavabdehlərə deyil, başqa şəxslərə məxsusdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi 16 iyul 2018-ci il tarixli ekspert rəyinə istinad etməkdə haqlı olmuşdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 birgə verdikləri kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-541/2018 nömrəli i ş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov