Məhkəmə qərarları › İş №2(102)-896/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-896/2023

21.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-896/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: əmrin ləğv edilməsi, - işə bərpa, məcburi iş buraxma müddəti üçün pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı əmrin ləğv edilməsi və sair tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(107)-1183/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə 21 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 28 sentyabr 2009-cu il tarixdə Sukanal İdarəsində nəqliyyat istismar sahəsinə VTC-li üzrə 8-ci dərəcə ilə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. Mingəçevir Sukanal İdarəsi "xxxx" ASC-nin birbaşa tabeliyinə verildiyinə görə xx.xx.2013-cü il tarixli əmrlə "xxxx" ASC-nin Mingəçevir Sukanal İdarəsinin işçilərinin siyahısı tərkibinə daxil olmuşdur. 01 yanvar 2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən 9-cu dərəcə ilə su və kanalizasiya şəbəkələrinin istismarı və qəza bərpa sahəsi nin ustası vəzifəsinə təyin edilmişdir. 2. 01 noyabr 2016-cı ildən "xxxx" ASC-nin X6 İdarəsi Cəmiyyətin tərkibindən çıxarılaraq "xxxx" MMC-nin tərkibinə daxil edilmişdir. Mingəçevir Sukanal İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli əmr ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmişdir.

3. Mingəçevir Sukanal İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı 9-cu dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilib. xx.xx.2022-ci il tarixli 02-K saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ləğv edilmiş dir. 4. "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin 30 avqust 2019-cu il tarixli 203-K saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2019-cu il tarixdən ləğv edilmişdir. 5. "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin 02 sentyabr 2019-cu il tarixli 329-K saylı əmrinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən 9-cu dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. 6. "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin 02 mart 2022-ci il tarixli 02-K saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsin in 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. 7. "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin rəisi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 9-cu dərəcə ilə usta işinə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə, 02 dekabr 2019-cu il tarixədək bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin 02 mart 2022-ci il tar ixli 02-K saylı əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 28 sentyabr 2009-cu ildə Sukanal İdarəsində nəqliyyat istismar sahəsinə VTC-li üzrə 8-ci dərəcə ilə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. 01 yanvar 2013-cü ildə X6 İdarəsi "xxxx" ASC-nin tərkibinə verildiyinə görə o da digər işçilər kimi "xxxx" ASC-nin X6 İdarəsinin işçilərinin siyahısına daxil edilmişdir. 01 noyabr 2016-cı ildən isə "xxxx" ASC-nin X6 İdarəsi Cəmiyyətin tərkibindən çıxarılaraq "xxxx" MMC-nin tərkibinə daxil edilmişdir. 01 yanvar 2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən müqavilə bağlanmış və 9-cu dərəcə ilə su və kanaliz asiya şəbəkələrinin istismarı və qəza bərpa sahəsinin ustası vəzifəsinə təyin edilmişdir. 2019-cu ilin yay aylarında idarəyə Maarif Məmmədov rəis təyin edilmişdir. M.Məmmədov rəis təyin edildikdən təxminən 1 ay sonra işçilərə bildirmişdir ki, idarədə struktur dəyişikliyi olur, ona görə də hər kəs işdən azad olunmalı, yeni idarə ilə əmək müqaviləsi bağlanmalıdır. 30 avqust 2019-cu il tarixdə 203-K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir ki, guya o, başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır. 02 sentyabr 2019-cu il tarixdə onunla işəgötürən arasında yenidən əmək müqaviləsi bağlanmış, o, 9-cu dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilmişdi r. Halbuki hər iki halda işəgötürən "xxxx" MMC olmuşdur. 02 mart 2022-ci il tarixli əmrlə də onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ləğv edilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, işəgötürən onun xəbəri olmadan 30 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmək kitabçasına qeyd aparmışdır. Həmin əmrin surətini o, 17 mart 2022-ci il tarixdə almışdır. O, başqa bir işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. Onunla 02 sentyabr 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi müddətli olmamışdır. O, həmin idarədə daimi işlədi yindən heç bir halda onunla bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə razılıq verməzdi və verməmişdir. Əmək kitabçasında da onunla bağlanmış əmək müqaviləsinə əsasən 9-cu dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə təyin edilməsi qeyd olunmuş, həmin əmrdə onun müvəqqəti işləməsi barədə hər hansı bənd yoxdur. Əmək müqaviləsinin surətini 16 mart 2022-ci il tarixdə idarədən götürmüşdür və bundan sonra onunla bağlanmış əmək müqaviləsinin 3 ay müddətinə bağlanmasından xəbərdar olmuşdur. 02 sentyabr 2019-cu il tarixli 329-K saylı əmrdə də müqavilənin müddətli olmasına dair hər hansı bənd yoxdur. Həmin tarixdə işəgötürənə ünvanladığı ərizədə də müvəqqəti əmək müqaviləsini qeyd etməmişdir. 29 avqust 2019-cu il tarixli ərizəsinin məzmununda göstərm işdir ki, “Mingəçevir Sukanal” İdarəsinin "xxxx" MMC-nin tərkibinə verilməsi ilə əlaqədar 30 avqust 2019-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş edir. X4 İdarəsi "xxxx" MMC-nin tərkibinə 01 noyabr 2016-cı il tarixdə verilmiş və bu barədə həmin tarixli əmr də mövcud olmuşdur. İşəgötürən kütləvi şəkildə işçiləri aldadaraq onlarla bağlanmış əmək müqavilələrinin müddətli əmək müqaviləsi olmasına nail olmuşdur. Bu səbəbdən də onun işəgötürənlə bağlamış olduğu müddətli əmək müqaviləsi, əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə müqavilənin ləğv edilməsi barədə əmri qanunsuzdur. Belə ki, o, 13 ildən artıq müddətdir ki, fasiləsiz olaraq həmin idarədə işləmişdir. Qanunun tələbinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müddətli əmək müqaviləsi isə yalnız Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilmiş, hallarda bağlanılır. Onunla cavabdeh arasında yaranmış əmək münasibətlərində isə həmin hallar olmamışdır. Hesab edir ki, cavabdehin onun əmək müqaviləsinə xitam verilməsi haqqında əmri əsassızdır.

10. Məhkəmə iclası zamanı cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin nümayəndəsi X2 təmsil etdiyi qurumun adından iddianı qəbul etmədi və izahatında göstərdi ki, Nazirlər Kabinetinin 12 oktyabr 2016-cı il tarixli, 410 saylı, 29 iyul 2019-cu il tarixli 328 saylı Qərarları "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli, 467 saylı əmri ilə "xxxx" ASC-nin tabe idarələrində struktur dəyişikliyi olmuşdur. Qərarın icrası ilə əlaqədar digər Sukanal İdarələrinin işçiləri, o cümlədən Mingəçe vir Sukanal İdarəsinin işçilərinin əmək müqavilələrinə xitam verilmiş və yeni əmək müqavilələri bağlanmaqla yenidən işə qəbul olunmuşlar. İddiaçı ilə xx.xx.2011-ci il tarixdə 170 saylı əmək müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixində İddiaçı ərizə yazaraq əmək müqaviləsinin 30 avqust 2019-cu il tarixində ləğv olunmasını xahiş etmişdir. Ərizə həmin gün qeydiyyata alınmış və bu barədə Mingəçevir Sukanal İdarəsinin 30 avqust 2019-cu il tarixli, 203-K saylı əmrinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. X3 “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” xx.xx.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. İddiaçı xx.xx.2019-cu il tarixində xx.xx.2019-cu il tarixindən su və kanalizasiya sistemlərinin istismarı sa həsinə usta vəzifəsinə təyin olunması barədə ərizə yazmışdır. Ərizə həmin gün qeydiyyata alınmış və bu barədə Mingəçevir Sukanal İdarəsinin 02 sentyabr 2019-cu il tarixli, 329-K saylı əmrinə əsasən 532 nömrəli əmək müqaviləsi bağlanmışdır. X1 “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” xx.xx.2019-cu il tarixində qeydiyyata alınmış və işəgötürən tərəfindən elektron imza ilə imzalanmışdır. Həmin əsaslara görə İddiaçıla 532 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 2ci bəndinin 2.3-cü hissəsində 3 aylıq müddətə bağlanması qeyd olunmuşdur. Mingəçevir Sukanal İdarəsi 21 fevral 2022-ci il tarixində iddiaçıya “əmək müqaviləsinin müddətinin bitməsi” ilə əlaqədar əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən xitam verilməsi barədə xəbərdarlıq məktubu təqdim etmişdir. İşçi məktubu almaqdan imtina etmiş, bu barədə 21 fevral 2022-ci il tarixli akt tərtib olunmuşdur. Xəbərdarlıq məktubu işçinin ünvanına poçt vasitəsilə göndərilmişdir. Mingəçevir Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 02-K saylı əmri ilə əmək müqaviləsinə xitam verilmiş və həmin gün əmr əmək kitabçası ilə birlikdə İddiaçı təqdim olunmuşdur. Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış, iddiaçı əmək müqaviləsinin surətini alması barədə əmək müqaviləsində qeydiyyat aparmışdır. Yəni iddiaçının əmək müqaviləsinin müddətli bağlanmasından məlumatı olmuşdur və müddətli əmək müqaviləsi bağlamağa iddiaçını heç kim məcbur etməmişdir. Müddətli əmək müqaviləsi bağladıqdan sonra əmək münasibətlərini davam etdirdiyindən, buna işçinin heç bir narazılığı olmamışdır. İddiaçı iddia ə rizəsini məhkəməyə 2022-ci ilin mart ayında təqdim etmişdir. Əmək müqaviləsinin surətini isə 02 sentyabr 2019-cu il tarixində almaqla müqavilədə qeydiyyat aparmışdır. Hesab edir ki, iddiaçı hazırda müddətli müqavilənin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür.

11. Mingəçevir Şəhər Məhkəməsinin (hakim: N.Paşayev) xx.xx.2022-ci il tarixli, 2(051)1355/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh "xxxx" ASC "xxxx" MMCnin Mingəçevir Sukanal İdarəsinin rəisinin İddiaçı işdən azad edilməyi barədə 02 mart 2022ci il tarixli 02-K saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla 9-cu dərəcə ilə su və kanalizasiya sistemlərinin istismarı sahəsinin ustası vəzifəsinə bərpa edilmə si, cavabdeh "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsi müddətsiz olmuş və həmin müqavilənin şərtlərinin dəyişməsini (müddətlə bağlı) müəyyən edən yeni müqavilə bağlanmışdır. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstəri lməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Belə ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olun maqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında 3 aylıq müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 14, 43.3, 45, 45.3, 45.4, 45.5, 47, 68.1, 83.2, 296.1, 296, 300–cü maddələrini, Azərbaycan Respublikası Mülki Məhkəməsinin 372, 375.2, 377.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarını, Azərbaycan Respublikası Mülki Prosessual Məhkəməsinin 14.2, 77.1, 217.4cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, qətnamə əsaslandırılmamış, qanunun tələbləri səhv tövsif edilməklə çıxarılmışdır. Qətnamənin əsaslandırılma hissəsində yalnız qanunvericiliyin iddiaçıya sərf edən müddəalarına to xunulmuşdur. Cavabdeh Su Kanal İdarəsinin hüquqları isə kobud surətdə pozulmuşdur. Belə ki, işə bərpanın əsası kimi iddiaçının uzun müddət sözügedən müəssisədə işləməsi göstərilmişdir. Lakin konkret olaraq tərəflərin iradə ifadəsi olan müqavilələrin müddətli olması ilə bağlı iddiaçının məlumatı olması qeyd edilməmiş və buna qiymət verilməmişdir. Bundan əlavə ən əsası onu qeyd etmək lazımdır ki, bundan əvvəl yəni müqavilələrin müddətli olması ilə bağlı işə bərpa olunan şəxslər olmuşdur. Müəssisənin bütün işçiləri kimi iddiaçı da ən azından bir ildən çoxdur ki, onlarla bağlanan müqavilənin müddətli olmasından məlumatlıdır. Tərəflərin öz iradə ifadəsi olan müqavilələrə imza etməsi və bu müqaviləni mübahisələndirməməsi müqavilənin qüvvədə olmasına əsas verir. Belə olan halda müddət keçmiş və b u müqavilə mübahisələnməmişdir. Müddətli müqavilə qüvvədə olduğu təqdirdə iddianın bu səbəbdən yəni müddətli müqavilə olması səbəbindən rədd olunması tam əsassızdır. Müəssisədə struktur dəyişikliyi olması, dövlətdə gənc və perspektivli kadrların yetişdirilməsi, onların önə çəkilməsi və daha peşəkar gənc ixtisaslı kadrların təyin olunması mütləqdir. Bunu hər dəfəsində cənab prezident İlham Əliyev də bildirir. Lakin məhkəmələrin bu mövqeyi, yəni artıq 65 yaşı tamam olmuş və pensiyada olan şəxslərin işdə zorla saxlanması mövqeyi qanuna zidd olmaqla bərabər dövlət gənclər siyasətinə də ziddir. Əmək Məcəlləsində 70-ci maddəsinin (e) bəndində “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıq da” əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilmiş sayılır. Məcəlləni n bu bəndindən də göründüyü kimi bu cür işdən çıxarılma əsası qoyulması dövlət müəssisələrində mütləq olsa da özəl təşkilatlarda yaş məhdudiyyətinin qoyulmaması işə götürənin hüquqlarının məhdudlaşdırılması yox, əksinə əlavə hüquq verilməsidir. Lakin məhkəmələr bu qanunvericilik aktlarına öz sferasından baxmaqla hüquqi şəxslərin və qeyri dövlət təşkilatlarının hüquqlarını məhdudlaşdırırlar. Qanunvericilkdə bu cür halların olması ona dəlalət edir ki, özəl təşkilatlar hələ də yüksək savad və peşəkarlığa malik şəxslərin təcrübəsindən istifadə etsin. Lakin pensiya yaşına çatmış və əmək fəaliyyəti zəifləmiş şəxslərin işdə saxlanması müəssisələrin hüquqlarının pozulması ilə yanası, dövlət siyasətinə də ziddir. Bundan əlavə sözügedən müddəanı ikinci formada baxsaq belə nəticəyə gəlmək olar ki, Azərsu ASC-nin səhmlərinin hamısı dövlətə məxsusdur. Məhkəmə iclasında cavabdeh kimi X6 idarəsinin nümayəndəsinin izahatı təhrif olunmuşdur. İdarənin nümayəndəsi məhkəmə iclasında dediyi faktlarla qətnamədə yazılan izahat arasında əsaslı fərq var. Qətnamə MPM-nin və Əmək Məcəlləsinin tələbləri pozulmaqla çıxarılmışdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək müqaviləsi tərəflərin bərabərliyi qaydasında bağlanılmış və onların iradə ifadəsini təcəssüm etdirən bir müqavilədir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilə tərəflərin razılığı əsasında olmuş və heç vaxt mübahisələndirilməmişdir. Onun əvvəllərdə müqavilənin müddətli olması barədə məlumatlı olması danılmaz bir haldır. İddia ərizəsində və qətnamədə göstərildiyi kimi bütün müəssisənin əməkdaşları ilə müddətli m üqavilənin bağlanması hamıya məlum olmuşdur və iddiaçının belə bir müqaviləni mübahisələndirməməsi onun bu müqavilə ilə razı olmasına əsas verir. Həmin maddənin tələblərindən də göründüyü kimi iddiaçı sözügedən müddətli əmək müqaviləsini 1 və ya 3 ay ərzində mübahisələndirə bilərdi. Bu gün iddiaçı müddətli əmək müqaviləsinin olmasını heç vaxt mübahisələndirməmişdir. Lakin əvvəllərdə bu səbəbdən işdən şəxslərin çıxarılmasının şahidi olmuşdur. İddia müddəti bu hissədə keçdiyi üçün iddiaçı və məhkəmə bu səbəbdən müddətli əmək müqaviləsinə görə iddianı təmin edə bilməz. Həmin maddənin tələblərindən də göründüyü kimi dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

