Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-888/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(106)-2251/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Salyan rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Ə.Qasımov, iş № 2(057)-69/2019) iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı iddiaçıların Cavabd eh yaşadığı və X2 məxsus N kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Q.Əsədov, M.K.Həsənov və Z.A.Zeynalov) Cavabdeh və üçüncü şəxs B.Süleymanova tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı1 xx xxxx 1992-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan İddiaçı1 qaynanası Nya məxsus yuxarıda göstərilən fərdi yaşayış evinə köçmüşdür. Birgə nikahdan onların üç uşaqları olmuşdur. 2015-ci ildə onların nikahları məhkəmə qaydasında pozulmuşdur. 2018-ci ilin noyabr ayında İddiaçı1 və onun uşaqlar ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Nya məxsus evdə yaşayarkən 2000-ci ildə həmin evin yaxınlığında bir mərtəbəli fərdi yaşayış evi tikdirib ora köçmələrini, lakin cavabdehin onlara həmin evdən istifadə etməyə imkan vermədiyi üçün qızı Nla birlikdə kirayədə yaşamasını və s. əsas göstərməklə evin ölçüsü böyük olan bir otağına köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıla r və cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıların köçürülmələrini tələb etdikləri yaşay ış evi və onun yerləşdiyi torpaq sahəsi qəsəbə nümayəndəliyində X1 adına qeydə alınsa da ev mülkiyyət hüququnun subyekti kimi qeydiyyata alınmamışdır. İddiaçı1 ailə qurması ilə əlaqədar 1992-ci ildə mübahisəli evə köçdüyündən, məhkəmə tərəflər arasında mübahisəli hüquq münasibətinin həmin vaxtdan yaranması nəticəsinə gələrək hesab etmişdir ki, mübahisə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin (1982-ci ildə qəbul edilmiş və xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş) 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı1 mübahisəli evə orada yaşayanların razılığı ilə köçməklə onlarla ümumi təsərrüfat aparmaqla yaşadığından ailə üzvü kimi evdən istifadə hüququ əldə etmiş və uşaqları da həmin evdə doğulmaqla oradan istifadə etmişlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisi özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Göstərilən vəziyyətdə cavabdeh tərəfindən iddiaçıların evə buraxılmaması onların istifadəçi kimi hüquqlarını pozduğundan, kollegiya hesab edir ki, iddiaçıların evə köçürülmələri qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəs inə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kassasiya şikayətində işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılması iddia olunsa da, bunun nədə ifadə olunması, qanunun hansı normasının tələbinin pozulması göstərilməməklə şikayət qanunun tələblərinə uyğun əsaslandırılmamışdır. (MPM-nin 407.1.4-cü maddəsi). Qeyd olunanlarla əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə, müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ha zırkı iş üzrə olan 03 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-888/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-888/2020
05.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver