Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-888/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və X3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və vəkil İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və X3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)- 7245/2021 nömrəli 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi; İşin halları: İddiaçı 14 aprel 2020-ci il tarixdə qarın nahiyyəsində olan yayılmış ağrılar, ümumi zəiflik və ürəkbulanma şikayətləri ilə Cavabdeh1 MMC-yə müraciət etmişdir. Mərkəzdə çalışan həkim-qasterentoloq Rəfail Həsənov tərəfindən müayinə olunduqdan sonra həmin tarixdə USM-dən keçmiş və müayinənin nəticəsi kimi qaraciyərdə hiperexogen ocaqhemongiomanın, mədəaltı vəzidə diffuz dəyişikliyin, öd kisəsində xolestaz əlamətlərinin, qarın boşluğunda güclənmiş meteorizmin olduğu bildirilmiş və KT müayinəsi məsləhət görülmüşdür. Bundan sonra, qarın boşluğunun rentgenoqrafiyası aparılaraq, qarın boşluğunun R-qrammasında böyrəklərin, sidik axarlarının və sidik kisəsinin proyeksiyasında kölgəliklərin müşahidə edilmədiyi, bağırsaqlarda artıq miqdarda qazın olduğu qeyd edilmiş və həkim iddiaçıya müalicə təyin etmişdir. 15 aprel 2020-ci il tarixdə Cavabdeh1 MMC tərəfindən iddiaçının adına verilən arayışda İddiaçı 14 və 15 aprel 2020-ci il tarixlərdə Mərkəzdə müayinə olunduğu, ona “Kolit” diaqnozu qoyulduğu və ambulator müalicə təyin edildiyi qeyd olunmuşdur. İddiaçı eyni xarakterli şikayətlərlə 16 aprel 2020-ci il tarixdə "xxxx" MMC-yə müraciət etmiş və keçirilmiş tam qarın boşluğunun kompyuter tomoqrafiyası müayinəsi nəticəsində müəyyən edilmişdir ki, apendikulyar çıxıntı çanaq boşluğunun sağ hissəsində yerləşmiş olub, diametri böyüyüb, divarları qalınlaşıbdır (kəskin perforativ apendisit). Mənfəzində fekolit izlənilir. Apendikulyar çıxıntının proksimal hissəsi ətrafında sərbəst hava qabarcığı mövcuddur. Paraçekal nahiyədə və çanaq boşluğunun sağ hissəsində piy toxuması ödemli və infiltrativdir. Regionar 10 mm-dən kiçik limfa düyünləri izlənilir. Paraçekal nahiyədə 34×30 mm ölçüdə ciblənmiş yığıntı (abses) aşkar edilir. Çanaq boşluğunda az miqdarda sərbəst hava izlənilir. KT müayinəsinin nəticəsinə əsasən “kəskin perforativ apendisit” diaqnozu qoyulan iddiaçı əməliyyat üçün dərhal klinikaya qəbul edilmiş və həmin gün laparoskopik apendektomiya əməliyyatı icra edilmişdir. İşdə olan "xxxx" MMC-nin hesab-faktura və ödəniş qəbzlərindən müəyyən edilir ki, iddiaçının 16 aprel 2020-ci il tarixdə əməliyyat olunduğu tarixdən sonra, yəni baş vermiş perforasiya üçün aparılm ış müalicə müddətində 17.04.2020-ci il tarixdən 21.04.2020-ci il tarixədək 912,11 manat məbləğində ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 MMC və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tibb müəssisəsində müalicə zamanı yanlış diaqnoz qoyulması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 2399,84 manat maddi, 5000 manat mənəvi zərərin əvəzi kimi, cəmi 7399,84 manat pulun, habelə məhkəmə xərclərinin cavabdehlər tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəyişdirərək, maddi zərərin əvəzi kimi 2399,84 manat, mənəvi zərərin əvəzi kimi 10000 manat, cəmi 12399,84 manatın, habelə məhkəmə xərclərinin cavabdehlər Cavabdeh1 MMC-dən və X1 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 aprel 2020-ci il tarixdə günorta saatlarında mədə və qarın boşluğumdakı ağrılarla əlaqədar yaşadığı evin yaxınlığında olan Cavabdeh1nə müraciət etmiş, qastroenteroloq həkim Cavabdeh2 lazımi qaydada müayinələr aparmadan, yalnız şifahi şikayətlərini dinlədikdən sonra onu USM-ə yönləndirmişdir. USM nəticəsindən sonra müayinəçi ona KT müayinəsi məsləhət görmüş, lakin həkim Rəşad Həsənov hazırki mərhələdə KT müayinəsinə ehtiyac olmadığını bildirərək bağırsaq keçməməzliyinin olub-olmamasını müəyyən etmək üçün rentgen müayinəsinə yönləndirmişdir. Rentgenoqrafiyanın nəticəsi alındıqdan sonra həkim ciddi problemin olmadığını bildirərək resept yazmışdır. Resep tdə yazılan dərmanları alıb dərhal müalicəyə başlamış, lakin qarın boşluğunda olan ağrıları azalmamışdır. Xəstəliyi ilə əlaqədar cavabdeh Tibb Mərkəzindən arayış almışdır. Arayışda 14 və 15 aprel 2020-ci il tarixlərdə Cavabdeh1 MMC-də müayinə olunduğu və ona “kolit” diaqnozu qoyularaq ambulator müalicənin təyin edildiyi yazılmışdır. Ağrıları keçmədiyi üçün Cavabdeh1ndə təyin olunmuş diaqnoz və müalicənin effektivliyinə şübhəsi yaranmış və 16 apreldə "xxxx"a müraciət etmişdir. Həmin hospitalda aparılmış müayinələr nəticəsində müəyyən edilmişdir ki, “apendikulyar çıxıntının diametri böyüyüb, divarları qalınlaşıbdır (kəskin perforativ apendisit). Mənfəzində fekolit izlənilir. Apendikulyar çıxıntının proksimal hissəsi ətrafında sərbəst hava qabarcığı mövcuddur. Paraçekal nahiyədə və çanaq bo şluğunun sağ hissəsində piy toxuması ödemli və infiltrativdir. Regionar 10 mm-dən kiçik limfa düyünləri izlənilir. Paraçekal nahiyədə 34×30 mm ölçüdə ciblənmiş yığıntı (abses) aşkar edilir. Çanaq boşluğunda az miqdarda sərbəst hava izlənilir”. Müayinə həkimi təcili cərrahi müdaxilənin zəruriliyini, həmçinin əməliyyatdan sonra uzunmüddətli müailəcə riskinin olmasını bildirmişdir. 16 aprel 2020-ci il tarixdə lokalizə olunmuş peritonitlə müşaiyət olunan kəskin appendisit diaqnozu ilə cərrahi əməliyyata məruz qalmış, adi appendisit əməliyyatından fərqli olaraq 5 sutka xəstəxanada qalmalı olmuşdur. 21 apreldə evə yazılmış və müalicəni ev şəraitində davam etdirmişdir. Bu müddət ərzində damar daxilinə sistemlər qoyularaq çox ağır antibiotiklər (“Tienam”), habelə çoxsaylı ağrıkəsici və hərarətsalı cı, mədəqoruyucu iynələr vurulmuşdur. Cavabdeh1ndə təyin olunan səhv diaqnoz və müalicə nəticəsində ona maddi zərər vurulmuşdur. Cərrahi əməliyyatdan öncə tam qarın boşluğunun kompüter tomoqrafiyasına görə - 120 manat və qan analizinə görə 41 manat, cərrahi əməliyyata və xəstəxanada müalicəyə görə 1502,50 manat, 21 aprel 2020-ci il tarixdə (xəstəxanadan çıxdığı gün) apteklərdən dərman alınmasına görə 195 manat və 37 manat, 24 aprel 2020-ci il tarixdə aparılan müayinə və analizlərə görə 79 manat, 24 aprel 2020-ci il tarixdə (xəstəxanadan çıxdıqdan sonra həkim müayinəsində olduğu gün) dərman alınmasına görə 38,34 manat ödəmişdir. Bundan başqa, keyfiyyətsiz tibbi xidmətə görə Cavabdeh1ndə 80 manat, 25 manat və 2 manat və həkim tərəfindən təyin olunan dərmanların alınmasına görə 50 manat xərc çəkmişdir. Bundan başqa, həkim Rafael Həsənov və “Ege hospitalın” cərrahı tərəfindən təyin olunan sistemlərin (cəmi 13 ədəd) köçürülməsi ilə bağlı 130 manat və nəqliyyata 100 manat xərcləmişdir. Həmçinin səhv diaqnozun qoyulması və yanlış müalicənin təyin edilməsi ilə sağlamlığımın pozulması nəticəsində fiziki əzab, iztirab və mənəvi sarsıntı keçirmişdir. Belə ki, ağırlaşmamış appendisit əməliyyatı təxminən 15-20 dəqiqə davam edir və xəstə heç 24 saat keçməmiş evə yazılır, ona çox məhdud sayda və qısa müddətə yüngül antibiotiklər təyin edilir. O isə 5 sutka xəstəxanada qalmalı olmuşdur. Hədsiz dərəcədə halsız, güclü ağrıları və titrətmələri olmuşdur. Xəstəxanada qaldığı müddətdə və ev şəraitində çox ağır antibiotiklər (“Tienam”) sistemlə damarlarına köçürülmüş, habelə çoxsaylı ağrıkəsici v ə hərarətsalıcı, mədəqoruyucu iynələr vurulmuşdur. Təyin olunmuş antibiotiklərin ağırlığı və uzun müddət bədəninə antibiotik yeridilməsi xəstəxanadan çıxdıqdan sonra 1 aylıq mədəqoruyucu tabletkanın yazılmasını şərtləndirmişdir. Antibiotiklərin orqanizmə vurduğu dağıdıcı zərər isə hamıya məlumdur və ağır antibiotikin özünə uyğun ağır fəsadları olur. Damarlarına vurulan çoxsaylı iynələr nəticəsində əli şişmiş, qolları göyərmişdir. Artıq elə bir vəziyyət yaranmışdı ki, tibb bacıları 4-5 cəhddən sonra iynəni damarına sala bilirdilər. Əllərində və qollarında çoxsaylı iynə yerlərinin günlərlə ağrıyırdı, hər dəfə (bu gün ərzində dəfələrlə təkrarlanırdı) damarı deşiləndə ağrılar çəkirdi. Bundan başqa, bir aydan çox davam edən müalicə və reabilitasiya nəticəsində fiziki iztirabdan əlavə ağır stres və qorxu yaşamış, günlük həyat tərzi, iş ahəngi, normal ailə düzəni pozulmuş, vaxt itkisi ilə üzləşmişdir. Mövcud məhkəmə praktikasını nəzərə alaraq mənəvi zərərə görə ona azı 5000 manat ödənilməsini tələb edir. İddiaçı həmçinin Cavabdeh1nin və həkim Cavabdeh2 fəaliyyətinin qiymətləndirilməsinin və onlar barəsində müvafiq hüquqi prosedurların görülməsinin zəruriliyini müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin diqqətinə çatdırılmasını, cavabdehlərin və ekspertlərin hərəkətlərində Cinayət Məcəlləsinin müvafiq olaraq 294.1-ci və 297.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərinin olması barədə xüsusi qərardad çıxarılmasını və bu barədə prokurora məlumat verilməsini, məhkəmə qətnaməsində Cavabdeh1ndə göstərilən keyfiyyətsiz tibbi xid mətə nəzarət üzrə Səhiyyə Nazirliyinin publik səlahiyyətlərini həyata keçirməsi məsələsinə də qiymət verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(011)-220/2021 saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilmiş, mənəvi ziyana görə 2000 manat, maddi ziyana görə 912,11 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 2942,11 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri və məhkəmə baxışı zamanı əldə olunmuş sübutlara, o cümlədən şahid kimi dindirilən X2 ifadəsinə, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin KEŞ-497 saylı 21.11.2020-ci il tarixli rəyinə, həmin rəyi vermiş ekspertlər Cavid Cahangirli, Nazim Həsənov və Rafik Nuriyevin ifadələrinə əsasən hesab etmişdir ki, iddiaçının Cavabdeh1ndə müayinə və müalicəsi zamanı həkim qastreontoloq Rəşad Həsənov tərəfindən səhv diaqnoz qoyulması və nəticədə iddiaçının əziyyət çəkdiyi xəstəlikdən müalicəsinin gecikdirildiyi, onun həyatına təhlükəli vəziyyətin yarandığı sübut olunur, ona görə də iddiaçıya vurulmuş maddi zərər 912,11 manat məbləğində ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, appendisitin perforasiyası baş verdiyindən iddiaçının daha uzunmüddətli müalicəyə məruz qalması nəticəsində onun fiziki ağrılar çəkməsi, mənəvi iztirablara məruz qalması, bununla da mənəvi ziyan vurulması şübhəsizdir. Məhkəmə vurulmuş mənəvi ziyana görə cavabdehlərdən iddiaçının xeyrinə 2000 manatın tutulmasını ağl abatan hesab etmişdir. İddianı qismən təmiin edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 23, 1097.1 və 1112-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarına, MPM-nin 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. Qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayəti vermiş, iddiaçı qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin olunmasına dair qərar çıxarılmasını, cavabdehlər isə qətnamənin ləğv olunması və iddianın tamamilə rədd olunması b arədə yeni qərar çıxarılmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı şikayətini birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsi, cavabdehlərin etirazının əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməməsi, maddi zərərin tam təmin olunmamasının əsassız olması, mənəvi zərərin çox az hesablanması, çəkdiyi iztirablara və bu kateqoriya işlər üzrə məhkəmə təcrübəsinə uyğun olmaması ilə əsaslandırmışdır. Cavabdehlərin apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsi sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, keçdiyi müayinələrə görə iddiaçıya qoyulan diaqnoz və təyin edilmiş müalicə düzgün olmuşdur. Bu hal iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Sonradan digər tibb müə ssisəsində aparılmış KT müayinəsi nəticəsində iddiaçıda başqa xəstəliyin aşkar olunması cavabdeh tibb müəssisəsində aşağı səviyyədə tibbi xidmətin olması və həkimin səhv etməsinə dəlalət etmir. Bakı Apellayasiya Məhkəməsinin 2(103)-7245/2021 saylı 14 sentyabr 2021-ci ilrixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavadehlər Cavabdeh1 MMC və X5 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(011)-220/2021 saylı qətnaməsi cavabdeh X3 aid hissədə ləğv edilmiş, iddia ona aid hissədə rədd olunmuşdur. Qətnamə apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab e tmişdir ki, şəxs tibb müəssisəsinə tibbi xidmətdən yararlanmaq üçün müraciət edərkən, tibb müəssisəsinin personalından tutmuş, tibbi avadanlıqları ilə birlikdə vahid xidmət göstərən müəssisə şəklində çıxış edir. Bu səbəbdən də tibbi xidmətlə əlaqədar əmələ gələn deliktlərə görə məhz cavabdeh təşkilat öz işçisinin törətdiyi mülki hüququ pozuntusu (delikt) üçün mülki hüquqi məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməyə borcludur. Tibb müəssisəsində müayinə və müalicə zamanı yanlışlığa yol verildikdə, yəni xəstə səhv cərrahi əməliyyat edildikdə, xəstəyə yanlış diaqnoz qoyulduqda və sair nəticəsində xəstənin sağlamlığına dəymiş maddi və mənəvi zərərin əvəzini ödəməyə borcludur, tibb müəssisəsi mülki hüquqi məsuliyyətdən o, vaxt azad edilə bilər ki, zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirsin. Birinci instansiya məhkəməsi, MM-nin 1096.1-ci, 1097.1-ci və 1112-ci maddələrini hazırkı işin faktiki hallarına tətbiq edib düzgün olaraq hesab etmişdir ki, iddiaçının Cavabdeh1ndə müayinə və müalicəsi zamanı həkim-qasterentoloq Rəfail Həsənov yetərli müayinələr keçirməmiş, ona səhv diaqnoz qoymuş, qastreontoloji xəstəliyin olmadığını təsbit edib, xəstəni cərraha yönəltməli olduğu halda səhv müalicə təyin etmiş, bunun nəticəsində iddiaçının əziyyət çəkdiyi xəstəlikdən müalicəsi gecikdirilmiş, bu gecikdirmə nəticəsində onun həyatına təhlükəli vəziyyət yaranmışdır. İddiaçı düzgün müayinə və müalicə olunmaması nəticəsində dəymiş maddi və mənəvi zərər tələb etməkdə haqlı olmuşdur. Apellyasiya məhkəməsi daha sonr a qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin iddiaçıya münasibətdə hərəkətlərinin hüquqi olub-olmadığının (həkim Rəfail Həsənov tərəfindən iddiaçıya düzgün müayinə və müalicənin tətbiq edilib-edilmədiyinin, diaqnozun düzgün qoyulması üçün yetərincə müayinənin aparılıb-aparılmadığının) müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilərək Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4”ndən EŞ-497 saylı, 21 noyabr 2020-ci il tarixli rəy alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyində çoxsaylı tibbi terminlərdən istifadə edildiyinə, kifayət qədər aydın olmadığına və bir çox suallara birmənalı cavab verilmədiyinə görə tədqiqatı aparmış ekspertlər (Cavid Cahangirli, Nazim Həsənov və Rafik Nuriyev) məhkəmə iclasında dindirilmişdir. İş üzrə toplanmış digər sübutlar, ekspertlərin ifadələri müqayisəli şəkildə tədqiq edərək məhkəmə haqlı olaraq MPM-nin 103.1-ci və 103.2-ci maddələrinə əsasən həmin rəyə tənqidi yanaşmış, ekspertiza qarşısında qoyulmuş sualları, onlara verilən cavabları və ekspertlərin məhkəmə iclasında verdikləri izahatlarını işin digər halları ilə birlikdə dəyərləndirərək hesab etmişdir ki, sözügedən rəy mübahisəli halların müəyyən edilməsi baxımından mötəbər sübut sayıla bilməz. Ekspert rəyində mövcud olmayan sənədlərə istinad edilmiş, bir çox suallar cavablandırılmamış, yaxud natamam cavab verilmişdir. MPM-nin 103.1-ci və 103.2-ci maddələrinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi cavabdehl ərin apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız saymış, lakin iddiaçının delikt normaları çərçivəsində düşdüyü zərərin əvəzini tələb etməkdə haqlı olması qənaətinə gəlmiş, bununla belə cavabdeh Rəfail Həsənovun hazırkı iddiaya cavab verməli olan şəxs olaraq qəbul edilməsinin MM-nin 1099.1, 1099.2 və 1112-ci maddələrinin tələblərinə zidd olması, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Rəfail Həsənova münasibətdə təmin edildiyi hissədə ləğv edilməklə ona qarşı iddianın rədd olunması qənaətinə gəlmişdir. MM-nin 1099.1-ci və 1099.2-ci maddələrinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Mə cəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. MM-nin 112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki koll egiyasının 14 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq mübahisən Mülki Məcəllənin 1096-cı, 1097-cı, 1099-cu, 1112-ci, 1115-ci, 21ci, 23-cü və digər qanunvericilik aktlarına əsasən həll etsə də, zərərin tam olaraq ödənilməsini təmin etməmiş, xüsusən də bu təmin etməmənin əsaslarını - yəni iddianı hansı səbəblərdən qismən təmin etməsini qətnamədə göstərməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Kassasiya şikayətinə cavab dehlərin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı (vəkil) İddiaçı qızı məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddianın tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh1 MMC-nin nümayəndə göndərməmiş, digər cavabdeh X5 gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikası Konstitusiyası: 41-ci maddnin 1-ci hisssi. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Mülki Məcəl lə: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə ol malıdır. Maddə 1096.1-ci və 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Əhalinin sağlamlığının qorunması haqqında» Qanun: Maddə
59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqların ın pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanun: Maddə
9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. Maddə
16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hə yata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Hüquqi məsələlər: MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, qətnamənin iddianın təmin olunması hissəsini mübahisələndirmir, təmin olunmayan hissədən narazı qalaraq iddianın tam təmin olunması istəyir. Hazırkı kassasiya şikayəti baxışının həddi iddianın təmin olunmayan hissəsində n ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq maddi və mənəvi zərərin Cavabdeh1 MMC-dən tutulması, maddi zərərəin iddiaçının “Ege” Hospitalda qaldığı və 17.04.2020-ci il tarixdən, yəni əməliyyat olunduğu tarixdən sonra əlavə qaldığı müddət üçün çəkdiyi əlavə xərclər görə 912,11 manat, mənəvi zərərə görə 2000 manat tutulmalı olması barədə birinci instansiya məhkəməsinin qənaəti idə razılaşmış, digər cavabdeh Rəfail Həsənova qarşı iddianı rədd etmişdir. İddiaçı kassasiya şikayətində göstərilən dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni olması, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kolegiyasının 2(103)-7245/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.