Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-892/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) 22.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli, 2(103)6920/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə bağlanmış 12 yanvar 2019-cu il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh Hospital MMC-də qangötürmə şöbəsində tibb bacısı vəzifəsində işə başlamışdır.
2. Cavabdeh MMC-nin 04 noyabr 2020-ci il tarixli 324 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 04 noyabr 2020-ci il tarixli, 324 nömrəli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsi və Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəz ləşdirilmiş elektron informasiya sistemində 04.11.2020-ci il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlədiyi müddətdə intizamlı olmuş, işinə məsuliyyətlə və vicdanla yanaşmışdır. Barəsində hər hansı bir intizam tənbehi tədbirləri verilməmişdir. Lakin Hospitalda narazı olduğu bəzi neqativ hallara görə işdən öz arzusu ilə ərizə yazıb çıxmaq istədiyini 03 noyabr 2020-ci il tarixində labotoriya şöbəsinin müdiri Ülvi Nəsirova bildirmişdir. Səhəri gün, yəni 04 noyabr 2020-ci il tarixində səhər işə gedərkən onunla telefon vasitəsilə əlaqə saxlanılaraq, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsa sən xitam verildiyi bildirilmişdir. Həmin gün əmək kitabçasını, 23.11.2020-ci il tarixində isə işdən çıxma əmrini hospitaldan götürmüşdür. Cavabdeh MMC-nin 04 noyabr 2020-ci il tarixli, 324 nömrəli əmrin məzmunu sadə, formaca qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilmişdir. Belə ki, əmrin məzmununda əmək müqaviləsinin xitam verilməsinə səbəb olan hal (intizam xətası) göstərilməmiş, əmr əsaslandırılmamış, əmr müəssisənin möhürü ilə təsdiq edilməmiş, 04.11.2020-ci il tarixi sonuncu iş günü olmasına və əmrin surətini dəfələrlə tələb etməyinə baxmayaraq əmrin surəti 23.11.2020-ci il tarixində ona verilmişdir. Halbuki, onun əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar həmkarlar ittifaqı təşkilatı tərəfindən çağırılmamış, həmkarların əsaslandırılmış yazılı qərarı mövcud deyildir. Beləl iklə, onun əmək müqaviləsinə xitam verilərkən yuxarıda qeyd edilənlərdən göründüyü kimi işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.
5. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək göstərmişdir ki, İddiaçı 12.01.2019-cu il tarixdən 04.11.2020-ci il tarixədək Cavabdeh MMC-də qanalma kabinetində tibb bacısı vəzifəsində çalışdığı müddətdə dəfələrlə daxili intizam qaydalarını pozmuş, ona şifahi xəbərdarlıqlar edilmişdir. Sonuncu halda heç bir üzrsüz səbəb olmadan işə gəlməmiş, izahat yazmaq tələb edilməsinə baxmayaraq yazmaqdan imtina etmişdir. Klinikaya gələn pasiyentlərə və işçi kollektivinə qarşı kobud münasibəti də sonuncu dəfə tərəflərindən ədalətli şəkildə araşdırılmış, sübuta yetirilmişdir. Bu barədə izahat yazmaq tələb edilsə də təkrar olaraq izahat yazmaqdan imtina etmişdir. İddiaçı əməlləri kollektiv tərəfindən aktlaşdırılmış, təqdimat yazılmış, əmrləşdirilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, istifadə etmədiyi məzuniyyət günləri və son haqq-hesab hesablanaraq əmək haqqı kartına ödənilmişdir. Əmək kitabçası şəxsən özünə təhvil verilmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(007)955/2021 saylı qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, baş tibb bacısı Yeganə Şahbazova, insan resursları şöbəsinin müdiri Nümayəndə, xəzinadar Aya Əmirova, Labaratoriya müdiri Ülvi Nəsirov, qeydiyyatçı Ləman Namazova tərəfindən 04 noyabr 2020-ci il tarixdə tərtib edilmiş aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh MMC-də tibb bacısı vəzifəsində çalışan İddiaçı 30 oktyabr 2020-ci il tarixdə saat 09:54 radələrində pasiyent Şirinov Rüstəmə qarşı kobudluq edərək, onu qəbul etməmişdir. Pasiyent R.Şirinov narazı halda klinikanı tərk etmişdir. Bundan başqa baş tibb bacısı Yeganə Şahbazova, insan resursları şöbəsinin müdiri Nümayəndə, xəzinədar Aya Əmirova, Labaratoriya müdiri Ülvi Nəsirov, qeydiyyatçı Ləman Namazova tərəfindən Cavabdeh MMC-nin direktoru V.M.Qarayevaya göndərilmiş təqdimatın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 30 oktyabr 2020-ci il tarixdə labaratoriya şöbəsinin qan alma otağının t ibb bacısı İddiaçı saat 09.54 radələrində pasient Nüsrət Şirinov “xolesterin” analizini gəlib verərkən tibb bacısı “qapıda gözləyin” deyib, bir neçə dəqiqə pasient gözlədikdən sonra təkrar yaxınlaşıb deyib “işə gecikirəm, otaqda heç kəs yoxdur məni niyə qəbul etmirsiniz?” Tibb bacısı otaqda oturarkən qoğalla çay içirmiş, buna görə pasiyent əsəbiləşib və qeydiyyata yaxınlaşaraq analizi verməkdən imtina edib. İşçiyə bu halın niyə yaşandığını soruşduqda isə “nə məsələdir ki, 8 manatlıq analizdir, ödənişi edə bilərəm” demişdir. Bu haqda İddiaçı izahat yazmaqdan imtina etmişdir. Beləliklə, Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad ed ilmişdir. Bu zaman işəgötürən tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir.
8. Məhkəmə iddia tələbinin “məcburi iş buraxmaya görə cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsi və Azərbaycan Respublikası ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində 04.11.2020-ci il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin həmin hissəsi irəli sürülən “cavabdehin 04 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də tibb bacısı vəzifəsinə bərpa edilməsi” tələbindən irəli gələn, törəmə tələbdir, əsas tələbin əsassız olması, təmin edilməməli olmaması müəyyən edildiyi halda törəmə tələbin də təmin edilməsi üçün əs aslar yoxdur, ona görə məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Pasiyentlə narazılıq yaşanan gün o, rəhbərliyinə işdən çıxmaq barədə öz qərarını bildirmişdir və növbəti gün iş yerinə işləmək üçün deyil, işdən azad olunmaq üçün gəlmişdir. Saat 11 radələrində iş yerinə gəldikdə onun artıq işdən azad edildiyi bild irilmişdir. Sözügedən akt və təqdimat o, işdən çıxıb məhkəməyə müraciət etdiyindən sonra köhnə tarixlə tərtib edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli, 2(103)-6920/2021 saylı qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti doğrudur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.
13. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktı v ə təqdimatı şübhə altına almağa əsas yoxdur. İddiaçının hərəkətləri özəl tibb müəssisəsi kimi cavabdehin nüfuzuna ciddi xələl vurmuşdur, çünki hazırki bazar münasibətləri şəraitində fəaliyyət göstərən tibb müəssisələrinin rəqabətə dayanaqlı fəaliyyətini şərtləndirən əsas amillərdən biri də müştəri məmnuniyyətidir. Göstərilən xidmətdən narazı qalan müştərinin sosial şəbəkə vasitəsi ilə bunu işıqlandırması həmin müəssisənin kəskin müştəri itkisinə məruz qalması ilə nəticələnə bilər. Hazırki işdə də iddiaçının əmək funksiyasına etinasız yanaşması nəticəsində cavabdeh təşkilat təkcə maliyyə itkisinə məruz qalmamış, həm də müştəri məmnuniyyətindən məhrum olmuşdur. Ona görə də cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməsi qanun pozuntusu kimi qiymətləndirilə bilməz.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün göndərilməsi barərə qərar çıxarılma sını xahiş etmişdir.
16. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin 04 noyabr 2020-ci il tarixli, 324 saylı əmri möhürlə təsdiqlənməmiş və iddiaçıya sonuncu iş günü deyil, əmr verildikdən 19 gün sonra təqdim edilmişdir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmamış, münasibət bildirilməmişdir. Bundan başqa, iddiaçının barəsində tərtib olunmuş aktda və təqdimatda uyğunsuzluq olmuş (aktda pasientin adı Nüsrət Şirinov, təqdimatda isə Rüstəm Şirinov qeyd olunmuş), məhkəmə bu ziddiyyətin aradan qaldırılması üçün aktı tərtib etmiş şəxsləri şahid qismində dindirməmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, iddiaçı tərəfindən öhdəliklərini yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə sübut təqdim olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh MMC-nin nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etirazında kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəll ə ilə müəyyən edilmiş tədbirlər görür.
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tə rəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
19. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
20. MPM-i n 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqey i
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İşə bərpa olunması barədə iddianın hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.
26. İşin məhkəmlər tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının hərəkətləri özəl tibb müəssisəsi kimi cavabdehin nüfuzuna ciddi xələl gətirmişdir.
27. Bu halda işçi ilə əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində müəyyən olunmuşdur. İşə baxmış məhkəmələr də mübahisənin həllinə məhz bu normanı tətbiq etmiş, işin hallarını bu normanın dispozisiya şərtləri əsasında təhlil edərək o nəticəyə gəlmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman iddiaçının iddiaçının hərəkətləri ilə özəl tibb müəssisəsi kimi cavabdehin nüfuzuna ciddi xələl gəlməsi əsas götürülmüşdür.
28. Kassasiya şikayətinin Cavabdeh MMC-nin 04 noyabr 2020-ci il tarixli, 324 saylı əmrinin möhürlə təsdiqlənməməsi, əmrin surətinin iddiaçıya sonuncu iş günü deyil, əmr verildikdən 19 gün sonra təqdim edilməsi barədə dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bu hallar qanunu pozuntusu olsa da, hüquqi nəticələri etibarilə əmrin ləğv olunması üçün Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilən əsaslara aid deyildir.
29. Bundan başqa, iddiaçının barəsində tərtib olunmuş aktda və təqdimatda uyğunsuzluq olm ası (aktda pasientin adının Nüsrət Şirinov, təqdimatda isə Rüstəm Şirinov qeyd olunması), bu ziddiyyətin aradan qaldırılması üçün aktı tərtib etmiş şəxslərin şahid qismində dindirməməsi barədə dəlil apelyasiya şikayətində irəli sürülməmişdir. Dispozitivlik prisipinə əsasən, apellyasiya instansiyası məhkəməsində araşdırmanın hədlərini məhz tərəflər müəyyən edir. İddiaçının bu dəlili, habelə onun hərəkətləri nəticəsində müəssisəyə mühüm zərər vurulması barədə sübut təqdim olunmaması barədə dəlilləri formal xarakter daşıyır. Apellyasiya instansiyası məhkəməsi işəgötürənə mühüm ziyan vurulmasını müəyyən etmişdir.
30. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli, 2(103)6920/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.