Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-891/2025 17.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxslər Şamaxı şəhər Bələdiyyəsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi cəlb olunmaqla) qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri üzrə QƏRARİ Açar sözlər: Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəyə qaytarılmasına dair ilk, Cavabdeh İddiaçı qarşı çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab olunmasına dair qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-8/2024 nömrəli 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Şamaxı rayon XDS Rəyasət Heyətinin 21 iyun 1993-cü il tarixli qərarı ilə Şamaxı şəhərində 500 kv metr həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı verilmişdir. Həmin sahəyə dair AN № 378744 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və 0,05 ha olan torpaq sahəsi İddiaçı adına qeydə alınaraq hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA № ******* saylı çıxarış verilmişdir.
2. Şamaxı rayon Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə Cavabdeh fərdi yaşayış evi tikmək üçün Şamaxı Bələdiyyəsinin ehtiyat fondunda olan şəhərin 48 A məhəlləsində 600 kv metr torpaq sahəsi satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona mülkiyyət hüququ ilə məxsus olan Şamaxı şəhəri ərazisində 0,05 ha torpaq sahəsini qanunsuz zəbt etdiyi üçün həmin torpaq sahəsindən çıxarılaraq, torpaq sahəsinin boşal dılması və torpaq sahəsinin istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Seriya MA, № 0392825, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən o, Şamaxı şəhəri ərazisində 0,05 hektar torpaq sahəsini əldə etməklə həmin torpaq sahəsinin tam mülkiyyətçisidir. Lakin bu yaxınlarda onun mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt olunmuş və orada tikinti materialları gətirməklə qanunsuz tikililər aparılmağa başlanmışdır. Cavabdehə dəfələrlə bildirilmişdir ki, o, bu hərəkətlərinə son qoysun və torpağı boşaltsın. Lakin cavabdeh bu iradlara və xəbərdarlıqlara məhəl qoymamış, guya həmin torpaq sahəsinə əlində sənədinin olduğunu bildirərək torpağı zəbt etməkdə davam edərək orada tikinti işlərini davam etm işdir.
5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş Seriya MA № ******* saylı Çıxarışın və A № 378744 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi Şamaxı Bələdiyyəsinin 12 aprel 2005-ci il tarixli qərarı ilə ona satılmışdır. Həmin torpaq sahəsi 14 ildir ki, onun istifadəsindədir. Həmin sahəni düzləşdirərək, daş tökmüşdür, lakin imkanı olmadığı üçün ev inşa etdirə bilməmişdir. Buna baxmayaraq, cavabdeh qeyriqanuni olaraq XDS-nin 21 iyul 1993-cü il tarixli qərarı ilə ilkin torpaq ayırma sənədləri, eləcə də torpaq sahəsinin sxemi olmadan onun yerinə qeyd etdiyi kimi 2012-ci ildə tor paq sahənin planı və ölçüsü, çıxarış alınmışdır. O, həmin sahədən bir gündə olsun istifadə etməmiş, orada olan qonşular onu tanımır və hal-hazıradək ona bu barədə heç bir xəbərdarlıq etməmişdir. Bundan əlavə, onun XDS qərarında həmin torpaq sahəsi 600 kv metr yox, 500 kv metr göstərilmişdir. Bütün bunlar onu göstərir ki, onun iddia etdiyi torpaq sahəsi çox güman ki, digər yerdədir və hüquqi sənədləri saxtadır.
7. Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2019-cu il tarixli № 25402 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 18 dekabr 2019-cu il tarixli **********91 saylı mülki işə əlavə olunmuş Cavabdeh Adil oğluna aid Şamaxı rayon Şamaxı bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə verilmiş Şamaxı bələdiyyəsinin ehtiyat fondunda olan, şəhərin 48A məhəlləsində 600 kv metr torpaq sahəsinin sxemində istinad nöqtələri olmadığından və miqyas göstərilmədiyindən, Şamaxı rayon XDS Rəyasət Heyətinin 21 iyun 1993-cü il tarixli qərarı əsasında İddiaçı verilmiş, Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus Şamaxı şəhərində yerləşən 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Şamaxı rayon XDS Rəyasət heyətinin 21 iyun 1993-cü il tarixli qərarı əsasında İddiaçı verilmiş, Seriya MA ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ayrılmış torpaq sahəsinin Cavabdeh Adil oğlu tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir.
8. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-36/2020 nömrəli qətnaməsi ilə (hakim X2) ilk iddia təmin edilmiş, Seriya MA № ******* saylı Çıxarışa əsasən ilkin iddia üzrə İddiaçı məxsus olan Şamaxı şəhərində yerləşən sahəsi 0,05 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması, İddiaçı istifadəsinə qaytarılması, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Şamaxı rayon XDS Rəyasət heyətinin 21 iyun 1993-cü il tarixli qərarı ilə Şamaxı şəhərində 500 kv metr həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı verilmişdir. Həmin sahəyə dair AN № 378744 saylı tor paq sahəsinin planı və ölçüsü sənədi hazırlanmış və 0,05 ha olan torpaq sahəsi İddiaçı adına qeydə alınaraq hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA № ******* saylı çıxarış verilmişdir. Şamaxı rayon Şamaxı şəhər Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə isə Cavabdeh fərdi yaşayış evi tikmək üçün şəhərin 48 A məhəlləsindən 600 kv metr torpaq sahəsinin satılması qərara alınsa da, iş üzrə olan sübutlarla torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi, torpaq sahəsinin Cavabdeh satılması barədə müqavilənin bağlanması təsdiq edilməmişdir.
10. İşin araşdırılmış hallarından həmçinin görünür ki, mübahisəli torpaq sahəsi hazırda ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh istifadəsindədir.
11. Qarşılıqlı iddiaçı Cavabdeh ilk in iddianın rədd edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına verilmiş Seriya MA № ******* saylı Çıxarışın və A № 378744 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsini tələb etmiş, iddiasını həmin torpaq sahəsinin Şamaxı Bələdiyyəsinin 12 aprel 2005-ci il tarixli qərarı ilə ona satılması, torpaq sahəsinin 14 ildir ki, istifadəsində olması, qarşılıqlı iddia üzrə cavabdehin XDS qərarında həmin torpaq sahəsi 600 kv metr yox, 500 kv metr göstərildiyindən ilk iddiaçının torpaq sahəsinin çox güman ki, digər yerdə olması və hüquqi sənədlərinin saxta olması ilə əsaslandırmış, lakin həmin sənədlərin verilməsinə əsas olmuş hərəkətləri, o cümlədən Şamaxı rayon XDS Rəyasət heyətinin 21 iyun 1993-cü il tarixli qərarını mübahisələndirməmişdir.
12. Yanakı yoxlanıl mış 30 dekabr 2019-cu il tarixli № 25402 saylı rəylə Cavabdeh Şamaxı rayon Şamaxı bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə verilmiş 600 kv metr torpaq sahəsinin Şamaxı rayon XDS Rəyasət Heyətinin 21 iyun 1993-cü il tarixli qərarı ilə İddiaçı ayrılmış mübahisəli torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
13. Məhkəmə 30 dekabr 2019-cu il tarixli № 25402 saylı rəylə razılaşmış və həmin rəylə ilkin iddia üzrə cavabdehin istifadəsində olan 600 kv metr torpaq sahəsinin, Şamaxı rayon Şamaxı bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə ona verilmiş 600 kv metr torpaq sahəsi olması halının təsdiq edilmədiyini nəzərə alaraq, həmin torpaq sahəsinin mübahisəli 500 kv metr (0,05 ha) hissəsi ilə Seriya MA № ******* saylı hüquqların Dövlət qeydiyyat ı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ilk İddiaçı məxsus 0,05 ha olan torpaq sahəsinin eyni sahələr olmadığı, bununla da ilkin iddia üzrə cavabdehin Şamaxı rayon Şamaxı bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə ona verilmiş torpaq sahəsinə deyil, ilk İddiaçı məxsus 0,05 ha olan torpaq sahəsinə sahibləndiyi nəticəsinə gəlmişdir.
14. Məhkəmə qarşılıqlı iddiaçının dəlili üzrə qeyd etmişdir ki, ilk İddiaçı 500 kv metr torpaq ayrılması, qarşılıqlı iddiaçının istifadəsində olan torpaq sahəsinin isə bundan çox -600 kv metr olması, həmin sahənin 500 kv metrlik hissəsinin ilk iddiaçıya məxsusluğunu istisna etmir. Belə ki, xüsusi biliyi olan orqan öz rəyində mübahisəli 0,05 ha torpaq sahəsinin İddiaçı verilmiş torpaq sahəsi olduğu nəticəsinə gəlmiş, lakin həmi n sahənin ilkin iddia üzrə cavabdehə də ayrılmış sahə ilə üst-üstə düşüb-düşmədiyini müəyyən edə bilməmişdir. İş üzrə olan sübutlarla, ilk iddiaçının torpaq sahəsinin digər yerdə deyil hazırda qarşılıqlı iddiaçının istifadəsində olan torpaq sahəsinin 500 kv metrlik hissəsi olması təsdiq edilsə də, ilk iddiaçının hüquqi sənədlərinin saxta olması, həmin sahə ilə Şamaxı rayon Şamaxı bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarına əsasən qarşılıqlı iddiaçıya verilmiş 600 kv metr torpaq sahəsinin eyni sahələr olması təsdiq edilməmişdir.
15. Məhkəmə Şamaxı rayon Şamaxı bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarına əsasən qarşılıqlı iddiaçıya verilmiş torpaq sahəsi ilə ilk iddiaçının torpaq sahəsinin eyni sahələr olması halının təsdiq edilmədiyini nəzərə alaraq, bələdiyyə qərarı ilə qar şılıqlı iddiaçıya ayrılmış torpaq sahəsinin başqa ünvanda yerləşdiyi nəticəsinə gəlmişdir.
16. Məhkəmə ilk iddia tələbi üzrə belə hesab etmişdir ki, torpaqların özbaşına tutulması qanunla qadağan olduğundan, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilməli olduğundan, ilk iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan, ilk iddia üzrə cavabdeh ilk iddiaçının mülkiyyətində olan 0,05 ha torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi əvvəlki vəziyyəti nə gətirilməsi qaydasında boşaldılaraq ilk iddiaçının istifadəsinə qaytarılmalıdır.
17. Məhkəmə qarşılıqlı iddia üzrə belə nəticəyə gəlmişdir ki, MA № ******* saylı çıxarışın və A № 378744 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin bələdiyyə qərarı əsasında qarşılıqlı iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsi barədə olmaqla onun hüquqlarına toxunması halı təsdiq edilmədiyindən, eləcə də qarşılıqlı iddiaçı etibarsız sayılmasını tələb etdiyi sənədlərin verilməsinə əsas olmuş hərəkətləri, o cümlədən ona torpaq sahəsi ayrılması barədə bələdiyyə qərarından daha əvvəl qəbul edilmiş qərarı mübahisələndirmədiyindən, qarşılıqlı iddia mübahisəli sənədlərin etibarsız sayılması hissəsində təmin edilə bilməz.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 152.1, 152.5, 157.2 və 141.2-ci, Torpaq Məcəlləsinin 84.1, 84.3 və 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 115, 119.1 və 217-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İlk iddia üzrə Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsini Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-cı il tarixli 73 saylı Qərarı ilə Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan şəhərin 48 "a" saylı məhəlləsində fərdi yaşayış evi tikmək üçün 600 kv metr torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin aldıqdan sonra o, yeri düzləyərək 3 m aşından çox daş tökmüşdür. Əgər İddiaçı əlində sənədi olduğu halda nə üçün həmin torpaq sahəsinin onun olduğu barədə məlumat verməmiş, 2012-cı ildə həmin torpaq sahəsinə çıxarış almışdır.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2014-cü il tarixli 2(105)-8/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(074)-36/2020 nömrəli qətnaməsinin qismən - “qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilməsi, qarşılıqlı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-8/2024 nömrəli, xx.xx.2024-cü il tar ixli qətnaməsi ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad) apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-36/2020 nömrəli qətnaməsi ilk iddianın təmin edilməsi, Seriya MA № ******* saylı Çıxarışa əsasən ilkin iddia üzrə İddiaçı məxsus olan Şamaxı şəhərində yerləşən sahəsi 0,05 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması, İddiaçı istifadəsinə qaytarılması”na dair hissəsində dəyişdirilmədən saxlanılsın.
23. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2024-cü il tarixli 10/444 1 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, naturada ölçülmüş mübahisəli 346 kv metr torpaq sahəsi AN 378744 saylı 21 noyabr 2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Şamaxı rayon XDS Rəyasət Heyətinin 21 iyun 1993-cü il tarixli Qərarı lilə İddiaçı təhkim edilmiş 500,01 kv metr torpaq sahəsinin koordinatları daxilində yerləşir. Cavabdeh aid Şamaxı rayon Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli Qərarı ilə verilmiş Şamaxı bələdiyyəsinin ehtiyat fondunda olan şəhərin 48 a məhəlləsində 600 kv metr torpaq sahəsinin sxemində hər hansı bir istinad nöqtəsindən məsafənin göstərilməməsi, miqyasın qeyd edilməməsi və Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə Cavabdeh fərdi yaşayış evi tikmək üçün ayrılan 48 a saylı məhəlləsində yerləşən 600 kv metr torp aq sahəsinin naturada koordinatlarını müəyyən etmək mümkün olmaması səbəbindən Şamaxı Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli Qərarına əlavə edilmiş sxematik plana əsasən Cavabdeh fərdi yaşayış evi tikmək üçün ayrılmış Şamaxı Bələdiyyəsinin ehtiyat fondunda olan şəhərin 48a məhəlləsində 600 kv metr torpaq sahəsi faktiki olaraq öz koordinatları hüdudlarında yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh naturada faktiki iddia etdiyi Şamaxı şəhəri, 48a məhəlləsində yerləşən torpaq sahəsinin ümumi sahəsi 346 kv metretrdir. Həmin torpaq sahəsində hər hansı tikili yerləşmir.
24. Məhkəmə kollegiyası ekspert rəyinə də istinad etməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona eti razın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İlk iddia üzrə cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Bələdiyyəsinin 73 saylı 22 aprel 2005-ci il tarixli Qərarına əsasən Cavabdeh Şamaxı şəhəri, 48 a saylı məhəllə ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə 600 kv metr. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı bələdiyyə ilə aralarında alqı-satqı müqaviləsi bağlanılmış və tərəfindən torpaq sahəsinin dəyəri olaraq 800000 manat vəsait bələdiyyənin hesabına mədaxil edilmişdir.2005-ci ildən hal-hazırkı vaxtadək bu torpaq sahəsi onun faktiki istifadəsindədir və bu ərazidə yerləş ən (sağ, sol, arxa və qabaq tərəfdə) bütün torpaqlar vətəndaşlara bələdiyyə qərarı ilə ayrılmış və bu ərazi bələdiyyə torpaqları sayılır. Cavabdeh ona ayrılmış torpaq sahəsinə dair iddiaçının adına çıxarışın hansı səbəbdən verilməsi ilə maraqlanmış və ona bildirilmişdir ki, həmin torpaq sahəsinə dair İddiaçı adına çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinə səbəb ləğv edilmiş DT və XK-si tərəfindən verilmiş AN378744 saylı xx.xx.2011-ci il tarixli plan və ölçü sənədi olmuşdur. Belə ki, ləğv edilmiş DT və XK-si tərəfindən həmin plan ölçü sənədi verilərkən İddiaçı ona Şamaxı rayon XDS İK-nin 21 iyul 1993-cü il tarixli qərarı ilə ayrılan ilkin torpaq ayırma sənədlərini təqdim etməmiş və bu orqan da torpaq sahəsinin koordinatlarını təsdiqləyən hər hansı bir sənəd olmadan cavabde hə 7 il qabaq (2005-ci ildə) qanuni əsaslarla ayrılan və bələdiyyə mülkiyyətində olan ərazidə yerləşən torpaq sahəmin koordinatları daxilində torpağın plan və ölçüsü verilmişdir. Bu səbəbdən də məhz həmin plan və ölçüyə əsaslanaraq İddiaçı adına çıxarış və plan–ölçü işlənmişdir. 2005-ci ildən bu torpaq sahəsi cavabdehin sahibliyindədir və o, bu torpaq sahəsinə daş tökərək hasara almışdır. İddiaçı 2012-ci ildə ona XDS İK-nin 21 iyul 1993-cü il tarixli qərarı əsasında ayrılmış və ilkin torpaq ayırma sənədi olmayan 600 kv metr. torpaq sahəsinə dair 2011-ci ildə torpağın plan və ölçüsünə dair sənəd hazırlanarkən cavabdehə 2005-ci ildən ayrılmış bu ərazini göstərmiş və plan-ölçü də ona məxsus torpaq sahəsinin koordinatları əsasında tərtib olunmuşdur. Halbuki Şamaxı rayon XDS İK-nin 21 iyul 19 93-cü il tarixli qərarı əsasında ayrılan torpaq sahəsi başqa bir ərazidə yerləşir və analoji qərarlarla vətəndaşlara ayrılan torpaq sahələri ilə cavabdehə bələdiyyə tərəfindən satılan torpaq sahələri eyn ərazidə yerləşmir. Belə ki, Cavabdeh ayrılan torpaq sahəsi bələdiyyənin fondunda olan torpaq sahəsi olmaqla Bakı – Qazax magistralından 270-275 metr aralıda massivin şimal səmtində yerləşməklə 6-cı sahəyə düşür, lakin İddiaçı ayrılan torpaq sahəsi magistral yoldan 80-85 metr şimalda yerləşən 3-cü sahəyə düşür, bunu Şamaxı rayon bələdiyyəsi də təsdiq etmişdir. Lakin bu ərazilərin koordinatları arasında ciddi fərqlərin və uyğunsuzluqların olmasına baxmayaraq İddiaçı adına DT və XK-si tərəfindən AN378744 saylı xx.xx.2011-ci il tarixli plan və ölçü sənədi hazırlanarkən cavabdehə ayrılan torpaq sahəsinin koordinatları onun sənədinə və yerquruluşu planına daxil edilmiş və nəticədə İddiaçı cavabdehə ayrılan torpaq sahəsinin ona ayrılan torpaq sahəsi ilə üst-üstə düşməsini əsas gətirməklə cavabdehin dəyərini ödəməklə aldığı torpaq sahəsindən çıxarılmasını iddia etmişdir. Məhkəmə qərardadı əsasında ekspertiza təyin olunmuş və cavabdeh orqanın mütəxəssisi torpaq sahəsinin koordinatlarını özlərinin qanunsuz olaraq tərtib etdikləri plan və ölçü sənədləri əsasında yoxlamaqla cavabdehə ayrılan torpaq sahəsi ilə İddiaçı ayrılan torpaq sahəsinin üst-üstə düşdüyünü qeyd etmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi də həmin mütəxəssis rəyinə və İddiaçı adına qanunsuz əsaslarla verilmiş plan-ölçüyə istinad etməklə rəy vermiş, nəticədə cavabdehin qeyd olunan torpaq sahəsindən çıxar ılması barədə qətnamə qəbul olunmuşdur. Məhkəmə qərardadla qarşılıqlı iddia ərizəsi üzrə icraata xitam vermiş və bunu həmin mübahisəyə inzibati qaydada baxılması ilə izah etmişdir. Bu səbəbdən də Cavabdeh İnzibati qaydada Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmış və hazırda çıxarış və plan-ölçünün ləğvi barədə iddiaya baxılır. Həmin inzibati iş üzrə məhkəmənin gələcəyi nəticə hazırkı iddia üzrə mülki işin nəticəsinə birbaşa təsir edir. Belə ki. əgər inzibati məhkəmənin qərarı ilə iddiaçının adına verilmiş sənədlər ləğv olunarsa, bu hazırkı iddia tələbinin rədd edilməsinə xidmət edəcəkdir, lakin məhkəmə bu halı nəzərə almaqla iş üzrə icraatı dayandrmalı olduğu halda bunu etməmiş və həmin iddianın nəticəsini gözləmədən hazırkı işə baxaraq qətnamə çıxarmışdır.
27. Məhkəmə prosesi gedən ə rəfədə iddiaçı dünyasını dəyişmiş, lakin onun hüquqi varisi kimi əvəz edilmə barədə mərhumun vərəsələri tərəfindən məhkəməyə müraciət daxil olmamışdır. Lakin məhkəmə tərəfindən verilmiş sorğulara alınan cavabla iddiaçının Camal adlı oğlunun olduğu bildirilmiş və məhkəmə də qərardad qəbul etməklə Camal Kazımovu iddiaçının hüquq varisi kimi tanımış, lakin bu şəxs məhkəmə prosesində iştirak etməmiş, qaldırılmış iddia tələbinə münasibəti belə soruşulmamış və həmin şəxs tərəfindən hətta vərəsəlik haqqında şəhadətnamə də təqdim olunmamışdır. Lakin məhkəmə iddiaçının hüquq varisi kimi C.Kazımovu tanısa da, bu şəxs vərəsəliyi nə rəsmi nə də faktiki qəbul etməmiş, bu barədə məhkəməyə hər hansı bir sənəd təqdim etməmiş, ümumiyyətlə məhkəmə proseslərinin heç birində iştirak etməmişdir. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
29. Cavabdeh iddiaçının adına olan hüquq müəyyənedici sənədləri inizabti icraat qaydasında mübahisələndirməsi əsası ilə hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatətlə Ali Məhkəməyə müraciət etmişdir, məhkəmə kollegiyası həmin vəsatəti iş materiallarına əsasən araşdırıb müzakirə edərək hesab edir ki, vəsatətin təmin edilməsi üçün əsas yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyes trə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqd an sui-istifadə olmasın.
33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
34. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş d əlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq m ünasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Cavabdehin kassasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdı r, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-8/2024 nömrəli iş üzrə 16 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.