Məhkəmə qərarları › İş №2(102)-890/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-890/2019

24.01.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-890/2019 24.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Bakı şəhəri 24 yanvar İş № 2(102)-890/2019 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorlar İddiaçı1, İddiaçı3, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-143/2017, hakim F.Ə.Məmmədov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddiası təmin edilərək Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi 2-də yerləşən 192 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılıb 59 saylı MTK-ya qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-1792/2018, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.N.İmanov)Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı1 və qeyrilərinin qeyri-yaşayış sahəsinin boşaldılması və MTK-ya qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-4475/2018, hakimlər İ.R.Xələfov, Q.Ə.Allahverdiyev, Ə.Ə.Şadiyev)İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-9820/2018, hakimlər X.A.Cəmilova, A.Q.Hüseynov, İ.K.Xəlilov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 02 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı1 və qeyrilərinin qeyri-yaşayış sahəsinin boşaldılması və MTK-ya qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişlər. İşin halları: Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 2-də yerləşən 59 saylı MTK tərəfindən inşa olunmuş yaşayış binasının birinci mərtəbəsində yerləşən və sahəsi 192 kv.metr olan qeyriyaşayış sahəsi “xxxx” kimi nəzərdə tutulmuş, 2005-ci ildə həmin sahə MTK-nın sədrinin oğlu Cavabdeh adına özəlləşdirilməklə onun həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2014-cü il tarixli qətnaməsi ilə həmin qeyri-yaşayış sahəsinə dair MTK-nın adından verilmiş 26 sentyabr 2005-ci il tarixli ümumi iclas protokolu və 02 oktyabr 2005-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 okty abr 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı yanında Mənzil Məsələləri üzrə İctimai Komissiyanın 04 oktyabr 2005-ci il tarixli iclas protokolu 59 saylı MTK-ya məxsus qeyri-yaşayış sahəsinin Cavabdeh verilməsinə dair hissədə ləğv edilmiş və həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə qeyri-yaşayış sahəsinə dair Cavabdeh adına verilmiş 21 iyun 2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 02 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2016-cı ilin noyabr ayında iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət edərək Cavabdeh adına qeyri-yaşayış sahəsinə dair verilmiş bütün hüquqmüəyyənedici sənədlərin ləğv edilməsinə baxmayaraq sonuncunun qeyri-yaşayış sahəsini boşaldıb MTK-ya təhvil verməkdən boyun qaçırmasını əsas göstərməklə qeyri-yaşayış sahəsinin boşaldılıb 59 saylı MTK-ya qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iş üzrə Azərbaycan Respu blikası Ali Məhkəməsi Mülki Kollegiasının 27 iyun 2018-ci il tarixli qərarında göstərilən xüsusatları araşdırmamış, işə birtərəfli yanaşaraq payçıların hüquqlarını faktiki olaraq nəzərə almamış, qətnamə ilə onların hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorlar və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçılar qeyri-yaşayış sahəsinin boşaldılmaqla qaytarılmasına dair hazırki iddia tələbini irəli sürmüşlər. Apellyasiya instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edilməsinə dair qətnaməsi iddiaçılar tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, kassasiya instansiya məhkəməsi həmin qətnaməni ləğv edərək işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd etmiş, hazırda iddiaçılar həmin qətnaməni kassasiya qaydasında mübahisələndiriirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə kassasiya instansiyası məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən bir tərəfdən iddiaçıların MTK-ya məxsus əmlaka dair iddia qaldırmaq hüququna malik olmamalarını, digər tərəfdən isə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin MTK-nın mülkiyyətində olması barədə işdə sübutların olmamasını əsas göstərmişdir. Apellyasiya məhkəməsinə görə iddiaçılar hazırkı iş üzrə tələb irəli sürmək hüququna ma lik olmuş olsaydılar belə, qeyri-yaşayış sahəsi MTK-nın mülkiyyətində olmadığından iddia yenə də təmin oluna bilməzdi. İş materiallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi bina kooperativ üzvləri tərəfindən ödənilmiş əmlak payları hesabına tikilmişdir. Həmin binanın və mübahisəli qeyri-yaşayış sahəsinin başqasının hesabına tikilməsi və ona məxsus olması barədə işdə heç bir sübut yoxdur və belə vəziyyətdə qeyri-yaşayış sahəsinin MTK-nın mülkiyyətində olmamasına dair məhkəmə kollegiyasının nəticəsi əsaslı sayıla bilməz. Mübahisəli qeyri – yaşayış sahəsinin MTK tərəfindən kooperativ üzvlərinin payı hesabına tikilməsi təsdiq edir ki, həmin əmlak MTK-ya aid olsa da kooperativ üzvlərinin ümumi mülkiyyəti sayılır. Kassasiya instansiyası məhkəməsi 1982-ci ildə qəbul e dilmiş və 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinə istinad edərək qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni yalnız Mülki Məcəllənin 157.2-ci maddəsinin qüvvəsini tətbiq etməklə həll edərkən işin yuxarıda göstərilən hallarına əhəmiyyət verməmiş və nəzərə almamışdır ki, həmin norma göstərilən vəziyyətdə iddianın rədd edilməsi üçün əsas verməmişdir. Həmçinin, mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh qarşı bütün iddialar (onun adına verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə) hazırkı iş üzrə iddiaçılar tərəfindən qaldırılmaqla bu barədə qəbul edilmiş qətnamələrin hamısı qanuni qüvvəyə minmiş və icra olunmuşdur. Həmin işlər üzrə iddiaçılar tələb irəli sürmək hüququna malik olan şə xslər hesab edilməklə həmin hal mübahisə doğurmamışdır. Həmin işlər üzrə qəbul edilmiş qətnamələrin mövcudluğu cavabdehin mübahisəli əmlakdan istifadə etməkdə davam etməsini istisna etdiyindən, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. İş üzrə kassasiya instansiyası məhkəməsinin 27 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, cavabdehin mübahisəli əmlak üzərində sahiblik və istifadə hüququnu davam etdirməsi iddiaçıların həmin əmlaka dair hüquqlarını pozduğundan, işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin qanunun yuxarıda göstərilən müddəalarının tələblərinə uyğun həllini təmin etməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 03 oktyabr 2018-ci il tarixli qətnaməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci mad dəsinin kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi tələbinə əməl etməmiş, Ali Məhkəmənin qərarında qeyd olunan göstərişlərə əməl etmədən əvvəlki qətnaməsini təkrarlamış, eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ümumiyyətlə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməməsi nəzərə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası işin fa ktiki halları barədə iddiaçıların kassasiya şikayətində irəli sürdükləri dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən araşdırılaraq qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar