Məhkəmə qərarları › İş №2(102)-891/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-891/2024

13.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-891/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: yayış sahəsindən çıxarma, istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5719/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsi nin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, ev 98B (bundan sonra – mübahisəli mənzil) ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (bundan sonra – iddiaçı) məxsusdur.

2. İddiaçının oğlu X1 xx.xx.2022-ci il tarixdə Cavabdeh (bundan sonra – cavabdeh) ilə nikaha daxil olmuşdur.

3. Cavabdeh 14 noyabr 2022-ci il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsasla ndırılmışdır ki, mübahisəli mənzil 29.4.2021-ci il tarixdən mülkiyyətindədir. Həmin mənzildə cavabdehə məxsus olan heç bir əşya yoxdur. Bu baxımdan cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi zərurəti vardır.

6. Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının oğlu Tural Abbasov ilə ailə qurduqdan sonra mübahisəli evə gəlin köçüb yaşamışdır. Baxmayaraq ki, baldızının evində qeydiyyatdadır, gəlin köçən vaxtdan bu günə kimi həmin evdə yaşayır. Ona məxsus bütün əmlak həmin evdədir, hazırda hamilədir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(010)-2258/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ü.Mirzəyeva) iddia qismən təmin edilərək, cavabdehin mübahisəli mənzildən çıxar ılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının ailə üzvü olmadığından, habelə cavabdeh iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə əsasən iddiaçının digər qohumu hesab edilmədiyindən, onun mübahisəli yaşayış evindən istifadə hüququ qanunvericiliyə uyğun olaraq yaranmamışdır. Yaranmayan istifadə hüququna məhkəmə tərəfindən xitam verilə bilməz. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.

9. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus y aşayış sahəsindən istifadə etməsinə (yaşamasına, köçməsinə) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Cavabdehin nə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228-ci maddəsi baxımından, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsi anlamında iddiaçının mülkiyyətində olan mənzildə istifadə (istifadə etmək) hüququ mövcud deyildir.

10. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Odur ki, o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia həmin hissədə təmin edilərək, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır.

11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 148.2, 152.1, 152.5, 157.2, 157.4, 228.1, 228.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 77.1, 106.1, 217.2, 214.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə əsaslandırılarkən Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarına istinad edilsə də, qanunun maddəsi yalnız iddiaçının hüquqlarının təmin olunması üçün istifadə edilmişdir. Cavabdeh hələ də iddiaçının oğlunun ailə üzvü sayılır və onun qeyd olunan evdən çıxarılması qanunvericiliy in tələblərinə uyğun deyil.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5719/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi) İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin evdə istifadə hüququ yoxdur, çünki istifadə hüququnun yaranması üçün Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində, habelə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində müəyyən edilmiş əsaslar mövcud deyil. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydad a əsaslandırılıb. Cavabdeh iddiaçının mülkiyyətində olan evin bir hissəsinə qanunsuz sahiblik edir. Ona görə də birinci instansiya məhkəməsi cavabdehin evdən çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

16. Cavabdeh apellyasiya icraatı zamanı bildirib ki, o, evin 2-ci mərtəbəsindəki sahədə yaşayır, yaşadığı sahə bir zal, bir otaq və bir sanitar qovşaqdan ibarətdir, onun yaşadığı sahə iddiaçının mülkiyyətində olan evə aid deyil. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin yaşadığı sahə iddiaçının mülkiyyətində olan evə aiddir. Cavabdehin özü etiraf etmişdir ki, onun yaşadığı sahənin alt mərtəbəsində, yəni 1-ci mərtəbədə iddiaçı (mülkiyyətçi) yaşayır. Texniki pasportdan görünür ki, iddiaçının evi iki mərtəbəlidir. Cavabdehin yaşadığı sahə evin texniki pasportunda “A” tikilisi kimi göstərilən tikilinin 2-ci mərtəbəsinə yerləşir. Tərəflərin təqdim etdikləri videoyazıdan da müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı sahə iddiaçının mülkiyyətində olan evin ikinci mərtəbəsində yerləşməklə, həmin evə aiddir. Cavabdeh tərəf iddiaçının yaşadığı sahənin texniki göstəricilərinin texniki pasportda müəyyən edilmiş texniki göstəricilərə uyğun gəlmədiyini bildirsə də, bu halın hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur, həmin hal müvafiq icra hakimiyyəti orqanı ilə iddiaçının arasında olan münasibətlərə aiddir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xah iş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 228.3-cü maddəsinin tələbi nəzərə alınmamış və cavabdehin mənzildən faktiki istifadə etdiyi halda, onun bu mənzildən çıxarılması qət edilmişdir.

19. Kassator qeyd etmişdir ki, cavabdeh ilə evin mülkiyyətçisinin oğlu arasında olan ailə münasibətlərinə xitam verilmiş, lakin buna baxmayaraq məhkəmə Mülki Məcəllənin 228.5-ci maddəsinə görə cavabdehin bu mənzildə yaşayışını təmin etməli olduğu halda, bunu etməmişdir.

20. Həmçinin kassator hesab etmişdir ki, məhkəmə tərəfindən MPM-nin 14-cü maddəsinin də tələbləri kobud şəkildə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, işə baxarkən apelyasiya insta nsiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyekt in ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mənzil Məcəlləsi

29. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyət çi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

30. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar

31. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşay ış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya ş ikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

44. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5719/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar