Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-893/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı13 və digərlərinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-893/22 (Açar sözlər: əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı) Bakı şəhəri, 15 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı13, İddiaçı12, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “mənzillərin təhvil verilməsi və pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 2(103)-9227/2021 nömrəli, 11.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsi üzərində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Cavabdeh MMC ilə İddiaçı13, İddiaçı12, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 arasında bağlanmış müvafiq müqavilələrə əsasən, həmin binanın müxtəlif mənzilləri sonunculara satılmış, onlar isə qeyd edilən mənzillərin müqavilə üzrə müəyyən edilmiş dəyərini Cavabdeh MMC-yə ödəməyi öhdələrinə götürmüşlər.
2. Həmin mənzillərin müqavilələr üzrə müəyyən edilmiş dəyəri bu şəxslər tərəfindən Cavabdeh MMC-yə ödənilmiş və MMC tərəfindən onların hər birinə ödənişlərin aparılmasını təsdiq edən kassa mədaxil orderləri verilmişdir.
3. Tərəflər arasında bağlanılmış müqavilələrə əsasən, Cavabdeh MMC həmin müqavilələr (2-ci bəndi) üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ümumi təmir quraşdırma işlərinin görülməsi, o cümlədən binanın dam örtüyünün tikintisini, bina üzrə bütün arakəsmələrin hörülməsini, binanın həyətinə asfalt döşənməsini, habelə binanın qapı və pəncərələrinin şüşələnmiş vəziyyətdə quraşdırılmasını, elektrik, santexnika (su və kanalizasiya) xətlərinin çəkilməsini, binanın liftlərlə təchiz edilməsini və sazlanaraq istismara verilməsini təmin etməli olduğu halda, üzərinə götürdüyü bu kimi öhdəliklərini icra etməmiş və binanın inşasını tamamlamamışdır.
4. Sakinlər MMC tərəfindən yerinə yetirilməli olan bir sıra işləri şəxsi vəsaitləri hesablarına icra edərək başa çatdırmışlar. Həmin inşaat-təmir işlərinə bütün sakinlərin ümumi vəsaiti xərclənmişdir. Ona görə mənzil satın alan iddiaçılar çəkdikləri xərcə münasib olaraq hər birinə çatan pul məbləğini tələb etməyə başlamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı13, İddiaçı12, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh ”Xudafərin” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanda inşa e dilmiş çoxmənzilli yaşayış binasında yerləşən, iddiaçılar - payçıların (sakinlərin) Cavabdeh MMC-dən aldıqları, hazırki iş üzrə mübahisələndirilən mənzillərin, yəni İddiaçı13 aid A4 korpusu, 13cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 145,11 kv.m olan mənzilin, İddiaçı12 aid B korpusu, 1ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 115,57 kv.m olan mənzilin, X1 aid E korpusu, 1-ci mərtəbə, 2 otaqlı, ümumi sahəsi 19.8 kv.m olan qarajın və E korpusu, 9-cu mərtəbə, 4 otaqlı, ümumi sahəsi 214,14 kv.m olan mənzilin, İddiaçı10 aid A4 korpusu, 14-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 138,97 kv.m olan mənzilin, İddiaçı9 aid A5 korpusu, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 141,79 kv.m olan mənzilin, İddiaçı8 aid B korpusu, 6-cı mərtəbə, 3 otaqlı, ümumi sahəsi 183,80 kv.m olan mənzilin, X2 aid C korpusu, 11- ci mərtəbə, 4 otaqlı, ümumi sahəsi 208,65 kv.m olan mənzilin, İddiaçı6 aid A2 korpusu, 8-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 138,97 kv.m olan mənzilin, İddiaçı5 aid A4 korpusu, 3-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 145,11 kv.m olan mənzilin, İddiaçı4 aid A5 korpusu, 8-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 145.11 kv.m olan mənzilin, İddiaçı3 aid B korpusu, 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 183,80 kv.m olan mənzilin, İddiaçı2 aid D korpusu, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi 155,02 kv.m olan mənzilin, İddiaçı1 aid E korpusu, 12-ci mərtəbə, 4 otaqlı, ümumi sahəsi 214,14 kv.m olan mənzilin Cavabdeh MMC tərəfindən onlara (müqavilə üzrə sahiblərinə) təhvil verilməsi, 47474 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq 7.255 ABŞ dollarının İddiaçı13, 5.778 ABŞ dollarının İddiaçı12, 10.70 7 ABŞ dollarının X1, 6.948 ABŞ dollarının İddiaçı10, 7.596 ABŞ dollarının İddiaçı9, 9.190 ABŞ dollarının İddiaçı8 ödənilməsi, 65000 manatdan ibarət pul məbləğinin Cavabdeh MMC-dən alınaraq həmin məbləğin müştərək qaydada (hər iddiaçıya 5000 manat olmaqla) İddiaçı13, İddiaçı12, X1, İddiaçı10, İddiaçı9, İddiaçı8, X2, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Bundan sonra, iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini 47474 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq 7.255 ABŞ dollarının İddiaçı13, 5.778 ABŞ dollarının İddiaçı12, 10.707 ABŞ dollarının X1, 6.948 ABŞ dollarının İddiaçı10, 7.596 ABŞ dollarının İddiaçı9, 9.190 ABŞ dollarının İ ddiaçı8 ödənilməsi hissəsində azaltdıqlarını bildirmiş və tələb edilən əmlakların iddiaçılara təhvil verilməsi və 65000 manatdan ibarət pul məbləğinin Cavabdeh MMC-dən alınaraq həmin məbləğin müştərək qaydada (hər iddiaçıya 5000 manat olmaqla) onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, nəzərdə tutulmuş məbləğləri tam şəkildə MMC-yə ödəmişlər, bu barədə kassa mədaxil orderləri də verilmişdir. Lakin MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, tikilməkdə olan binanı yarımçıq qoymuşdur. Bina üzrə payçılar birlik yaradaraq binanın tamamla işlərinin görülməsi üçün smeta layihəsi tərtib etmiş, layihə üzrə tələb olunan pul məbləğini öz aralarında cəmləşdirərək, binanın tamamlama işlərini həyata keçirmişlər.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(001)- 4854/2020 saylı qətnaməsi ilə (hakim F.Abdıyev) iddia qismən təmin edilmiş, cavabdeh ”Xudafərin” MMC-dən iddiaçılar İddiaçı13, İddiaçı12, İddiaçı11, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 hər birinin xeyrinə 5.000 manat, cəmi 65.000 manat məbləğində pulun tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, sifarişçi (alıcı) qismində çıxış edən iddiaçılar podratçı qismində çıxış edən Cavabdeh MMC-lə aralarında bağlanmış podrat müqavilələrində şərtləşdirilmiş muzdu ödəmələrinə baxmayaraq, cavabdeh həmin müqavilə lərdə nəzərdə tutulan işləri tam icra etməmiş, müqavilə üzrə müəyyən edilmiş vəzifələrini vicdanla yerinə yetirməmişdir. Nəticə etibarı ilə podratçı tərəfindən görülmüş işlər müqavilə üzrə şərtləşdirilmiş keyfiyyətə və kəmiyyətə uyğun gəlməmiş, qüsurlu olmuşdur. Bu səbəbdən iddiaçılar cavabdeh tərəfindən görülməli olan işləri öz qüvvələri, habelə üçüncü şəxsləri cəlb etməklə və şəxsi vəsaitlər hesabına icra edərək, binanın dam örtüyünün tikintisini, bina üzrə arakəsmələrin hörülməsini, binanın həyətinə asfalt döşənməsini, habelə binanın qapı və pəncərələrinin şüşələnmiş vəziyyətdə quraşdırılmasını, elektrik, santexnika (su və kanalizasiya), habelə qaz xətlərinin çəkilməsini, binanın liftlərlə təchiz edilməsini və sazlanaraq istismara verilməsini, habelə bu kimi digər işlərin görülməsini tə min etmişlər. Bu işlər müqavilədən kənar qaydada, yəni əlavə olaraq görülməli işlər deyil və hər biri bilavasitə müqavilədən irəli gəlir. Ümumilikdə bu işlərə 988.000 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Bu işlərə ümumilikdə 183 sakin cəlb edilmiş və sakinlərin xərclərin çəkilməsində bərabər şəkildə iştirak etmələri nəzərə alındığı halda, hər bir iddiaçı (988.000 / 183 = 5.399) 5.399 manat məbləğində xərc (zərər) çəkmiş olur ki, onun da əvəzini tələb etmək hüququna malikdir.
10. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, müqavilələrdən irəli gələn və bilavasitə cavabdehin üzərinə düşən qeyd edilən işlərin nəticə etibarı ilə 183 sakin tərəfindən ümumilikdə 988.000 manat məbləğində pul vəsaiti sərf edilməklə icra edildiyi nəzərə alınm alı və cavabdeh ”Xudafərin” MMC-dən hər bir iddiaçının xeyrinə 5.000 manat məbləğində pul tutulmalıdır.
11. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9227/2021 nömrəli, 11 oktyabr 2021ci il tarixli qətnaməsi ilə (hakimlər- V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(001)4854/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
14. Qətnamədən Cavabdeh MMC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayəti nin dəlilləri
15. Cavabdeh MMC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsinə, qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər, iş materiallarında olan smeta və qaimə ilə bağlı sənədlər alınmış malların və materialların həqiqətən binanın təmirinə istifadə olunmasını təsdiq etmir. Smeta sənədi iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülk i Məcəlləsi:
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə ed ilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclas ında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kas sasiya instansiyası məhkəməsinin mövqeyi
28. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
29. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, ümumi təmir quraşdırma işlərinin görülməsi, o cümlədən binanın dam örtüyünün tikintisini, bina üzrə bütün arakəsmələrin hörülməsini, binanın həyətinə asfalt döşənməsini, habelə binanın qapı və pəncərələrinin şüşələnmiş vəziyyətdə quraşdırılmasını, elektrik, santexnika (su və kanalizasiya) xətlərinin çəkilməsini, binanın liftlərlə təchiz edilməsini və sazlanaraq istismara verilməsini təmin etməli olduğu halda, üzərinə götürdüyü bu kimi öhdəliklərini icra etməmiş və binanın inşasını tamamlamamışdır. Nəticədə, həmin yaşayış binasında mənzil alan sakinlər hər biri pul yığaraq özlərinin ümumi vəsaiti hesabına qeyd olunan işləri görüb mənzillərdə məskunlaşmağa başlamışlar.
30. Kassasiya şikayətinin dəlili bundan ibarətdir ki, iş materiallarında olan smeta və qaimələrlə bağlı sənədlər alınmış mal və materialların həqiqətən binaya sərf olunduğunu təsdiq etmir. Göründüyü kimi, cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçıların təqdim etdiyi sübutlarla razılaşmır. Lakin, iş materiallarından müəyyən olunur ki, cavabdeh MMC öz mövqeyini – binanın tam təmirli formada alıcılara təhvil verilməsini təsdiqləyən sübutları məhkəmələrə təqdim etməmişdir və edə bilməmişdir.
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsini n bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
32. Cavabdeh təşkilat həmin smeta sənədlər ində nəzərdə tutulan inşaat-təmir işlərinin onların özləri tərəfindən yerinə yetirilməsinə, qeyd olunan sənədlərdəki hər-hansı işin düzgün qeyd edilməməsi ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan təqdirdə məhkəmələr haqlı olaraq həmin işlərin sakinlərin özləri tərəfindən yerinə yetirilməsi qənaətinə gəlmişlər.
33. Apellyasiya məhkəməsi tələb olunan məbləğin qanuni əsası kimi müqavilə və öhdəlik hüquq münasibətlərini nizama salan maddi hüquq normalarına istinad etməkdə haqlı olmuşdur.
34. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (§19-§21)
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9227/2021 nömrəli, 11.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova