Məhkəmə qərarları › İş №2(102)-888/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-888/2025

12.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-888/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Xaçmaz rayonu X1 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsinin, dövlət aktının və çıxarışın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Xaçmaz rayonu X1 Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin, dövlət aktının və çıxar ışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-30/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xaçmaz rayonu X1 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı ilə Xaçmaz rayonun Köhnə Xudat kəndi ərazisindən Cavabdeh Firudin oğluna kafe və digər ticarət obyektinin tikilməsi üçün 0,39 ha torpaq sahəsinin satılmasına icazə verilmişdir.

2. Həmin qərar əsasında Cavabdeh Firudin oğluna Xaçmaz rayonun Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsi satılması barədə bələdiyyə ilə Cavabdeh arasında 31 oktyabr 2003-cü il tarixli torpaq sahəsinin alğı-satqısına dair akt tərtib olunmuşdur. Satılmış 0,39 ha torpaq sahəsi üzərində Cavabdeh Firudin oğlunun mülkiyyət hüququna dair JN-0607 saylı, 30212018 kodlu dövlət aktı verilmişdir.

3. Xaçmaz rayonun X1 10 iyun 2016-cı il tarixli, 9 saylı qərarı ilə Xudat Bələdiyyəsinin ərazisindən 0,04 ha torpaq sahəsinin kommersiya obyektinin tikintisi məqsədilə satılması üçün hərraca çıxarılması ilə əlaqədar həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır.

4. Bununla bağlı Xaçmaz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən 13 iyun 2016-cı il tarixli, 290 nömrəli rəy verilmiş və rəyə ərazinin baş planından və ərazinin xəritəsindən çıxarış əlavə edilmişdir. Rəyə əsasən, X1 10 iyun 2016-cı il tarixli, 9 sa ylı qərarı əsasında satılması nəzərdə tutulan 400 kv.m torpaq sahəsi X1 mülkiyyətinə aiddir və ərazi elektrik, rabitə, nəqliyyat, su, kanalizasiya və digər kommunikasiya xidmətinin mühafizə zolağında yerləşmir. Ona görə də həmin torpaq sahəsinin tikinti norma və qaydalarına əməl etmək şərti ilə kommersiya və sahibkarlıq məqsədilə satılması qanunamüvafiqdir.

5. Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Ərazi şöbəsi tərəfindən verilmiş 25 yanvar 2017-ci il tarixli rəyə, torpaq sahəsinin vəziyyətini müəyyən edən müayinə aktına, torpaq sahəsinin plan və cizgi sənədinə və torpaq sahəsinə baxış barədə akta əsasən Xaçmaz rayonu X3 ərazisindən Bələdiyyənin ehtiyat fonduna aid olan 0,04 ha torpaq sahəsi tədqiq edilmiş və həmin torpaq sahəsi alğı-satqı predmeti hesab edilmişdir.

6. Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Xaçmaz rayonunun X2 ünvanladığı 6 noyabr 2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Xaçmaz rayonunun X3 reyestr xidmətinə müvafiq sənədləri təqdim etməklə 0,04 ha torpaq sahəsinə dair Bələdiyyənin adına mülkiyyət hüququna dair çıxarış verilməsini və torpaq sahəsinin plan və ölçülərinin hazırlanmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Xaçmaz rayonunun X1 27 mart 2018-ci il tarixli, 04 saylı qərarına əsasən kommersiya obyektinin tikintisi məqsədilə satılması məqsədilə açıq hərrac keçirilməsi üçün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0,04 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat baza sında olan xəritəyə əsasən dövlət reyestrindən çıxarışla digər şəxsin adına məxsus olan torpaq sahəsinin üzərinə düşür. Ona görə də həmin torpaq sahəsinin Bələdiyyənin mülkiyyəti kimi qeydə alınmasından imtina edilmişdir.

7. Bundan sonra Xaçmaz rayonu X3 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarla, X1 mülkiyyətinə aid olmuş ərazidən 0,39 ha torpaq sahəsinin Cavabdeh Firudin oğluna satılması barədə X1 19 avqust 2003-cü il tarixli, 10 saylı iclas qərarını ləğv etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Cavabdeh torpağın ayrılması ərazinin baş planına uyğun olmadığına, plan cizgi ölçülərində uyğunsuzluqlar olduğuna, torpaq sahəsi hərrac və müsahibə keçirilmədən birbaşa satılması qərara alındığına və torpaqayırma sənədləri həmin dövrdə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi nə görə qərar ləğv edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Xaçmaz rayonu X3 Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu X1 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə X1 mülkiyyətinə aid olmuş Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsinin Cavabdeh Firudin oğluna satılması barədə X1 19 avqust 2003-cü il tarixli, 10 nömrəli qərarı ləğv edildiyindən həmin qərara əsasən Cavabdeh Firudin oğluna Xaçmaz rayonun Köhnə Xudat kəndi ərazisindən 0,39 ha torpaq sahəsinin satılması barədə 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alğısatqı aktının, həmin akt və ləğv edilmiş qərar əsasında cavabdehin adına işlənmiş 8 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, X1 xx.xx.2016-cı il tarixli, 9 saylı qərarına əsasən bələdiyyənin mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin kommersiya obyektinin tikintisi məqsədi ilə hərraca çıxarılaraq satılması üçün torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması qərara alınmış, bununla bağlı DƏDRX-nin 5 saylı Ərazi idarəsinə təqdim edilmiş və İdarənin bələdiyyəyə ünvanladığı 6 noyabr 2018-ci il tarixli məktu ba əsasən bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyündən çıxarışın verilməsindən imtina edilir. Bundan sonra araşdırmalar zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi JN:607 KOD30212018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən çıxarış almış Cavabdeh Firuddin oğluna məxsus 0.39 ha torpaq sahəsi ilə üst-üstə düşüb. JN:607 KOD30212018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əldə edildikdən sonra məlum olmuşdur ki, qeyd edilən 0.39 ha torpaq sahəsi Xaçmaz rayonunun X1 19 avqust 2003-cü il tarixli 10 saylı qərarı ilə satılmışdır. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, bələdiyyənin xəritəsində Cavabdeh Firuddin oğluna 0.10 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra, arxivdən ilkin sənədlər qaldı rılıb baxıldıqda ilkin alğı-satqı müqaviləsində, qərarda və digər sənədlərdə sonradan ölçülər, qiymətlər və sair hissələr pozularaq (məsələ "0.10" hissəsində "0.39"-a düzəliş edilərək) sənədlərin saxtalaşdırıldığı və JN:607 KOD30212018 saylı dövlət aktının alındığı məlum olmuşdur. JN:607 KOD30212018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının alınması üçün sənədlərdə belə sonradan düzəlişin edilməsi açıq aydın görünməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sənədlər qanunsuz olaraq icraata götürülüb akt verilsə də, bu akt xəritələrə otuzdurulmamış və elektron bazada olmamışdır. Çünki bu akt elektron bazada və xəritələrə oturmuş olsa idi belə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerində yaradılmış Əmlak Məsələləri Dövlət Komitə sinin Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidməti və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 5 saylı Layihə Tədqiqat İdarəsi tərəfindən bələdiyyəyə 28 sentyabr 2016-cı ildə torpaq sahəsinin planı və koordinatları verilməzdi. Çünki bir bazada üst-üstə iki şəxsə aid koordinatlar yerləşdirilə bilməzdi. Bütün yuxarıda sadalanlara əsasən məlum olmuşdur ki, bələdiyyənin ilkin torpaq ayırma sənədləri və qərarları saxtalaşdırılmış, bunun əsasında saxta JN:607 KOD30212018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmiş və bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq əlavə 29 sot torpaq sahəsi mənimsənilməklə bununla da bələdiyyənin hüquqları kobud şəkildə pozulmuşdur.

10. Məhkəmə iclasında izahat verən cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, t orpaq sahəsi mülkiyyətinə qanuna uyğun şəkildə verilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Torpaq sahəsinin sərhədlərində hər hansı qanunsuz müdaxilə, hər hansı qanunsuz sənədin alınması halı olmamışdır. 2003-cü ildən həmin torpaq sahəsindən istifadə edir. Bu məsələyə Sumqayıt İnzibati məhkəməsində də baxılmışdır.

11. Xaçmaz Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(067)-1351/2021 saylı qətnaməsi ilə (hakim X.Quliyev) iddia tələbi təmin edilməklə Cavabdeh Firudin oğluna 0,39 ha torpaq sahəsinin satılması barədə 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alğısatqı aktı, həmin akt və ləğv edilmiş qərar əsasında Cavabdeh Firudin oğlunun adına işlənmiş 8 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu Dövlət aktı və həmin akt əsasında verilmiş 10 oktyabr 2018-ci i l tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmiş və iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, X1 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı Cavabdeh Firudin oğluna rəsmi qaydada verilsə də, cavabdeh bələdiyyə qərarından müvafiq məhkəməyə şikayət verməsi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, bələdiyyə qərarı qəbul edildiyi andan qüvvəyə mindiyindən və cavabdeh həmin qərardan müvafiq məhkəməyə şikayət verməsi barədə məhkəməyə məlumat vermədiyindən, işə mahiyyəti üzrə baxılaraq qərar çıxarılmasını məhkəmə qanunamüvafiq hesab etmişdir.

13. İş üzrə Cavabdeh Firudin oğlu id dia tələbinə etirazının əsası kimi mübahisələndirilən torpaq sahəsini qanuni sənədlərlə və əsaslarla əldə etdiyini göstərsə də, öz etirazının əsasını təsdiq edən sənədi və sübutu məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə araşdırması zamanı isə X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə bələdiyyəyə məxsus 0,04 ha torpaq sahəsinə bələdiyyənin hüquqlarının qeydə alınması ilə bağlı müraciət etdikdə həmin 0,04 ha torpaq sahəsinin Cavabdeh Firudin oğlunun adına qeydə alınmış 0,39 ha torpaq sahəsinin üzərinə düşdüyü, sonradan bununla əlaqədar olaraq bələdiyyə tərəfindən araşdırma aparılarkən X1 mülkiyyətinə aid olmuş həmin kəndin ərazisindən 0,39 ha torpaq sahəsinin Cavabdeh Firudin oğluna satılması barədə X1 19 avqust 2003-cü il tarixli, 10 saylı iclas protokolu üzrə qərarın ərazinin baş planına uyğun olmadığı, plan cizgi ölçülərində uyğunsuzluqlar olduğu, torpaq sahəsi hərrac və müsahibə keçirilmədən birbaşa satılması qərara alındığı və torpaqayırma sənədləri həmin dövrdə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi müəyyən edildiyindən X1 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə həmin bələdiyyənin 19 avqust 2003-cü il tarxili, 10 saylı qərarı ləğv edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alğısatqı aktının, həmin akt və ləğv edilmiş qərar əsasında Cavabdeh Firudin oğlunun adına işlənmiş 08 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat ı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin əsasını təşkil edən X1 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı bələdiyyənin 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə ləğv edildiyindən, ləğv edilmiş bu qərar hazırda hüquqi qüvvəsini itirdiyindən, bələdiyyə tərəfindən qəbul olunmuş yeni qərar hazırda qüvvədə olduğundan hazırkı vəziyyətdə iddiaçı tərəfin tələbi hazırda tələb olunan həcmdə əsaslıdır.

16. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103, 108-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 149.2, 152.1, 157.4, 152.5, 157.1, 421.1, 422.2, 421.3, 422.1, 422.2, 424.1, 424.2, 424.3, 425.1, 427.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinad etmişdir. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2021-ci ilin aprel ayında Sumqayıt İnzibati Məhkəməsindən ünvanına X1 həmin məhkəmədə ona qarşı qaldırdığı iddia ərizəsinin surəti gəlmiş, iddiaçı mülkiyyətində olan 0.39 ha torpaq sahəsinə dair plan və ölçüsü sənədində dəyişikliklər edilib bələdiyyənin xx.xx.2016-cı il tarixli 9 saylı qərarı ilə kommersiya obyektinin tikintisi məqsədi ilə hərraca çıxarmaq istədiyi 0.04 ha torpaq sahəsinin adına olan plan və ölçüsü sənədinin koordinatlarından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin məhkəmənin 19 may 2021-ci il tarixli, e-2-1(118)260/2021 nömrəli qərardadı ilə bələdiyyənin iddia ərizəsi mümkün sayılmamışdır. Bundan sonra X3 Xaçmaz Rayon Məhkəməsində ona qarşı hazırkı iddianı qaldırmış, ilkin iddia ərizəsində həmçinin X1 ona 0.39 ha torpaq sahəsinin satılmasına dair 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarın da ləğv edilməsi xahiş edilmiş, məhkəmə gedişatında X3 15 noyabr 2021-ci il tarixli 12 saylı qərarı ilə özünün 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarını ləğv etmiş və MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşə baxmış məhkəmə 0.39 ha torpaq sahəsinin ona satılmasına dair qərarın bələdiyyə tərəfindən ləğv edildiyini əsas götürərək iddiaçının iddia tələbini təmin etmişdir. O, m əhkəmə iclasında ümumiyyətlə iştirak etməmiş, buna baxmayaraq qətnamədə məhkəmə iclasında guya iştirak etməsi qeyd edilmişdir. Hazırda o, X1 15 noyabr 2021-ci il tarixli 12 saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. İşə iştirakı olmadan baxmaqla məhkəmə həmin prosessual hüquq normasında nəzərdə tutulmuş ədalət mühakiməsi prinsiplərini pozmuşdur. Hesab edir ki, hazırkı işə inzibati məhkəmədə baxılmalıdır.

19. İşə apelyasiya instansiyası məhkəməsində baxıldığı zaman təqdim edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-690/2022-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Xaçmaz rayon X1 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin iddiaçıya satılması barədə X 1 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclasının qərarı iddiaçıya 0,39 ha torpaq sahəsi ayrılması hissəsində deyil, həmin torpaq sahəsindən 0,10 ha torpaq sahəsi ayrılması hissəsində ləğv edilmiş, (mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclasın qərarı X1 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının 0,29 ha hissədə ləğv edilməsi hissəsində qüvvədə saxlanılmış), iddianın qalan hissədə təmin edilməməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddianın təmin olunması, Xaçmaz rayon X1 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin iddiaçıya satılması barədə X1 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclas qərarının ləğv edilməsi qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-30/2024 nömrəli 5 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Səyyad Qafari (sədrlik edən və məruzəçi) Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv ed ilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu X1 xx.xx.2016-cı il tarixli, 9 saylı qərarına əsasən bələdiyyənin mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin kommersiya obyektinin tikintisi məqsədi ilə hərraca çıxarılaraq satılması üçün torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınmasının qərara alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpağın alğı-satqısı, torpağa mülkiyyət hüququna dair dövlət aktının və bu akt əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədədir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, torpağın alğı-satqısına dair aktın ləğv edilməsi tələbi digər tələbləri (torpağa mülkiyyət hüququna dair dövlət aktının və reyestrdən çıxarışın ləğv edilməsi) özündən asılı etdiyindən, ilkin olaraq bu tələb üzrə hüquqi dəyərləndirilmə aparılmaqla mübahisəyə qiymət verilməlidir.

23. İlk öncə qeyd edilməlidir ki, iddiaçı torpağın alğı-satqısına dair aktın ləğv edilməsinin əsası kimi mübahisələndirilən alğı-satqı müqaviləsi üzrə torpaq sahəsinin cavabdehə satılmasına dair 19 avqust 2003-cü il tarixli qərarının ləğv edildiyini qeyd etmişdir.

24. İş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)690/2022-ci il iddianın qismən təmin edilməsi, Xaçmaz rayon X1 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin iddiaçıya satılması barədə X1 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclas ının qərarı iddiaçıya 0,39 ha torpaq sahəsi ayrılması hissəsində deyil, həmin torpaq sahəsindən 0,10 ha torpaq sahəsi ayrılması hissəsində ləğv edilmiş, (mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclasın qərarı X1 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının 0,29 ha hissədə ləğv edilməsi hissəsində qüvvədə saxlanılmış), iddianın qalan hissədə təmin edilməməsi qərara alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunması, Xaçmaz rayon X1 mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin iddiaçıya satılması barədə X1 xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclas qərarının ləğv edilməsi qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, qanuni qüvvədə olan məhkəmə aktı ilə Xaçmaz rayonu X1 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ləğv edilərək, mübahisələndirilən 31 oktyabr 2003-cü il tarixli alğı-satqının bağlanmasına əsas olmuş 19 avqust 2003-cü il tarixli 10 saylı qərarı qüvvədə olduğundan, cavabdehin qeyd olunan əmlak üzərində hüquqları müdafiə edilməli, mübahisələndirilən 31 oktyabr 2003-cü il t arixdə qeydə alınmış alğı-satqı aktının ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir.

26. İddia tələbinin həmin alğı-satqı aktı əsasında cavabdehin adına işlənmiş 8 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab etmişdir ki, aparılmış qeydiyyat mübahisəli alğı-satqı aktı əsasında əldə edildiyindən və həmin alğı-satqı aktının ləğv edilməsi barədə tələb təmin edilmədiyindən, başqa sözlə həmin akt qüvvədə olduğundan, iddia tələbi qeyd edilən hissələrdə də təmin edilə bilməz.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyin in hüquqi əsası kimi Mülki Məcəllənin 140-cı maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş edilmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alğı-satqı aktının, həmin akt və ləğv edilmiş qərar əsasında Cavabdeh Firudin oğlunun adına işlənmiş 8 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin əsasını təşkil edən X1 19 avqust 2003-cü il tarixli, 10 saylı qərarı bələdiyyənin 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə ləğv edildiyindən, ləğv edilmiş bu qərar hazırda hüquqi qüvvəsini itirdiyindən, bələdiyyə tərəfindən qəbul olunmuş yeni qərar hazırda qüvvədə olduğundan hazırkı vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin aktı əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları.

33. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

34. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həya ta keçirilir.

35. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...

36. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər.

38. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnu tanınmasını tələb etmək hüququ vardır.

39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 4

2. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

53. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı təmin edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

54. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

55. İddia tələbi bir-biri ilə əlaqəli olan iki hissədən ibarətdir:

1. X1 15 noyabr 2021-ci il tarixli, 12 saylı qərarı ilə 0,39 ha torpaq sahəsinin Cavabdeh satılması barədə 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alğı-satqı aktının ləğv edilməsi;

2. Cavabdehin adına işlənmiş 8 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və həmin dövlət aktı əsasında verilmiş 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi.

56. Alğı-satqı aktının ləğvi tələbinin hüquqi əsasları kimi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirilməsi qaydaları nəzərdən keçirilməlidir. 57. “Bələdiyyə torpaqlarının idarə edilmə si haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

58. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Torpaq sahəsi əldə e tmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2, 6.6 və 6.7-ci maddələri).

59. Həmin Qanunun 9.6-cı maddəsinin 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə yeni redaksiyada verilənədək qüvvədə olan əvvəlki redaksiyasında qeyd olunurdu ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquql arına dair alğı-satqı aktı tərtib edilir.

60. Göründüyü kimi torpaq sahəsinin alğı-satqısına dair akt (müqavilə) inzibati orqanın qərarı əsasında bağlanır. Hazırda iddiaçının ləğv olunmasını tələb etdiyi torpaq sahəsinin alğı-satqısına dair 31 oktyabr 2003-cü il tarixdə qeydə alınmış alğı-satqı aktı (müqavilə) da inzibati orqanın (bələdiyyənin) xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarı əsasında bağlanıb. Həmin inzibati akt qüvvədədir və alğı-satqı aktı inzibati akta uyğun olduğuna görə ləğv edilə bilməz.

61. Cavabdehin adına işlənmiş 8 may 2006-cı il tarixli, JN-607 seriyalı, 30212018 kodlu dövlət aktının və 10 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinin hüquqi əsasla rı ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 139-1.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan hüquqi faktlar müəyyən edilmişdir. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə görə bu əsaslardan biri - qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur.

62. Cavabdehin adına işlənmiş torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktı və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da məhz bu qanuni əsasa – bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarına istinadən verilmişdir. 63. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

64. Bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarı geri çağırılmadığına, ləğv edilmədiyinə, dəyişdirilmədiyinə, qüvvədə olma müddəti qurtarmadığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyinə görə hüquqi qüvvəsini saxlayır və onun əsasında aparılmış qeydiyyat da hüquqi cəhətdən etibarlı sayılır. Buna görə də apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

66. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

67. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-30/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar