Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-89/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2(103)600/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respub likası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı və Cavabdeh MTK arasında 03 fevral 2014-cü il tarixdə bağlanmış 98 nömrəli müqavilə ilə MTK ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzili iddiaçıya satılmasını, iddiaçı isə həmin mənzilin dəyəri ödənilməsini öhdələrinə götürmüşlər. 2. 18 iyun 2016-cı il tarixdə qeyd olunan müqaviləyə dəyişiklik edilərək, alıcı ünvan 2 ünvanında inşa ediləcək 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 105,32 kv.m-dən ibarət olan 3 otaqlı 98 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 800 manat olmaqla 83700 manat ödəyir. 3. 18 iyun 2016-cı il tarixli mədaxil qəbzləri ilə İddiaçı mənzilin dəyəri üçün 83700 manat, dəhlizdən əlavə 4 kv.metr üçün 3600 manat ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzilin satışı zamanı sahəni artıq göstərməklə iddiaçıdan artıq alınmış 15.860 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 138 manat, etibarnamə alınması üçün ödənilmiş 17,25 manat və hüquqi yardım üçün ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanmış, həmin müq aviləyə əsasən iddiaçı 03 fevral 2014-cü il tarixdə 80.000 manat məbləğində ilkin ödəniş etmiş, 6.400 manat qalıq məbləği isə 09 avqust 2014-cü il tarixdə ödəmişdir. Sonradan cavabdeh iddiaçıya eyni ölçüdə bir mərtəbə aşağıda yerləşən mənzili təklif etmişdir. Bu təklifi onunla əsaslandırmışdır ki, 03 fevral 2014-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçıya satılmış mənzilin yerləşən mərtəbədə digər mənzil sahibi öz oğlu üçün də eyni mərtəbədən mənzil almaq niyyətindədir. İddiaçı buna öz razılığını vermiş və tərəflər arasında mövcud olan müqaviləyə dəyişiklik edilmişdir. Yeni müqavilənin 2.2.1-ci bəndinə əsasən 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 105,32 kv.m olan 3 otaqlı, 98 saylı mənzilin dəyəri sahəsinin hər kvadrat metri üçün 800 manat olmaqla, cəmi 83 700 manat müəyyən edilmişdir. Lakin, müqavilədən də göründüyü kimi, cavabdeh müqaviləyə dəyişiklik edərkən mənzilin ölçüsünü tərəflər arasında razılaşdırılmış 109,32 kv.m-dən 4 kv.m az qeyd etmişdir. Bunun müqabilində, cavabdeh iddiaçıdan 4 kv.m üçün əlavə 3600 manat məbləğində ödəniş almış və iddiaçıya əlavə 4 kv.m ərazini də təhvil vermişdir. Cavabdeh tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124 ünvanda inşa edilmiş 6 saylı çoxmərtəbəli kooperativ yaşayış binasının 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 109,32 kv.m olan 98 saylı 3 otaqlı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və iddiaçının cavabdehə heç bir borcu yoxdur. Ümumilikdə, qeyd olunan müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə 87.300 manat məbləğində öd əniş edilmişdir. Qeyd olunan mənzil ilə bağlı 01 iyul 2020-ci il tarixli çıxarış ilə müəyyən edilmişdir ki, yeni qaydalarla ünvanı AZ1002, ünvan 3mumi sahəsi 89,30 kv.m təşkil edir. Göründüyü kimi, mənzilin faktiki sahəsi alqı-satqı müqaviləsində nəzərdə tutulmuş sahədən azdır, yəni cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilə ilə nəzərdə tutulan mənzili tam sahəsi ilə, yəni 109,32 kv.m-dən ibarət olan iddiaçıya təhvil verməmişdir. Mənzilin 1 kv.m sahəsinin qiyməti 800 manat olduğu nəzərə alınaraq iddiaçı tərəfindən artıq ödənilmiş məbləğ 15.860 manat təşkil edir.
6. İş üzrə birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”na əsasən, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 2442-ci məhəllə, ev 120, 122, 124, 3 otaqlı, 98 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 124, M14, mənzil 2) mənzilin ümumi sahəsinin (daxili parametrləri (içdən-içə)) 95,0 kv.m, eyni zamanda mənzilin faktiki sahəsinin içdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqları da daxil olmaqla 99,3 kv.m təşkil edir. Bundan başqa, sözügedən mənzilin fakt iki sahəsi (99,3 kv.m) ilə həmin mənzilə dair bağlanmış 03 fevral 2014-cü il tarixli (18 iyun 2016-cı il tarixli dəyişikliklə) müqavilədə göstərilmiş (105,32 kv.m) sahə arasında 6,02 kv.m fərq olduğu müəyyən edilmişdir.
7. Rəyin təsviri hissəsi ilə və ekspert tərəfindən mənzilə baxışla müəyyən olunmuşdur ki, mənzil yaşayış binasının 15-ci mərtəbəsində yerləşməklə, ümumi quruluşu, tikililərin yerləşmə vəziyyəti, ölçüləri və digər texniki parametrləri onun texniki pasportunda göstərilənlərə uyğun deyildir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, e-2(004)103/2023 nömrəli qətnaməsi ilə (hakim G.Əkbərli) iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MTK-dan artıq ödənilmiş 5360 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pulun ½ hissəsi olan 250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 73,6 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrdə mənzillərin mərtəbəsi və nömrəsi eyni göstərilməsinə baxmayaraq, razılaşmaya əsasən iddiaçıya ilkin müqavilədə göstərilən mənzildən fərqli olaraq digər mərtəbədə yerləşən mənzil təhvil verilmişdir. Eləcə də, iddiaçının nümayəndəsi-vəkilinin məhkəmə baxışında verdiyi izahatdan da müəyyən edilmişdir ki, mənzilin faktiki sahəsi və digər göstəriciləri onun texniki pasportunda göstərilənlərdən fərqlidir. Belə ki, texniki pasport cavabdeh MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında tərtib edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi işin faktiki hallarına uyğun olduğundan və digər sübutlarla təkzib edilmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin ekspert rəyinə əsasən də təsdiq edilir ki, iddiaçının mülkiyyətində olan sözügedən mənzilin faktiki sahəsi 99,3 kv.m təşkil edir.
11. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozaraq ona ümumi sahəsi 105,32 kv.m əvəzinə 99,3 kv.m olan, yəni müqavilədə nəzərdə tutulandan 6,02 kv.m az sahəsi olan mənzili təhvil vermişdir. Tərəflərin razılaşmasına əsasən mənzilin hər kvadrat metri 800 manat qiymətləndirilmişdir. İddiaçı isə cavabdehə müqavilə üzrə öhdəliklərinin icrası ilə bağlı 87.300 manat ödəniş etmişdir. Belə olan halda, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliyinin icrası ilə bağlı 5360 manat artıq ödənilmişdir.
12. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən artıq ödənilmiş 15.860 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbi 5.360 manat hissədə qismən təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 385.1, 404.1, 404.2, 425.1, 442, 443.1, 443.2, 578.1, 646.1, 646.2, 752.1, 752.2-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci tarixli, 7 saylı Tikinti obyektlərinin sahəsinin və həcminin hesablama qaydalarının 2-ci və 3.8-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinc i icraat
14. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddiaçıya məxsus yaşayış mənzilinin ümumi sahəsi hesablanarkən yanlışlığa yol verilmişdir. Həmçinin məhkəmənin ekspert rəyini mötəbər sübut kimi götürüb, qərar qəbul etməsi qanuni hesab edilə bilməz. İddiaçının özü də qeyd etmişdir ki, o, otaqların yerləşməsi vəziyyətində müəyyən dəyişikliklər etmişdir. Bu hal özü də mənzilin sahəsinin dəqiq ölçülməsində qeyri-müəyyənliyə səbəb olmuşdur. Əslində, MTK tərəfindən iddiaçıya müqavilə əsasında təhvil verilmiş 105,32 kv.m, eyni zamanda dəhlizdən əlavə ver ilmiş 4 kv.m. cəmi 109,32 kv.m təşkil edir. Çox təəssüf ki, məhkəmə ekspertizası tərəfindən keçirilmiş ekspertiza mənzilin ümumi sahəsini hesablayarkən bəzi parametrləri (içdən-içə) düzgün hesablamamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının” tələblərini düzgün tətbiq etməmişdir.
16. Apellyasiya məhkəməsi tərəfindən əlavə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Niza mi rayonu, Tofiq Abbasov küçəsi, 124 ünvanında inşa edilmiş yüksək çoxmərtəbəli 6 saylı yaşayış binasının, 14-cü mərtəbəsindəki 98 saylı, 3 otaqlı mənzilin faktiki sahəsi 99,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Sözügedən mənzilin faktiki sahəsi (99,3 kv.m) ilə həmin mənzilə dair bağlanmış 3 fevral 2014-cü il tarixli (18 iyun 2016-cı il tarixli dəyişikliklə) müqavilədə göstərilmiş (105,32 kv.m) sahə arasında 6,02 kv.m fərq olduğu müəyyən edilmişdir. Ümumi dəhlizdən İddiaçı təhvil verilməli olan 4 kv.m sahə faktiki olaraq mənzilin 99,3 kv.m sahəsinə daxil edilməklə hesablanmışdır.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2(103)-600/2024 nömrəli qətnaməsi ilə (hakim G.Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər C.Musayeva və F.Babayev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında 3 fevral 2014-cü il tarixdə 98 nömrəli müqavilə bağlanmışdır. Müqavilədə qeyd edilmişdir ki, cavabdeh ünvan 1 ünvanda inşa ediləcək yüksək mərtəbəli 6 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzili iddiaçıya satmalı, iddiaçı tərəfindən isə həmin mənzilin dəyəri ödənilməlidir. İşin halları ilə həmçinin müəyyən edilmişdir ki, sonradan tərəflər arasında müqaviləyə dəyişiklik edilmiş, 18 iyun 2016-cı il tarixli, (166) 98 nömrəli yeni müqavilənin 2.2.1-ci bəndinə əsasən alıcı ünvan 2 ünvanında inşa ediləcək 6 saylı yaşayış binasının 14-cü mərtəb əsində yerləşən, ümumi sahəsi 105,32 kv.m-dən ibarət olan 3 otaqlı 98 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 800 manat olmaqla 83700 manat ödəyir. İşdə olan 18 iyun 2016-cı il tarixli mədaxil qəbzlərindən müəyyən olunur ki, İddiaçı mənzilin dəyəri üçün 83700 manat, dəhlizdən əlavə 4 kv.metr üçün 3600 manat ödəniş etmişdir.
19. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası ekspert rəyinə istinadən müəyyən etmişdir ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə kollegiyasının qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Cavabdeh MTK öhdəliklərini pozmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 752.1, 753.1, 762.1, 766-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
21. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2(103)600/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin normaları, Mülki Prosessual Məcəllənin 388-ci maddəsinin tələbləri pozulmuşdur.
23. Belə ki, iddiaçıya məxsus mənzilin ümumi sahəsi hesablanarkən yanlışlığa yol verilmişdir. Qətnamədən göründüyü kimi iddiaçı və MTK arasında 2 fərqli satış müqavilələri mövcuddur. Hər müqavilədə isə iddiaçıya fərqli yaşayış sahələri təhvil verilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən MTK-ya müxtəlif ödənişlər edilməsinə dair maliyyə arayışları təqdim olunmuşdur. İddiaçıya təhvil verilmiş mənzilin faktiki sahəsinin müəyyənləşdirilməsi məqsədi ilə təyin edilmiş tikinti-texniki ekspertizasının müvafiq rəyi ilə müəyyən edilmişdir ki, müqavilədə göstərilmiş (105,32 kv.m) sahə ilə faktiki istifadədə olan sahə arasında 6,02 kv.m fərq mövcuddur. Rəyin təsviri hissəs indən həmçinin görünür ki, mənzil yaşayış binasının 15-ci mərtəbəsində yerləşməklə, ümumi quruluşu tikililərin yerləşmə vəziyyəti, ölçüləri və digər texniki parametrləri mənzilin faktiki ümumi quruluşu, tikililərin yerləşmə vəziyyəti və digər texniki parametrləri ilə uyğun gəlmir. Belə olan halda apellyasiya məhkəməsinin ekspert rəyinə əsaslanması və ona istinadən qətnamə qəbul etməsi qanuni qəbul edilə bilməz. İş materiallarında həmçinin görünür ki, iddiaçı özü otaqların yerləşməsi vəziyyətində müəyyən dəyişikliklər etmişdir. Bu da təbii ki, mənzilin sahəsinin dəqiq ölçülməsində qeyri-müəyyənliyə səbəb ola bilər. Bununla da, tikinti obyektlərinin sahəsinin və həcminin hesablanmalı qaydalarının tələbləri pozulmuşdur.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-c i maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassatorun dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya mü əyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
29. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alın madan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığın ı məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunu r və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, cavabdehin iddiaçı qarşısında öhdəliyini tam yerinə yetirməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
33. Kassasiya şikayətinin dəlilləri iş üzrə alınmış ekspert rəylərinin əsassız olması ilə bağlıdır.
34. Bununla bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh ekspertin gəldiyi nəticənin düzgün olmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (binanın və mübahisəli mənzilin layihəsini, alternativ ekspert rəyini və s.) təqdim etməmişdir.
35. Odur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə alınmış ekspertiza rəylərini iddianın qismən təmini üçün mötəbər sübut kimi qiymətləndirməklə, Mülki Prosessual Məcəllənin 88 və 103-cü m addələrinin tələblərinə riayət etmişdir.
36. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
38. Göstərilən lərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2(103)-600/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.