16. Şəki Apellyasiya Məhkəməsi mülki koll egiyasının (hakimlər-M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) 2(107)-1183/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz olmuş və həmin müqavilənin şərtlərinin dəyişməsini (müddətlə bağlı) müəyyən edən yeni mü qavilə mövcud deyil, işəgötürənin birtərəfli qaydada vermiş olduğu əmri və ya əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş əmək müqaviləsi bildirişinin mövcud olması tərəflərin iradə ifadələrini müəyyən edən müqaviləni əvəz edə bilməz. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.

19. Kollegiya qeyd etməyi vacib hesab ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz.

20. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsi nin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər.

21. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə 3 aylıq müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz.

22. Kollegiya cavabdeh tərəfin iddia müddətinin keçməsi ilə bağlı istinad etdiyi dəlilə münasibətdə qeyd edir ki, cavabdeh tərəf iddiaçının hüquqlarının pozulmasını bildiyi gün qismində onunla müddətli əmək müqaviləsinin bağlandığı tarixi nəzərə alıb iddiaçının həmin tarixdən məhkəməyə müraciət etməli olduğu halda, bunu etm əməklə hazırki tələb üzrə də iddia müddətini ötürməsini bildirmiş olsa da, birinci dəlil üzrə göstərilənlərin davamı kimi qeyd edilməlidir ki, iddiaçının onunla yeni müddətli əmək müqaviləsi bağlanmaqla hüquqlarının pozulmasını həmin tarixdə aşkar etməsi mümkünsüz haldır. Belə ki, iddiaçı cavabdeh müəssisə rəhbərliyinin istəyi əsasında müddətsiz əmək müqaviləsinə xitam verilib onunla yeni müddətli əmək müqaviləsi bağlanılmaqla hüquqlarının pozulmasını müəyyən edə bilməzdi. Çünki iddiaçı tələbində də onun işinin davamlı xarakter daşıdığını bilməsini, özünün uzun müddət həmin müəssisədə işlədiyini, peşəkar olmasını göstərmiş, bu xüsusda onunla bağlanmış son müqavilənin bitmə tarixi ilə əmək münasibətlərinə xitam veriləcəyini zənn edə bilməzdi ki, həmin müqavilənin xarakterini hüquqlarını poz an hal kimi nəzərə alıb məhkəməyə müraciət etsin. Belə olan halda cavabdehin istinad etdiyi dəlillər iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 12, 45, 47, 68 və 300-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını tam araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddia müddəti keçdiyi üçün məhkəmə müddətli əmək müqaviləsinə görə iddianı təmin edə bilməzdi. Cavabdeh müəssisə dövlət büdcəsindən maliyyələşən müəssisədir və müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Tərəflər xüsusi olaraq Əmək Məcəlləsinin normalarına istinad etməklə əmək müqaviləsi bağlamışlar. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. İddiaçı da sərbəst olaraq hər hansı bir təzyiq olmadan müddətli əmək müqaviləsi bağlayaraq ira də ifadəsini bildirmişdir. İddia ərizəsində və qətnamədə göstərildiyi kimi bütün müəssisənin əməkdaşları ilə müddətli müqavilənin bağlanması hamıya məlum olmuşdur və iddiaçının belə bir müqaviləni mübahisələndirməməsi onun bu müqavilə ilə razı olmasına əsas verir. Məhkəmə iclasında araşdırılmayan və təqdim edilməyən sübutlar əsasında qətnamə çıxarmışdır. İddiaçı müddətli müqavilənin qüvvədən düşməsi ilə bağlı və ya müddətli müqavilənin qanunsuz olması ilə bağlı heç bir sübut təqdim etməmişdir.

26. Kassasiya şikayəti Əmək Məcəlləsinin 3, 6, 42, 70 və 296-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 218-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətinə dair etiraz təqdim edərək, etirazını onunla əsaslandırm ışdır k, cavabdeh iddiaçının işdən azad olunmağına əsas kimi 65 yaşı qeyd etmişdir və şikayətdə dövlət müəssisəsində yaş həddini 65 yaşı olduğunu bildirmişdir. Lakin işlədiyi müəssisə dövlət müəssisəsi deyil, halbuki səhm paylarının 51 faizi dövlətə məxsusdur, əmək müqaviləsinin şərtində yaş məhdudiyyəti qoyulmadığından müddəa iddiaçıya tətbiq edilə bilməz. Tətbiq edilən hüquq Əmək Məcəllə

28. Maddə 43, 3-cü bənd: əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

29. Maddə 45, 1-ci bənd: Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45, 3-cü bənd: Müddəti müəyyən edilmədən bağlanmış əmək müqa viləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

30. Maddə 45, 4-cü bənd: Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

31. Maddə 45, 5-ci bənd: Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

32. Maddə 47, 1-ci bənd: Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

33. Maddə 68, 1-ci bənd: əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsas larla və qaydada xitam verilə bilər.

34. Maddə 83, 2-ci bənd: Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011ci il tarixli qərarı

35. İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Mülki Prosessual Məcəllə

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hü quqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kolleg iyası qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır.

45. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında və ya hər hansı digər əsasla olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.

46. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bi r sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyrimütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

47. Bu baxımdan kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2009-cu ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

48. Kassasiya şikayətinin digər dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilmiş müddətin iddia müddəti olması həmin normanın adından da bilavasitə müəyyən edilir.

49. İddia müddətinin tətbiqinin imtina olunmasına dair kollegiya apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır və bununla bağlı kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

50. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə ləndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2022-ci il i tarixli, 2(103)-1183/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar